Məhkəmə qərarları › İş №e-2(009)-420/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-420/2022

13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-420/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Ərizəçi İddiaçı Cavabdeh barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 02 noyabr 2021-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizənin yolverilməzliyinə onun qəbulundan imtina olunmalıdır. Ərizədən görünür ki, tərəflər Mediasiyaya müraciət edərək aralarında nikahın pozulması, 22.08.2021-ci il təvəllüdlü X2 və 20.05.2019-cu il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalması, uşaqların saxlanılması üçün alimentin tələb edilməməsi, Cavabdeh və onun ailəsinin sərbəst şəkildə uşaqlarla görüşmək, ünsiyyət qurmaq, onları gəzməyə aparmaq üçün şəraitin yaradılması, qızıl-zinyət əşyalarının Cavabdeh olmasını və onlar barədə heç bir tələbin olmamasını, uşaqların yetkinlik yaşına çatana kimi atalarının onları ölkədən xaricə aparıb-gətirməsinə etiraz etməməsini, birgə nikah dövründə ələd olunmuş Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, ev 1A, giriş D, mənzil 236 və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 202 (Yeni qaydalara əsasən ünvan 1 ünvanında yerləşən mənzillərə və cehiz əşyalarına dair Cavabdeh tələbinin olmaması barədə razılığa gəlmişlər və bununla bağlı 02 noyabr 2021-ci il tarixində Saziş imzalamışlar. Ona görə də, Ərizəçi İddiaçı Cavabdeh arasında 02 noyabr 2021-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qanunun qeyd olunan tələbinə zidd olaraq ərizəçi nikahın məhkəmə qaydasında pozulmasına dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, məhkəməyə nikahın pozulması barədə barışıq sazişinin təsdiqi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qanunun qeyd olunan tələbinə zidd olaraq ərizəçi mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin cavabdeh tərəfindən könüllü qaydada icra edilməsindən imtina olunmasına dair hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi İddiaçı Cavabdeh barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar