Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-369/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehin nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və s.” barədə iddia ərizəsi və sonradan iddia həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzilinin üstündə ayrıca mənzil kimi mövcud olan yaşayış yerindəki əmlakından cavabdeh və digər üçüncü şəxslərin istifadəsinin qanuna zidd hesab edilməsi, onun 2 övladı ilə birlikdə həmin yaşayış yerinə köçürülməyi, 100 manat dövlət rüsumunun və 250 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü ildə cavabdehlə rəsmi nikah bağlayıb ailə qurmuşdur. Toydan sonra Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzilinin üstündə yerləşməklə mənzil kimi qurulmuş “mansard” hissəsinə köçmüş, bütün cehiz əşyaları orada yerləşdirilmiş və 2023cü ilin okyabr ayının 13-dək orada yaşamışdır (iddiaçı ora köçəndə evdə yalnız köhnə mətbəx mebel əşyası olmuşdur). Ailə qurduqları tarixdən həmin mənzildə yalnız onlar yaşamış və yaşadıqları müddətdə 2 (iki) övladları, o cümlədən xx.xx.2014-cü ildə oğulları Eneş, xx.xx.2020-ci il tarixdə isə qızları Emilia dünyaya gəlmişdir (övladları onlarla birlikdə yaşasalar da, bu günədək cavabdehin atasına məxsus mənzildə qeydiyyatdadırlar). Evlilik dövründə cavabdehin ona qarşı mütəmadi fiziki və psixoloji zorakılıqları ucbati olaraq ayrılmış və cavabdeh özünə məxsus şəxsi əşyalarını götürüb hələ 2022-ci ilin sentyabr ayında qeydiyyatda olduğu ünvana köçmüş, bir sözlə, özünün dediyi kimi, evi tərk etmiş və bir daha qayıtmayacağını bildirmişdir. Odur ki, bundan sonra o, nikahlarının pozulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət emiş və işə baxılan zaman cavabdeh məhkəməyə gəlməmiş, lakin ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və nəticə etibarilə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş 2(009)-482/2023) ilə nikahlarının pozulması və 2 (iki) övladlarının onun himayəsində qalması qət edilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvana köçdükdən sonra o, ötən 14 ay ərzində bərbad gündə olan evi öz şəxsi vəsaiti hesabına yüksək səviyyədə əsaslı təmir etdirərək bütünlüklə yeni məişət əşyaları və avadanlıqları ilə tam təchiz etmiş (bu faktları və vəziyyəti əks etdirən bəzi fotoşəkillər iddia ərizəsinə əlavə edilir) və bu işlərə usta pulu ilə birlikdə ən azından 45.000 (qırx beş min) manat məbləğində xərc çəkmişdir ki, bunlar aşağıdakılardan ibarətdir: Mətbəx üzrə: Soyuducu “Hitachi” - 2.900 AZN; paltaryuyan maşın “Bosch” - 1.700 AZN; qabyuyan maşın “Bosch”- 1.000 AZN; mikrodalğalı soba-200 AZN; toster-200 AZN; kofe apara6-200 AZN; qaz plitəsi-250 AZN; qab-qacaq-1.000 AZN; tort bişirmə avadanlığı (ləvazima6) - 500 AZN; xalça - 100 AZN (mətbəx üzrə ümumi məbləğ 8.050 (səkkiz min əlli) AZN); Qonaq otağı (zal) üzrə: Divan-2.000 AZN; çil-çıraq (lüstr)-1.500 AZN; mebel-2.600 AZN; stul 6 ədəd-500 AZN; TV “SAMSUNG”və TV şka? - 1.200 AZN; 3 ədəd qırmızı rəngli “BOHEMA” və “Heman” qabları-1.000 AZN; stolüstü güldan-700 AZN; xalça 1 ədəd-400 AZN (qonaq otağı üzrə ümumi məbləğ 9.900 (doqquz min doqquz yüz) AZN; Yataq otağı üzrə: Dolab-1.000 AZN; kamod-400 AZN; xalça-100 AZN; işıqlı güzgü-100 AZN; pərdə-150 AZ(Nyataq otağı üzrə ümumi məbləğ 1.750 (birmin yeddiyüzəlli) AZN; Uşaq otağı üzrə: Çarpayı-650 AZN; divarda dolab-300 AZN; şkaf-200 AZN; əl xalçası 2 ədəd (qırmızı və göy rəngdə)-3.000 AZN; televizor “Shivaki”- 900 AZN (uşaq otağı üzrə ümumi məbləğ 5.050 (beş min əlli) AZN; Eyvanda olan əşyalar: Antena- 100 AZN; işlədilməyən yataq ləvazimat 6 (yorğan-döşək) - 300 AZN; yeni il bəzək yolkası- 700 AZN; yolka oyuncaqları-300 AZN; qədim mis qablar-1.000 AZN (ümumi məbləğ 2.400 (iki min dörd yüz) AZN; Yadında qalan digər əşyalar: Nəzarət-kamera sistemi 700 AZN; servant-200 AZN; servanta qoyulmuş bahalı xrustal və digər qablar-4.000 AZN; pərdə-200 AZN; girişdə qoyulmuş ayaqqabı dolabı-300 AZN; bahalı yataq dəstləri və ləvazimatları, süfrələr, əl-üz və qab-qacaq dəsmalları - ən azından 2.000 AZN (ümumi məbləğ 7.400 (yeddi min dörd yüz) AZN; Beləliklə yekun məbləğ: 34.950 (otuz dörd min doqquzyüzəlli) AZN. Bunlardan başqa, yuxarda qeyd etdiyi təmir işləri ilə bağlı bildirməlidir ki, evin giriş qapısının çöl meydançası da daxil olmaqla bütün otaqları tam təmir etdirmiş, su xətdində sızma nəticəsində blok və hamam tamamilə yararsız vəziyyətə düşdüyündən bütünlüklə təmir etdirmiş, su xətti dəyişdirilmiş, təzə su qızdırıcısı qoydurmuş, hamam-duş aksessuarları bütünlüklə yeniləri ilə əvəz edilmiş və digər bu kimi zəruri işləri gördürmüş, bütün bu işlərə isə ən azından 10.000 (on min) manatadək xərc çəkmiş, bir sözlə, komfort şərait qurmuşdur (çəkilmiş xərclər: 34.950+10.000=44.950 AZN). Bütün bu işlərdə və xərclərdə cavabdeh nəinki iştirak etməmiş, heç xəbəri də olmamışdır!. Lakin bütün bunlara baxmayaraq, cavabdeh, onun Qəbələ rayonuna qısa müddətli səfəri zamanı (yəni xx.xx.2023-cü il tarixdə) qapının qıfılını sındırıb ona aid heç bir əşya olmayan və tamamilə təmir olunmuş evə onun iradəsi ziddinə daxil olmuş, iddiaçı evə qayıdanda isə artıq burada yaşayacağını birmənalı olaraq bildirmiş, elə həmin gün də “Get ananla yaşa!”deyərək onu 2 (iki) uşaqla evdən bayıra atmış, odur ki, o övladları ilə anasının evinə sığınmaq məcburiyyətində qalmışdır. Hətda pal-paltar götürmək üçün oğlu ilə oraya getdikdə evə buraxılmamış, təhqir edilrərək qovulmuşdur. Bundan sonra isə cavabdeh, özünün və uşaqların pal-paltarlarını və bəzi əşyaları düşməncəsinə və təhqiramiz surətdə sellofan torbalara necə gəldi dolduraraq anasının qapısına gətirib tökmüşdür. İnsanlığa yaraşmayan bu hərəkətlərə son qoyulmasını tələb etmək üçün oraya getdikdə isə evdəkilər qapını açmamış, şəxsi xronikasını əks etdirən fotoşəkilləri, albomları, hətda bəzi əşyalarını eyvandan küçəyə və başına səpələmişlər. Odurki, o, DİN-nin “102”xidmətinə zəng etmiş, bundan az sonrasa sahə müvəkkili oraya gəlsə də içəri buraxılmamış, sonraisə onu işyerinə dəvət edib dindirmişvə nəticə etibariləməsələni mülki məhkəmə qaydasında həll etməyi tövsiyə etmişdir. Bu vəziyyətdən suiisfadə edən cavabdeh ona acıq vemək və stress yaşatmaq məqsədi ilə, ən başlıcası isə onun iradəsi ziddinə olaraq digər üçüncü şəxsləri də (yəni qohumlarını) həmin evə salıb (baxmayaraq ki, hamısının ayrı-ayrılıqda mənzilləri var) onları yanında saxlayır və şəxsi vəsaiti hesabına əldə etdiyi mebellərdən, stol-stullardan, yataq ləvazimatlarından, bir sözlə, yaşayış üçün zəruri olan bütün ev və məişət əşyalarından gündəlik istifadə etməklə mülkiyyətinə qəsd edirlər. Hətta o, müxtəlif günlərdə küçədən keçəndə ona məxsus, lakin hələ işlətmədiyi bahalı əl-üz və çay dəsmallarının, süfrələrin, yataq dəstlərinin (mələfələrin) və sairənin mənzilin eyvan hussəsindəki zivədə yuyulub asılmış vəziyyətdə görür, əsəb gərginliyi və stress keçiririəm! Yuxarıda qeyd etdiyi kimi, cavabdeh hələ 2022-ci ilin sentyabr ayında daimi yaşamaq üçün qeydiyyatda olduğu ünvana köçmüşdür. Onların 10 (on) il birlikdə yaşadıqları müddətdə nə iddiaçının, nə də ki, onun qohumlarından heçkəs onlarla yaşamamışdır. Lakin buna baxmayaraq, eləcə də onların hamısı başqa-başqa yaşayış yerlərinə malik olsalar da, on min manatlarla xərc çəkərək bütünlüklə yenidən qurub-yaratdığı və abadlaşdırdığı evə qərəzli surətdə yığışıb yaşayır, onun əşyalarına (yəni əmlakına) sahiblik edir, onlardan gündəlik istifadə edir, bir sözlə əmlakına qəsd edirlərki, nəticədə onun mülkiyyət hüququ pozulmaqla bərabər əşyalarına da zərər vurulur. Bu hərəkətlərə son qoyulmasını və evi tərk etmələrini cavabdehə zəng vurmaq və xəbər göndərməklə bir neçə dəfə tələb etsə də heç bir nəticəsi olmamış, bütün bunlar azmış kimi, ona mənəvi sarsıntı və izirab yaşatmaq üçün orada ad günləri keçirməyə və iki gündən bir qonaqlığa yığışırlarki, bütün bu hərəkətlərin nəticəsində də onun əmlakı (əşyaları) necə gəldi istifadə olunaraq aşınmalara məruz qalır və sıradan çıxır. Artıq 3 aya yaxındır ki, büsbütün yenidən qurduğu yaşayış sahəsindən (mənzildən) çıxarılmışdır, oraya buraxılmır, cavabdeh və digər üçüncü şəxslər isə orada onun iradəsi ziddinə olaraq yaşayırlar ki, bütün bu hallar tam qanunsuzdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, doğrudan da onlar rəsmi ailə münasibətlərində olmuş, birgə nikahdan 2 övladları doğulmuş, sonra nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların münasibətləri son dövrlər pozulduğu üçün o, iddiaçı ilə birlikdə yaşadığı evdən (atası X2 məxsus) çıxmışdır. Lakin, buna baxmayaraq o, hər gün evə bazarlıq edib gəlmiş, evin kommunal xidmət haqlarını ödəmiş, evin açarının bir nüsxəsi onda olub, hətta iddiaçı evdə olmayan vaxtlar evdə qalmışdır. Bu həqiqətlərdən başqa, iddia ərizəsində göstərilən digər məlumatların bir hissəsi tamamilə əsassızdır, bir hissəsi isə şişirdilmişdir. Belə ki, İddia ərizəsində göstərilir ki, guya onun tərəfindən evlilik dövründə ona qarşı mütəmadi fiziki və psixoloji zorakılıqlar törədilmişdir. Əvvəla, o, xaraktercə təzyiqi, zorakılığı xüsusilə qadına münasibətdə (o ki qala övladlarının anası ola) bu cür davranışı qətiyyətlə pisləyən bir insanfır. Onun evdən çıxmağı buna əsl örnək ola bilər, yəni elə bir insan olmadığı üçün və eyni zamanda birgə yaşamaqlarını mümkünsüz edən səbəblərə görə sakitcə evdən çıxdı və müəyyən müddət valideynləri ilə qaldı. Digər tərəfdən, əgər iddiaçı hər hansı bir zorakılıqla qarşılaşmışdırsa nəyə görə bu barədə hüquq mühafizə orqanlarına müraciət etməyib və ümumiyyətlə özünün belə bir absurd mövqeyini necə əsaslandırır? İddia ərizəsində bunun təsdiqini görmək olmur və olmamalıdır da, çünki, həqiqətən də belə hallar baş verməmişdir. Təmir və məişət əşyaları, avadanlıqlarla bağlı: İddia ərizəsində qeyd edilir ki, iddiaçı onun təəbirincə desək bərbad gündə olan evi öz şəxsi vəsaiti hesabına yüksək səviyyədə əsaslı təmir etdirərək bütünlüklə yeni məişət əşyaları və avadanlıqları ilə tam təchiz etmişdir. Bütün səmimiyyəti və məsuliyyəti ilə bildirir ki, iddiaçı tamamilə yalan və əsassız məlumat verir. Belə ki, məlumat verərək bildirir ki, o, hələ nikaha daxil olmamış özünün nəğd vəsaiti hesabına yataq mebeli almışdır. Həmin mebel onlardan aşağı mənzildə olmuş, sonra onu yuxarı mənzilə qaldırmışdır. Təxminən 2-3 il sonra həmin mebel satıldı və o, 2000 (iki min) manata yeni yataq mebeli aldı. Qeyd edir ki, iddiaçının gəlin gələrkən gətirdiyi qonaq mebel dəsti 2020-ci ilin əvvəllərində satıldı və təxminən 4000 (dörd min) manat dəyərində yeni mebel dəsti alındı. İddiaçının gətirdiyi soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və televizor evdədir, istənilən vaxt gəlb götürə bilər. İddiaçıya aid digər əşyaları həm o özü götürüb aparmış, həm də aparıb vermişdir. Bu qədər! Yəni iddiaçı tərəfindən evlilikərinin heç bir ilində, heç bir dövründə və mərhələsində evə hər hansı bir əşya, hər hansı bir məişət avadanlığı alınmamışdır. Zatən, alınmış olsaydı da birgə nikah dövründə əldə edilmiş əmlak olacaqdı. Lakin həqiqət ondan ibarətdir ki, evə nə alınıbsa onun tərəfindən alınıb. Onu da zəruri olaraq qeyd edir ki, atasıgildə qaldığı günlərin birində, daha konkret xx.xx.2023-ci il tarixdə o evə gəldi, Ayşən evdə yox idi, harda olduğunu bilmədi, uşaqlar evdə idi, uşaqların baxıcısı da həmçinin. Axşam baxıcı getdi, həmin gecə o, uşaqlarla qaldı, Ayşən həmin gün evə gəlmədi. Növbəti gün günortadan sonra anası ilə gəldi, ondan evdə qalıb qalmayacağını soruşdu,o isə boşanana qədər ailə olaraq yaşadıqları, atasıa məxsus olan yaşayış sahəsində (17 saylı mənzilə üstündəki yaşayış sahəsində) qalacağını, yaşayacağını bildirdim, bu cavabdan sonra Ayşən özünə və uşaqlara aid palpaltarı və əşyaları yığıb uşaqları da götürüb anası ilə evi tərk etdi. Evdən çıxarkən o Ayşəndən evin açarını istədi, lakin, o, açarı vermədi. O, onun əsl məqsədini yaxşı bildiyi üçün (ona aid olan əşyaları evdən çıxarmaq) qapını açarını dəyişdi. Təmirlə bağlı qeyd etmək istəyir ki, əvvəla, aylıq əmək haqqı 300-400 manat civarında olan bir şəxs necə olur ki, 45.000 manat xərcləyərək evi əsaslı təmir etdirir və evə məişət əşyaları, avadanlıqlar alır. Lap tutaq ki, iddiaçı deyəcək kimdənsə borc götürüb və yaxud pulu var imiş, o zaman ailə perspektivinin görünmədiyi, münasibətlərinin geri dönüşü olmayan bir şəkildə pozulduğu və bütün bunlara görə boşanmanın qaçılmaz olduğunu yaxşı bildiyi halda nəyə görə evi təmir etdirməli idi, həm də o evi ki həmin evə istifadə hüququnun olmadığından məlumatlı idi. Bütün bunlar bir yana, axı evdə doğurdan da heç bir təmir işləri aparılmayıb, elə bir zərurət olsaydı bunu o özü edərdi, o niyə etməliydi ki?! Ev nəinki təmir olunmamışdır, ümumiyyətlə təmirlə bağlı hər hansı müzakirələr belə aparılmamışdır. Bununla bağlı bildirir ki, evliliyin ilkin dövrünə aid görüntülər, o cümlədən iddiaçının guya təmir işləri apardığı dövrdən awələ, 2020-ci ilə aid şəkillər və hazırkı vəziyyəti əks etdirən şəkillər, videogörüntülər həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyur. Həmin şəkillərdən, videogörüntülərdən görmək olar ki, evdə əsaslı təmirdən söhbət belə gedə bilməz. Eyni zamanda evə yerli baxış keçirməklə də bunu müəyyən etmək olar. Yəni, müxtəlif dövrlərə aid həmin fotoşəkillər və videogörüntülər də evdə təmir işlərinin aparılmadığını təsdiq edir, evlilik dövrünün ilk vaxtlarında necə idisə hal-hazırda da elədir, heç nə dəyişməyib. Maraqlıdır, iddiaçı niyə elə hesab edir ki, bu yalanlarla nəyəsə nail ola biləcək?! Yox əgər, iddiaçı əsaslı təmir dedikdə su xəttində yaranmış nasazlığ nəzərdə tutursa, həmin nasazlığın aradan qaldırılması ilə bağlı zəhməthaqqı olaraq 200 manat usta pulunu da o vermişdir. Mənzilə köçürülmə ilə bağlı: Bildirir ki, iddiaçının köçmək istədiyi sahə 17 saylı mənzilin üstündə yerləşməklə həmin mənzilə aiddir. Və 17 saylı mənzil və onun üstündəki sahə ona deyil, atası X2 məxsusdur. Təsdiqedici sənədlər məhkəməyə təqdim edilir. Başqa sözlə, iddiaçı onun və mülkiyyətçinin ailə üzvü olmadığından, həmçinin daşınmaz əmlaka sahiblik və istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilmiş əqd olmadığından onun istifadə hüququ yaranmamışdır, bu səbəbdən də iddia tələbi mənzilə köçürülmə hissəsində də təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək iddia ərizəsinə uyğun məzmunda ifadə verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzili onun xüsusi mülkiyyətindədir. 2007-2008-ci illərdə şəxsi vəsaiti hesabına həmin mənzilin üzərində yerləşən mansard hissəni yaşayış yeri kimi bərpa edərək, oğlunu və gəlinini nikaha girdikdən sonra ora köçürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikahın pozulması qət edilmişdir. Səbail rayon MKTB-nin 46 saylı MKİS-in xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzilinin üstündə yerləşən mansard hissəsində İddiaçı Vidadı qızı (qonşuların aktına əsasən) xx.xx.2013-cü ildən qeydiyyatsız yaşamışdır. MH seriyalı 038871 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzili X1 xüsusi mülkiyyətindədir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına əsasən, iddiaçı ilə cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi olaraq ailə qurmuşlar və iddiaçı mübahisə predmeti - Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzilinin üstündə yerləşən mansard hissəsinə gəlin köçmüş və tərəflər həmin yaşayış sahəsində ilə birgə yaşamışdır. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzil cavabdehin atasının xüsusi mülkiyyətində olmasına baxmayaraq, hazırda mübahisə predmeti olan həmin mənzilin üst hissəsində yerləşən mansard hissə özbaşına tikili olmaqla heç kimin mülkiyyətində deyildir. Tərəflər arasında nikah Səbail rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və tərəflərin yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalması qət edilmişdir. İddiaçı mübahisə predmeti olan evə köçmək istəsə də, cavabdeh onu həmin evə buraxmır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Beləliklə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Odur ki, məhkəmə mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 18 saylı evin 17 saylı mənzilinin üstündə yerləşən mansardın özbaşına tikili olduğunu, dolayısıyla həmin yaşaayış sahəsinin cavabdehin atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edildiyini, birgə nikah dövründə əldə edilmədiyini, iddiaçının yalnız nikaha girdikdən sonra həmin yaşayış sahəsinə köçdüyünü, eləcə də işin qeyd olunan faktiki hallarına istinadən ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institutunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşin müəyyən edilmiş hallarından o da görünür ki, iddiaçı nikaha daxil olduqdan sonra mübahisəli yaşayış sahəsinə köçməsinə baxmayaraq, 2023-cü ildə nikahı pozularaq oradan çıxarılmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı artıq həmin yaşayış sahəsinin faktiki sahibi olan cavabdehin atasının keçmiş ailə üzvü sayılır. Eyni zamanda qanunvericilik tərəflər arasında bununla bağlı razılaşma olması halını istisna hal kimi göstərir. Lakin məhkəmə iclasında tərəflər arasında bununla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yaşayış sahəsinin tərəflərin birgə nikah dövründə əldə edilmədiyini və Mənzil qanunvericiliyinin müvafiq normlarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin nikahı pozulduqdan sonra iddiaçının sözügedən yaşayış sahəsinə köçürülmə hüququ təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-369/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-369/2024
28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver