Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-475/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Sadıx oğlunun cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Sadıx oğlu cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7 miras qalmış Bakı şəhəri, 4-cü Salyan döngəsi, Xanlar qəsəbəsi 6 nömrəli evə olan miras əmlaka dair hüquqların qəbul edilməsi müddətinin uzadılması və bu hüquqdan irəli gələn vəzifələrin icrasının Bakı şəhəri 28 saylı notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, X12 Bakı şəhəri, 4-cü Salyan Döngəsi, Xanlar qəsəbəsi 6 nömrəli evə dair Azərbaycan SSR Bakı şəhər X4 İcraiyyə Komitəsi Bakı şəhər X2 Bürosu tərəfindən xx.xx.1973-cü ildə Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarış verilmişdir. X16 xx.xx.1979-cu ildə vəfat etmişdir. X32 Rüstəmoviç 10 noyabr 1932-ci ildə anadan olmuş, nənələri X24 ilə 29 iyul 1955-ci il tarixdə nigaha girmiş, birgə nigahdan xx.xx.1956-cı il təvəllüdlü X17, xx.xx.1960-cı il təvəllüdlü X18, xx.xx.1968-ci il təvəllüdlü X25, xx.xx.1972-ci il təvəllüdlü X19 anadan olmuşdur. X20 xx.xx.2011-ci il tarixdə, X21 xx.xx.2016-cı il tarixdə, X25 xx.xx.2018-ci ildə və X17 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X3 xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.1983-cü il tarixdə X10 ilə nigaha girmiş, birgə nigahdan xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. . Vəfat edən günədək X16 Bakı şəhəri, 4-cü Salyan Döngəsi, Xanlar qəsəbəsi 6 nömrəli evdə yaşamışdır. X3 və onlar hər ikisi həmin evdə dünyaya gəlib, orada böyümüşlər. Halhazırda həmin evdə anaları X10, X26 və İddiaçı1 birlikdə yaşayırlar. Yaşadıqları mənzili vərəsəlik qaydasında öz adına sənədləşdirmək üçün notariat ofisinə müraciət olunaraq vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş olunmuşdur. Bakı şəhəri 28 saylı Notariat Ofisinin 26 dekabr 2024-cü il tarixli məktubunda vərəsəlik münasibətinin Azərbaycanm Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından əvvəl yarandığından və eyni zamanda məhkəmənin icraatında həmin qərardan əvvəl olmadığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu qeyd olunmuşdur. Bir daha bildirir ki, X16 xx.xx.1979-cu ildə vəfat etmiş və ondan qalan miras əmlak Bakı şəhəri, 4-cü Salyan Döngəsi, Xanlar qəsəbəsi 6 nömrəli ev oğlu X20 qəbul etmişdir. Hal-hazırda isə evi Rəsul Buniatovun nəvələri Buniatov Kamran və Buniatov Həsən tərəfindən qəbul edilmişdir. X1 miras qalmış Bakı şəhəri, 4-cü Salyan Döngəsi, Xanlar qəsəbəsi 6 nömrəli ev onun nəticələri Buniatov Kamran və Buniatov Həsən tərəfindən faktiki olaraq qəbul edilmişdir. X16 xx.xx.1979-cu ildə vəfat etdiyindən iddia tələbinə mirasın açıldığı vaxt 1984-cü ildə qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Həmin vaxt qvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bütün iclaslara onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçıların nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan 28 saylı Dövlət Notariat Ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 Sadıx oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 848 nömrəli məktubdan görünür ki, ərizəçilər Bakı şəhər 28 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2079-cu il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Ərizədə istinad etdikləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişiklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna cavab olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bu qərara cəlmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Ərizəçilərin isə münasibətləri qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarından əvvəl yarandığından və eyni zamanda məhkəmənin icraatında həmin qərardan əvvəl olmadığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. İş materiallarında olan AZ-JQ 499434 saylı, xx.xx.1980-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 08 yanvar 1980-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1980-cı ilin yanvar ayının 08 günündə 32 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ-İE 252188 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Atası X42oviç, anası X14r. İş materiallarında olan XİV-JQ 479446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1991-cı il tarixdə doğulmuşdur. X5, anası X8r. İş materiallarında olan Xİ-JQ 423769 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxxxx 1986-cı il tarixdə doğulmuşdur. X6, anası X9r. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, DA-02259-2022 nömrəli arxiv arayışından görünür ki, Bakı 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 12 noyabr 2022-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəhəri Stalin (Səbail) rayonu üzrə nikah haqqında qeydiyyat kitabında 28 may 1930-cu ildə X15 və Buniyatova Mərziyə xanım (sənəddə olduğu kimi) X53 Qəni (sənəddə olduğu kimi) oğlunun nikahı qeyd olunur İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Buniyatov X30 ünvanlanmış xx.xx.2021-ci il tarixli, DA-00785-2021 nömrəli arxiv arayışından görünür ki, Bakı 5 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 29 aprel 2021-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1932-ci ilə dair Bakı şəhəri Stalin (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 10 noyabr 1932-ci ildə doğulan Buniatov (sənədlərdə olduğu kimi) Rəsul Rüstəmoviçin təvəllüdü qeyd olunur. Atası: Buniatov (sənəddə olduğu kimi) Rüstəm, ansı: Buniatova (sənəddə oluduğu kimi) Mərziyə. İş materiallarında olanBakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-2923/69 nömrəli arayışdan görünür ki, X23 və X13 nikahı haqqında 29 iyul 1995-ci il tarixdə 671 No-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra arvada Buniatova soyada verilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, 4-cü ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 08274649 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, 4-cü ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1973-cü il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xanlar qəsəbəsi, 4-cü Salyan Döngəsi, 6 nömrəli ev xüsusi mülkiyyət hüququ üzrə X12 məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Eyni hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Eyni göstəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndində “açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir, notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər” kimi qeyd edilmişdir. .Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutarın tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7 qalan Bakı şəhəri, 4-cü Salyan döngəsi, Xanlar qəsəbəsi 6 nömrəli evə miras əmlak üzərində vərəsəlik hüququnun tanınması ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə 28 saylı Notariat Ofisinə müraciət etmişlər. Müraciətlərinə cavab olaraq cavabdeh mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinə istinad edərək vərəsəlik işinin açılmasından imtina etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçıların mərhum X11 birinci növbəli vərəsələri olması nəzərə alınmaqla buraxılmış müddət uzürlü hesab edilməklə uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən X7 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-475/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-475/2025
03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver