Məhkəmə qərarları › İş №e-2(009)-313/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-313/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-313/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavd qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, ərizəçi İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə Cavanşir oğlunun iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı atalığın etiraf olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat Şöbəsinin işə cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, X5 atası olması faktının müəyyən olunması, ona aid doğum akt qeydində dəyişiklik edərək, ata qrafasında “X13 (milliyyəti azərbaycanlı)” yazılması və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 və X10r. Valideynlərinin nikahı qeydə alınmadığına görə, doğum haqqında şəhadətnaməsində atasının soyadı anasının soyadı kimi yazılmışdır. Valideynləri təxminən 10 il müddətində birlikdə ailə münasibətlərində yaşamışlar. İstər birlikdə yaşadıqları müddətdə, istərsə də valideynləri ayrıldıqdan sonra, atası həmişə valideyni kimi öz hüquq və vəzifələrini icra etmişdir və atası ilə münasibətləri yaxşı olmuşdur. X4 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Atasının vəfatından sonra onun birinci növbə vərəsəsi kimi vərəsəlik hüququnu həyata keçirə bilmədiyi üçün, X5 atası olması doğum haqqında şəhadətnaməsində öz əksini tapmalıdır. Aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə etdiyi müraciəti müsbət həll olunmadı. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olur. Məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verən ərizəçi tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəsinin nümayəndə və vəkili tələbi müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndə və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, AZ-149732 nömrəli, 31 yanvar 2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X15 qeyd edilmişdir. İş materiallarında olan X9 və X1 orqanlara ünvanladıqları xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, X9 və X15 bildirirlər ki, azyaşlı oğulları xx.xx.1999-cu il təvəllüdlü İddiaçı X18 ilə beş il müddətinə idman yarışlarında iştirak etmək üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və geri qayıtmasına etiraz etmirlər. İş materiallarında olan 05 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X9 həqiqətən Sabunçu rayonu, Zabrat 1 qəbirstanlığında 05 oktyabr 2024-cü il tarixində dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-906/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 mart tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının “ qeydə alınmasında göstərildiyi kimi Uşaq nikahı olmayan anadan doğulduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “Atalığın müəyyən edilməsi “valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ərizəçinin X4 xx.xx.2024-cü ildə rəhmətə getdiyi bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun oğludur. O, X9 ilə qeyri rəsmi nikah münasibətində olmuş və onların birgə nikahından iki övladları olmuşdur: xx.xx.1999-cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X12. Həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun qardaşıdır. Onların X2 və X10r. Valideynlərinin nikahı qeydə alınmadığına görə, onun və qardaşının doğum haqqında şəhadətnamələrində atasının soyadı anasının soyadı kimi yazılmışdır. X4 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun bacısı oğludur. Onun bacısı X3 Rövşən Abdulla oğlu ilə qeyri rəsmi nikah münasibətində olmuş və onların birgə nikahından iki övladları olmuşdur: xx.xx.1999-cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X12. Bacısının həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun iş yoldaşı olmuş X5 övladıdır. X9 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AR Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın-yəni atalığın etiraz olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunverciliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması 3 şərt mövcud olmalıdı: 1. Özünün uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı atasının X9 olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı atasının X9 olması müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında soyadı “Salamov”, adı “Abdulla”, ata adı “Rövşən”, ata qrafasında - “X9” (milliyyəti azərbaycanlı), ana qrafasında - “X15” (milliyyəti azərbaycanlı) göstərilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar