Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-400/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1440 manat məbləğin və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2023-cü il tarixdə saat 15:15-də İddiaçı idarə etdiyi “Nissan X-Trail” markalı **-ZT-*** nömrə nişanlı avtomobil ilə M.Hadi küçəsi ilə hərəkət etdiyi zaman Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-HC-*** nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsində qəflətən qapısını açması nəticəsində qəza baş vermişdir. Hadisə yerinə DİN-in əməkdaşları gələrək, hadisənin sxemini tərtib etmiş və araşdırmanın nəticəsində yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri səbəbindən baş verdiyi aydın olmuşdur. Həmçinin, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 342.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş 40 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə yerinə "xxxx" ASC-nin əməkdaşları gələrək, dəymiş zərərin qiymətləndirilməsini həyata keçirmişlər. Qiymətləndirmə nəticəsində İddiaçı idarə etdiyi “Nissan X-Trail” markalı **-ZT-*** nömrə nişanlı avtomobilə dəymiş zərər 1440 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı qeyd olunan məbləği "xxxx" ASC-dən almaq üçün müraciət etdikdə isə "xxxx" ASC tərəfindən Cavabdeh idarə etdiyi Toyota Prius markalı **-HC-*** nömrə nişanlı avtomobilin sığorta müddətinin bitdiyi, qəza baş verən vaxt sığorta müqaviləsinin qüvvədə olmadığı və bu səbəbdən sığorta ödənişinin verilməyəcəyi bildirilmişdir. Bu barədə "xxxx" ASC-yə sorğu verilsə də heç bir cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı idarə etdiyi “Nissan X-Trail” markalı **-ZT-*** nömrə nişanlı avtomobilə dəymiş 1440 manat məbləğində zərər Cavabdeh təqsiri səbəbindən baş verdiyinə görə onun tərəfindən ödənilməlidir. Dəymiş zərərin ödənilməsi ilə bağlı Cavabdeh bildiriş göndərilsə də, qarşı tərəf ödənişdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, hadisə zamanı maşın dayandırılmış, qapısını açdığı zaman iddiaçının avtomobilinə dəymişdir, təqsirin onda olması mübahisəsizdir. Maşın əslində onun olmayıb, o avtomobili etibarnamə ilə idarə etmişdir. Hadisə ilə bağlı sığortaya zəng etmiş, ona məsələni özünün həll etməli olduğunu bildirmişlər. Belə ki, onun idarə etdiyi avtomobilin mülkiyyətçisi icbari sığorta müqaviləsini vaxtında yenilənmədiyindən, iddiaçıya dəymiş zərər sığortaçı tərəfindən ödənilmədi, hazırda iddianın ona qarşı yönəlməsinin səbəbi sığorta şəhadətnaməsinin müddətinin bitməsi və yenilənməməsidir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 14 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 14 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 208881 saylı zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Nissan X-Trail” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti 780 manat, zəhmət haqqı 660 manat, yekun məbləğ 1440 manatdır. - "xxxx" ASC-nin 26 iyul 2024-cü il tarixli məktubundan görünür ki, hadisə tarixində (xx.xx.2023) "xxxx" ASC-nin məsuliyyəti yaranmadığından hadisə Cəmiyyət tərəfindən tənzimlənməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2024-cü il tarixli 9/1544 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 208881 nömrəli qiymətləndirmə aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, ağ rəngli, “Nissan X-Trail minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1440,0 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 780 manat, təmir-bərpa işlərinin qiyməti – 660 manat). Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi “Nissan X-Trail” markalı **-ZT-*** nömrə nişanlı avtomobil ilə hərəkət etdiyi zaman Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-HC-*** nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsində qəflətən qapısını açması nəticəsində qəza baş vermişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 14 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh 14 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməli nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehdən ona məxsus “Nissan X-Trail” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının avtomobilinə cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2024-cü il tarixli 9/1544 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 208881 nömrəli qiymətləndirmə aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, ağ rəngli, “Nissan X-Trail minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1440,0 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 780 manat, təmir-bərpa işlərinin qiyməti – 660 manat). Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “Nissan X-Trail” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən zərər vurulması qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1440 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1440 (bir min dörd yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1440 (bir min dörd yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-400/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-400/2024
08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver