Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-551/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - cavabdeh Vəkil2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 aprel 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Vəkil2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin təmiri üçün ödədiyi 80,000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin qızı ilə 18 iyun 2010-cu il tarixdə nikaha daxil olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. İddiaçı birgə nikah dövründə mülkiyyətdə olan evini (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 25, mənzil 7) sataraq, ondan əldə olunan vəsait hesabına xx.xx.2019-cu il tarixə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evi qaynatasının, yəni cavabdehin adına almışdır. İddiaçı evin satışından əldə olunan pul vəsaiti və eyni zamanda üzərinə əlavə pul qoyaraq, əvvəl 57,000 manat, sonra hissə-hissə olmaqla, ümumilikdə 23,000 manat, cəmi 80,000 manat ödəniş edərək, aldığı mənzili əsaslı şəkildə təmir etdirmişdir. Cavabdeh tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı onun qızı Ülviyyə Əfəndiyevanın keçmiş həyat yoldaşıdır. Onlar 18 iyun 2010-cu ildə nikaha daxil olmuşlar. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. 08 aprel 2019-cu il tarixdə o ünvan 3 ünvanında yerləşən öz vəsaiti hesabına mənzil əldə etmişdir və xx.xx.2019-cu il tarixdə mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Mənzilə öz vəsaiti hesabına təmir etdikdən sonra qızı övladı ilə onun razılığı əsasında həmin mənzildə yaşayır. İddiaçının əldə etdiyi mənzilə heç bir aidiyyəti yoxdir. Mənzilə özü əldə etdikdən sonra əsaslı təmir etdirmişdir. İddiaçı o dövrdə Qax rayonunda valideynləri ilə yaşayırdı, arada Bakıya gəlirdi. Onun mənziləndə o heç vaxt yaşamamışdır, baxmayaraq ki, mənzildə qeydiyyatda olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı qeydiyyatdan çıxarılması vəzifəsi Səbail Rayon Polis İdarəsinə həvalə edilmişdir İddiaçının tələbində göstərdikləri sübuta söykənməyən söz yığımıdır. Belə ki, iddia ərizəsində göstərir ki guya o, nikah dövründə mülkiyyətində olan evini (Məhəmməd Hadi küç. Ev 25 m7) sataraq ondan əldə olunan vəsait hesabına xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ünvan 4 ünvanında yerləşən evi onun adına almışdır. Daha sonra isə iddia ərizəsində göstərmişdir ki, evin satışından əldə olunan pul vəsaiti və eyni zamanda üzərinə əlavə pul qoyaraq ,əvvəl 57000 manat ,sonra hissə-hissə olmaqla 23000 manat cəmi 80000 manat məbləğində ödəniş edərək aldığı mənzilə əsaslı şəkildə təmir etdirmişdir. Yazılanlar həqiqətə uyğun deyildir. Sual yaranır: İddiaçı qaynatanın adına nəyə görə ev almalı idi, pulu var idisə öz adına alardı. Beləki, o mənziləni "xxxx" MTK-dan xx.xx.2019-cu il tarixdə deyil, 08 aprel 2019-cu il tarixdə 233.410 manat ödəyərək əldə etmişdir. Göstərdiyi fakt “İdeal İnşaat “MTK tərəfindən verilmiş kassa mədaxil orderinin FJV 0026 nömrəli qəbzi ilə təsdiqlənir. Mənzilə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı isə 12 may 2019-cu il tarixdə Bakı şəhəri Məhəmməd Hadi küçəsi ev 25 yerləşən 7 saylı mənzilə satmışdır. Bu fakt 12 may 2019-cu il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə təsdiqlənir. Göründüyü kimi ilk olaraq o mənziləni almışdır. İddiaçı isə bir aydan sonra mənziləni satmışdır. O nə mənzilin alınmasına nə də təmirinə pul verməmişdir. Mənziləni öz vəsaiti hesabına təmir etdirmişdir. İddiaçı təmir vaxtı və təmirdən sonra qızıın nəvəsi ilə yaşadığı mənzilə bir neçə dəfə gəlməklə mənzilən şəkillərini gizli çəkməsi mənziləmnn onun tərəfindən əldə edilməsinin və təmir edilməsinin göstəricisi deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: DƏDRX-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ev xx.xx.2019-cu il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. "xxxx" MTK-nın 08 aprel 2019-cu il tarixli qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən 233,410 manat məbləğində pul vəsaiti ödənilmişdir. AN-İ № ******* saylı 02 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 25, mənzil 7 İddiaçı tərəfindən 85,000 manat pul müqabilində X1. "xxxx" MTK-nın 03 dekabr 2019-cu il tarixli arayışının surətindən görünür ki, Cavabdeh həqiqətən ünvan 5 ünvanında yaşayır. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi halları, habelə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evin təmiri və alqı-satqısı üçün onun tərəfindən pul ödənildiyini təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 25, mənzil 7-ni başqa şəxsə sataraq həmin satışdan əldə etdiyi pul hesabına Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evi cavabdehin adına almış, bundan sonra isə əlavə pul qoyaraq əvvəl 57,000 manat, sonra isə hissə-hissə olmaqla 23,000 manat, cəmi 80,000 manat məbləğində pul xərcləyərək həmin evi təmir etdirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tələbinin əsassızlığı həmçinin iddiaçının ərizəsində qeyd etdiyi bu hallar arasında olan ziddiyyətdən görünür. Belə ki, iddiaçı ərizəsində sözügedən mənzili cavabdehin adına özünə məxsus evin satışından əldə etdiyi pul hesabına aldığını göstərsə də, iş materiallarında olan sübutlardan görünür ki, sözügedən ev cavabdeh tərəfindən (26 aprel 2019-cu il tarixdə) iddiaçının özünə məxsus olan mənzilin satışından (02 may 2019-cu il tarixdə) əvvəlki dövrdə əldə edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, hazırki iş üzrə iddiaçının Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evdə yaşamadığı müəyyən edilmiş və onun həmin ünvandan qeydiyyatdan çıxarılması qərara alınmışdır. Məhkəmə bununla bağlı eyni zamanda qeyd edir ki, iddiaçının iddia etdiyi kimi onun hesabına əldə edilmiş və təmir edilmiş mənzildə onun özünün yaşamaması həmçinin sözügedən evə onun heç bir aidiyyəti olmadığının başqa bir göstəricisidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh Vəkil2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-551/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-551/2023
05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver