Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-340/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi İsgəndər-zadə Fəxrədddin Faiq oğlunun iştirakları ilə, İddiaçı - cavabdeh "xxxx" MMC-yə (3-cü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə (3-cü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi İsgəndərzadə Fəxrədddin Faiq oğlu bildirmişdir ki, iddiaçının onlardan tələb etdiyi 1000 (min) manat pul vəsaitini hazırda iddiaçıya ödəməyə hazırdır. İddiaçının da bu təklifi qəbul edəcəyi təqdirdə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsinin təklifini qəbul etdiyini bildirdi və tələb etdiyi pul vəsaitini məhkəmə iclasında cavabdehin nümayəndəsindən şəxsən qəbul etdi. Daha sonra iddiadan imtina etdiyini və bunun nəticələrinin ona bəlli olduğunu bildirdi. Bu barədə ərizəsini də məhkəməyə təqdim etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilərək, iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya Azərbaycan Respublikası MPM-nın 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə (3-cü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) qarşı "pul" tələbinə dair mülki iş üzrə İddiaçı iddiasından imtinası qəbul edilsin. e-2(009)-340/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-340/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-340/2024
23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver