Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-514/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, 21 iyun 2013-cü il tarixdə X2 ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikahları Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-217/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş 11 noyabr 2016-cı il təvəllüdlü X5 onun yanında saxlanılmışdır. X1, 26 aprel 2023-cü il tarixdən başlayaraq, 11 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, yəni İddiaçı, 21 iyun 2013-cü il tarixdə X5 ilə nikaha girərək cavadehə məxsus evə gəlin köçmüşdür. Nikahları pozulanadək ünvan 2 ünvanında yaşamışdır. Cehiz əşyalarının bir hissəsini götürsə də, bir hissəsi cavabdehə məxsus evdə qalmışdır. Cavabdeh tərəfindən onun evə daxil olmağına maneə yaradıldığından faktiki olaraq həmin evə daxil ola bilmir. Bununla bağlı dəfələrlə cəhd etsə də, cavabdeh bununla bağlı ona şərait yaratmamışdır. Qeyd olunan əsaslara görə hazırda qeydiyyatda olduğu mənzilə köçürülməyi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, hazırda yaşamağa şəraiti yoxdur. Valideynləri Zəngilan rayonundan məcburi köçkündürlər. Yaşadıqları ev şəraitsiz vəziyyətdədir. Başqa yerdə qalmağı uşağının təhsilinə maneə yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (3cü şəxs qismində İddiaçı və X5 cəlb olunmaqla) qarşı ünvan 1-dən İddiaçı və X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilərək, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanından İddiaçı və X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-217/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 ilə İddiaçı arasında 21 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 1190 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 11 noyabr 2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, X1, 26 aprel 2023-cü il tarixdən başlayaraq, 11 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pub məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-417886/2023 **********86 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, döngə 1, 25 saylı fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1991-ci ildə Zəngilan rayonunda anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR DİN-nin ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında xx.xx.2014-cü il tarixdən qeydiyyatdadr. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (3-cü şəxs qismində İddiaçı və X5 cəlb olunmaqla) qarşı ünvan 1-dən İddiaçı və X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilərək, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanından İddiaçı və X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5824/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı 21 iyun 2013-cü il tarixdə cavabdehin oğlu X5 ilə rəsmi nikaha daxil olaraq cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 1, 25 saylı evə gəlin köçmüş, özünə məxsus cehiz əmlakını da həmin evə gətirmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə mübahisəli mənzildə qeydiyyata düşmüşdür. Həmin nikahdan iddiaçının xx.xx.2016-cı il təvəllüdlü bir övladı vardır. İddiaçı X5 ilə nikahları Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-217/2023 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması, X1, 26 aprel 2023-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı övladı ilə birlikdə mübahisəli mənzildən gedərək öz valideynlərinin ünvanında yaşayır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, cavabdeh tərəfindən ona uşağı ilə birlikdə mübahisəli mənzilə köçüb yaşamalarına maneçilik törədilir. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırkı işdə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 1, 25 saylı evin mülkiyyətçisi Cavabdeh keşmiş gəlinidir və onun yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Digər tərəfdən, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5824/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (3-cü şəxs qismində İddiaçı və X5 cəlb olunmaqla) qarşı ünvan 1-dən İddiaçı və X3 pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmiş və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassızdır və ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-514/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-514/2024
23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver