Məhkəmə qərarları › İş №e-2(009)-450/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-450/2025

18.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-450/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı (Maraqlı şəxs1 maraqlı şəxs kimi qeyd edilməklə) “şəxsin ölmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İddiaçı (Maraqlı şəxs1 maraqlı şəxs kimi qeyd edilməklə) “şəxsin ölmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə Azərbaycan Respublikası, Qubarayonu, Afurca kəndində anadan olmuş, Qubarayonu, Afurca kəndində qeydiyyatda olan həyat yoldaşı - Maraqlı şəxs2 xx.xx.2018-ci ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: o, xx.xx.2014-cü ildə Maraqlı şəxs2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var: xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1. Qeyd edir ki, o, 2016-cı ildə həyat yoldaşı Maraqlı şəxs2 və övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Onlar bir il orada birlikdə yaşamışlar. xx.xx.2017-ci ildə həyat yoldaşı ona heç bir məlumat vermədən Suriya Respublikasına getmişdir. Həmçinin sonradan ona məlum oldu ki, o, orada ailə həyatı da qurmuşdur. Ailə həyatı qurduğu xanımın adı dediyinə görə Ayşə idi. xx.xx.2018-ci ildə həmin xanım ona zəng edərək bildirdi ki, Maraqlı şəxs2 döyüşlər zamanı Suriya Respublikasında vəfat edib. Bu zaman onun yanında Ləzimova Şəkurə və Əfəndiyeva Nigar adlı şəxs olmuşdur. Həmin şəxslər bunun şahidi olmuşlar. O, onların şahid qismində məhkəmədə iştiraklarını təmin edəcək. Həyat yoldaşı xx.xx.2018-ci ildə döyüşlər zamanı Suriya Respublikasında vəfat etmişdir. Ona görə də, qərara gəlmişdir ki, Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsin. Onun ölmüş elan edilməsi ona uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi Vəkil ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə yaxın ailəvi münasibətləri var, evlərinə tez-tez gedib gələn adamdır. 2016-cı ildə ərizəçi həyat yoldaşı Maraqlı şəxs2 və övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Onlar bir müddət orada birlikdə yaşamışlar. Daha sonra həyat yoldaşı ona heç bir məlumat vermədən Suriyaya getmişdir. xx.xx.2018-ci il tarixində o da ərizəçinin yanında olan zaman bir xanım ona zəng edərək bildirdi ki, Maraqlı şəxs2 döyüşlər zamanı Suriya Respublikasında vəfat edib. Ondan sonra Maraqlı şəxs2 barəsində heç bir məlumat eşitməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1990-cı il tarixdə Quba rayonu, Afurca kəndində anadan olmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2070/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.1990-cı il tarixdə Quba rayonunda anadan olmuş, Quba rayonu, Afurca kəndində qeydiyyatda olan Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş halları: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2070/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.1990-cı il tarixdə Quba rayonunda anadan olmuş, Quba rayonu, Afurca kəndində qeydiyyatda olan Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə ərazisini tərk edərək naməlum yollarla Suriya Ərəb Respublikasının ərazisinə gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” (hazırkı adı “İD”) adlı cinayətkar birliyin (terror təşkilatının) tərkibinə daxil olub həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətində iştirak etməsini təsdiq edən hallar mövcud olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. - 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. - 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. - 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. - 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2070/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.1990-cı il tarixdə Quba rayonunda anadan olmuş Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə ərazisini tərk edərək naməlum yollarla Suriya Ərəb Respublikasının ərazisinə gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” (hazırkı adı “İD”) adlı cinayətkar birliyin (terror təşkilatının) tərkibinə daxil olub həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətində iştirak etməsini təsdiq edən hallar mövcud olmuşdur. Həmçinin şahid ifadəsi ilə də Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə ərazisini tərk etməsi və o tarixdən sonra bir daha yaşayış yerində görünməməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara və araşdırmalara əsasən belə qənaətə gəlir ki, xx.xx.1990-cı il təvəllüdlü Maraqlı şəxs2 ölmüş hesab etmək üçün kifayət qədər əsas vardır. Məhkəmə, işin faktiki hallarını, yəni Maraqlı şəxs2 2016-cı ildə Azərbaycan Respublikasını tərk etməsini və geri qayıtması barədə məlumat olmadığını, Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə ərazisini tərk edərək naməlum yollarla Suriya Ərəb Respublikasının ərazisinə gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” (hazırkı adı “İD”) adlı cinayətkar birliyin (terror təşkilatının) tərkibinə daxil olub həmin dövlətin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətində iştirak etməsinə kifayət qədər əsaslar olduğuna görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2070/2019 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qanuni qüvvəyə minmiş qətnamə olmasını, başqa sözlə onun yaşayış yerində onun harada olması barədə beş ildən çox müddətdirki məlumat olmamasını, eləcə də bununla bağlı şahid ifadəsini və qanunvericiliyin tələblərini nəzərə alaraq, Maraqlı şəxs2 ölmüş elan edilməsini mümkün hesab edir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq, Maraqlı şəxs2 ölmüş elan edilməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1990-cı il tarixdə Quba rayonu, Afurca kəndində doğulmuş Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Belə ki, onun məhz xx.xx.2018-ci ildə Suriyada ölməsi ilə bağlı rəsmi məlumatın olması müəyyən edilməmişdir. Məhkəmə şahid ifadəsini “Maraqlı şəxs2 2016-cı ildə ölkə ərazisini tərk etməsi və bir daha yaşayış yerində görünməməsi” hissəsində araşdırılmış digər sübutlarla da həmin hallar öz təsdiqini tapdığına görə sübut kimi qəbul edib qiymət versə də, xx.xx.2018-ci il tarixində o da ərizəçinin yanında olan zaman bir xanım ona zəng edərək Maraqlı şəxs2 məhz döyüşlər zamanı Suriya Respublikasında vəfat etməsinə dair məlumat verməsini təsdiq edən digər sübutlar mövcud olmadığından həmin məlumatı mötəbər hesab etmir. Buna görə də məhkəmə ərizənin həmin hissədə təmin edilməsini mümkün hesab etmir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1990-cı il tarixdə Quba rayonu, Afurca kəndində doğulmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün əsasdır. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar