Məhkəmə qərarları › İş №e-2(009)-47/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-47/2024

15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-47/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X15 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 (Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X16, Bakı şəhəri 54 saylı Notariat Ofisi, X25, X7, X22, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı "etibarnamələrin, razılıqların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və dövlət reyestr qeydiyyatının ləğv edilməsi" tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma ve boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqılı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X16, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi və obyektin birgə mülkiyyətçilərə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli və xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatının ləğv edilməsi; (ii) əmlaka dair Birgə İddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması; (iv) həmin əmlakdan Cavabdeh3 və Cavabdeh1 çıxarılmaqla əmlakın boşaldılması və birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: obyekt birgə iddiaçıların mülkiyyətindədir. İddiaçı2 (bundan sonra – “1-ci İddiaçı”) və İddiaçı1 (bundan sonra – “2-ci İddiaçı”) (1-ci İddiaçı və 2-ci İddiaçı birlikdə “Birgə Mülkiyyətçilər və ya Birgə İddiaçılar” kimi adlandırılacaqdır) xx.xx.2004-cü il tarixli 003510 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinin (bundan sonra – “Obyekt”) ümumi birgə mülkiyyətçiləridir. Birgə iddiaçılar Obyekti icarəyə vermişlər Birgə Mülkiyyətçilər Obyekti xx.xx.2022-ci il tarixdə Cavabdeh4 (bundan sonra – “1-ci Cavabdeh”) 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir. Birgə İddiaçıların adına qanunsuz olaraq yeni elektron çıxarış əldə edilmişdir. xx.xx.2023-cü il tarixdə Obyektin yanından keçərkən Obyektdə satılma barədə elanı 1-ci İddiaçı görmüş, bundan sonra Obyektin qanunsuz olaraq mülkiyyətdən çıxmasını aşkar etmişdir. Araşdırdıqda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Birgə Mülkiyyətçilərin adına Obyektə dair mülkiyyət hüququnu təsdiq edən yeni sənəd- **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə edilmişdir. Buna səbəb Obyektin alqı-satqısı haqqında müqavilənin notarius tərəfindən təsdiq edilməsinin mümkün edilməsi olmuşdur. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini notariat işinə əlavə edir. “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Qanuna uyğun olaraq real vaxt rejimində əldə edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı elektron çıxarışla rəsmiləşdirilmədiyi halda, əmlaka sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən təsdiq edilərkən əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında sənədin əsli notariat işinə əlavə edilməlidir. Obyektə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin əsli isə Birgə İddiaçılarda olduğundan və Cavabdehlərdə olmadığından onlar dövlət reyestrindən elektron çıxarış əldə etmişlər, bununla da elektron çıxarış “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində notarius tərəfindən əldə edilmişdir. Birgə İddiaçıların adından Obyekt 1-ci dəfə başqasının adına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Bu hadisədən sonra, xx.xx.2023-cü il tarixdə AN-1 ******* nömrəli müqavilə ilə Birgə İddiaçılar adından 1-ci Cavabdeh Obyekti Cavabdeh2 (bundan sonra – “2-ci Cavabdeh”) 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satmışdır. Həmin müqavilənin bağlanmasının əsasını aşağıdakı sənədlər təşkil etmişdir: (i) 1-ci İddiaçı adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhər X18 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023-2-204 reyestr nömrəli etibarnamə; (ii) 2-ci İddiaçının adından verilmiş və eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamə (bundan sonra – hər 2 etibarnamə birlikdə “Etibarnamələr”adlandırılacaqdır); (iii) 1-ci İddiaçının xx.xx.1993-cü il tarixdən nikahda olduğu arvadı X1 (ş.v. nömrəsi: AZE14637991, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 1L1H7T8) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq; (iv) 2-ci İddiaçı ilə xx.xx.1986-cı il tarixdən nikahda olduğu arvadı X22 (ş.v. nömrəsi: AZE09084003, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 2AG2H3B) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq (bundan sonra – hər 2 razılıq birlikdə “Razılıqlar” adlandırılacaqdır); Halbuki, nə 1-ci İddiaçı, nə də 2-ci İddiaçı hər hansı bir şəxsin, o cümlədən 1-ci Cavabdehin adına etibarnamə verməmiş, onların arvadları da Obyektin satışına dair heç bir razılıq verməmiş, həmin şəxslərin heç biri ümumiyyətlə xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında olmamışdır. **********328 nömrəli ərizənin və xx.xx.2023-cü il tarixli AN-11145814 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin skan edilmiş surətindən həmçinin görünür ki, həmin alqı-satqı müqaviləsini Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X16 (bundan sonra– “3-cü Cavabdeh”) təsdiqləmişdir. Eyni gündə, yəni xx.xx.2023-cü il tarixdə 2-ci Cavabdeh öz adına **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə etmişdir. Obyekt 2-ci dəfə başqasının adına qanunsuz rəsmiləşdirilmişdir. Çıxarış əsasında xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə 2-ci Cavabdeh Obyektin ½ hissəsini təşkil edən 67,70 m sahəsini Cavabdeh3 (bundan sonra – “3cü Cavabdeh”), ½ hissəsini təşkil edən 67,70 m sahəsini isə Cavabdeh1 (bundan sonra – “4-cü Cavabdeh”) 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satmışdır. Həmin müqavilə 52 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiqlənmişdir. 3-cü və 4-cü Cavabdeh daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarış əldə etməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, müraciətin icra müddətinin bitməməsinə görə onların mülkiyyət hüququ hələ dövlət qeydiyyata alınmamış və onların adına elektron çıxarış tərtib edilməmişdir. Aşağıdakı səbəblərə görə (i) Obyektin alqısatqısını nəzərdə tutan xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli və xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqavilələri, habelə daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26- 05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı ləğv edilməli, (iii) Obyektə dair Birgə İddiaçının birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, habelə (iv) 3-cü və 4-cü Cavabdehlər Obyektdən çıxarılmaqla Obyekt boşaldılmalı və Birgə İddiaçılara təhvil verilməlidir. Əmlak uydurma əqd nəticəsində 3-cü və 4-cü Cavabdehlərin mülkiyyətinə keçmişdir. Etibarnamələr və Razılıqlar qanunsuz hazırlanmış rəsmi (saxta) sənəddir. İlk növbədə, obyekt saxta Etibarnamələr və saxta Razılıqlar olan uydurma əqdlər əsasında başqasının adına rəsmiləşdirildiyindən etibarsız hesab edilməli və həmin etibarnamələrdən irəli gələn bütün hüquqi nəticələr ləğv edilməlidir. Belə ki, nə 1-ci iddiaçı, nə 2-ci İddiaçı, nə də onların arvadları xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında olmadığından Etibarnamələr və Razılıqların onlar tərəfindən imzalanmaması və həmin rəsmi sənədin qanunsuz hazırlanması aşkar şəkildə bəlli olur. Etibarnamələrin və Razılıqların qanunsuz hazırlanması isə Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin (rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlama) tərkibini yaradır. Çünki Etibarnamələr və Razılıqlar rəsmi sənəd hesab edilir. Belə ki, Prezidentin xx.xx.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirilmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 320.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən, sənədin rəsmi sənədə aid edilməsi üçün o, səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Etibarnamələrin və Razılıqların tərtibi isə ona görə qanunsuz hazırlama hesab edilir ki, əslində Etibarnamələr Birgə İddiaçıların, Razılıqların isə Birgə İddiaçıların arvadlarının iştirakı olmadan başqa şəxs tərəfindən imzalanmışdır və bununla da Birgə İddiaçıların və onların arvadlarının iradəsini ifadə etməmişdir. Saxta Etibarnamə və Razılıq əhəmiyyətsiz əqddir. Göründüyü kimi, Birgə İddiaçıların adından tərtib edilən Etibarnamələrin, habelə Birgə İddiaçıların arvadlarının adından tərtib edilən Razılıqların hazırlanması faktı üzrə təsvir edilən əməl CM-in 320.1-ci maddəsində nəzərdə tutulan cinayətdir. Saxta Etibarnamələrin və Razılıqların isə 1-ci və 2-ci Cavabdeh tərəfindən istifadə edilməsi, yəni Obyektin alqı-satqısında istifadə edilməsi CM-in 320.2-ci maddəsinin təsiri altına düşür. Belə ki, həmin maddəyə əsasən, qanunsuz hazırlanmış saxta sənəddən bilə-bilə istifadə etmə cinayət məsuliyyətinə səbəb olur. Saxta Etibarnamələr və Razılıqlar mülki-hüquqi müstəvidə uydurma əqd hesab olunur. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün (i) onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, (ii) onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin (iii) forma və (iv) məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarındakı hüquqi mövqeyi). Saxta Etibarnamələr və Razılıqlar lazımi səlahiyyətli şəxslər tərəfindən bağlanmadığından və həqiqi əqd iştirakçısının iradə ifadəsinin bildirilmədiyindən etibarsız əqd hesab edilir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər (i) mübahisə edilən əqdlər və ya(ii) əhəmiyyətsiz əqdlər ola bilər. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-910/14 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə saxta əqd uydurma əqd hesab edilmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqd bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Bunun üçün məhkəmə mülki işlər üzrə həqiqətə nail olmaq vəzifəsindən irəli gələrək ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-11145814 nömrəli daşınmaz əmlakın alqı-satqısı üzrə notariat işini Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X2, xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı üzrə notariat işini isə 52 saylı notariat ofisinin xüsusi notariusu X3 əldə etməlidir. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadının 47-ci bəndində formalaşmış hüquqi mövqeyə əsasən mülki icraat qaydasında hakimin tərəfə yardım etmə vəzifəsi olmasa da, MPM-in 14.1, 184.1-ci maddələrindən irəli gələn işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, habelə işin və mübahisənin vəziyyətini müzakirə etmək kimi vəzifələri vardır. Əhəmiyyətsiz əqdin nəticəsində əldə edilənlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, Mülki Məcəllənin 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Həmçinin, Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Habelə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuzsahibliyindən özəmlakını geri tələb edə bilər. 3-cü və 4-cü Cavabdehlər vicdansız əldə edəndirlər Obyektə (i) çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci Cavabdehlə 3-cü və 4-cü Cavabdeh arasında (ii) heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, (iii) həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) Obyektin alqı-satqı müqaviləsinin bağlanması, (iii) satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının (3-cü və 4-cü Cavabdehlərin) vicdanlı olmamasına işarə edir. Belə ki, bu hallar ona işarə edir ki, alıcı əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Beynəlxalq normativ sənədlərdə şəxsin əmlakın mənbəyinin qanuniliyinə şübhə duyması halı da məsul şəxslərin məsuliyyət dairəsinə aid edilmişdir və bu hal məsul şəxsin əmlakın mənbəyinin qanunsuzluğunu dəqiq bilməsini deyil, daha az sübutetmə tələb edən mənbənin qanunsuzluğunu təxmin etməsini kifayət hesab edir. Odur ki, yuxarıda qeyd edilən 3 hal həm alıcıda əqdin legitimsizliyi barədə şübhə yaradan, həm də əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından alıcının xəbərdar olmasına işarə edən hallardır, bu da onun vicdanlı alıcı qismində qəbul olunmasını istisna edir. Halbuki, S.N.Məmmədovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarıilə formalaşmış məhkəmə təcrübəsinə görə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində əşyanın bazar qiymətindən xeyli aşağı qiymətə satılması nəticəsində əldə edən şəxs vicdanlı hesab edilməmiş və əmlakın mülkiyyətçiyə qaytarılması tələbi qanuni və əsaslı hesab edilmişdir (qərarın surəti əlavə edilir). Bu baxımdan 3-cü Cavabdehdən Obyekti alan 3-cü və 4-cü Cavabdehlər vicdanlı alıcı hesab edilmirlər və Obyekt onların qanunsuz sahibliyindən Birgə İddiaçılara qaytarılmalıdır. Beləliklə, Obyekt saxta Etibarnamələr və Razılıqlar olan uydurma əqd əsasında 1-ci Cavabdeh tərəfindən 2-ci Cavabdehin adına rəsmiləşdirilmiş, sonra 2-ci Cavabdeh tərəfindən yenidən satılmış Obyekt 3-cü və 4-cü Cavabdehlər tərəfindən vicdansızcasına əldə edilmişdir. Obyektin 2-ci Cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2023-cü il tarixdən etibarsız hesab edilməli, həmin əqddən irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilməli, Obyektə dair Birgə İddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və 3-cü və 4-cü Cavabdehlər Obyektdən çıxarılmaqla Obyekt boşaldılmalı və Birgə İddiaçılara təhvil verilməlidir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 1-ci iddiaçının adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhər X18 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamənin; 2-ci İddiaçının adından verilmiş və eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamənin; 1-ci İddiaçının xx.xx.1993-cü il tarixdən nikahda olduğu arvadı X1 (ş.v. nömrəsi: AZE14637991, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 1L1H7T8) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığın; 2-ci İddiaçının xx.xx.1986-cı il tarixdən nikahda olduğu arvadı X22 (ş.v. nömrəsi: AZE09084003, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 2AG2H3B) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığın; ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli və xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; habelə xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatının ləğv edilməsi; əmlaka dair Birgə İddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması; hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun Cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə işi üzrə iddia predmetinin dəyişdirilməsi zərurəti yaranmışdır. Mübahisəli Əmlakın boşaldılması zərurəti aradan qalxmışdır. Belə ki, mübahisəli Əmlak hazırda Birgə İddiaçıların istifadəsində olduğundan Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Mübahisəli Əmlakdan çıxarılması və Birgə İddiaçılara təhvil verilməsi zərurəti yoxdur. Bu baxımdan həmin tələb iddianın predmetindən çıxarılmalıdır. Mübahisəli Əmlakın özgəninkiləşdirilməsinə dair 1-ci alqı-satqı müqaviləsinin bağlanmasının əsasını təşkil edən 4 saxta əqd də etibarsız hesab edilməlidir. Bundan əlavə, iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqısatqı müqaviləsi 4 saxta sənəd əsasında, yəni (i) xx.xx.2023-cü il tarixli ** AA ***3125 nömrəli etibarnamə; (ii) xx.xx.2023-cü il tarixli ** AA ***4709 nömrəli etibarnamə; (iii) xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq və (iv) xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq əsasında rəsmiləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Yuxarıda qeyd edilən 4 əqd-sənəd isə saxta olduğundan uydurma əqd hesab edilir, uydurma əqd isə Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən əhəmiyyətsizdir. Bu baxımdan həmin 4 əqd tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Mülki-Prosessual Məcəllənin 53cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 4 saxta sənədin etibarsız hesab edilməsi xahiş edilmişdir. Bununla yanaşı, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə xüsusi qərardad çıxarılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh4 əməllərində CM-in 320.2 və 178.4-cü maddələrində nəzərdə tutulan cinayət əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını və bu barədə Baş Prokurorluğa xəbər verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh4 saxta Etibarnamələr və Razılıqları təqdim etməklə 12 saylı xüsusi notariusu və daşınmaz əmlakın dövlət reyestri orqanını aldatmış, Obyekti Cavabdeh2 mülkiyyətinə keçirməyə nail olmuş və Birgə İddiaçılara 1.962.400 manat ziyan vurmuşdur. Belə ki, “X19” MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Obyektin bazar dəyəri 1.962.400 (bir milyon doqquz yüz altmış iki min dörd yüz) manat müəyyən edilmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma ve boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 oglu və İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: İlkin iddia ərizəsində də qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsini həmin əmlakın mülkiyyətçisi olan Cavabdeh2 almışlar. Qarşılıqlı iddia üzrə iddiaçılar əmlakı onun qanuni mülkiyyətçisindən alqı-satqı yolu ilə əldə edərkən həmin əmlak barəsində hər hansı problem olmasından xəbərsiz olmuşlar. Belə ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçi Cavabdeh2 bütün sənədləri qaydasında olmuş, ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Ona görə də əmlak qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən vicdanlı şəkildə əldə edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi alınarkən və ondan əvvəl qarşılıqlı iddia üzrə iddiaçılar əvvəlki mülkiyyətçilər olan İddiaçı2 və İddiaçı1 də tanımamışlar. Bununla da daşınmaz əmlaka dair münasibətdə başqa şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişlər və bilə də bilməzdilər. Beləliklə, alqı-satqı müqaviləsi bağlanarkən satıcının mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hüquq olmuşdur, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur və əldə edən şəxs kimi qarşılıqlı iddia üzrə iddiaçıların bu qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi olmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakı vicdanlı şəkildə əldə etmişlər. Buna baxmayaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı şəkildə əldə etdikləri qeyri-yaşayış sahəsindən istifadə etməyə mane olurlar. Onlar qanunsuz olaraq həmin əmlakdan çıxarılmışlar. Etirazın dəlilləri: İlkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, ilkin iddia tələbi əsassızdır və rədd olunmalıdır. İlkin iddia ərizəsinin 1-10-cü bəndlərində, 13-27-ci bəndlərində ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi, iddiaçıların adına yeni elektron çıxarışın əldə edilməsi, qeyri-yaşayış sahəsinin birinci dəfə Cavabdeh2 adına rəsmiləşdirilməsi, Rusiya Federasiyasında xx.xx.2023-cü il tarixdə etibarnamə və razılıq ərizələrinin verilməsi, xx.xx.2023-cü il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində alqı-satqının baş tutması, həmin tarixdə elektron çıxarışın əldə edilməsi, əmlakın saxta etibarnamə və razılıqlar nəticəsində özgəninkiləşdirilməsi bildirilmişdir. İlkin iddia ərizəsinin həmin hissələrinə münasibət bildirməyi zəruri hesab etmir. Çünki ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə Cavabdeh3 və Cavabdeh1 əvvəl kimin adına rəsmiləşdirilməsindən, həmin rəsmiləşdirmənin qanunsuz olmasından onların xəbəri olmamışdır. Cavabdeh3 və Cavabdeh1 maraqlı və vacib olan mübahisəli daşınmaz əmlakın çıxarışının onlardan əvvəl dövlət qeydiyyatına alınması, həmin əmlakın alqı-satqısının notariusda baş tutması, dəyərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsidir. Əgər məhkəmə araşdırmasının yekununda ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Rusiya Federasiyası Kurqan şəhər notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamələr və razılıq ərizələrinin saxta olması aşkar edilərsə, o zaman qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilər. Cavabdeh3 və Cavabdeh1 isə əmlakı vicdanlı şəkildə əldə etdiyinə görə qeyd edilən hallar xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. İlkin iddia ərizəsinin 28-ci bəndində qeyd edilir ki, obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci Cavabdehlə 3-cü və 4-cü Cavabdeh arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) Obyektin alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina, az və digər interner saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının (3-cü və 4-cü Cavabdehlərin) vicdanlı olmamasına işarə edir. Belə ki, bu hallar ona işarə edir ki, alıcı əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. 30-cu bənddə qeyd edilir ki, yuxarıda qeyd edilən 3 hal həm alıcıda əqdin legitimsizliyi barədə şübhə yaradan, həm də əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından alıcının xəbərdar olmasına işarə edən hallardır, bu da onun vicdanlı alıcı qismində qəbul olunmasını istisna edir. İlkin iddia ərizəsinin qeyd edilən bəndlərindən göründüyü kimi ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sonuncu alıcıları (xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə) Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını bildirir və bu fikri 3 hal ilə əsaslandırırlar: 1) daşınmaz əmlakın çıxarışı xx.xx.2023-cü il tarixdə alındıqdan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin əmlak Cavabdeh3 və Cavabdeh1 satılıb. 2) daşınmaz əmlak heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən xeyli aşağı qiymətə Cavabdeh3 və Cavabdeh1 satılıb. 3) daşınmaz əmlak heç bir elan saytında elan verilmədən Cavabdeh3 və Cavabdeh1 satılıb. İlkin iddia ərizəsinin Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmamasına istinad edilən 28 və 30-cu bəndləri ilə aşağıdakı səbəblərə görə qətiyyən razı deyillər: Birincisi, xx.xx.2023-cü il tarixli hazırlıq iclasında ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi Vəkil2 ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 ünvanladığı “Siz Cavabdeh3 və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin vicdanlı alıcısı olduğunu qəbul edirsinizmi?” sualına sonuncu belə cavab vermişdir: “hesab edirəm ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4 saxta etibarnamə və razılıq ərizələri alaraq ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarış almış və həmin əmlakı Cavabdeh2 satmışdır. Əsas mübahisəmiz həmin dələduzluğu edən Cavabdeh4 və Cavabdeh2 qarşıdır. Cavabdeh3 və Cavabdeh1 isə burada heç bir günahı yoxdur, onlar mübahisəli əmlakı alqı-satqı yolu ilə əldə edərkən həmin əmlaka dair hər hansı mübahisənin olmasından xəbərsiz olmuşlar. Sadəcə olaraq hesab edirəm ki, Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab olunarsa, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab olunmalıdır”. Göründüyü kimi ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini alarkən həmin əmlak barəsində hər hansı mübahisənin olmasından xəbərsiz olmasını bildirməsi, dolayısı ilə Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən faktdır. İkincisi, xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı xüsusi qərardad çıxarılması barədə, vəsatətin 3-cü səhifə sonuncu abzasında qeyd edilir ki, 1-ci Cavabdeh, yəni Cavabdeh4 saxta Etibarnamələr və Razılıqları təqdim etməklə 12 saylı xüsusi notariusu və daşınmaz əmlakın dövlət reyestri orqanını aldatmış, Obyekti 2-ci Cavabdeh, yəni Cavabdeh2 mülkiyyətinə keçirməyə nail olmuş və Birgə İddiaçılara 1.962.400 manat ziyan vurmuşdur. Göründüyü kimi, burada da bütün ittihamlar 1-ci və 2-ci Cavabdehlərə, yəni Cavabdeh4 və Cavabdeh2 qarşı yönəlir, qeyriyaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 hər hansı günahı olması vurğulanmır. Hesab edirəm ki, bu fakt da Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən faktlardan biridir. Üçüncüsü, daşınmaz əmlakın çıxarışı xx.xx.2023-cü il tarixdə alındıqdan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 satılması heç də onların vicdanlı alıcı olmasını şübhə altına alan fakt deyildir. Çünki diqqətlə fikir verilsə, müəyyən olunar ki, ilkin iddia ərizəsinin 9-cu bəndində qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığı gündə 2-ci Cavabdeh, yəni Cavabdeh2 öz adına dövlət reyetrindən elektron çıxarışı almışdır. Lakin, ondan fərqli olaraq sonuncu alıcılar - Cavabdeh3 və Cavabdeh1 isə dövlət reyestrindən çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş vermişlər (xx.xx.2023-cü il tarixli notariat işinin sonuncu 2 səhifəsindəki birkalar). Əgər Cavabdeh3 və Cavabdeh1 alqı-satqı müqaviləsinin legitimliyi barədə şübhələri olsaydı, onda hüquqların dövlət reyestrindən çıxarış elə müqavilə bağlandığı günə, xx.xx.2023-cü il tarixə sifariş edilərdi. Göründüyü kimi onların əldə etdikləri əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmamışdır, beləliklə vicdanlı alıcı hesab edilirlər. Dördüncüsü, ilkin iddia ərizəsində Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını əsaslandıran hallardan biri də daşınmaz əmlakın heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən xeyli aşağı qiymətə onlara satılmasıdır. Hesab edir ki, burada da heç bir qanun pozuntusu yoxdur. Əvvəla ona görə ki, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır (səhifə 5, abzas 6). Göründüyü kimi daşınmaz əmlak sahibinin həmin əmlakı özü müəyyən etdiyi qiymətə satmaq hüququ vardır. Həmin qiymətin əmlakın real bazar qiymətindən aşağı və ya yuxarı olması, həmin əmlakın alıcısının vicdanlı əldə etməməsinə səbəb olan hal deyildir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi heç də alqı-satqı müqaviləsində qeyd edilən 480000 (dörd yüz səksən min) manata satılmamışdır. Müqavilədə qeyd edilən qiymətdən əlavə əmlakın sonuncu satıcısı Cavabdeh2 200000 (iki yüz min) manat məbləğində pul müqavilədən kənar tərtib edilmiş qəbzə əsasən verilmişdir. Cavabdeh2 öz xətti ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 cəmi 680000 (altı yüz səksən min) manat məbləğində pulu təhvil aldığını təsdiq edir: Mən Cavabdeh2 bu məbləği təhvil aldım, heç bir narazılığım yoxdur, bu yazıları öz imzamla təsdiq edirəm (qəbz əlavə edilir). Qeyd ediləndən əlavə, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri ilkin iddia üzrə iddiaçıların məhkəməyə təqdim etdikləri “X19” MMC-nin xx.xx.2023-cü il tarixli rəyində qeyd edildiyi kimi 1.962.400 (bir milyon doqquz yüz altmış iki min dörd yüz) manat deyildir. Qeyd edilən rəqəm şişirdilmişdir. Həmin əmlakın təxmini dəyəri 800.000 (səkkiz yüz min) manata yaxın olar. Çünki mübahisəli əmlak uzun müddətdir ki, fəaliyyət göstərmir və təmirsiz vəziyyətdədir. Beşincisi, ilkin iddia ərizəsində Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını əsaslandıran hallardan biri də daşınmaz əmlakın heç bir elan saytında elan verilmədən Cavabdeh3 və Cavabdeh1 satılmasıdır. Hesab edir ki, burada da heç bir qanun pozuntusu yoxdur. Belə ki, hər hansı daşınmaz əmlakın alınması üçün həmin əmlakın hansısa elan saytında və ya qəzetdə elan olunmalı olması ilə əlaqədar imperativ hal yoxdur. Bakı şəhərində ev alqı-satqısı üzrə işləyən vasitəçilər Cavabdeh3 daşınmaz əmlak alıbsatan kimi tanıyırlar. Cavabdeh3 məhkəmədə verdiyi izahatında da bildirmişdir ki, ona zəng edərək mübahisəli əmlakın satılması bildirilmiş və son nəticədə əmlakın 680000 manata alınmasına dair razılıq əldə olunmuşdur. Altıncısı, Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən sübutlardan biri də mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməsi, hər hansı nöqsana yol verilməməsidir. Onlar mübahisəli əmlakı alarkən həmin əmlak Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Ona görə ki, sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 əmlakın satıcı Cavabdeh2 məxsus olduğunu, saxta yolla onun adına keçirildiyini və s. barədə məlumatı olmamışdır. Bundan başqa, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş vəsait sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 tərəfindən bank depozitinə yerləşdirilmiş, satıcı Cavabdeh2 isə həmin vəsaiti depozitdən çıxarıb mənimsəmişdir. Yəni Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə üzərinə düşən vəzifəni icra edərək müqavilə predmeti olan əmlakın dəyərini ödəmişdir, lakin həmin əmlakı öz adlarına dövlət qeydiyyatına aldıra bilməmişlər. Çünki hüquqların dövlət qeydiyyatı haqqında çıxarış müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş verilsə də, Səbail Rayon Məhkəməsinin e-16(009)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlaka sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, qeyri yaşayış sahəsinə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən X26 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qadağan edilmişdir. Göründüyü kimi mübahisəli əmlakı vicdanlı şəkildə əldə etmiş Cavabdeh3 və Cavabdeh1 həmin əmlakı öz adlarına məhkəmə qərardadı ilə həbs qoyulduğuna görə keçirə bilməmişlər. Hesab edir ki, bu hal əmlakın vicdanlı əldə edilməməsini göstərən hal deyildir. Çünki əsas olan əqdin, yəni alqı-satqı müqaviləsinin notariusda bağlanması və nəzərdə tutulmuş pulun notariusun depozit hesabına köçürülməsidir. Hətta, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 həmin əmlaka hazırda faktiki sahiblik etməmələri də vicdanlı alıcı olmamalarına səbəb ola bilməz. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hesab edir ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmir. Ona görə də hesab edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə araşdırmasının yekununda Rusiya Federasiyası Kurqan şəhər X18 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamə, eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45- 2023-2-115 reyestr nömrəli etibarnamə, 1-ci İddiaçının xx.xx.1993-cü il tarixdən nikahda olduğu arvadı X1 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq və 2-ci İddiaçının xx.xx.1986-cı il tarixdən nikahda olduğu arvadı X22 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığın saxta olması müəyyən edilərsə, mübahisəli daşınmaz əmlaka dair Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsi etibarsız hesab edilə bilər. Hətta, belə olduğu təqdirdə Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında mübahisəli əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman sonuncular mübahisəli əmlakın Cavabdeh2 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakın Cavabdeh2 mülkiyyətində olmasına inanaraq, ona etibar etmiş və həmin əmlakın alqısatqı müqaviləsini bağlamağa dair öz iradə ifadəsinə uyğun olaraq razılığını göstərmişdir. Hətta xx.xx.2023-cü il tarixli notariat işindən də görünür ki, Cavabdeh1 240.000 manat, Cavabdeh3 240.000 manat, cəmi 480.000 manat məbləğində pulu notariusun dəpozit hesabına keçirmişlər. Notarius S.Xankişiyevin Muğanbank ASC-nin Dostluq filialına ünvanladığı məktubdan görünür ki, notariusun hesabına keçirilən pulun Cavabdeh2 verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli 2 ədəd xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən 240000 manat və Cavabdeh1 tərəfindən 240000 manat məbləğində pul xüsusi notarius X10 ASC-nin Dostluq filialında yerləşən depozit hesabına köçürülmüşdür. Odur ki, Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilmir. Qeyd olunan hallar isə Cavabdeh3 və Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir Belə ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, ilkin iddia üzrə iddiaçılar belə sübut növü təqdim etməmişdir. İlkin iddia ərizəsinin 13-19-cu bəndlərində və xx.xx.2023-cü il tarixli xüsusi qərardad çıxarılması barədə vəsatətdə qeyd edilir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Rusiya Federasiyasında xx.xx.2023-cü il tarixdə verilmiş saxta etibarnamə və razılıq ərizələri nəticəsində özgəninkiləşdirilmiş, CM-nin 320-ci və 178-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törədilmişdir. Maraqlıdır ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 nədənsə özləri hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Halbuki onlar bunu etməklər saxta sənəd vasitəsilə əmlakın Cavabdeh4 və Cavabdeh2 adına rəsmiləşdirilməsini sübut edə bilsələr, özlərinə məxsus olmuş əmlakın cinayət yolu ilə əllərindən çıxması nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Bununla bağlı cinayət işinə baxılarkən və yaxud ayrıca mülki iddia verilə bilər. xx.xx.2023-cü il tarixli xüsusi qərardad çıxarılması barədə vəsatətin 3-cü səhifə sonuncu abzasında ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 qeyd edir ki, 1-ci Cavabdeh, yəni Cavabdeh4 saxta Etibarnamələr və Razılıqları təqdim etməklə 12 saylı xüsusi notariusu və daşınmaz əmlakın dövlət reyestri orqanını aldatmış, Obyekti 2-ci Cavabdeh, yəni Cavabdeh2 mülkiyyətinə keçirməyə nail olmuş və Birgə İddiaçılara 1.962.400 manat ziyan vurmuşdur. Belə ki, “X19” MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Obyektin bazar dəyəri 1.962.400 (bir milyon doqquz yüz altmış iki min dörd yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçılar onlara maddi ziyanın birbaşa 1-ci (Cavabdeh4) və 2-ci cavabdeh (Cavabdeh2) tərəfindən vurulduğunu qeyd edirlər. Odur ki, onlar dəymiş ziyanı cinayət işinə baxılarkən tələb edə bilər və yaxud həmin ziyanın tələb edilməsi üçün ayrıca mülki iddia verə bilər. Yuxarıda qeyd edilənlərdən əlavə, hazırda mövcud olan vahid məhkəmə təcrübəsi də ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı kimi hüququnu qoruyur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş oxşar işlər üzrə məhkəmə qətnamələrində də saxta sənəd əsasında özgəninkiləşdirilmiş əvvəlki alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, sonuncu alıcıların iştirak etdiyi alqı-satqı müqaviləsi etibarsız hesab edilməmiş və əmlakın əvvəlki mülkiyyətçisinə izah edilmişdir ki, onara məxsus olmuş əmlakın cinayət yolu ilə əllərindən çıxması nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilər (apelyasiya instansiyası məhkəməsinin qətnamələri və həmin qətnamələri dəyişdirilmədən qüvvədə saxlayan kassasiya instansiya məhkəməsinin qərarları əlavə edilir). Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı etibarnamələrin, razılıq ərizələrinin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüquqlarının tanınması tələbinə dair ilkin iddia tələbi rədd edilməlidir. İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Belə ki, 3-cü və 4-cü Cavabdehlər vicdansız alıcılar-əldə edənlərdir, obyekti alarkən vicdanlı deyil, vicdansız alıcı olmuşlar. Çünki Obyektə (i) çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci Cavabdehlə 3-cü və 4-cü Cavabdehlər arasında (ii) heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, (iii) həm də bazar qiymətindən (1.962.400 manat) xeyli aşağı qiymətə (480.000 manata) Obyektin alqı-satqı müqaviləsinin bağlanması, (iv) satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının (3-cü və 4-cü Cavabdehlərin) vicdanlı olmamasına işarə edir. Belə ki, bu hallar ona işarə edir ki, alıcılar əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Beynəlxalq normativ sənədlərdə şəxsin əmlakın mənbəyinin qanuniliyinə şübhə duyması halı da məsul şəxslərin məsuliyyət dairəsinə aid edilmişdir və bu hal məsul şəxsin əmlakın mənbəyinin qanunsuzluğunu dəqiq bilməsini deyil, daha az sübutetmə tələb edən mənbənin qanunsuzluğunu təxmin etməsini kifayət hesab edir. Odur ki, yuxarıda qeyd edilən 3 hal həm alıcıda əqdin legitimsizliyi barədə şübhə yaradan, həm də əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından alıcının xəbərdar olmasına işarə edən hallardır, bu da onun vicdanlı alıcı qismində qəbul olunmasını istisna edir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində əşyanın bazar qiymətindən xeyli aşağı qiymətə satılması nəticəsində əldə edən şəxs vicdanlı hesab edilməmiş və əmlakın mülkiyyətçiyə qaytarılması tələbi qanuni və əsaslı hesab edilmişdir. Daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə qaytarmalıdır. Bununla belə, qeyd edilməlidir ki, daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə geri qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixli 51 nömrəli qiymətləndirmə rəyinə əsasən Obyektin bazar dəyəri 1.962.400 manat təşkil edir. Qanunverici daşınmaz əşyanın qanunsuz sahibinin vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq mülkiyyətçisinə geri qaytarmasını müəyyən edir. Əşyanın vicdanlı əldə edən tərəfindən mülkiyyətçisinə geri qaytarılmaması və vicdanlı əldə edənin özünün mülkiyyətçi olması qaydası yalnız daşmar əşyalara aiddir, həmin qayda daşınmaz əşyalara münasibətdə tətbiq edilmir. Bu onunla təsdiq edilir ki, həmin qaydanı müəyyən edən Mülki Məcəllənin 182.1-ci maddəsi daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsinə dair qaydaları tənzimləyən Məcəllənin 9-cu fəslinin 2-ci paraqrafında yer almışdır. İlkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə qarşılıqlı iddia ərizəsinə növbəti dəfə etiraz təqdim edərək göstərmişdir ki, qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 3-cü və 4-cü Cavabdehlər tərəfindən Obyekt qanuni mülkiyyətçidən alınmış və onlar Obyektin problemli olmasından xəbərsiz olmuşlar. Belə ki, Obyekti alarkən İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - "DƏDKR") publik hüquqi şəxsi tərəfindən Obyektin mübahisəli olmadığı, üzərində həbsin olmadığı barədə arayış verilmiş, 3-cü və 4-cü Cavabdehlər heç nədən şübhələnmədən Obyekti almışlar və alarkən satıcıların Obyektə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır, 3-cü və 4-cü Cavabdehlərin də qeydin məzmunu ilə bağlı şübhəsi olmamışdır. Beləliklə, 3-cü və 4-cü Cavabdehlər vicdanlı alıcı olmuşlar. Aşağıdakı səbəblərə görə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. 3cü və 4-cü Cavabdehlər vicdansız alıcılar-əldə edənlərdir. Belə ki, 3-cü və 4-cü Cavabdehlər Obyekti alarkən vicdanlı deyil, vicdansız alıcı olmuşlar. Çünki Obyektə (i) çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci Cavabdehlə 3-cü və 4-cü Cavabdehlər arasında (ii) heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, (iii) həm də bazar qiymətindən (1.962.400 manat) xeyli aşağı qiymətə (480.000 manata) Obyektin alğı-satqı müqaviləsinin bağlanması, (iv) satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər intemer saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının (3-cü və 4-cü Cavabdehlərin) vicdanlı olmamasına işarə edir. Belə ki, bu hallar ona işarə edir ki, alıcılar əşyanın əmlakm qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Beynəlxalq normativ sənədlərdə şəxsin əmlakın mənbəyimn qanuniliyinə şübhə duyması halı da məsul şəxslərin məsuliyyət dairəsinə aid edilmişdir və bu hal məsul şəxsin əmlakm mənbəyinin qanunsuzluğunu dəqiq bilməsini deyil, daha az siibutetmə tələb edən mənbənin qanunsuzluğunu təxmin etməsini kifayət hesab edir. Odur ki, yuxarıda qeyd edilən 3 hal həm alıcıda əqdin legitimsizliyi barədə şübhə yaradan, həm də əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından alıcının xəbərdar olmasına işarə edən hallardır, bu da onun vicdanlı alıcı qismində qəbul olunmasını istisna edir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində əşyanın bazar qiymətindən xeyli aşağı qiymətə satılması nəticəsində əldə edən şəxs vicdanlı hesab edilməmiş və əmlakın mülkiyyətçiyə qaytarılması tələbi qanuni və əsaslı hesab edilmişdir. Daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə qaytarmalıdır. Bununla belə, qeyd edilməlidir ki, daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə geri qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixli 51 nömrəli qiymətləndirmə rəyinə əsasən Obyektin bazar dəyəri 1.962.400 manat təşkil edir. Birgə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 etiraza dair mülahizə təqdim edərək göstərmişdir ki, iş üzrə Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – “3-cü və 4-cü Cavabdehlər”) nümayəndəsi Vəkil2 iddiaya dair etiraz vermiş və etirazı aşağıdakı dəlillərlə əsaslandırmışdır: 1) Guya o, hazırlıq iclasında Obyektin İddiaçıların mülkiyyətindən qanunsuz olaraq çıxmasında 3-cü və 4-cü Cavabdehlərin təqsirinin olmamasını və xəbərsiz olmasını bildirmiş, bu isə Cavabdehlərin vicdanlı alıcı olmasını dolayı olaraq təsdiq edir. 2) Xüsusi qərardad çıxarılması barədə vəsatətdə ittihamlar 1-ci Cavabdeh4 və 2-ci Cavabdeh2 qarşı yönəlməsi Cavabdehlərin vicdanlı alıcı olmasını təsdiq edir. 3) 3-cü və 4-cü Cavabdehlərdə Obyektin legitimliyi şübhə doğursaydı, çıxarış alınması barədə sifarişi müqavilə bağlandığı tarixə-xx.xx.2023-cü il tarixə edərdilər. 4) Obyektin bazar qiymətindən aşağı qiymətə alınması alıcıların vicdansız olmasına işarə etmir. Çünki Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. 5) Satış barədə açıq mənbələrdə elan verilməsi ilə əlaqədar imperativ norma mövcud deyildir. Cavabdeh3 daşınmaz əmlak alqı-satqısı vasitəçilik xidmətləri ilə məşğul olur və bu səbəbdən Obyektin satışı barədə məlumat əldə etmişdir. 6) Obyektin alqı-satqı barədə xx.xx.2023-cü il tarixli müqaviləni Cavabdehlər dövlət tərəfindən verilmiş 2-ci Cavabdehin adına olan **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarışa etimad və güvən əsasında bağlamışdır və bu səbəbdən vicdanlı alıcılardır. 7) xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanması zamanı qanunvericiliyin hər hansı tələbinin pozuntusu müəyyən edilmədiyindən həmin müqavilə etibarlıdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, etirazdakı dəlillər əsassız olduğundan rədd edilməlidir. Etiraz müddət pozuntusuna yol verilməklə təqdim edilmişdir Belə ki, ilk növbədə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını iddiaçıya və məhkəməyə təqdim edir. Etirazdan isə göründüyü kimi, Cavabdehlərin nümayəndəsi iddia ərizəsinin surətini aldıqdan 20 gündən xeyli müddət keçdikdən sonra etiraz vermişdir. Etiraz prosessual pozuntu ilə verildiyindən orada irəli sürülmüş dəlillər qətnamə qəbul edilməsi üçün əsas kimi götürülə bilməz. Məhkəmənin hüquqi qiymətləndirməsi tərəflərin hüquqi qiymətindən asılı deyil. Bundan başqa, qeyd edilməlidir ki, hazırlıq iclasında o, birgə İddiaçıların nümayəndəsi kimi Obyektin İddiaçıların mülkiyyətindən qanunsuz olaraq çıxmasında Cavabdehlərin təqsirinin olmamasını və xəbərsiz olmasını bildirməmiş, bu barədə etirazda qeyd edilən dəlillər yalandır. Həmin fakt məhkəmə iclas protokoluna baxmaqla müəyyən edilə bilər. Bununla yanaşı, qeyd edilməlidir ki, hətta Cavabdehlərin nümayəndəsinin etirazında qeyd etdikləri həqiqət olsaydı belə, həmin fakt Cavabdehlərin vicdanlı alıcı hesab edilməsinə əsas ola bilməzdi. Çünki “vicdanlılıq” hüquqi qiymətləndirmə tələb edən məsələdir və tərəflərin mülahizəsi əsasında deyil, iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə isə tərəflərin hüquqi qiymətindən asılı deyil və “iura novit curia” – “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən hüquqi qiymətləndirməni məhkəmə maddi və ya prosessual hüquq normalarına uyğun olaraq aparır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarındakı hüquqi mövqe). 1-ci və 2-ci Cavabdehin cinayətinə dair sübutların mövcudluğu başqalarının əməlində Obyektin talanmasına dair cinayətin olmasını, habelə 3-cü və 4-cü Cavabdehin vicdansız alıcı olmasını istisna etmir. Cavabdehlərin nümayəndəsinin 2-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, xüsusi qərardad çıxarılması barədə vəsatətdə ittihamların 1-ci və 2-ci Cavabdehə yönəldilməsi ona işarə etmir ki, 3 və 4-cü Cavabdehlərin Obyektin Birgə İddiaçıların mülkiyyətindən qanunsuz çıxmasında təqsiri yoxdur və onlar vicdanlı alıcı hesab edilir. Həmin vəsatətdən də görünür ki, saxta Etibarnamələr və Razılıqlar 1-ci Cavabdeh tərəfindən istifadə edildiyindən və xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə əsasında Birgə İddiaçılar adından Obyekt 2-ci Cavabdehə satıldığından ən azından 1-ci Cavabdehin əməlində Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 320.2-ci (rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlama) və CM-in 178.4-cü maddəsində (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) nəzərdə tutulan cinayətin əlamətlərinin olması qeyd edilmişdir. Yəni hazırda mövcud sübutlar (Obyektin saxta sənədlər əsasında satılması üzrə dəlillər) ən azından ona işarə edir ki, 1-ci və 2-ci Cavabdehlər Obyektin özgəninkiləşdirilməsinə dair sənədlərin saxta olduğunu bilib ondan istifadə etmiş və Birgə İddiaçıların Obyektini qanunsuz yolla özgəninkiləşdirmişlər. 3 və 4-cü Cavabdehlərin əməlində cinayət tərkibinin olub-olmaması isə istintaq orqanı tərəfindən toplanacaq sübutlar əsasında müəyyən edilə bilər və bu xüsusi qərardad əsasında yoxlama aparılması ilə mümkündür. Bununla yanaşı, qeyd edilməlidir ki, 3-cü və 4-cü Cavabdehin əməlində qeyd edilən fakt üzrə cinayət tərkibi müəyyən edilməsə belə, onlar vicdansız alıcıdır. Çünki alıcıda əqdin legitimsizliyi barədə şübhə yaradan, həm də əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından alıcının xəbərdar olmasına işarə edən hallar kifayətdir ki, o, vicdansız alıcı hesab edilsin. İş üzrə mövcud sübutlara əsasən müəyyən edilir ki, 3-cü və 4-cü Cavabdehlər əşyanın əmlakın qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilmiş, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmin olmuş, buna inanmış və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman etmişlər. Onların əmlakın mənbəyinin qanunsuzluğunu dəqiq bilməsini deyil, daha az sübutetmə tələb edən mənbənin qanunsuzluğunu təxmin etməsini kifayətdir ki, vicdansız hesab edilsinlər. Odur ki, 3-cü və 4-cü Cavabdehlərin vicdanlı alıcı qismində qəbul olunması istisna edilir. 3-cü və 4-cü Cavabdehlərin sonrakı davranışı belə, onların müqavilə bağlanarkən Obyektin legitimliyinin şübhə doğurmasını bilmələrinə işarə edir. Təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, 3-cü və 4-cü Cavabdehlərin nümayəndəsi Cavabdehlərdə Obyektin legitimliyinin müqavilə bağlanarkən şübhə doğurmadığını bildirsə də və bunun çıxarış alınması barədə sifarişin müqavilə bağlandığı tarixə deyil, sonrakı tarixə, yəni xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə edilməsi ilə təsdiq edilməsini göstərsə də, 3-cü və 4-cü Cavabdehlərin sonrakı davranışı bunun əksini sübut edir. Belə ki, Birgə İddiaçılar 3-cü və 4-cü Cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixdə iddia qaldırdıqdan dərhal sonra çıxarışın alınması üzrə xidmətlərin sürətləndirilməklə icra olunması barədə sifariş vermişdir. 3-cü və 4-cü Cavabdehlərin hadisədən sonrakı bu davranışı onların vicdansız alıcı olmalarına birbaşa işarə edir. Qeyd edilməlidir ki, bəzi hallarda şəxsin həqiqi niyyətinin düzgün dəyərləndirilməsi hadisə törədilən ana qədər mövcud sübutlar, o cümlədən şəxsin həmin ana qədərki davranışını təsdiq edən dəlillər əsasında mümkün olmur. Bu halda şəxsin hadisədən sonrakı davranışı və bu davranışla bağlı mövcud sübutlar əməlin düzgün qiymətləndirilməsinə imkan verir. Bu yanaşma, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun qərarından irəli gəlir. Həmin qərarın 3 və 5-ci bəndlərinə əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən [...] təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Odur ki, 3-cü və 4-cü Cavabdehlərin özlərinə qarşı əmlak hüquqlarının bərpası barədə iddia qaldırılmasından sonrakı davranışı onların Obyektin vicdansız alıcısı olmasına işarə edir. F. 3cü və 4-cü Cavabdehlərin vicdansız olmasına dair 4 dəlil birlikdə götürüldükdə onların vicdansızlığına işarə edir Qeyd edilənlərlərdən başqa, Cavabdehlərin nümayəndəsi Obyektin bazar qiymətindən aşağı qiymətə alınmasının, satış barədə açıq mənbələrdə elan verilməsinin özlüyündə 3-cü və 4-cü Cavabdehlərin vicdansız alıcı olmasına dəlalət etmədiyini göstərmişdir. Halbuki, 3-cü və 4-cü Cavabdehlərin vicdansız olmasına dair 4 dəlil ayrılıqda deyil, məhz birlik götürüldükdə bu nəticəyə gəlmək olur ki, həmin şəxslər vicdansız alıcı olmuşdur. Çünki 4 dəlil birlikdə götürüldükdə, kumulyativ effektə malik olur və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən faktın mövcudluğu ilə bağlı hər bir meyarın ayrıca təhlili birmənalı qənaətin əldə edilə bilməsi üçün kifayət etmədikdə kumulyativ yanaşma tətbiq edilə bilər (Bendenun Fransaya qarşı, § 47). Ali Məhkəmənin Mülki Kollegiyası da xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarı ilə məhz kumulyativ yanaşma ilə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində əşyanın bazar qiymətindən xeyli aşağı qiymətə satılması nəticəsində əldə edən şəxsi vicdanlı hesab etməmiş və əmlakın mülkiyyətçiyə qaytarılması tələbi qanuni və əsaslı hesab etmişdir. Həmin yanaşmaya uyğun Ali Məhkəmənin Mülki Kollegiyası da xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarı heç də Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyini istisna etmir və bu baxımdan həmin hüquqi mövqeyə uyğun olaraq iddia tələbi təmin edilməlidir. Daşınmaz əşyanın sahibi vicdanlı və ya vicdansız olmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə qaytarmalıdır. Cavabdehlərin nümayəndəsinin 7-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, daşınmaz əşyanın sahibinin vicdanlı və ya vicdansız olmasından, o cümlədən əmlakın çıxarışa etimad və güvən əsasında bağlanmasından asılı olmayaraq əşyanı mülkiyyətçisinə geri qaytarmalıdır. Etibarsız əqd heç bir hüquqi nəticəyə səbəb olmur. Cavabdehlərin nümayəndəsinin 7-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu isə o deməkdir ki, etibarsız əqddən irəli gələn bütün hüquqi nəticələr də etibarsızdır. Birgə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 daha sonra yenidən etiraza dair mülahizə təqdim edərək göstərmişdir ki, 3-cü və 4-cü Cavabdehlər məhkəmə tərəfindən vicdansız alıcı (əldə edən) hesab edilməsə də, əmlakı mülkiyyətçiyə qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin müddəalarının tətbiq təcrübəsini müəyyən edən hər hansı bir normativ sənəd, o cümlədən Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “Plenum”) hər hansı bir qərarı daşınmaz əşyanın vicdanlı sahibi (əldə edəni və ya alıcısı) tərəfindən mülkiyyətçisinə geri qaytarılmamasına təminat vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşmasına əsasən də 3-cü və 4-cü Cavabdehlər vicdansız alıcı hesab olunur. Hazırki işdə də 3-cü və 4-cü Cavabdehlər əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etdikləri və bununla bağlı lazımi araşdırma aparmadıqları üçün həmin şəxslər İHAM hüquqi mövqeyinə görə də heç bir halda vicdanlı alıcı hesab oluna bilməzlər. İHAM ilə yanaşı, digər xarici dövlətlərin təcrübəsində də alıcının vicdanlı hesab olunması üçün əmlakın alınmasından öncə bütün lazımi yoxlamaları həyata keçirməli olduğu (due diligence) tələb edilir. 3-cü və 4-cü Cavabdehlərin vicdanlı alıcı hesab olunması halı belə əmlakın birgə İddiaçılara qaytarılmasını istisna etmir. Qeyd edilməlidir ki, Plenum ilə yanaşı, İHAM də əmlakın mülkiyyətçi tərəfindən vicdanlı alıcıdan tələb edilməsini və ya geri qaytarılmasını istisna etmir. Belə ki, İHAM Kanevska Ukraynaya qarşı işində ərizəçi əmlakın son vicdanlı alıcısı idi, o, əmlakı üzərində hüquqlarını ilkin sahibin (mülkiyyətçinin) xeyrinə itirmişdir və buna səbəb ona ilkin sahibin əmlakının vicdanlı alıcıya başqa bir şəxsin qanunsuz hərəkətləri (məsələn: dələduzluğu) nəticəsində düşməsi olmuşdur. Odur ki, mülkiyyət hüququ ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyi İHAM-ın hüquqi mövqelərinə (presedentlərinə) uyğun tənzim edilməli və bu zaman həmin hüquqi mövqelər əsası götürülməlidir. Qeyd edilən mövqeyə uyğun olaraq, 3-cü və 4-cü Cavabdehlər vicdanlı alıcısı hesab olunmamalı, hətta onlar vicdanlı alıcı hesab olunduğu halda belə, əmlakı birgə iddiaçılara qaytarmalıdır. Son dövrlər formalaşmış Ali Məhkəmənin təcrübəsi də İHAM-ın hüquqi mövqeyi ilə tamamilə uyğunluq təşkil edir. Belə ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)- 4074/2019 nömrəli qərarı ilə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən əldə edən şəxs əşyanı iradəsi ziddinə ondan məhrum olmuş mülkiyyətçiyə qaytarmalıdır, çünki daşınmaz əşyaların mülkiyyətçisinə qaytarılması məsələsində vicdanlı əldə edən olmur. Eyni zamanda, Mülki Məcəllənin 182.2-ci maddəsi daşınar əşyalara aid olsa da, daşınmaz əşyalara münasibətdə bu qaydanı istisna edən müddəa qanunda müəyyən edilməmişdir. Bu baxımdan hər bir tərəf əqd üzrə aldıqlarını digər tərəfə geri qaytarılmalı, yəni əmlak ilkin sahibinə qaytarılmalıdır. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək həmiçinin onların heç kimə mülkiyyətlərində olan əmlakı satmadığını, sadcə icarəyə verdiklərini, saxta sənədlər əsasında əmlakın əllərindən çıxarılmasını, əmlakın çox ucuz qiymətə alındığını, qarşı tərəfin vicdanlı əldə edən olmadığını bildirərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verdi və bildirdi ki, alqı-satqı sahəsində kifayət qədər təcrübəlidir. Alqı-satqı ilə məşğul olan şəxslər var ki, əmlak satılanda ona məlumat verirlər, bu dəfə də ona Polşadan zəng vurub məlumat verdilər, o da dostuna demiş, gedib baxmışlar. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirəndən sonra mübahisəli əmlakı alqı-satqı yolu ilə əldə etmişlər, iki gün sonra ilkin iddia üzrə iddiaçı olan İddiaçı2 ona zəng edərək bildirdi ki, həmin mübahisəli əmlak ona məxsusdur. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, mübahisəli obyektlə bağlı araşdırma aparmışlar. Belə ki, həmin obyekt bağlı olduğundan qonşuluqda, yəni aşağıda yerləşən dəftərxana ləvazimatları kimi fəaliyyət göstərən əmlakın sahibindən obyektlə bağlı maraqlananda, oranın sahibi, Hacı Əliağa adlı şəxs ona bildirmişdir ki, üstdəki obyektin sahibini tanımır. Onlar Cavabdeh2 rəsmi olaraq notariat qaydasında əmlakı almışlar. Cavabdeh4 etibarnamələr rəsmi qaydada notariat qaydada verilib. Ailə sənədləri Cavabdeh4 hansı qaydada çatıb – onu araşdırmaq lazımdır. Bütün sənədləşmələr rəsmi olaraq bütün dövlət qurumlarında qanunamüvafiq həyata keçirilib. Əgər həmin sənədlərin, etibarnamələrin saxtalığını iddiaçılar qeyd edirsə, həmin sənədləri, etibarnamələri mübahisələndirə bilərlər. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 5 ildən çox müddətdə bağlı olub və əmlakdan istifadə olunmayıb. Həmin əmlaka dair yoxlamalar aparmışlar, problem aşkar etməmişlər və sonra alqı-satqı müqaviləsi bağlamışlar. Daha sonra əmlakda qalan ustaların əşyalarının götürülməsi üçün nömrələrini qapıda qoymuşlar. Onların hesabına əsasən 300.000 manat obyektin təmirinə sərf ediləcəkdi. Alqı-satqı müqaviləsinin bağlanılmasından 2-3 gün keçdikdən sonra İddiaçı2 zəng etdi, onunla görüşmüşlər onlara sənədini təqdim etdi və məsələyə aydınlıq gətirmək üçün notariat kontorunda görüşməkləri barədə razılaşdılar. Notariat kontorunda məlum oldu ki, əmlak Cavabdeh2 tərəfindən satılıb. Bundan sonra Cavabdeh2 ilə əlaqə saxlamaq istədikdə mümkün olmadı və məlum oldu ki, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlanandan dərhal sonra Rusiya Federasiyasına gedib. Qarşılıqlı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verdi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Keçirilən məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 bildirmişdir ki, ona ilkin iddia üzrə iddiaçılar tərəfindən əmlakın ancaq icarəyə verilməsi üçün etibarnamə verilmişdir. Əmlakın qarşısına öz telefon nömrəsini yerləşdirmişdir, ondan bir-iki gün sonra zəng gəldi və notariusa gedib icarə müqaviləsi bağlanılmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin iddia üzrə iddiaçılarla qohumluq münasibəti yoxdur, 25 ildir onları tanıyır, onların əvəzinə etibarnamə üzrə onları təmsil etmiş və digər əmlaklarla bağlı müqavilələr bağlamışdır. Hazırki mübahisə üzrə əmlak 4 ildir işləmir, təmir normal idi, amma əl gəzdirmək lazım idi. Həmin əmlakın icarəyə verilməsi üçün ən azı 50.000-60.000 manat məbləğində təmirə xərcləmək lazım idi. Müqavilədə həmin xərclər göstərilməyib. Aylıq 1000 manat məbləğində icarəyə vermişdir ki, təmir etsinlər və 1 ildən sonra əşyalarla birlikdə onlara qalacaqdır. Buna dair müqavilədə yox, şifahi razılıqları olub. Cavabdeh4lə telefon vasitəsi ilə tanış olmuşdur, dükanın üzərində nömrəsi yazılmışdır. İcarəyə verilməsinə dair heç yerə elan verməmişdir. Aprel ayının birində obyekt açılmalı idi. Həmin müddətə qədər ilkin iddia üzrə iddiaçılar ona nəzarəti həvalə etmişdir. Yanvar ayının axırında açarı vermişdir ki, təmirə başlasınlar. Aprelin birinə qədər 7,8 dəfə gedib obyektə baxmışdır. Öncədən Cavabdeh4lə başqa təmir nəzərdə tutmuşdu, sonra təmirlə bağlı fikirləri danışıblar. Açar bu müddət ərzində Vahabda olub. Sonra gördü ki, obyektdə təmir işləri getmir. Cavabdeh4 soruşanda dedi ki, Masazırda digər obyektdə ustalar işləri bitirib buraya gələcək. Bununla bağlı iddiaçılara məlumat verdi. Axırıncı dəfə gedəndə gördü ki, ustalar işləyir, Cavabdeh4 də orada idi ayın 25-26 idi, bildirdi ki, ayın birinə kimi təmir işlərini çatdırmasa aprelin birində ödənişlər edəcək və nə gecikmə olsa ödənişlər ediləcək. Pub kimi obyekti işlədəcəkdilər, bu fəaliyyətlə bağlı icazə onlara aid deyil. İlkin olaraq 1000 manat verildi. Obyektin şəhadətnaməsi əsasında Cavabdeh4lə müqavilə bağladı, iddiaçıların şəxsi sənədləri barədə ondan heç nə istəmədilər. İlkin iddia ərizəsi təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. 20 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X16 bildirmişdir ki, tərəfləri müraciət əsasında tanımışdır, sənədləri təqdim etdilər, etibarnamələr Rusiya Federasiyasında verildiyinə görə ətraflı yoxlanılıb. Qaydaya uyğun olaraq bu cür etibarnamələr iki formada yoxlanılır – portal və QR kod vasitəsi ilə – hər iki vasitə ilə yoxlanılıb. Notariusların hər üçü ilə dörd sənədlə bağlı əlaqə saxlayıb təsdiqi barədə yoxlama aparmışdır. Telefon danışıqları barədə çıxarışı məhkəməyə təqdim edir. Satıcı Cavabdeh4 etibarnamə əsasında alıcı Cavabdeh2 alq-satqı müqaviləsi üzrə həyata keçirilib. Nümayəndənin şəxsiyyətini və səlahiyyətlərini yoxlamış, etibarnamə bu günədək qüvvədədir. Ondan öncə 1 saylı Notariat Kontorunda təsdiq edilmiş tərcüməsi var idi. Portal ilə etibarnamə qüvvədədir və sonra portala uyğun məlumatları yoxlamışdır. 12 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 54 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, o, müqaviləni tərtib etmişdir, çıxarış verirlər, yoxlayır, tərəflərə yazır ki, banka hesaba pulu yükləsinlər, bu zamanda müqavilə tərtib edilir. Başqasının alqı-satqı müqaviləsi onlarda görünmür, onlara lazım da olmur, lazım olan çıxarışdır. Həm də müqavilənin tərəfi olan Cavabdeh3 və Cavabdeh1 tanısalar da, Cavabdeh2 tanımırlar, daha əvvəl görməmişlər. Baş Notariat idarəsi vergi əməliyyatlarını yoxlayır. Alış qiyməti 480.000 manat məbləğ idi. Nümayəndə2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bundan öncə Cavabdeh3 və Cavabdeh1 alqı-satqı müqavilələri bağlamışlar, problem olmayıb, notariusun depozit hesabına pulun köçürülməsi ilə həyata keçirilib alqı-satqı, əlavə məbləğdən məlumatı yoxdur. 28 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ekspert X20 ekspert rəyini müdafiə edərək bildirmişdir ki, qiymətin müəyyən edilməsi zamanı tələb-təklifləri nəzərə alınır, həmin ərazidə yerləşən analoji olan qeyri-yaşayış sahələrinin qiymətlərini və şifahi sorğuları nəzərə alaraq ortaq məxrəcə gəlib qiyməti müəyyən etmişlər. Həmin ərazidə obyektlərin fərqli qiymətləri mövcuddur. Obyektə baxış keçirilmiş, baxış zamanı təmir natamam olduğu üçün analoji olaraq təmirsiz obyekt müəyyən edə bilməmişlər, təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilmişdir. Qiyməti tam yüksək təmirli obyektlərlə müqayisədə müəyyən etmişlər. 28 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ekspert X21 ekspert rəyini müdafiə edərək bildirmişdir ki, ekspert X8 ifadəsini təsdiq edir. Əlavə olaraq təmirlə bağlı bildirmişdir ki, hər kvadratı minimum 1.000 manatdan adətən hesablanır, əgər belə götürülsə təmirin qiyməti, təqribən 125.000-150.000 manat adi təmir üçün kifayət edə biləcək məbləğdir. Bəzi yerlər var ki, smetanın daxilində divarların kvadratı ilə hesablanır, bəzi yerlər var ki, sahənin kvadratı ilə hesablanır. Obyekt təmirsiz vəziyyətdədir–başlayıb bitirməyiblər. Havalandırma sisteminin quraşdırılması təmir məbləğinə aid deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən X7, X22, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını, ekspertləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidirlər. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenitinin xx.xx.2004-cü il tarixli 003510 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 125,4 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətidir. - xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 125,4 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh4 icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. - Rusiya Federasiyası Kurqan şəhər X18 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023-2-204 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası ərazisində yerləşən daşınar və daşınmaz əmlakları, eyni zamanda ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı sərəncam vermək, müqavilələrin bağlanmasını etibar edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanda yerləşən 125,40 kv.m. qeyriyaşayış sahəsinə İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. - Rusiya Federasiyası Kurqan şəhər X18 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası ərazisində yerləşən daşınar və daşınmaz əmlakları, eyni zamanda ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı sərəncam vermək, müqavilələrin bağlanmasını etibar edir. - Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq ərizəsindən görünür ki, X22 (ş.v. nömrəsi: AZE 09084003, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 2AG2H3B) birgə nikah ərzində əldə etdikləri ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini öz mülahizəsinə görə qiymət və şərtlərə əsasən satmağa İddiaçı1 razılıq vermişdir. - Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli nömrəli razılıq ərizəsindən görünür ki, X7 (ş.v. nömrəsi: AZE14637991, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 1L1H7T8) birgə nikah ərzində əldə etdikləri ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı2 tərəfindən öz mülahizəsinə görə qiymət və şərtlərə əsasən satmağa İddiaçı2 razılıq vermişdir. - Bakı Nikah evi (Səadət Sarayı) tərəfindən verilmiş AZ-İ seriyalı, 051607 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X7 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış və həmin nikah 83 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV- JQ seriyalı, 323262 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X22 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış və həmin nikah 961 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. - İddiaçı2, İddiaçı1, X13 və X12 ümumvətəndaşlıq pasportunun surətlərindən görünür ki, etibarnamə və razılıq ərizələrinin verildiyi tarixlərdə onlar Rusiya Federasiyasında olmamışlar. - Cavabdeh2 tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, Cavabdeh3 və Cavabdeh1 cəmi 680000 (altı yüz səksən min) manat məbləğində pulu təhvil aldığını, heç bir narazılığının olmadığını öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 125,4 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı2 və İddiaçı1 adından etibarnamə ilə Cavabdeh4 tərəfindən Cavabdeh2 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanda yerləşən 125,40 kv.m. qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olmaqla xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli Muğanbank ASC-nin Dostluq filialının xəzinə mədaxil orderlərindən görünür ki, Cavabdeh1 tərəfindən 240000 manat və Cavabdeh3 tərəfindən 240000 manat məbləğində pul xüsusi notarius X10 ASC-nin Dostluq filialında yerləşən depozit hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 125,4 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 və Cavabdeh1 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satılmışdır. - “X11” MMC-nin 09 iyun 2023-cü il tarixli 88 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 5 ünvandakı 3 (üç) mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.4 kv.m olan qeyri-yaşayış sahəsinin, mövcud istifadə vəziyyətinə uyğun olaraq, hazırkı bazar qiyməti ilə təqribi dəyəri 695000,00 (altı yüz doxsan beş min) manat məbləğində müəyyən edilir. - X5 10 aprel 2023-cü il tarixli 51 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.4 kv.m-dən ibarət qeyri- yaşayış sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 1 962 400 AZN (bir milyon doqquz yüz altmış iki min dörd yüz manat) müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 10/4963-9/5211 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvandakı yerləşən ümumi sahəsi 125.4 kv.metr olan qeyri-yaşayış sahəsinin 1 kv.metrnin dəyəri hazırki orta bazar qiymətlərinə uyğun təqribən 11722,00 manat, ümumi dəyərinin isə təqribən 1.465.000,00 manat məbləğində olduğu müəyyən edilir. (Ekspertiza xərci 50 manat) Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyətçilər olan İddiaçı2 ilə İddiaçı1 mülkiyyətində olmuş və həmin sahə xx.xx.2022-ci il tarixdə Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Qeyd edilən hallar işin mübahisəsiz halıdır. İşin mübahisəli halı sözügedən qeyri-yaşayış sahəsinin icarəçi Cavabdeh4 tərəfindən birgə mülkiyyətçilərin mülkiyyətindən çıxarılaraq müvafiq etibarnamə əsasında hazırki iş üzrə Cavabdeh2, daha sonra isə sonuncu tərəfindən Cavabdeh3 ilə Cavabdeh1 adlarına özgəninkiləşdirilməsidir. İddiaçılar İddiaçı2 və İddiaçı1 ilk iddialarında sözügedən özgəninkiləşdirilmələrin tam qanunsuz olmasını göstərərək etibarsız hesab edilməsi və onun hüquqi nəticələrin ləğv edilməsini, mülkiyyət hüquqlarının bərpasını, həmin sahənin hazırki mülkiyyətçiləri olan Cavabdeh3 və Cavabdeh1 isə qarşılıqlı iddialarında isə İddiaçı2, İddiaçı1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılaraq sahənin onlara təhvil verilməsini iddia edirlər. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 140-cı maddəsinə əsasən, əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. - 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. - 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. - 144.3-cü maddəsinə əsasən notarius əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X14 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyrihüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə Qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə, ilk iddiaçı tərəfin təqdim etdikləri sübutlarla bağlı qeyd edir ki, həqiqətən də onların Cavabdeh4 ilə bir il müddətinə bağladıqları icarə müqaviləsi məzmunundan da göründüyü kimi obyektin icarə hüquq münasibətləri əsasında sonuncu tərəfindən istifadəsi üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, ilk iddiaçıların mülkiyyətində olan qeyri yaşayış sahəsini özgəninkiləşdirilməsi məqsədi olmamış, sahənin mülkiyyət sənədləri-şəhadətnamə özlərində olmuş və bu sənədlər yalnız icarə müqaviləsinin tərtib və təsdiqi zamanı istifadə edilmişdir. Lakin, işin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin bağlanmasından sonra Cavabdeh4 tərəfindən ilk iddiaçıların adından ona verilmiş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə birgə mülkiyyətçilərin adına mübahisəli qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən yeni sənəd - **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə edilmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, ilk iddiaçılar xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən başqa Cavabdeh4 ilə digər əqdlər bağlamamış və ya ona buna dair Azərbaycan Respublikasının ərazisində olan notariat ofisində tərtib və təsdiq edilmiş özündə geniş səlahiyyətləri əks etdirən etibarnamə verməmişlər. Cavabdeh4 sözügedən elektron çıxarışı ilk iddiaçıların adından ona verilmiş, Rusiya Federasiyası Kurqan şəhər Notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023-2-204 reyestr nömrəli, eləcə də ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamələr əsasında əldə etmiş və xx.xx.2023-cü il tarixdə ilk iddiaçıların adından əmlakı Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən alqı-satqı müqaviləsinin təsdiqi zamanı notariat ofisinə həmçinin ilk iddiaçıların həyat yoldaşları X1 və X12 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli 45AA ******* nömrəli və xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq ərizələri də təqdim edilmişdir. İşin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiqindən sonra, eyni tarixdə Cavabdeh2 öz adına əmlakın tam mülkiyyətçisi olaraq **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə etmiş, Çıxarış əsasında 54 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə Obyektin ½ hissəsini təşkil edən 67,70 m sahəsini Cavabdeh3, ½ hissəsini təşkil edən 67,70 m sahəsini isə Cavabdeh1 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satmışdır. Hazırda Babayev X23 Üzeyir Adil oğlu mübahisəli sahəni rəsmi alqı-satqı müqaviləsi ilə əldə etsələr də məhkəmənin müvafiq qərardadı əsasında müvəqqəti təminat tədbiri tətbiq edilərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarış əldə edilməsi qadağan edilmişdir. İşin materiallarından görünür ki, X7 xx.xx.1993-cü il tarixdən İddiaçı2 ilə, X22 isə xx.xx.1986cı il tarixdən İddiaçı1 ilə nikahdadırlar. İş materiallarında olan İddiaçı2, İddiaçı1, X1 və X12 ümumvətəndaşlıq pasportunun surətləri ilə, eləcə də məhkəmə tərəfindən əldə edilmiş elektron məhkəmə informasiya sisteminin sərhədkeçmə məlumatları ilə tam təsdiq edilmişdir ki, etibarnamə və razılıq ərizələrinin verildiyi tarixlərdə ilk iddiaçılar və onların həyat yoldaşları Rusiya Federasiyasının Kurqan şəhərində olmamışlar. Həmçinin, məhkəmə tərəfindən əldə edilmiş elektron məhkəmə informasiya sistemi məlumatları ilə tam təsdiq edilmişdir ki, Cavabdeh4 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixində gecə saatlarında Azərbaycan Respublikasının hüdudlarını tərk etmişlər. Məhkəmə, ilk iddiaçı tərəfin Cavabdeh4 ilə Cavabdeh2 əlbir olaraq saxtalaşdırılmış sənədlər əsasında mübahisəli sahəni qanunsuz olaraq özgəninkiləşdirilməsinə dair dəlilləri ilə razılaşır və təqdim etdikləri sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-xx.xx.2023 il tarixlərdə ilk iddiaçılar və onların həyat yoldaşlarının Rusiya Federasiyası Kurqan şəhərində olmamaları işin araşdırılmış hallarına əsasən mübahisəsiz halıdır və buna görə də İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamə; İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamə; X1 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; X12 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı adlanan sənədlər saxtalaşdırılmışdır. Bu saxtalaşdırılmış sənədlər əsasında Cavabdeh4 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqd kimi qiymətləndirilə bilməz və buna görə də etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qanunsuz bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı da ləğv edilməlidir. Məhkəmə, Cavabdeh2 alqı-satqı müqaviləsinin tərtib edildiyi tarixdə də adına müvafiq çıxarış alınmasına və onun təcili olaraq, yəni 3 gündən sonra özgəninkiləşdirməyə nail olmaqla, Cavabdeh4 ilə birlikdə eyni tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi kimi işin mühüm və diqqətəlayiq hallarına qiymət verərək bu hərəkətlərinin onun da mübahisəli sahəyə dair hüquqverici və müəyyən edici sənədlərin Cavabdeh4 tərəfindən saxtalaşdırılmasından tam məlumatlı olmasına və onunla əlbir olması qənaətinə gəlmək üçün kifayət qədər əsas yaradır. Lakin, göstərilən nəticəyə gəlməklə yanaşı məhkəmə eyni zamanda ilk iddia tələblərinin qalan hissədə təmin edilməsini mümkün saymır. Belə ki, işin materiallarından görünür ki, işin mübahisəsiz hallarından biri də odur ki, qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin əmlakın onlara satılan məqamda mülkiyyətçisi olmuş Cavabdeh2 rəsmi qaydada notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında almışlar. Cavabdehlər İddiaçı2, İddiaçı1 qarşılıqlı iddiaçıların bu əmlakı əldə etmələrində vicdanlı alıcı olmamalarına dair dəlillərini irəli sürmüş və göstərmişlər ki, qanunvericiliyə əsasən əldə edən şəxs əşyanı iradəsi ziddinə ondan məhrum olmuş mülkiyyətçiyə qaytarmalıdır, çünki daşınmaz əşyaların mülkiyyətçisinə qaytarılması məsələsində vicdanlı əldə edən olmur. Məhkəmə, göstərilən dəlillərlə razılşmır və qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olmaması sübut edilənədək vicdanlı sahib hesab olunur. Alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Yuxarıda sadalanan normalar mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlakı əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını sübut etməli deyil, əksinə şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf bu halı sübuta yetirməlidir. Vicdanlı olmama faktının sübutu üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, ilkin iddia üzrə iddiaçılar belə sübut növü təqdim etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin əmlaka çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər interner saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının sonuncuların vicdanlı olmamasına işarə etməsinə, eləcə də əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etməklə bununla bağlı lazımi araşdırma aparmadıqlarına dair dəlillərini əsassız sayır. Belə ki, ilk iddiaçıların hüquqi mövqeyinə görə Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız hesab olunduğu üçün qarşılıqlı iddiaçıların tərəf olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də məhz bu əsasla etibarsız hesab olunmalıdır. Lakin, yuxarıda qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsini alarkən qarşılıqlı iddiaçıların həmin əmlak barəsində hər hansı mübahisənin olması və ya sənədlərin saxtalaşdırılması faktlarından məlumatlı olmalarına dair iş materiallarında heç bir sübut yoxdur. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, ilk iddiaçı tərəfin məhkəməyə ünvanladığı xüsusi qərardadın çıxarılması barədə vəsatətin məzmunu yalnız Cavabdeh4 və Cavabdeh2 qarşı yönəlmiş, qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 bu işlərdə hər hansı formada iştirakları olması vurğulanmamışdır. Məhkəmə hesab edir ki, bu hal da Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən olmasını təsdiq edən amillərdən biridir. Daha sonra, işin materiallarından görünür ki, Cavabdeh2 öz adına dövlət reyestrindən elektron çıxarışı alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra alsa da, ondan fərqli olaraq sonuncu alıcılar - Cavabdeh3 və Cavabdeh1 dövlət reyestrindən çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra əldə etməmişlər və hazırda da əldə etməyiblər. Belə ki, işin materiallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş verilsə də, Səbail Rayon Məhkəməsinin e-16(009)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlaka sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən X26 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qadağan edilmişdir. Məhkəmə, qarşılıqlı iddiaçılara satılan əmlakın alış qiymətinin bazar qiymətindən az olmaqla heç bir iqtisadi fayda əldə etmədən satılmasının da onların vicdanlı əldə edən olmamasına əsas olmasına dair dəlillərlə bağlı qeyd edir ki, bu halın mövcudluğu belə göstərilən dəlilin əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Bundan əlavə, məhkəmədə verilmiş izahatlardan da görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi heç də alqı-satqı müqaviləsində qeyd edilən 480.000 (dörd yüz səksən min) manata satılmamışdır. Belə ki, işin materiallarında müqavilədə qeyd edilən qiymətdən əlavə əmlakın sonuncu satıcısı Cavabdeh2 200.000 (iki yüz min) manat məbləğində pulun verilməsinə dair müqavilədən kənar tərtib edilmiş qəbz mövcuddur ki, qarşılıqlı iddiaçı tərəfin izahatlarında əsasən bu qəbzlə Cavabdeh2 imza edərək alıcılar Cavabdeh3 və Cavabdeh1 480.000 (dörd yüz səksən min) manatdan əlavə 200.000 (iki yüz min) manat da (cəmi 680.000 (altı yüz səksən min) manat məbləğində pulu) təhvil aldığını təsdiq etmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfin heç bir elan verilmədən əşyanın satılmasının sonuncu alıcıların vicdanlı olmamasına işarə etməsi dəlili ilə bağlı hesab edir ki, qanunvericilikdə hər hansı daşınmaz əmlakın alınması üçün həmin əmlakın hansısa elan saytında və ya qəzetdə elan olunmalı olmasına dair imperativ norma yoxdur və cavabdeh tərəfin qeyd etdiyi kimi bu işgüzar adətlərə uyğun olan bir hal olmaqla bütün hallara şamil edilmir. Cavabdeh3 və Cavabdeh1 məhkəmədə verdiyi izahatlarında da bildirmişlər ki, Cavabdeh3 xarici dövlətdən (Polşadan) zəng edərək mübahisəli əmlakın satılması bildirilmiş və nəticədə əmlakın 680.000 manata alınmasına dair razılıq əldə olunmuşdur. Məhkəmənin qənaətinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 həmin əmlaka hazırda faktiki sahiblik etməmələri də onların vicdanlı əldə edən hesab edilməmələri üçün əsas ola bilməz, ona görə ki, onlar öz iradələrindən asılı olmayaraq qanuni əsaslarla əldə etdikləri əmlakdan hazırda istifadə edə bilmirlər. Məhkəmə qarşılıqlı iddiaçıların əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etdikləri və bununla bağlı lazımi araşdırma aparmadıqlarına dair həmin iddia üzrə cavabdehin dəlillərini əsassız sayır və hesab edir ki, onların belə bir araşdırma apardıqdan sonra əminliklə əmlak əldə etmələrinə dair qanunvericilkdə heç bir norma və göstəriş yoxdur. Belə ki, işin materiallarından görünür ki, qarşılıqlı iddiçılar mübahisəli obyekti əldə edərkən həmin sahənin mülkiyyətçi Cavabdeh2 adına müvafiq çıxarışı olmuş, əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Həmçinin, işin mübahisəsiz hallarından biri də odur ki, qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli qeyri-yaşayış sahəsi almamışdan əvvəl nə Cavabdeh2, nə də əvvəlki mülkiyyətçilər olan İddiaçı2 və İddiaçı1 də tanımamış, iddiaçılar əmlakı həmin vaxt qanuni mülkiyyətçisi sayılan Cavabdeh2 alqı-satqı yolu ilə əldə edərkən sözügedən əmlakın əvvəlki mülkiyyətçilərinin kim olması, kimə icarəyə verməsi, sonradan əmlakın satılmasına dair etibarnamə verilməsi və s. məsələlərin olmasından xəbərsiz olmuşlar. Başqa sözlə, daşınmaz əmlaka dair münasibətdə başqa şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişlər və bilə də bilməzdilər. Məhkəmə hesab edir ki, ümumi qəbul edilmiş təcrübəyə əsasən əmlak əldə edən hər hansı bir şəxsin, konkret olaraq hazırki iş üzrə Cavabdeh3 və Cavabdeh1 maraqlı və vacib olan mübahisəli daşınmaz əmlakın çıxarışının onlardan əvvəl dövlət qeydiyyatına alınması, həmin əmlakın alqı-satqısının notariusda baş tutması, dəyərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsidir ki, məhz bu halların mövcudluğu əmlakı əldə edən şəxsdə əmlakın qanuni yollarla əldə etməsində əminlik yaradır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı və Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan hallar isə Cavabdeh3 və Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdin etibarsızlığına əsas ola biləcək hal müəyyən olunmamaqla əmlaka Cavabdeh2 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən həmin əmlakı əldə etmişlər. Bununla bağlı qeyd edilməlidir ki, «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin, «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Məhkəmə qeyd edir ki, iş üzrə əmlakın dəyəri ilə bağlı rəy vermiş ekspertlərin izahatlarına görə mübahisəli qeyri yaşayış sahəsi təmirsiz olduğu üçün analoji təmirsiz obyektlər olmadığı üçün dəyəri analoji olaraq müəyyən edilə bilmədiyindən təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyləri ilə mübahisəli sahənin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət – 1.465.000 manat müəyyən edilsə də, təmir xərclərini çıxdıqdan sonra belə həmin sahənin bazar dəyərindən aşağı qiymətə - 680.000 manata özgəninkiləşdirilməsi baş vermişdir. Lakin, buna baxmayaraq məhkəmə hesab edir ki, İddiaçı2 və İddiaçı1 mübahisəli əmlaka dair hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar məruz qaldıqları zərərin əvəzinin ödəmək yükünü onların əmlakını saxtalaşdırılmış sənədlər əsasında bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirmiş şəxslər daşıdıqları üçün mübahisəli əmlakı əldə etmiş vicdanlı əldə edən statusuna malik şəxslərin hüquqları bu əsasla xələl görməməlidir. Bundan başqa, hazırki iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən olduqları qənaətinə gəlindiyindən və onlarla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etbarsız sayılmasına dair hissədə ilk iddia tələbi təmin edilmədiyindən məhkəmə, qarşılıqlı iddianın cavabdehlər İddiaçı2 və İddiaçı1 aid hissədə əsaslı olması nəticəsinə gəlir və hesab edir ki, iş üzrə iddiaçılar ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin sahə boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməlidir. Lakin, məhkəmə qarşılıqlı iddianın Cavabdeh2 aid hissədə təmin edilməsini mümkün saymır və bunu onunla əsaslandırır ki, o, mübahisəli sahəni Cavabdeh3 və Cavabdeh1 satdıqdan sonra faktiki olaraq Azərbaycan Respublikasının ərazisində getmişdir, başqa sözlə o, hazırda mübahisəli sahədə olmamaqla heç bir əlaqəsi də qalmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı2 və İddiaçı1 əmlaklarını saxtalaşdırılmış sənədlər əsasında bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirmiş şəxslərə qarşı məruz qaldıqları zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq qaydada iddia qaldırmaq hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilərək İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamə; İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15n/45-2023-2-115 reyestr nömrəli etibarnamə; X1 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; X12 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı ləğv edilməli, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 400 manatın iddiaçıların hər birinə 150 manat olmaqla, ümumilikdə 300 manat hissəsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 manat olmaqla, ümumilikdə 80 manat hissəsi müvafiq olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı2 və İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməli, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 manat olmaqla, ümumilikdə 80 manat hissəsi müvafiq olaraq iddiaçılar Cavabdeh3 və Cavabdeh1 xeyrinə cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutulmalı, qarşılıqlı iddia Cavabdeh2 münasibətdə təmin edilməməli, dövlət rüsumu qalan hissələrdə müvafiq olaraq hər iki iddia üzrə iddiaçıların özlərinə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi iddiaçılar İddiaçı2 və İddiaçı1, 30 (otuz) manat hissəsi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X6 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamə; İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamə; X1 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; X12 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli İddiaçı2 və İddiaçı1 adından etibarnamə ilə Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Cavabdeh2 adına olan dövlət reyestr qeydiyyatı ləğv edilsin. Hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 400 (dörd) manatın iddiaçıların hər birinə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat hissəsi, həmçinin ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 (qırx) manat olmaqla, ümumilikdə 80 (səksən) manat hissəsi müvafiq olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı2 oglu və İddiaçı1 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilsin. Qarşılıqlı iddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 (qırx) manat olmaqla, ümumilikdə 80 (səksən) manat hissəsi müvafiq olaraq iddiaçılar Cavabdeh3 və Cavabdeh1 xeyrinə cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsi iddiaçılar İddiaçı2 və İddiaçı1, 30 (otuz) manat hissəsi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X6 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar