Məhkəmə qərarları › İş №e-2(009)-480/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-480/2025

28.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-480/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 28 fevral 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8650 manat pulun və 106,50 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) 2024-cü ilin fevralayında Cavabdeh müraciət edərək (bundan sonra cavabdeh) ailə durumunun pis vəziyyətdə olması, qayınanasının səhhətində problemlər yaranmasısəbəbindən maddicəhətdən sıxıntı çəkməsini bildirmiş və ona köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda banka borclarının çox olmasını əsas gətirərək banklar tərəfindən ona kredit ayrılmasının mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı yaxın tanışı olan X1 ilə görüşərək Cavabdeh borc pulun verilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı ilə aralarından olan razılaşmaya əsasən X2 Durnanın aldığı qızılları lombarda qoyaraq 10.000 manat pul götürməli və həmin qızılların müqabilində isə lombarddan götürmüş olduğu pulun faizini ödəməli və həmin qızıla görə İddiaçı kart hesabına hər ay 900 manat pul yatırmalı idi. Cavabdehin deməsinə görə o, Sentyabr ayına kimi 10.000 manat pulu tam şəkildə ödəməli və lombardda olan qızıl-zinət əşyaları ona qalmalı idi. Cavabdeh ilkin olaraq 700 manat, daha ikiay ərzində isə ümumilikdə 1000 manat pul ödəmişdir. İkiay pul ödədikdən sonra cavabdeh pul ödəməsini dayandırmış və müxtəlif bəhanələr gətirərərk pulu ödəməkdən boyun qaçırmışdır. Həmçinin dəfələrlə pulu ödəyəcəyinə dair yalan vədlər versə də o bundan yayınmışdır. İddiaçı qızılların geri qaytarılmasını tələb etsə də o bundan yayınaraq bildirmişdir ki, hara istəyirsə şikayət edə bilər. Qızıllar iddiaçı tərəfindən cavabdehə AR Müdafiə Nazirliyinin qarşısında vermişdir. Həmin qızılların verilməsində Svetlana Zeynalovanın heç bir iştirakı olmamışdır. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçı ərizə ilə Səbail RPİ-nin müraciət edərək cavabdeh barəsində qanunmüvafiq tədbir görülərək onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Musa Məhərrəmov tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbuledilmişdir. Həmin qərarda cavabdehin vermiş olduğu hər iki izahatından görünür ki, cavabdeh iddiaçıdan dəyəri 10.000 manat olan qızıllarıaldığını, həmin qızılların müqabilində ayda 900 manat ödəməyi və ilkin olaraq 200 manat pul ödədiyini ümumilikdə isə iddiaçıya 2500 manat pul ödədiyini bildirmişdir. Lakin cavabdeh izahatında qeyd etdiyi pulların iddiaçıya ödənilməsini təsdiq edən sübutları polis orqanına təqdim etməmişdir. Hesab edirik ki, qızılların dəyərini təşkiledən 10.350 manatın ödənilməyən hissəsi olan 8650 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O,eyni zamanda bildirmişdir ki, cavabdeh hazırki vaxta kimi borcdan cəmi 1700 manat məbləğində pulu iddiaçıya geri qaytarmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 avqust 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd edilir ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə razılığa gəldikdən sonra 3 dəfəyə, hər dəfəsində 30 qram qızıl əşyaları almışdır, ümumilikdə 90 qram qızıla görə ayda 900 manat ödəniş barədə razılaşıblarmış, qızılların qramını 115 manatdan alacağı ilə razılaşıblarmış və ümumi 90 qram qızılın dəyəri 10,350 manat edir. Qızılları Durnadan 2024-cü ilin mart-aprel aylarında almışdır, sadaladığı ödənişlərdən əlavə olaraq 1000 manat da ödəniş etmişdir, sonradan maddi vəziyyəti pisləşdiyindən ödənişləri edə bilməmişdir. İlk dəfə qızılları özü üçün aldığını deyib, lakin sonra İddiaçı bildirmiş ki, həmin qızılları satıb borclarını ödəmək üçün almışdır. Aldığı qızılları Bakı şəhəri 28 May yaxınlığında müxtəlif qızıl dükanlarına qramını 68 manatdan satmış və ümumilikdə 6120 manat pul əldə etmişdir ki, həmin pulları da borclarına ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh ilə iddiaçı razılaşmışdırlar ki, iddiaçı cavabdehə qızıl verəcək, cavabdeh isə həmin qızılı lombarda qoyaraq pul götürəcək, həmin qızılın müqabilində razılaşdıqları əşyanın dəyəri kimi 10,350 manat məbləğində pulu iddiaçıya hissə-hissə ödəyəcək və sonda isə qızıllar cavabdehdə qalacaqdı. Cavabdeh razılaşdırılmış məbləğdən ümumilikdə iddiaçıya 1700 manat məbləğində ödəniş etməsinə baxmayaraq, üzərinə düşən öhdəliklərini tam yerinə yetirməyərək, razılaşdırılmış məbləği iddiaçıya geri qaytarmamışdırl Sözügedən şifahi müqavilənin mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqısatqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan şifahi alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Beləliklə, işə materiallarından göründüyü kimi tərəflər qızılların qiymətini 10,350 manat dəyərində müəyyənləşdirmişdirlər. Bundan sonra cavabdeh iddiaçıya həmin məbləğdən ümumilikdə 1700 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən razılaşdırılmış məbləğdən ödənilmiş məbləğ çıxılmaqla yerdə qalan 8650 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 106,50 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8,650 (səkkiz min altı yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ödənilmiş 106,50 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar