Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-327/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququ əsasında azyaşlı uşağa məxsus əmlakın özgəninkiləşdirilməsi üçün tələb olunan icazənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququ əsasında azyaşlı uşağa məxsus əmlakın özgəninkiləşdirilməsi üçün tələb olunan icazənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X27 ilə 2000-ci ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların X19 (xx.xx.2001-ci il təvəllüdlü), X14 (xx.xx.2004-cü il təvəllüdlü), X20 (xx.xx.2011-ci il təvəllüdlü) və X5 (xx.xx.2014-cü il təvəllüdlü) adlı övladları olmuşdur. Əri xx.xx.2021-ci il tarixdə dünyasını dəyişdi. Övladları atalarından miras qalmış Bakı şəhəri, Salyan şossesi, 32 ünvanında və Şamaxı rayonunun Çurxyurd kəndində yerləşən iki torpaq sahəsini qəbul edərək, mülkiyyət hüququ əsasında həmin torpaq sahələri üzrə 1/5 hissədə adlarına müvafiq Çıxarışlar almışlar. Başqa ölkələrin (Türkiyə, Rusiya və Gürcüstan) vətəndaşları olan ərinin birinci ailəsindən olan vərəsələri ilkin X22 vəsiyyətnamələri məhkəmə qaydasında mübahisələndirdikdən sonra ilkin şəhadətnamələr ləğv edilmiş və artıq bütün vərəsələr birliklə notariat orqanına ümumi əsaslarla müraciət etdikdən sonra, övladlarının adına həmin miras əmlaklar üzrə artıq X22 yeni şəhadətnamələr verilərək, 1/16 hissədə müvafiq Çıxarışlar verilmişdir. AZ-İ-139261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, xx.xx.2011-ci il tarixdə doğulmuş X6 atası – X27, anası İddiaçıdır. AZ-İ-139259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 atası – X27, anası – İddiaçıdır. Forma No********** Referans No 107797 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X27 xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmişdir. xx.xx.2023-cü il tarixli reyestrdə 2V-141 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə X22 şəhadətnamədən göründüyü kimi, X20 və X5 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,2654 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmiş X15 vərəsələridirlər. xx.xx.2023-cü il tarixli reyestrlə 2V-139 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə X22 şəhadətnamədən göründüyü kimi, X20 və X1 rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0,23 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmiş X15 vərəsələridirlər. xx.xx.2023-cü il tarixli reyestrdə 2V-216 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə X22 şəhadətnamədən göründüyü kimi X20 və X1 rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmiş X15 vərəsələridirlər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********63 reyestr nömrəli Çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsi 1/16 hissədə X20 və 1/16 hissədə X3 məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli Çıxarışdan göründüyü kimi, Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 1/16 hissədə X20 və 1/16 hissədə X3 məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********95 reyestr nömrəli Çıxarışdan göründüyü kimi, Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0.23 ha torpaq sahəsi 1/16 hissədə X20 və 1/16 hissədə X3 məxsusdur. Azərbaycan Respublikası DİN tərəfindən verilən xx.xx.2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan göründüyü kimi, Bakı şəhəri Səbail rayonu, R.Behbudov küçəsi, ev 8, mənzil 10 yaşayış sahəsində İddiaçı ilə birlikdə xx.xx.2011-ci il təvəllüdlü X20 və xx.xx.2014-cü il təvəllüdlü X5 qeydiyyatdadır. Hazırda övladları ödənişli əsaslarla orta və ali təhsil ocaqlarında təhsil alırlar. Ərinin dünyasını dəyişməsi ilə bağlı ailəsində olan maliyyə çətinlikləri ilə əlaqədar təhsil haqlarının vaxtı-vaxtında ödənilməməsi, artıq azyaşlı Yusifin təhsil aldığı məktəbdən kənarlaşdırılması məsələsinin gündəmə çıxarılmasına səbəb olmuşdur. Hesab edir ki, övladlarının mənafeyinin qorunmasına və sağlam gələcəyinin təminatı üçün onların yaxşı təhsil alması daha uyğundur, nəinki başqa ölkədə yerləşən hər hansı bir boş torpaq sahəsində onları 1/16 hissədə olan pay hüququ. Bu səbəbdən təhsil haqlarının ödənilməsi üçün miras əmlakdan övladlarının payına düşən 1/16 hissəni digər vərəsələrə satmaq məcburiyyəti qarşısında qalmışdır. Yusiflə Bənövşə yetkinlik yaşlarına çatmadıqlarına görə, qeydiyyatda olduqları ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilməli olan müvafiq icazə məktubu notariat orqanına təqdim edilməsi üçün tələb olunur. İddia ərizəsinə əlavə olunan müvafiq icazənin Komissiyadan alınması üçün xx.xx.2023-cü il tarixli, **********755 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəni Səbail rayon İcra Hakimiyyətinin ümumi şöbəsinə xx.xx.2023-cü il tarixdə təqdim etmişlər. Həmin ərizə ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 15.00-da keçirilən Komissiyada o, Yusif və Bənövşə iştirak etmişlər. Komissiyada bildirmişlər ki, uşaqların şəxsiyyət vəsiqələrini və yaşayış yerləri barədə arayış təqdim edildikdən sonra onlara icazə məktubu veriləcəkdir. Siyahı üzrə yeganə çatışmayan xx.xx.2023-cü il tarixli yaşayış yerləri barədə arayışı (Forma 2) və siyahıda qeyd olunmayan uşaqların şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərini xx.xx.2023-cü il tarixdə Komissiyaya təqdim etmişlər. Buna baxmayaraq artıq bir ildən artıqdır ki, qeyd olunan məktub, qanunsuz olaraq, qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin onlardan tələb olunması məbəbi ilə qəsdən yubadılmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunan “Yetkinlik yaşına çatmayanların mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı tələb olnan sənədlərin siyahısı” Komissiyasının əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə onlara təqdim olunmuşdur. Tələb olunan sənədlər: 1. Hər iki valideyn tərəfindən Səbail rayon İcra Hakimiyyətinin başçısının adına notarial qaydada təsdiq olunmuş ərizə; 2. Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamə və s.); 3. Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti; 4. Valideynlərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətləri; 5. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; 6. Yaşayış yerindən arayış – forma 2 qohumluq dərəcəsi; 7. Satılan əmlakın sənədlərinin notarial qaydada təsdiq olunmuş surəti; 8.10 yaşından yuxarı uşağın razılıq ərizəsi. Komissiya tərəfindən onlara təqdim olunmuş siyahıda qeyd olunmadığı halda cavabdehin xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52-166 saylı məktubu ilə onlara əsassız olaraq bildirilmişdir ki, uşaqların vərəsəlik haqqında şəhadətnamələri təqdim edildikdən sonra miras əmlakın satılmasına icazənin verilməsi barədə müraciətə yenidən baxılacaqdır. Lakin, qanunvericiliyin tələblərinə əsasən bu şəhadətnamələri onlar deyil, notariat orqanının özü Komissiyaya təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 100-cü bəndinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına X22 şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (X22 şəhadətnamənin surətini göndərməlidir). Məktubdan və Azərpoçt qəbzindən göründüyü kimi, Təlimatın 100-cü bəndinin tələbinə əsasən xx.xx.2023-cü il tarixdə 2V-137, 2V-139 və 2V-141 reyestr nömrəsi ilə qeydə alınmış X22 şəhadətnamələrin surətləri xx.xx.2023-cü il tarixdə sifarişli məktubla Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən cavabdehə göndərilmişlər (lakin cavabdeh belə bir məktubun gəlmədiyini bəhanə gətirərək üzərinə düşən vəzifəni icra etməkdən yayınaraq uşaqların mənafeyinə zidd hərəkət etməklə yenə də onların hüquqların pozulmuş olmuşdur). Buna baxmayaraq, cavabdehin qanunsuz tələbləri səbəbindən xx.xx.2023-cü il tarixdə uşaqların vərəsəlik haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərini komissiyaya təqdim etmişlər. Lakin, Komissiya əməkdaşları qanunun tələblərinə məhəl qoymadan onlara bildirmişlər ki, şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri deyil, əsilləri onlara təqdim olunmalıdır. Cavabdehin bu qanunsuz tələbini yerinə yetirib xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş xx.xx.2023-cü il tarixdə 2V-137, 2V-139 və 2V-141 reyestr nömrəsi ilə qeydə alınmış X22 şəhadətnamələrin əsillərinə bərabər olan dublikatları cavabdeh təşkilatın dəftərxanasına təqdim etmişlər və cavabdeh orqanın işçisi “Məmmədova” tərəfindən rəsmi qəbul edilmişdir. Buna baxmayaraq cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-19/2-14/12-M- 52/5-166/5-t/2, M-52/6-166/6 nömrəli məktubunda əsassız olaraq bildirilir ki, Komissiyaya qanunamüvafiq qaydada Qanun üzrə X22 şəhadətnamələr təqdim edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 5-19/2-14/12-M-52/2-166/2-t/1 saylı məktubu ilə onlara bu dəfə bildirilmişdir ki, vərəsəlik işi üzrə məhkəmə qərarının icra olunması ilə bağlı sənəd təqdim edildikdən sonra miras payın satılmasına icazənin verilməsi barədə müraciətinə yenidən baxıla bilər. Bu dəfə tərəfindən xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər cavabdeh təşkilatın dəftərxana işçisi “İ.Rzayeva” tərəfindən rəsmi qəbul edilmişdir: 1.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2349/2022 nömrəli qətnaməsi; 2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-772/2023 nömrəli qərardadı; 3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsi; 4. “Məhkəmə qətnaməsinin icra olunması ilə bağlı” notariat orqanının xx.xx.2023-cü il tarixli, 841 nömrəli arayışı; 5. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı. Buna baxmayaraq, cavabdehin xx.xx.2023-cü il tarixli 5-19/2-14/12-M-52/7-166/7-t/3 saylı məktubu ilə onlara yenə də əsassız olaraq bildirilmişdir ki, Qanun üzrə X22 Şəhadətnamələrin yenidən hansı əsaslarla tərtib edildiyi və məhkəmə qərarı vardırsa, həmin sənədlərin surətlərinin Səbail rayon İcra Hakimiyyətinə göndərilməsi xahiş edilmişdir. Bundan sona tərəfindən xx.xx.2023-cü il tarixli, HP-97-AZ/2023 nömrəli məktubla onlardan xx.xx.2023-cü il tarixli məktubla tələb olunan məhkəmə qərarları yenidən cavabdehə təqdim edilmişdir. Cavabdehin tələb etdiyi sənədlər ona yenidən təqdim olunmasına baxmayaraq xx.xx.2024-cü il tarixində Azərpoçt vasitəsi ilə rəsmi qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-1816-2023 nömrəli məktubla müvafiq icazənin verilməsindən əsassız olaraq imtina edilərək Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Payların özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6941/2024 nömrəli qərardadı ilə tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmamağı, həmçinin iddiaçının məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmə həyata keçirmək hüququnun olması əsası ilə iddia mümkün sayılmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 4 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissədə və Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 2 ildir ki, Səbail rayon İcra Hakimiyyətinə əmlakın satılmasına icazə verilməsi ilə bağlı müraciət olunmuş, dəfələrlə araşdırma aparılsa da, müraciətləri müsbət cavablandırılmamış,məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Əmlak digər paylı mülkiyyətçilərə satılacaqdır. Uşaqların daşınmaz əmlak üzərində payları 1/16 hissədədir, cüzidir, satışdan əldə olunan pul Yusifin təhsilinə, Bənövşənin isə xəstəliyi ilə bağlı müalicəsinə sərf olunacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə Türkiyə Respublikasında anadan olmuş, atası X27, anası İddiaçı göstərilmişdir. İş üzrə Türkiyə Respublikasının Antalya X34 Xəstəxanası tərəfindən verilmiş ÖBS forma No ********** nömrəli ölüm haqqında tibbi arayışın surətindən görünür ki, Türkiyə Respublikası İstanbul şəhəri, Beşiktaş rayonunda yaşayan Rusiya Federasiyasının vətəndaşı Əliyev Fikrət xx.xx.2021-ci il tarixdə yoluxucu olmayan xəstəlikdən (təbii ölümdən) xəstəxanada vəfat etmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2349/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçılar X16 və X8 iddiası təmin edilməsi, Bakı şəhəri 14 saylı notariat ofisinin noturiusu X21 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş və X19, X14, X20 və X3 hüquq verən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə X22 şəhadətnamələrin ləğv edilməsi, 2V-611 saylı vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə X22 şəhadətnamələrin hüquqi nəticələrin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsi qət edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,23 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Alıeva Makhıranın (9/16 hissə), Alıev Talekhin (1/16 hissə), X9 (1/16 hissə), X6 (1/16 hissə), X2 (1/16 hissə), X16 (3/16 hissə - xx.xx.2023-cü il tarixdən) adlarına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X16 (3/16 hissə - xx.xx.2023-cü il tarixdən), Alıeva Makhıranın (9/16 hissə), Alıev Talekhin (1/16 hissə), X9 (1/16 hissə), X6 (1/16 hissə), X2 (1/16 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X16 (3/16 hissə - xx.xx.2023-cü il tarixdən), Alıeva Makhıranın (9/16 hissə), Alıev Talekhin (1/16 hissə), X9 (1/16 hissə), X6 (1/16 hissə), X2 (1/16 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə Səbail RİH başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Eldar Ağayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-19/2-M-52/2-166/2-t/1/2023 qeydiyyat nömrəli azyaşlı övladlarına məxsus miras paylarının öz tərəfindən özgəninkiləşdirilməsinə icazənin verilməsi barədə ərizəsinə Səbail RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Bildirirlər ki, məhkəmə tərəfindən mübahisəli məsələ baxılmış və qəbul edilmiş Qərarın icrası ilə bağlı müvafiq sənəd RİH-ə təqdim edildikdən sonra müraciətinə yenidən baxıla bilər. İş üzrə Səbail RİH başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Eldar Ağayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52-166 saylı məktubun surətindən görünür ki, İddiaçı Səbail İcra Hakimiyyətinə daxil olmuş azyaşlı övladların miras paylarının satılmasına icazənin verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə Səbail RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında baxılmışdır. Daxil olmuş müraciətlə bağlı bildirirlər ki, qanunla nəzərdə tutulmuş qaydada Vərəsəlik Şəhadətnaməsi təqdim edildikdən sonra müraciətinə baxılıb tərəflərdən müvafiq qərar qəbul edilə bilər. Nəzərinə çatdırırlar ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. İş üzrə Səbail RİH başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Eldar Ağayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52-166 saylı məktubun surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuşazyaşlı övladlarına məxsus miras əmlakların öz tərəfindən özgəninkiləşdirilməsinə icazənin verilməsi barədə ərizəsinə Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Bu barədə İddiaçı xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52/2-166/2-t/1 saylı məktubla cavab verilmişdir. Ərizəsinə əlavə etdiyi sənədlər bir daha araşdırılmışdır. Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2349/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar X16 və X8 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X10, Bakı şəhəri 14 saylı Notariat ofisinə, X7 qarşı (X28, X23 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, həmçinin İddiaçı Yusif və Bənövşə Melnikovların qanuni nümayəndəsi kimi cavabdeh X14 tərəfindən 3-cü şəxs qismində cəlb edilməklə) “vərəsəlik Şəhadətnaməsini və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İddia təmin edilmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X21 tərəfindən V- 216/2021 saylı vərəsəlik üzrə tərtib edilmiş və X11, X7, X12, X3 hüquq verən xx.xx.2021-ci il tarixli, 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2-V-13 saylı Qanun üzrə X22 Şəhadətnamələr ləğv edilmişdir. 2-V-611 saylı Vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2V-611 saylı, xx.xx.2022-ci il tarixli, 2V-12 və 2V-13 saylı Qanun üzrə X22 Şəhadətnamələrinin hüquqi nəticələri, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlər ləğv edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2349/2022 saylı Qətnaməsindən cavabdeh X4, həmçinin X6, X2 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2023cü il tarixdə, 2(103)-772/2023 saylı işə açqı məhkəmə baxılmışdır. Ərizəsinə əlavə etdiyi sözügedən qərardaddan görünür ki, cavabdeh X4, həmçinin X6, X2 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən yazılı formada imtina vermişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası verdiyi apellyasiya şikayətindən imtina barədə qərardad qəbul etmişdir və apellyasiya icraatına xitam vermişdir. Qərardad qəbul edildiyi andan qüvvəyə minmişdir. Qeyd edildiyi kimi Azərbaycan Respublikası MPM-nin 369.1-ci və 369.2ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi 1-ci instansiya məhkəməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qanunamüvafiq qaydada Qanun üzrə X22 Şəhadətnamə(lər) və ya digər aidiyyəti hüquqi sənəd(lər) təqdim edilməmişdir. İş üzrə Səbail RİH başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Eldar Ağayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52-166 saylı məktubun surətindən görünür ki, “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili X33 xx.xx.2023cü il tarixli RİH-ə ünvanladığı, nümayəndəsi olduğu vətəndaş İddiaçı azyaşlı övladlarına məxsus miras əmlakların özgəninkiləşdirilməsinə icazənin verilməsi məsələsi barədə ərizəsi Komissiya tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(006)-2349/2022 saylı qətnaməsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı, Moskva şəhərində yaşamış X27 uzun sürən xəstəlikdən sonra xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında vəfat etmişdir. Rusiya Federasiyasının Moskva şəhərində, şəhər Notariat dairəsinin notariusu L.V.Moiseyeva tərəfindən xx.xx.2021-ci il tarixdə 95/2021 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün müraciət mərhumun övladları Taleh və Ruslan Əliyevlər tərəfindən edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı X24 həmin notariusa müraciət edərək mərhum F.Əliyevin xx.xx.2000-ci il tarixdə 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli Vəsiyyətnamə tərtib edərək bütün əmlakını həyat yoldaşı X17 miras qoyduğunu nəzərə alıb Vəsiyyətnamə üzrə vərəsəlik aparılmasını xahiş etmişdir. Vərəsəlik işinin Moskva notariusunun icraatında olduğu və miras qoyanın əmlaklarının müəyyən olunduğu zaman mərhumun mülkiyyətində olmuş: Şamaxı rayonu, Çuxuryurd kəndinin ərazisində olan **********95 reyestr nömrəli 0,23 ha, **********91 reyestr nömrəli 0.12 ha, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən **********63 reyestr nömrəli 0.2650 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dəyişdiyi, yəni Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu tərəfindən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2-V-13 saylı X11, X7, X12, X3 hüquq verən Qanun üzrə X22 Şəhadətnamələr verildiyi müəyyən edilmişdir. Belə ki, aşağıdakı maddi hüquq normaları pozulmaqla vərəsəlik işi açılmış və Şəhadətnamələr tərtib edilmişdir: - vərəsəlik işinin açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlər pozulmuşdur. Azərbaycan Respublikasının MM-nın 1246-cı maddəsinə əsasən (mirasın qəbul edildiyi müddəti) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilərlər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən qətnamədə qeyd edilmişdir ki, 2-V-611 saylı vərəsəlik işi xx.xx.2021-ci il tarixdə və 2V-12,13 saylı vərəsəlik işi isə xx.xx.2022-ci ildə açılmışdır və həmin günlərdə yekunlaşmışdır. Beləliklə müəyyən olunmuşdur ki, miras qoyanın xx.xx.2021-ci ildə vəfat etdiyi nəzərə alınaraq Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə müəyyən edilmiş 3 aylıq müddət xx.xx.2021-ci il tarixdə, 6 aylıq müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir. – Miras qoyanın vəsiyyətnaməsi olduğu halda, miras əmlak üzrə Qanun üzrə Vərəsəlik barədə şəhadətnamə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. – Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən isə Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan Vəsiyyətnamə qoymur, yaxud Vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. – Həmin Məcəllənin 1149-cu maddəsinə əsasən (Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer) xaricdə daimi yaşamış Azərbaycan Respublikasının vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. Belə ki, F.Əliyev tərəfindən xx.xx.2000-ci il tarixdə 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli Vəsiyyətnaməsi ilə bütün əmlaı həyat yoldaşına vəsiyyət edilmişdir. Rusiya Federasiyasının Moskvar şəhərində, şəhər Notariat dairəsinin notariusu L.V.Moiseyeva tərəfindən xx.xx.2021-ci il tarixdə 95/2021 nömrəli vərəsəlik işi açılmışdır və sərəsəlik işi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ olan varislərin hamısı işə cəlb edilmişdir. Məhkəmənin iş materiallarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 05/1602/69 nömrəli arayışa əsasən X15 (xx.xx.1958) ailə üzvləri həyat yoldaşı X24 (xx.xx.1962), oğlu X28 (xx.xx.1981), oğlu X23 (xx.xx.1986) və qızı X13 ibarətdir. Nikahın bağlanması haqqında İİ JQ No 339097 saylı şəhadətnaməyə əsasən müəyyən edilir ki, X27 xx.xx.1980-cı il tarixdə Əliyeva (Abdullayeva) Mahirə Həmid qızı ilə nikaha daxil olmuş və həmin nikah ləğv edilməmişdir. xx.xx.2000-ci il tarixdə 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli vəsiyyətnamənin mətnindən göründüyü kimi, mərhum bütün əmlakını həyat yoldaşı X17 vəsiyyət etmişdir. Məhkəmənin iş materiallarına əsasən X24 xx.xx.2021-ci il tarixdən ərinin ölümündən sonra qalmış mirası bütün vərəsəlik əsasları üzrə qəbul etmişdir.Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçılar X16 və X8cavabdehlər Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X10, Bakı şəhər 14 saylı Notariat ofisinə, X7 qarşı (X28, X23 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, həmçinin İddiaçı Yusif və Bənövşə Melnikovların qanuni nümayəndəsi kimi cavabdeh X14 tərəfindən 3-cü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsini və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq iddianı təmin etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən V-216/2021 saylı vərəsəlik üzrə tərtib edilmiş və X11, X7, X12, X3 hüquq verən xx.xx.2021-ci il tarixli, 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2-V-13 saylı Qanun üzrə X22 Şəhadətnamələrin ləğv edilməsini və 2-V-611 saylı Vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2V-611 saylı, xx.xx.2022-ci il tarixli, 2V-12 və 2V-13 saylı qanun üzrə X22 Şəhadətnamələrin hüquqi nəticələri, o cümlədən həmin Şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsini qət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin sözügedən xx.xx.2022-ci il tarixli, e-2(006)-2349/2022 saylı qətnaməsindən Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixdə, 2(103)-772/2023 saylı işə açıq məhkəmə iclasında baxılmışdır. Qərardaddan göründüyü kimi cavabdeh vəkili apellyasiya şikayətindən yazılı formada imtina vermişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası verilmiş apellyasiya şikayətindən imtina barədə qərardad qəbul etmişdir və apellyasiya icratına xitam vermişdir. Qərardad qəbul edildiyi andan qüvvəyə minmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-2349/2022 saylı icra sənədi üzrə Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş məktubunda məhkəmənin sözügedən icra sənədinin xx.xx.2023cü il tarixdə icra edildiyi göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qanunamüvafiq qaydada qaldırılmış məsələyə etiraz edilmişdir. Vəkil RİH-ə qəbul edilən zaman bu barədə ona məlumat verilmişdir. Qeyd edirlər ki, İddiaçı nümayəndəsi Vəkil RİH-ə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-19/1-M-52/7-166/7-t/3-2023 saylı ərizəsində Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X21 tərəfindən sonradan xx.xx.2023-cü il tarixli reyestrdə 2-V-137, 2V-139 və 2V-141 nömrələri ilə verilmiş yeni Qanun üzrə X22 Şəhadətnamələrin tərtib edildiyini və RİH-ə göndərildiyini bildirmişdir. Maddi hüquq normaları pozulmaqla vərəsəlik işinin açıldığı, şəhadətnamələrin və o cümlədən həmin Şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin məhkəmə tərəfindən ləğv edildiyi və məhkəmə qərarı icra olunduqdan sonra, o halda Qanun üzrə X22 Şəhadətnamələrin yenidən hansı əsaslarla tərtib edildiyi və məhkəmə qərarı vardırsa həmin sənədlərin kserosurətlərinin Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi xahiş edilmişdir. Qeyd edirlər ki, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən qanunla qorunan hüquq və azadlıqların, eləcə də maraqların pozulduğunu hesat etdiyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6941/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı “payların özgəninkiləşdirilməsi üçün icazənin verilməsi” barədə iddia tələbi tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığı üçün mümkün sayılmamışdır. İş üzrə təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Yusif Melnikovun 2023/2024-cü təhsil ili üçün X37 Okulları Ticaret A.Ş-yə 20.000 türk lirəsi pul köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə X27 arasında 2000-ci ildə faktiki ailə münasibətləri yaranmış, bu münasibətdən 4 övladları olmuş, onlardan X20 xx.xx.2011-ci ildə və X5 xx.xx.2014-cü ildə anadan olmuşlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının övladlarının atalarından miras qalmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin,həmçinin ünvan 4 yerləşən 0,12 ha və Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissəsi üzərində mülkiyyət hüquqları mövcuddur və uşaqların həmin əmlaklar üzərində olan mülkiyyəti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, azyaşlı övladlarının mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi üçün icazə verilməsi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinə müracət etsə də, sonuncu bununla bağlı hər hansı bir qərar qəbul etməmiş və bu səbəbdən o, azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 4 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissədə və Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2.) Göstərilən Məcəllənin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (maddə 28.2). Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 297 No-li Fərmanının 2.9.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.4-cü 51.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Həmin Əsasnamənin 11-ci maddəsinə əsasən Komissiyalar yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində işlərə və ya materiallara aşağıdakı hallarda baxırlar: yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizələri olduqda. Məhkəmə qeyd edir ki, fiziki şəxslər arasında fəaliyyət qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti məhdud olan şəxslər olur. Bu şəxslərin əmlakı və gəlirləri ola bilər. Nə qədər ki, belələrinin öz əmlakı və gəlirləri üzərində müstəqil sərəncam vermək hüququ ya yoxdur, ya da məhduddur, qanunvericilikdə bu məsələlərin həllinin xüsusi qaydaları müəyyən edilmişdir. Qəyyumluqda və himayədə olanın gəlirləri üzərində sərəncam hüququ bir qayda olaraq Qəyyumluq və Himayəçilik orqanının icazəsi ilə qəyyumlar və himayəçilər tərəfindən həyata keçirilir. Qəyyumluqda və himayədə olanların əmlakı ilə bağlı əqdlərin və onların hüquqlarından imtinasına səbəb olan əqdlərin bağlanması xüsusi qaydalarla həyata keçirilir. Qanunda birmənalı şəkildə nəzərdə tutulmuşdur ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda olanın əmlakının özgəninkiləşdirilməsinə dair əqdləri bağlaya bilməz. Bu qəyyumluqda və himayəçilikdə olanın əmlakını və hüquqlarını təkcə 3cü şəxslərdən deyil, həm də qəyyumların və himayəçilərin mümkün sui-istifadəsindən qorumaq vasitəsidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının övladlarından X26 Respublikasında ödənişli təhsil müəssisəsində təhsil alması, Bənövşə Melnikovanın isə xəstəliyi ilə əlaqədar müvafiq xərclərin ödənilməsinə zəruriliyi yaranmasını əsas gətirərək həmin xərclərin qarşılanmasının uşaqlara mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsindəki payların özgəninkiləşdirilməsi yolu ilə mümkün olmasını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsi bu zərurətin 2 ildən artıq yaranmasını qeyd etsə də, həmin müddətdə təhsil alan Yusifin təhsil haqqının mütəmadi ödənişlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Digər övladının isə xəstəliyi ilə bağlı zəruri vəsaitin tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən xərcin ümumi məbləği və daşınmaz əmlakların 1/16 hissəsinin dəyəri barədə də sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun satışından əldə olunacaq pul vəsaitinin xərclərə yetərliyinin mümkünlüyünün müəyyən edilməsi barədə də araşdırma aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, yetkinlik yaşına çatmayan uşaqlara mülkyyət hüquq üzrə məxsus olan əmlakın satılmasına zərurətin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 4 yerləşən 0,12 ha torpaq sahəsinin 1/16 hissədə və Şamaxı rayonu, Çuxuryurd kəndi ünvanında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-327/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-327/2025
04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver