Məhkəmə qərarları › İş №e-2(009)-467/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-467/2024

26.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-467/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X6 və X2rşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər X6 və X3 UNİ-T universal CHANGAN markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki pasportu və açarları ilə birlikdə alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 15 mart 2022-ci il tarixdə mülkiyyətçi İddiaçı məxsus UNİ-T universal CHANGAN markalı, istehsal ili 2021, mühərrik nömrəsi MN6AM071757, BAN nömrəsi LS5A3DKE2MA764411, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh X8 etibarnamə əsasında satmış və aralarında olan razılığa görə ödəcəyi məbləği cavabdehin nə vaxt imkanı olduğu halda ödəməyini bildirmişdir. Lakin cavabdeh bugünədək iddiaçıya məxsus olan avtomobili geri qaytarmır və müəyyən olunmuş məbləği ödəməkdən mütəmadi olaraq yayınır. Hazırda İddiaçı cavabdeh Adil Babayevlə dəfələrlə maşını geri qaytarmağını söyləsə də, cavabdeh bugünədək maşından etibarnaməsiz istifadə edir və geri qaytarmır. İddiaçı tərəfindən etibarnamələrin etibarsız hesab edilməsinə dair Bakı şəhəri 38 saylı Notariat Ofisinə ərizə ilə müraciət olunmuş, cavabdehlər X6 və X5 verdiyi etibarnamələr etibarsız hesab olunmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilə münasibətdə mülkiyyət hüquqları cavabdehlər tərəfindən qəzəzli olaraq pozulur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun tam həcmdə təmin edilməsini xahiş etdi. Cavabdehlər X6 və X5 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X6 və X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmalıdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Elektron notariat X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək UNİ-T universal CHANGAN markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququna dair verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan Elektron notariat X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək UNİ-T universal CHANGAN markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququna dair verilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan UNİ-T universal CHANGAN markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında cavabdeh X7 satmış və aralarında olan razılığa görə cavabdeh avtomobilin dəyərini imkanı olduğu halda ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehlərə avtomobili idarə etməyə görə etibarnamələr də verilmişdir. Lakin cavabdeh X8 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı cavabdehlərə verdiyi etibarnamələri ləğv etdirmiş, avtomobili geri qaytarmalarını tələb etsə də, cavabdehlər avtomobili geri qaytarmaqdan imtina edirlər. Beləliklə, iddiaçıya məxsus avtomobilə münasibətdə iddiaçının mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulur. Məhkəmə, mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən İddiaçı cavabdehlər X6 və X2rşı “əmlak” tələbini irəli sürməkdə haqlıdır. Belə ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qeyd olunan şərtlər mövcuddur. İşin mübahisəsiz hallarına əsasən, iddiaçının tələb etdiyi nəqliyyat vasitəsi onun tərəfindən cavabdeh X7 etibarnamə əsasında satılmış və aralarında olan razılığa görə ödəcəyi məbləği cavabdeh nə vaxt imkanı olduğu halda ödəməyini bildirmişdir. İddiaçı tərəfindən cavabdehlərə avtomobili idarə etməyə görə verilmiş etibarnamələr ləğv edilsə də, cavabdehlər avtomobili geri qaytarmaqdan imtina edirlər. Beləliklə, iddiaçıya məxsus avtomobilə münasibətdə iddiaçının mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulur. Belə sahiblik hüquqən tanınan sahiblik haqqı olmadığından qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MM-in 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehlərin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər X6 və X3 UNİ-T universal CHANGAN markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki pasportu və açarları ilə birlikdə alınaraq İddiaçı qatarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X6 və X3 UNİ-T universal CHANGAN markalı, ** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki pasportu və açarları ilə birlikdə alınaraq İddiaçı qatarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar