Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-410/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 15 noyabr 1991-ci il tarixdə təsis edilmiş “Babək” icarə müəssisəsinin təsisçisi (həmtəsisçisi) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən hüquqi faktın müəyyən edilməsi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi “Babək” icarə müəssisəsinin yaradılması ilə bağlı təsis sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olduğu halda, iddiaçı tərəfindən təsis payının miras əmlakı kimi qəbul edilməsi ilə bağlı iddiaçı notariat kontoruna, bundan imtina edildiyi halda müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-410/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-410/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver