Məhkəmə qərarları › İş №e-2(009)-525/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-525/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-525/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15910 (on beş min doqquz yüz on) ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi nəzərə alınmaqla və 2000 (iki min) manat pulun, həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 177,14 manat dövlət rüsumunun, ümumilikdə 15910 (on beş min doqquz yüz on) ABŞ dolları və 2177.14 manat pulun Cavabdeh tutularaq X11 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 46 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli, AR-İ seriyalı, 699260 nömrəli etibarnamə ilə, X3 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir. Həmçinin, Z.Mikayılovanın həmin mənzillərin satılması barədə iradə ifadəsi, onun tərəfindən verilmiş etibranmələrdə aydın şəkildə göstərildiyi kimi, eyni zamanda bu iradə ifadəsi hazırki Cavabdeh "xxxx" MMC-nin direktoru İddiaçılə bağladığı xx.xx.2018-ci il tarixli Tapşırıq Müqaviləsində də öz əksini tapmışdır. Belə ki, həmin Müqavilənin 1-ci bəndində Cavabdeh qeyd edilən mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi İddiaçı tapşırmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, X5 məxsus olan mənzilin satılmasına razılıq vermişdir. İddiaçı təkcə bu əmlakların alqı-satqısını deyil, həmin şəxslərin şəxsi məsələlərinin həllində də bilavasitə yaxından iştirak etmişdir. Belə ki, Z.Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2000 (iki min) AZN pul vəsaitini İddiaçı ödəmiş, həmçinin o, xx.xx.2018-ci il tarixində X27 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 (on iki min iki yüz doxsan) ABŞ dolları kredit borcunu, həmçinin, Z.Mikayılovanın "xxxx" ASC-nin “Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N-043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1858 (bir min səkkiz yüz əlli səkkiz) ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu bağlamış, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu ödəmiş, Z.Mikayılova Gürcüstan Respublikasında olarkən ona 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 2000 (iki min) ABŞ dolları pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən, İddiaçı Z.Mikayılova üçün ödədiyi həmin pullar əmlak satışından sonra ona geri ödənilməli idi. Lakin, onun vəfatından sonra vərəsəsi olan hazırki cavabdeh razılaşmanın şərtlərini tamamilə pozaraq, İddiaçı qarşı məhkəmə mübahisəsi başlatmışdır. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə X10 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsiev 13 ünvanında yerləşən 4 saylı mənzilə (bundan sonra - mənzil) və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə (bundan sonra - ev) dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müstəvəsində əmlaka dair məsələlər həll edilsə də, Z.Mikayılovanın vərəsəsi hazırki cavabdeh mərhum anasının İddiaçı borclu olduğu məbləğləri ödəmək istəmir. Halbuki, Z.Mikayılovanın vərəsəliyini qəbul edən Cavabdeh miras qoyanın öhdəlikləri üçün də məsuliyyət daşıyır və bu səbəbdən də həmin borc onun tərəfindən ödənilməlidir. Etirazın dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15910 (on beş min doqquz yüz on) ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi nəzərə alınmaqla və 2000 (iki min) manat pulun, həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 177,14 manat dövlət rüsumunun ümumilikdə 15910 (on beş min doqquz yüz on) ABŞ dolları və 2177.14 manat pulun Cavabdeh tutularaq X11 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunverici müqavilə tələbləri üzrə 3 illik iddia müddət müəyyən etmiş, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Belə ki, iddiaya görə iddianın əsasını tapşırıq müqaviləsi, şıfahi tapşırıq müqaviləsi və şifahi əqdlərdən əmələ gələn öhdəlik təşkil edir. Sözügedən iddiaya görə öhdəliyin icrası daşınmaz əmlakların alqı-satqı müqaviləsi bağlanarkan icra olunmalı idi. İş materiallarından da göründüyü kimi, mənzilə dair alqısatqı müqaviləsi xx.xx.2019-cu il tarixndə, fərdi yaşayış evinə dair isə xx.xx.2019-cu il tarixndə (1-ci dəfə) və 26.09.19-cu il tarixində (2-ci dəfə) bağlanmışdır. İddiaçı isə müddətinin ötürülməsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü ildə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək bildirmişdir ki, ödənilən və verilən pul borcdur, Zemfira Mikayılova ilə aralarında olan razılaşmaya əsasən mənzillər satıldıqdan sonra 2019-cu ildə onun borcu qaytarılmalı idi. Əvvəlki məhkəmə mübahisəsi zamanı Əliyev Fizuli bununla bağlı məhkəməyə sübut təqdim edə bilməsə də, mənzillər satıldqdan sonra o, pulları gətirib Zemfira Mikayılovaya vermiş, lakin həmin puldan ona olan borcunu qaytarmamışdır. Zemfira Mikayılovanın sağlığında onların münasibətləri yaxşı olmuş və ona görə də pulun ona geri qaytarılmasını tələb etməmişdir. Lakin, onun vəfatından sonra vərəsəsi olan hazırki Cavabdeh razılaşmanın şərtlərini pozaraq borcu qaytarmamış, həmçinin xx.xx.2020-ci il tarixdə X10 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət etmiş və məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixində yekun məhkəmə qərarı qəbul etmişdir. İddia müddəti ilə bağlı bildirmişdir ki, həmin iş üzrə məhkəmənin yekunlaşmasını gözləmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sonuncu qərarından sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar ümumiyyətlə mötəbər sübut kimi qəbul edilməməlidir, çünki iddiaçı ilə cavabdehin anası arasında hansı qaydada razılaşma əldə edilməsi, konkret olaraq həmin ödənişləri hansı əsasla edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilmir. Bundan başqa, əgər iddiaçı Zemfira Mikayılovnaya borc vermişdisə nəyə görə qızı ona qarşı iddia irəli sürəndə qarşılılı iddia verməmiş və ya ayrıca iddia ona qarşı irəli sürüb borcunu tələb etməmişdir. Əvvəki mübahisə üzrə bütün məhkəmə proseslərində Fizuli Əliyev izahatlarında bildirib ki, evləri satıb və pulları qaytarıb, əgər belə idisə borcunu da evlər satılanda almalı idisə 2019-cu ildə tələb edərdi. Digər işə məhkəmədə baxılması onun borc tələbi ilə məhkəməyə müraciət etməsinə mane olmazdı. Hazırki iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC-nin Nəsimi filialının ödəniş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən X27 İsayeviçin adından 02 mart 2018-ci il tarixdə 12290 ABŞ Dolları məbləğində, 02 mart 2018-ci il tarixdə 32 AZN məbləğində ödənişlər edilmişdir. - "xxxx" ASC-nin Dostluq filialının ödəniş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən X4 adından 12 mart 2018-ci il tarixdə 820 ABŞ Dolları məbləğində ödənişlər edilmişdir. -Yana Abdulrəhimova tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Mikayılova Zemfiranın 800 ABŞ dolları borcunu almışdır. - "xxxx" ASC-nin "Dostluq" filialının xx.xx.2018-ci il tarixi arayışından görünür ki, "xxxx" ASCnin "Dostluq" filialı ilə X9 arasında bağlanmış xx.xx.2015-cl İİ tarixil N-043365 saylı kredit müqaviləsinə əsasən ona 1858 (bir min səkkiz yüz əlli səkkiz) USD məbləğində kredit verilmişdir. X4 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2018-cı il tarixinə "Muğanbank ASC-nın Dostluq filialına kredit üzrə borcu yoxdur. -X15 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Mikayılova Zemfiranın mərhum həyat yoldaşı Rafaelin abidəsini hazırlayıb təhvil vermək üçün 2000 manat məbləğində pul almışdır. - Azər-Türk bank ASC-nin ödəniş qəbzlərindən və pul köçürməsi barədə ərizələrdən görünür ki, ZOLOTAYA Korona vasitəsilə İddiaçı tərəfindən X4 adına xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları, xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları məbləğində pul köçürülmüşdür. -“Etibar edən” Cavabdeh ilə “Müvəkkil” “F BUSİNESS TRAVEL” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X16 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Tapşırıq müqaviləsindən görünür ki, ünvan 3 ünvanında və elə həmin küçədə 15 saylı evdə yerləşən mənzillərə münasibətdə aşağıdakı hərəkətləri etməyi Etibar edən tapşırır, Müvəkkil isə mükafat müqabilində Etibar edənin adından və onun hesabına bu hərəkətləri həyata keçirməyi öz öhdəsinə götürür: varislik hüququnun təsdiq edilməsi üçün dövlət və ya digər müəssisələrdən bütün lazımi sənədləri almaq, varislik hüququ haqqında şəhadətnaməni almaq, qeyd edilən mənzillərin özəlləşdirilməsi üçün daşınmaz əmlakın qeydiyyatını həyata keçirən orqanlara sənədləri təqdim etmək, lazımi sənədləri toplamaq, mülkiyyət hüququ üçün qeydiyyat vəsiqəsini almaq, bu mənzillərin satılması üçün bütün zəruri sənədləri almaq, bunun üçün etibar edənin adından tapşırığın yerinə yetirilməsi üçün lazım olan ərizələri yazmaq və imzalamaq, bu mənzillərin satışını həyata keçirmək və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etmək və qeyd edilən tapşırıqların yerinə yetirilməsi üçün bütün zəruri hərəkətləri etmək. Müvəkkilin mükafatı 1500 AZN təşkil edir. - Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 717/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə iddiası rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, sonuncu dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X6 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X10 qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X4 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N° ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X4 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X6 X10 və X18rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210 000 (iki yüz on min) manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-717/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, X9 cavabdeh İddiaçı adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipotekadan (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 cavabdeh İddiaçı adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir. İddiaçı yalnız müvafiq əmlakların alqı-satqısı ilə məşğul olmamış, eyni zamanda Zemfira Mikayılovna ilə aralarında əldə edilmiş razılığa əsasən, borc qismində Z.Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2000 (iki min) AZN pul vəsaitini, xx.xx.2018-ci il tarixində X27 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 (on iki min iki yüz doxsan) ABŞ dolları kredit borcunu, Z.Mikayılovanın "xxxx" ASC-nin “Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N-043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1858 (bir min səkkiz yüz əlli səkkiz) ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu F. Əliyev ödəmiş, həmçinin Z.Mikayılova Gürcüstan Respublikasında olarkən 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 1000 (bir min) ABŞ dolları olmaqla, ümumilikdə 2000 (iki min) ABŞ dolları pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən, İddiaçı Z.Mikayılovanın əvəzinə borc qismində ödədiyi pulları satılması ona həvalə edilmiş əmlakların satışından əldə edilmiş puldan 2019-cu ildə ona qaytarılmalı idi. Həmçinin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-717/2023 saylı qərarından görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə X10 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-717/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə iddiası rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, sonuncu dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X6 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X10 qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X4 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN- İ N° ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X4 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X6 X10 və X18rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210 000 (iki yüz on min) manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-717/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Əliyev X7 Zemfira Adil qızı tərəfindən onun adına verilmiş 27 noyabr 2018-ci il tarixli etibarnamə əsasında X5 məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı mənzili xx.xx.2019-cu il tarixli ilkin müqavilə və 08 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qızı olan X10 70.000 manata satmış, mənzilin satış dəyərindən 30.000 manatı xx.xx.2019-cu il tarixdə, 20.000 manatın xx.xx.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödənilmiş, 20.000 manat 07 yanvar 2020-ci il tarixdə Nübar Sadıqovanın adından etibarnamə əsasında hərəkət edən İddiaçı tərəfindən notariusun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən məxaric olunmuşdur. Eyni zamanda, İddiaçı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X4 adından etibarnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını 130.000 manata Nübar Sadıqovaya satmış, daha sonra həmin 1 otağı Nübar Sadıqovanın adından 210.000 manata X22 satmışdır. Bununla yanaşı, iş materialları ilə təsdiq edilir ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə X1 borcuna görə 800 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə Zemfira Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun abidəsinin hazırlanmasına görə 2000 manat, X27 İsayeviçin adından "xxxx" ASC-nin Nəsimi filialına 02 mart 2018-ci il tarixdə 12.290 ABŞ Dolları, X4 adından 12 mart 2018-ci il tarixdə "xxxx" ASC-nin Dostluq filialına 820 ABŞ Dolları, ZOLOTAYA Korona vasitəsilə X4 adına xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları, xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları məbləğində ödənişlər edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq alaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı hazırda ödənişlərin edilməsi ilə bağlı qəbzlərə istinad edərək cavabdehdən vərəsə olduğu üçün borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh anası X4 vərəsəsi olmaqla İddiaçı qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, sonradan qanuni qüvvəyə minmiş qərarları ilə müvafiq alqı-satqı müqavilələri etibarsız hesab edilib, 210.000 manatın Cavabdeh qaytarılması barədə qərar qəbul edilsə də, müəyyən edilmişdir ki, əmlaklar 2019-cu ildə satılmışdır. Buna baxmayaraq Fizuli Əliyev borcun qaytarılmasını Zemfira Mikayılovadan tələb etməmişdir, halbuki, aralarındaki razılığa əsasən borc evlər satıldığı halda qaytarılmalı idi. İddiaçı bu halı Zemfira Mikayılova ilə yaxşı münasibətinin olması ilə əsaslandırsa da, yuxarıda göstərilən qərardan da göründüyü kimi X9 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Başqa sözlə, Zemfira Mikayılovanın sağ olduğu zaman iddiaçı ilə münasibətinin yaxşı qalması inandırıcı görünmür. Bundan başqa, o vəfat etdikdən sonra onun qızı hazırki iş üzrə Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı və X10 qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nəticə etibarı ilə iddiası qismən təmin edilmişdir. İddiaçı tərəf iddia müddəti ilə bağlı bildirmişdir ki, həmin iş üzrə məhkəmənin yekunlaşmasını gözləmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli sonuncu qərarından sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır, iddiaçının Ali Məhkəmənin sözügedən qərarının qəbul edilməsindən bir ilə yaxın vaxt keçdikdən sonra, xx.xx.2024-cü il tarixində məhkəməyə hazırkı iddia ilə müraciət etməsini, tərəflərin arasındakı razılaşmaya əsasən iddiaçının özünün verdiyi izahata əsasən 2019-cu ildə evlər satılanda borcun qaytarılmalı olmasını, Zemfira Mikayılovnanın xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsini, Cavabdeh xx.xx.2020-ci ildə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə ki, borcun qaytarılmasını tələb etmək üçün digər məhkəmə mübahisəsinin nəticəsini gözləməyə heç bir zərurət yox idi. Tərəflər arasındakı yaranan münasibətlər (mənzil və borc) birbirindən asılı olmamış, 2019-cu ildə borc pul qaytarılmadıqdan sonra 2020-ci ildə də baş vermiş hadisələrin fonunda qarşı tərəflə artıq münasibətinin pozulması İddiaçı açıq-aydın aşkar olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). -377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Qeyd edildiyi kimi, borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulmasını İddiaçı açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir. Məhkəmə, iddiaçının cavabdehdən borcun qaytarılması tələbi üzrə istər evlərin 2019-cu ildə satıldığı tarixlərdən, istər etibarnamənin qüvvədən düşməsinə dair xx.xx.2020-ci il tarixli ərizədən, istər Zemfira Mikayılovanın vəfatından – xx.xx.2020-ci il tarixindən və istərsə də hətta Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etdiyi vaxtdan üç illik iddia müddəti hesablandıqda belə məhkəməyə müraciət etmək üçün iddia müddətinin sonunun xx.xx.2023-cü il olmasını, iddiaçının isə hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində, yəni iddia müddətinin bitməsindən bir neçə ay sonra birinci instansiya məhkəməsinə müraciət etməsini (ərizə elektron qaydada imzalanmışdır) nəzərə alaraq hesab edir ki, üç illik iddia müddəti ötürülmüşdür. Məhkəmə vurğulayır ki, iddiaçının keçən müddət ərzində (cavabdehin ona qarşı olan məhkəmə mübahisələrinin davam etməsi iddia müddətinin axımını dayandırması üçün hüquqi əsas olmamaqla) mülki qaydada məhkəməyə hazırki iddia ilə müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin buraxılması müəyyən edildiyi üçün iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar