Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-497/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh2 MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğvi» tələbinə dair iddiası üzrə mülki işə 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh2 MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət tərəfindən aparılan qiymətləndirməyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evinin, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin qiyməti ümumilikdə 800,200 manat müəyyən edilmişdir. Rəydə müəyyən edilmiş qiymət iddiaçıya məxsus əmlakların bazar qiymətindən dəfələrlə aşağıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evi, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi ümumilikdə 800,200 manata qiymətləndirilmişdir və bu barədə Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə üzrə sertifikat” tərtib edilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evi, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC tərəfindən qəbul edilmiş qiymətləndirilmənin nəticələri haqqında hesabat ona görə ləğv edilməməlidir ki, göstərilən əmlakların cəmi dəyərinin 800.200 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirir. Belə ki, Səbail Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B- 4709 saylı bağ evi, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsimim qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 04 avqust 2022-ci il tarixli ekspert rəyində İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evi, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2021-ci ilin oktyabr ayı üçün ümumilikdə orta bazar dəyərinin 474,000 manat, likvid dəyərinin isə 414,000 manat olduğu göstərilmişdir. Göründüyü kimi mübahisəli Cavabdeh2 MMC tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli «Qiymətləndirmə rəyin»də İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evi, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin qiyməti real bazar qiymətinə uyğun olaraq düzgün müəyyənləşdirilmişdir. Belə ki, iş materiallarından və ekspert rəyindən görünür ki, iddiaçının cavabdeh şirkətin ona məxsus əmlakların dəyərinin real dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirilməsi barədə iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 1,250 manat məsrəfdən ibarətdir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh2 MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğvi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 1,250 manat məbləğində pul vəsaiti İddiaçı tutulub "xxxx" MMC-yə (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************47944, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-497/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-497/2022
24.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver