Məhkəmə qərarları › İş №e-2(009)-293/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-293/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-293/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 manat məbləğində borc pulun və tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun cəmisi 3150 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayonu 28 May metrostansiyasının yaxınlığında yerləşən kafedə işləyirdi. 2022-ci ilin avqust ayında kafenin müştərisi olan cavabdehlə söhbət əsasında kafedə olan qazancının onu qane etmədiyini, işini dəyişmək istədiyini bildirdi. Cavabdeh ona 1000 manat aylıq məvacibi olan fəhlə işinə düzəldə biləcəyini dedi və o bunun müqabilində ondan 3000 manat məbləğində pul istədi. O cavabdehə 3000 manat məbləğində pul verdi və o, xx.xx.2022-ci ildə bununla əlaqədar aşağıdakı məzmunda qəbz imzaladı: “Mən Cavabdeh İddiaçı Mövlud oğlundan 3000 manat pul götürmüşəm. Mən onu işə düzəltəmək adınan Sokar Şirkətinə fəhlə işə düzəldəcəm, bir ay müddətində. Mənim həmin Şirkətdə qohumum işləyir (buxalter). Bu ərizəmi mən öz xoşumla yazıram”. Lakin üstündən bir neçə müddət keçməsinə baxmayaraq, Cavabdeh onu aldatmağa başladı. O, pulunu ondan tələb etdikdə Məhəmməd avtomaşını satıb pulunu qaytaracağını, lakin avtomaşını satmazdan əvvəl təmir etdirmək lazım olduğunu, lakin pulunun olmadığını bildirdi və ondan 900 manat məbləğində pul istədi. O, ona 500 manat məbləğində pulu ünvan 1 ünvanında, 200 manat pulu Səbail rayonu, 20-ci sahə adlanan ərazidə, növbəti 200 manat pulu isə onun hesab kartına Səbail rayonu, 20-ci sahə adlanan ərazidə mobil telefon vasitəsi ilə göndərdi. Lakin o həmin pulun 800 manatını ona qaytardı, 100 manatı isə qaytarmadı, ümumilikdə isə cavabdeh ondan aldığı 3100 manat məbləğində pulu qaytarmadığına görə o, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət etdi. Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis myaoru Orxan Qurbanov xx.xx.2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdi və həmin qərarın 2-ci bəndində göstərdi ki, bununla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, «Mən Cavabdeh İddiaçı Mövlud oğlundan 3000 manat pul götürmüşəm. Mən onu işə düzəltəmək adınan Sokar Şirkətinə fəhlə işə düzəldəcəm, bir ay müddətində. Mənim həmin Şirkətdə qohumum işləyir (buxalter). Bu ərizəmi mən öz xoşumla yazıram». Göstərilən qəbz hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Pİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis amyoru Orxan Qurbanovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərardan görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, o uzun müddət işsiz olduğu üçün ehtiyaclarını ödəyə bilmədiyi üçün ona pul lazım olmuşdur. 2022-ci ilin oktyabr ayında həmişə gedib gəldiyi çayxanada uşaqlardan faizə pul verən şəxs olub olmamasını soruşmuşdur. Çayxanada çayçı işləyən Zaur faizə pul verdiyini deyib həmin şəxsə yaxınlaşıb ondan faizə pul lazım olduğunu bildirmişdir. Zaur ona şərtlərinə əsasən borcun əvəzinə qoymağa girovu yoxdursa hərbi biletini və onun dediyi əlyazma yazıb verməsini demişdir. Ona təcili pul lazım olduğu üçün Zaurun şərtləri ilə razılaşaraq, Zaur ona kağız üzərində guya Socar şirkətində işlədiyi qohumu vasitəsi ilə onu ora işə düzəltmə üçün 3000 manat pul alması barədə əlyazma yazdırmışdır. Lakin Zaur ona 1600 manat pul vermiş, kağızda isə ona 3000 manat yazdırmasını belə izah etmişdir ki, 1600 manat gecikdirib faizi 3000 manata qədər yığılacaq, ona görə belə yazmağını istəmişdir. Lakin reallıqda Zaurdan pulu sələmə alıb, əlyazmada ondan pulu işə düzəltməsi üçün almağını yazdırmağına baxmayaraq Zaurdan pulu sələmə almışdır. Təqdim olunmuş AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Təqdim olunmuş AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh iddiaçıdan onu işə düzəltmək adı ilə aldığı 3000 manatı və borc aldığı məbləğdən qalan 100 manatı, ümumilikdə 3100 manat pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh iddiaçıdan onu işə düzəltmək adı ilə aldığı 3000 manatı və borc aldığı məbləğdən qalan 100 manatı, ümumilikdə 3100 manat pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya borlu olduğu 3100 manat məbləği qaytarmadığı üçün iddiaçının ona qarşı ödənilməmiş 3100 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar