Məhkəmə qərarları › İş №e-2(009)-468/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-468/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-468/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “əmlakın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 noyabr 2024-cü il tarixdə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “əmlakın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1970/2021 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzilin və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin naturada bölünməsini, bu mümkün olmadıqda qeyd edilən əmlaklardan mənim mülkiyyətim olan ½ hissəsinin həmin payları almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payımın dəyəri olan müvafiq olaraq 100 000 və 50 000 olmaqla cəmi 150 000 (yüz əlli min) manat pulun mənə ödənilməsi, yuxarıda qeyd edilən əmlaklardan məninə düşən hissəsinin dəyərinin mənə ödənilməsindən imtina edildiyi təqdirdə ünvan 1 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzilin və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1970/2021 nömrəli qətnaməsi ilə mənimlə Cavabdeh arasında birgə nigah dövründə əldə edilmiş daşınmaz əmlaklar ½ olmaqla bölünmüş və tərəflərin mülkiyyətinə verilmişdir. Belə ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1970/2021 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzil üzərində ½ pay üzərində mənim-İddiaçı və ½ payı üzərində X2 mülkiyyət hüququ tanınmış və həmçinin Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsi üzərində ½ pay üzərində mənim-İddiaçı və ½ payı üzərində X2 mülkiyyət hüququ tanınmışdır. Hazırda yuxarıda qeyd edilən, mənim mülkiyyətim olan əmlaklardan istifadə edə bilmirəm. Vavabdeh Cavabdeh mənə həmin əmlaklardan istifadə etməyə qoymur və bütün əmlaklar tam olaraq onun tərəfindən zəbt olunub. Odur ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1970/2021 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzilin və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin naturada bölünməsini, bu mümkün olmadıqda qeyd edilən əmlaklardan mənim mülkiyyətim olan ½ hissəsinin həmin payları aımaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payımın dəyəri olan müvafiq olaraq 100 000 və 50 000 olmaqla cəmi 150 000 (yüz əlli min) manat pulun mənə ödənilməsi, yuxarıda qeyd edilən əmlaklardan məninə düşən hissəsinin dəyərinin mənə ödənilməsindən imtin edildiyi təqdirdə ünvan 1 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzilin və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsini istəyirəm. Hesab edirəm ki, ünvan 1 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzilin və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsi olmaqla əmlkalar üzərində mənə düşən hissəni başqa yoll əldə etməyim mümkünsüzdür. İddiaçı lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. O, eyni zamanda bildirmişdir ki, onun iddiaçıya payından imtina etmək üçün kompensasiya verməyə kifayət qədər imkanı yoxdur. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsində yarımtikili mövcuddur. Həmin yarımtikilinin bölünməsi məsələsi ekspert rəyində nəzərə alınmamışdır. Naturada bölgü zamanı sözügedən tikilinin iddiaçının sahəsində qalmağına razı deyildir. Əmlakların hərraca çıxarılıb satılmasına etiraz etmir. İş materiallarını araşdırıb, cavabdeh tərəfin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1970/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzil və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin üzərində tərəflərin 1/2 hissədə pay hüququ tanınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzil və Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Osmanova (Nəbiyeva) Abidat Rəhmanovnanın mülkiyyətində olmaqla qeyd olunan şəxslərin ümumi paylı mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı həmin əmlaklardan real şəkildə istifadə edə bilmir. Bu səbəbdən iddiaçı əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda əmlakların açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun olaraq bölünməsini xahiş edir. AR Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli ekspert rəyində ünvan 2 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzil tərəflər arasında 1/2 hissədə bərabər paylara uyğun olaraq təcrid mənzillər şəklində beş hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Rəydə eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsinin tərəflərin payına uyğun formada naturada təcrid şəklində bölünməsinin Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsində yerləşən tikilinin bölünməsi məsələsinin ekspert rəyində nəzərdə tutulmadığını nəzərə alaraq, rəy vermiş eksperti məhkəmə iclasına dəvət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ekspert İsa Eyvazzadə vermiş olduğu 05 sentyabr 2024-cü il tarixli ekspert rəyini müdafiə edərək bildirmişdir ki, məhkəmə ekspert qarşısında sual qoyarkən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsində yerləşən tikilini qeyd etmədiyindən rəydə tikiliyə münasibət bildirilməmişdir. Sözügedən tikilinin həmin torpaq sahəsində yerləşdiyini nəzərə alaraq bildirir ki, tikili ilə birlikdə sözügedən torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir. Belə ki, həmin tikilinin tərəflər arasında 1/2 hissədə bərabər paylara uyğun olaraq təcrid şəkildə ayrıca giriş-çıxışı təmin edilməklə naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi iddiaçının mübahisəli əmlaklardakı payının naturada ayrılmasının mümkünsüzlüyü ekpert rəyi ilə təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisindən almasının həyata keçirilməsi mümkünsüzdür. Beləliklə, cavabdehin iddiaçıya payına müvafiq olaraq kompensasiya ödəmək imkanının olmaması müəyyən olunduğundan, iddiaçının əmlaklar barəsində iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı 1/2 və Osmanova (Nəbiyeva) Abidat Rəhmanovnanın 1/2 pay hissədə paylı mülkiyyəti kimi tanınmış ünvan 3 ünvanı, 5 saylı korpusuna aid olan, C girişində (blokunda) yerləşən 23 saylı mənzili və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Avtonəqliyyattexnikası” b/y-nin 08 nömrəli bağ sahəsi hərraca çıxarılaraq satılsın, əmlakların satışından əldə olunmuş pul vəsaiti əmlakdakı paylara mütənasib surətdə iddiaçı və cavabdeh arasında bölünsün. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikintitexniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsait cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ**********0********* * S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar