Məhkəmə qərarları › İş №e-2(009)-488/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-488/2024

23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-488/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "Səbail-10" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh9 və Cavabdeh7 qarşı "kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Səbail-10" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1, Cavabdeh9 və Cavabdeh7 qarşı "kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 220 m2 sahənin aylıq 176 AZN olmaqla, aprel 2022 – aprel 2024 dövrü üçün 25 aylıq 4400 AZN (dörd min dörd yüz manat), Cavabdeh9 və Cavabdeh7 70,3 m2 sahənin aylıq 56,24 AZN olmaqla, noyabr 2021 - aprel 2024 dövrü üçün 30 aylıq 1687,20 AZN (min altı yüz səksən yeddi manat iyirmi qəpik) o cümlədən hər cavabdehdən cari iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək cavabdehin hər birinə müəyyən olunmuş aylıq kommunal xidmət haqqının və ödənilmiş məhkəmə rüsumunun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "Səbail-10" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinə və cavabdehlər Cavabdeh1, Cavabdeh9 və Cavabdeh7 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "Səbail-10" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh9 və Cavabdeh7 qarşı "kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət etmək üçün iddiaçı "Səbail-10" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti tərəfindən ödənilmiş 458 (dörd yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar