Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2824/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (indiki adı Cavabdeh MMC) ilə İddiaçı Oruc oğlu arasında bağlanmış Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayış binasının 1-ci blokunda 4cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 saylı mənzilə, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 saylı mənzilə, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 saylı mənzilə və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 ünvanında insa edilən yasayıs binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yasayıs sahəsinə dair müqavilələrin dəyişdirilməsi və təqdim etdiyim şəxslərlə yeni müqavilə bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(012)-1470/2013 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin (sonradan adı dəyişdirilərək Abşeron LTD-2013” MMC olmuşdur) üzərinə 14 dekabr 2009cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gəİən öhdəliklərini yerinə yetirmək və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 ünvanında insa edilən yasayıs binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yasayıs sahəsini ağlabatan müddət ərzində tikib iddiaçi İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulmusdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmisdir. Eyni zamanda həmin qətnaməyə məhkəmə tərəfindən hazırkı iş üzrə cavabdeh İddiaçı nümayəndəsinin ərizəsinə əsasən izah verilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli 2(012)- 296/2015 saylı qərardadı ilə izah edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 1(012)-1470/2013 saylı qətnaməsinə əsasən “cavabdeh "xxxx" MMC-nin üzərinə ... ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 194 nömrəli mənzili ... ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulsun” dedikdə həmin yaşayış ... sahələrinə dair "xxxx" MMC ilə yeni müqavilələrin bağlanması nəzərdə tutulmur. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(012)- 2659/2018 saylı qətnaməsi ilə ünvan 2 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh X4, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-cı mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X1 və Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə kuçəsi 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X5 çıxarılsın və həmin yaşayış sahələri boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(012)-2659/2018 saylı qətnaməsi apellyasiya və kassasiya instansiyalarında baxılaraq qüvvəsində saxlanılmışdır. 2013-cü ildən hazırkı vaxta qədər uzun müddət məhkəmə çəkişmələrində iştirak etmişəm. "xxxx" MMC-nin rəhbərliyi müxtəlif maneələr yaradaraq özümə məxsus mənzillər və qeyriyaşayış sahələrinə daxil olmağıma süni əngəllər yaratmışdır. Hətta aramızda olan məhkəmə çəkişmələrində adları hallanmayan ayrı-ayrı şəxslərin adlarına bilərəkdən saxta müqavilələr tərtib edərək guya mənzillərin başqa şəxslərə satılması görüntüsü yaratmışdır. Halbuki bu mükün deyildir. Çünki 2013-cü ildən MMC-yə məlumdur ki, adları qeyd edilən mənzillər mənə məxsus olması barədə icra edilmiş məhkəmə aktları mövcuddur. Həmin məhkəmə iclaslarında MMC təmsil olunmuşdur. Hazırda maddi durumumla əlaqədar olaraq mənə məxsus olan mənzilləri və qyri-yaşayış sahəsini satmaq qərarına gəlmişəm. Bununla əlaqədar olaraq "xxxx" MMC-nin rəhbərlyinə şifahi və rəsmi müraciətlər etsəm də onlar əsaslı səbəb gətirmədən yeni müqavilə bağlamaqda imtina edirlər. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: Abşeron rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gəİən öhdəliklərini yerinə yetirmək və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 ünvanında insa edilən yasayıs binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yasayıs sahəsini ağlabatan müddət ərzində tikib iddiaçi İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh X4, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-cı mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X1 və Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə kuçəsi 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X2 çıxarılması və həmin yaşayış sahələri boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilən Abşeron rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqavilənin (surətinin) İİİ.6-cı bəndində qeyd edilir ki, Payçı (İddiaçı) ona verilmiş sahəni (Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci girişində, 4-cü mərtəbəsində 19 nömrəli mənzili) satmaq istəsə ödənilmiş qiymətə müvafiq olaraq ancaq müəssisəyə sata bilər. İcraçı (Fuad LTD MMC) isə Payçı tərəfindən ödənilmiş məbləği ödəyib həmin sahəni öz mülkiyyətinə keçirir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqavilənin (surətinin) İİİ.6-cı bəndində qeyd edilir ki, Payçı (İddiaçı) ona verilmiş sahəni (Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü girişində, 12-ci mərtəbəsində 192 nömrəli mənzili) satmaq istəsə ödənilmiş qiymətə müvafiq olaraq ancaq müəssisəyə sata bilər. İcraçı (Fuad LTD MMC) isə Payçı tərəfindən ödənilmiş məbləği ödəyib həmin sahəni öz mülkiyyətinə keçirir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqavilənin (surətinin) İİİ.6-cı bəndində qeyd edilir ki, Payçı (İddiaçı) ona verilmiş sahəni (Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü girişində, 11-ci mərtəbəsində 194 nömrəli mənzili) satmaq istəsə ödənilmiş qiymətə müvafiq olaraq ancaq müəssisəyə sata bilər. İcraçı (Fuad LTD MMC) isə Payçı tərəfindən ödənilmiş məbləği ödəyib həmin sahəni öz mülkiyyətinə keçirir İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gəİən öhdəliklərini yerinə yetirmək və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev 1 ünvanında insa edilən 9 girisli 14 mərtəbəli yasayıs binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və Abseron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 ünvanında insa edilən yasayıs binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yasayıs sahəsini ağlabatan müddət ərzində tikib iddiaçi İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulmuş, eyni zamanda ünvan 2 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh X4, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-cı mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X1 və Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə kuçəsi 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X2 çıxarılması və həmin yaşayış sahələri boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Hazırda iddiaçı əmlaklara dair müqavilələrin dəyişdirilməsi və bu barədə iddiaçının göstərdiyi şəxslərlə yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisələri və bu mübahisələrin hər pilləsində iddiaçının almış olduğu əmlaklara dair onun sahiblik və istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tanınmış, əmlaklara dair onun mülkiyyət hüquqlarının rəsmi reyestrdə qeydə alınması ilə bağlı qanuni gözləntiləri əmələ gəlmişdir. Mübahisəli əmlaklar barəsində iddiaçının adına müqavilə bağlandığını, iddiaçı mülkiyyətçi kimi həmin əmlaklara öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və gələcəkdə hüquqları qeydə alındıqdan sonra ona dair sərəncam vermək hüququna malik olduğundan onun hazırki tələbi o zaman əsaslı hesab edilə bilərdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bununla bağlı qeyd şərt müəyyən edilməsin. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilələr ilə tərəflər razılaşdırmışdırlar ki, İddiaçı müqavilələrdə qeyd edilən əmlakları satmaq istəsə ödənilmiş qiymətə müvafiq olaraq ancaq müəssisəyə sata bilər. Başqa sözlə, müəssisənin həmin əmlaklar üzərində satın almaqda üstünlük hüququ vardır. Lakin hazırki işdən görünür ki, iddiaçı müqavilənin bu şərtinə əməl etməyərək, sözügedən əmlakları başqa şəxsə satmaq niyyəti ilə öz adına bağlanmış qeyd olunan müqavilələrin əmlakları satmaq istədiyi şəxslərin adına dəyişdirilməsini xahiş edir ki, bu da tərəflər arasında bağlanmış razılaşmanın tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəainə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verili 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 659.1-ci maddəsinə əsasən satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ arxayın əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi təmin olunmadığından iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2824/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2824/2025
21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver