Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-49/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi X5 nümayəndəsi İddiaçı, Ərizəçi X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi X5 Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə "xəbərsiz itkin düşmə faktının müəyyən edilməsi" tələbinə dair mülk işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə "xəbərsiz itkin düşmə faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı Maraqlı şəxs2y Nikolayeviçin xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: keçmiş həyat yoldaşı Maraqlı şəxs2 15 il əvvəl Azərbaycan Respublikasını tərk edərək, Rusiya Federasiyasına gedəcəyini bildirmiş və evi tərk etmişdir. Keçmiş həyat yoldaşı Maraqlı şəxs2nik Moskvaya getdikdən sonra aralarında biriki dəfə telefon danışığı olmuşdur. O zamandan bəri isə Maraqlı şəxs2nik haqqında hər hansı bir məlumat əldə etməmişlər. Birgə nikahdan bir oğlu vardır. Artıq uzun müddətdir ki, keçmiş yoldaşından xəbər ala bilməməkləri səbəbindən onun xəbərsiz itkin düşmə faktının təsdiqlənməsinə ehtiyac vardır. Həmçinin bu faktı təsdiq edilməməsi hal-hazırda yaşadıqları mənzilin oğlunun adına keçirilməsinə mane olur. Belə ki, hal-hazırda yaşadıqları mənzil keçmiş həyat yoldaşının anasının adına qeydiyyatda olmuşdur. Keçmiş həyat yoldaşı Maraqlı şəxs2 anası isə vəfat etmişdir. Bu baxımdan vərəsə Maraqlı şəxs2 olduğundan və həmçinin ondan da 15 ilə yaxın müddət ərzində xəbər alına bilmədiyindən onun xəbərsiz itkin düşmə faktının təsdiqi zərurəti doğur. Ərizəyə əlavə etdikləri aktdan da göründüyü kimi qonşuları tərəfindən təsdiq edilmiş 2007-ci ildən keçmiş həyat yoldaşının mənzilinə gəlməmişdir. Akt 46 saylı MKİS-in rəis əvəzi M.Əliyev tərəfindən də təsdiq edilmişdir. Oğlu ABŞ-da yaşaması səbəbindən ona etibarnamə verərək göstərilən səlahiyyətlərin onun tərəfindən həyata keçirilməsini ona etibar etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-994/2023 saylı, 01 iyun 2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı əsl X6 Qrişin ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 nümayəndəsi İddiaçı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Maraqlı şəxs1 İddiaçı ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiqlənmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət reydiyyatının doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının qeydə alınması, atalığın müəyyən olunması, övladlığa götürmənin qeydə alınması, adın, soyadın, ata adının dəyişdirilməsi haqqında akt qeydlərini qeydə edir. Vətəndaşın xəbərsiz itkin düşməsi məsələsinə məhkəmə orqanlarında baxılır. - ünvan 2 ünvanında yaşayan sakinlər tərəfindən tərtib edilmiş aktdan görünür ki, Maraqlı şəxs2 2007-ci ilin mart ayından Rusiyaya getdiyini bildirmişdir. Həmin ildən sonra onun qayıdıb bu ünvanda yaşadığını görməmişlər. - Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 694218 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası - Maraqlı şəxs2, anası İddiaçıdır. - Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 Saylı MKİS-in xx.xx.2023cü il tarixli, 316 saylı məktubundan görünür ki, X10 1964 təvəllüdlü Bakı şəhəri Səbail rayon (keçmiş 6-cı Bayıl) L.Babayev 37 saylı evdə qeydiyyatda olub xx.xx.2007-ci ildən həmin ünvandan qeydiyyatdan çıxmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 05 iyul 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2003-cü il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Əlavə olaraq, Q.Yevgeninin BPQMİ-müraciəti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 14 iyul 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət, xarici ölkə vətəndaşlığını əldə etməsinə dair məlumat və digər hər hansı bir müraciəti Dövlət Miqrasiya Xidmətində qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 21 iyul 2023-cü il tarixli məktubundan görünür ki, sorğu edilən xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 Səbail RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2007-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə P1876869 nömrəli ümumvətəndaş pasportu ilə Rusiya Federasiyasına getməsi müəyyən edilmişdir. Onun barəsində 2005-ci ildən hazıradək Bakı Şəhər BPİ-də və ərazi polis orqanlarında hər hansı müraciət, eləcə də axtarışda olması və ya məhkumluğu barədə məlumat qeydə alınmamışdır. - X9 barəsində Səbail Rayon Məhkəməsi X3 iştirakçısı olan dövlətlər tərəfindən 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində imzalanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın müddəalarına uyğun olaraq, X7 atası xx.xx.1964-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2003-cü il tarixdə Aze-0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş elan edilməsi barədə ərizəsinə dair mülki iş üzrə yaranmış zərurətlə əlaqədar - “xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixindən hazıradək olan dövr ərzində Rusiya Federasiyasının sərhəddindən keçərək ərazisinə girişi qeydə alınmışdır mı? Qeydə alınmışdırsa giriş-çıxış barədə məlumat Dövlət Sərhəd Xidmətindən əldə edilərək təqdim edilsin.; Maraqlı şəxs2 xarici ölkə vətəndaşlığını əldə etməsinə dair məlumat, o cümlədən yaşamaq üçün müvəqqəti icazə, digər hər hansı bir müraciəti və ya ölkə ərazisindən çıxarılması barədə məlumat Rusiya Federasiyasının Dövlət Miqrasiya Xidmətində qeydə alınmışdır mı? Maraqlı şəxs2 Vətəndaşlıq əldə etmişdir mi? Maraqlı şəxs2 Rusiya Federasiyasının Daxili işlər orqanlarına müraciəti və ya onun barəsində hər hansı bir hadisə, məlumat qeydə alınmışdır mı? Onun barəsində xx.xx.2007-ci il tarixindən hazıradək ərazi polis orqanlarında axtarışda olması və ya məhkumluğu barədə məlumat qeydə alınmışdır mı? Maraqlı şəxs2 Rusiya Federasiyasının ərazisində qeydiyyata alınmışdırsa olduğu-yaşadığı yer barədə məlumat (ünvan, əlaqə nömrəsi və s.) təqdim edilsin.; Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixindən hazıradək Rusiya Federasiyasının Ədliyyə orqanlarına hər hansı bir sənədlə bağlı (nikah, boşanma, doğum və s. müraciəti daxil olmuşdur mu? Maraqlı şəxs2y Nikolayeviçin xx.xx.2007-ci il tarixindən hazıradək Rusiya Federasiyasının yerli icra hakimiyyəti orqanlarına hər hansı bir məsələ ilə bağlı müraciəti daxil olmuşdur mu? Maraqlı şəxs2y Nikolayeviçin xx.xx.2007-ci il tarixindən hazıradək Rusiya Federasiyasının Səhiyyə orqanlarına hər hansı bir məsələ ilə bağlı müraciəti daxil olmuşdur mu?”- prosessual hərəkətlərin edilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına 08 avqust 2023-cü il tarixli məhkəmə tapşırığı göndərmişdir. - Məhkəmə tapşırığına cavab olaraq (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə) Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən daxil olmuş məktubda qeyd edilən məlumatlardan görünür ki, X11 Nazirliyinin məlumatına görə, “22 dekabr 2023-cü il tarixinə X11 Nazirliyinin miqrasiya sahəsində informasiya sistemlərində olan məlumata əsasən, sorğu edilən şəxsin Rusiya Federasiyasının ərazisində miqrasiya sahəsində qeydiyyatı, müvəqqəti yaşayış və ya vətəndaşlığı barədə qeydiyyat, həmçinin məhkumluğu barədə məlumatlar mövcud deyil. Federal axtarışa verilmiş şəxslərin mərkəzləşdirilmiş reyestrində Maraqlı şəxs2lə bağlı heç bir məlumat yoxdur”. Həmin məktuba əlavə edilmiş X2 Qeydiyyatı İdarəsinin məktubundan da görünür ki, X4 İdarəsi tərəfindən X1 Federal Dövlət Reyestrində aparılan yoxlamanın nəticələrinə görə, 1964-cü il fevralın 7-də anadan olmuş Maraqlı şəxs2 münasibətdə vətəndaşlıq vəziyyətinə dair qeydlər aşkar olunmayıb. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2007-ci il tarixdə ölkədən Rusiyaya çıxışı qeyd olunmuşdur. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş halları: Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, Maraqlı şəxs2 2007-ci ilin aprel ayında Rusiya Federasiyasına getmiş və daha sonra ailə üzvləri ilə bir iki dəfə telefonla əlaqə saxlasa da, sonradan ondan xəbər almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vətəndaşlıq xidmətinin məlumatına əsasən xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 Nikolayeviç xx.xx.2003-cü il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikasi Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin məlumatına əsasən xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət, xarici ölkə vətəndaşlığını əldə etməsinə dair məlumat və digər hər hansı bir müraciəti Dövlət Miqrasiya Xidmətində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məlumatına əsasən xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2007-ci il tarixdə ölkədən Rusiyaya çıxışı qeyd olunmuşdur. Giriş barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 21 iyul 2023-cü il tarixli məktubundan görünür ki, sorğu edilən xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 Səbail RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2007-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə P1876869 nömrəli ümumvətəndaş pasportu ilə Rusiya Federasiyasına getməsi müəyyən edilmişdir. Məhkəmə tapşırığına cavab olaraq (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə) Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən daxil olmuş məktubda qeyd edilən məlumatlardan görünür ki, X11 Nazirliyinin məlumatına görə, “22 dekabr 2023-cü il tarixinə X11 Nazirliyinin miqrasiya sahəsində informasiya sistemlərində olan məlumata əsasən, sorğu edilən şəxsin Rusiya Federasiyasının ərazisində miqrasiya sahəsində qeydiyyatı, müvəqqəti yaşayış və ya vətəndaşlığı barədə qeydiyyat, həmçinin məhkumluğu barədə məlumatlar mövcud deyil. Federal axtarışa verilmiş şəxslərin mərkəzləşdirilmiş reyestrində Maraqlı şəxs2lə bağlı heç bir məlumat yoxdur”. Həmin məktuba əlavə edilmiş X2 Qeydiyyatı İdarəsinin məktubundan da görünür ki, X4 İdarəsi tərəfindən X1 Federal Dövlət Reyestrində aparılan yoxlamanın nəticələrinə görə, 1964-cü il fevralın 7-də anadan olmuş Maraqlı şəxs2 münasibətdə vətəndaşlıq vəziyyətinə dair qeydlər aşkar olunmayıb. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. - 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. - 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. - 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. - 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. - 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 2007-ci ilin aprel ayında ölkədən Rusiya Federasiyası istiqamətində çıxış etmiş, ailə üzvlərinə də Rusiyaya gedəcəyini bildirmiş, bundan sonra Azərbaycan Respublikasına giriş etməsi barədə məlumat qeydə alınmamış və o, yaşadığı yerdə də görünməmişdir. Hazırda onun barəsində keçmiş ailə üzvlərində heç bir məlumat yoxdur. Bununla yanaşı, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 ölkədən çıxış etdiyi Rusiya Federasiyasına məhkəmə tapşırığı göndərilmiş və cavab olaraq (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə) Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən daxil olmuş məktubda göstərilmişdir ki, “X11 Nazirliyinin məlumatına görə, “22 dekabr 2023-cü il tarixinə X11 Nazirliyinin miqrasiya sahəsində informasiya sistemlərində olan məlumata əsasən, sorğu edilən şəxsin Rusiya Federasiyasının ərazisində miqrasiya sahəsində qeydiyyatı, müvəqqəti yaşayış və ya vətəndaşlığı barədə qeydiyyat, həmçinin məhkumluğu barədə məlumatlar mövcud deyil. Federal axtarışa verilmiş şəxslərin mərkəzləşdirilmiş reyestrində Maraqlı şəxs2lə bağlı heç bir məlumat yoxdur”. Həmin məktuba əlavə edilmiş X2 Qeydiyyatı İdarəsinin məktubundan da görünür ki, X4 İdarəsi tərəfindən X1 Federal Dövlət Reyestrində aparılan yoxlamanın nəticələrinə görə, 1964-cü il fevralın 7-də anadan olmuş Maraqlı şəxs2 münasibətdə vətəndaşlıq vəziyyətinə dair qeydlər aşkar olunmayıb.” Göründü kimi, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 ölkədən çıxış etdiyi Rusiya Federasiyasında da onun orada müvəqqəti icazə əsasında yaşaması və ya vətəndaşlığının qeydə alınması, eləcə də digər təşkilatlarda hər hansı bir qaydada onun barəsində məlumatın qeydə alınmasına dair heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi də onun harada olması barədə məlumat olmadığını bildirmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara və araşdırmalara əsasən belə qənaətə gəlir ki, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab etmək üçün kifayət qədər əsas vardır. Məhkəmə, işin faktiki hallarını, yəni Maraqlı şəxs2 2007-ci ilin aprel ayında Azərbaycan Respublikasını tərk etməsini və geri qayıtması barədə məlumat olmamasını, onun olduğu yerin hazırda məlum olmadığını, iki ildən də çox müddətdir ki, yaşayış yerində görünmədiyini və bununla bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq, Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsini mümkün hesab edir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq, Maraqlı şəxs2 xəbərsiz itkin düşməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ərizənin məzmunundan və ərizəçinin nümayəndəsinin izahatından görünür ki, Maraqlı şəxs2 2007-ci ildə Azərbaycan Respublikasını tərk edərək, Rusiya Federasiyasına getmiş, ilk vaxtlar bir-iki dəfə telefonla əlaqə saxlamış, bundan sonra harada olması barədə məlumat əldə edilməmişdir. Hazırda onun itkin düşməsi haqqında son məlumatların alındığı günü dəqiq müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə onun ölkəni tərk etdiyi vaxtı (xx.xx.2007) nəzərə alaraq, Maraqlı şəxs2 xəbərsiz itkin düşməsi vaxtının növbəti ilin yanvar ayının 1-dən, yəni 01 yanvar 2008-ci il tarixindən sayılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməli, onun xəbərsiz itkin düşməsi vaxtı 01 yanvar 2008-ci il tarixindən sayılmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 316-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 01 yanvar 2008-ci il tarixindən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-49/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-49/2024
19.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver