Məhkəmə qərarları › İş №e-2(009)-500/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-500/2022

26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-500/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qarşı «girov qoyulmuş qızıl-zinyət əşyalarının bazar dəyərinin müəyyənləşdirilməsi haqqında qiymətləndiricinin hesabatının və bu kimi digər sənədlərin etibarsız hesab edilməsi və digər tələblər» barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qarşı «girov qoyulmuş qızıl-zinyət əşyalarının bazar dəyərinin müəyyənləşdirilməsi haqqında qiymətləndiricinin hesabatının və bu kimi digər sənədlərin etibarsız hesab edilməsi və digər tələblər» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi qətnamə qəbul edilənə qədər, 26.01.2022-ci il tarixdə İddiaçı nümayəndə və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsi icraata qəbul edilənə qədər iddiaçının onu geri götürməsi barədə iradə ifadəsini məhkəməyə ünvanladığından hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qarşı «girov qoyulmuş qızıl-zinyət əşyalarının bazar dəyərinin müəyyənləşdirilməsi haqqında qiymətləndiricinin hesabatının və bu kimi digər sənədlərin etibarsız hesab edilməsi və digər tələblər» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar