Məhkəmə qərarları › İş №e-2(009)-56/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-56/2025

03.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-56/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh paylı mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzil vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil 1/2 hissədə Cavabdeh, digər 1/2 hissədə isə İddiaçı məxsusdur. O, Konstitusiya ilə ona verilmiş mülkiyyət hüququndan öz istədiyi kimi cavabdehin hərəkətləri nəticəsində istifadə edə bilmir. Dəfələrlə bu barədə cavabdehlə danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Hazırda paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi zərurəti vardır, belə ki, onların paylı mülkiyyətində olan mənzilin sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mənzilin istifadəsində maneələr yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət edilmişdir, lakin heç bir razılaşma əldə oluna bilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilə dair onun paylı mülkiyyət üzrə 1/2 hissəsinin naturada bölünərək Cavabdeh paylı mülkiyyətindən ayrılması, ayrılmış paya dair texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrl və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin e- 2(009)-686/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və ekspert qarşısında ünvan 3 evin 18 saylı mənzilin İddiaçı payına (əmlakın 1/2 hissə) uyğun əmlaka tənasübsüz zərər vurmadan naturada ayrılması mümkünlüyü barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2183 saylı rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin tərəflər arasında 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması nəticəsinə gəlinmişdir. Eyni zamanda mülki işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, (onun nümayəndəsi Nümayəndə) Cavabdeh Azərbaycam Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrini rəhbər tutmaqla müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin dəyərinin 1/2 hissəsinin, yəni 200.000 manat vəsaitin İddiaçı ödənilməsinə münasibət göstərilməsi xahiş edilmişdir. Həmin məktuba cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (İddiaçı 1/2 pay, Cavabdeh 1/2 pay) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna tanınması və əmlak hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1943-cü ildə anadan olmuşdur, 82 yaşı vardır. X7 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etdikləri əmlakları vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adıma qeydə alınmışdır. X4 evliliyindən Vaqif, Rüstəm, Gülnarə adlı 3 övladı olmuşdur. Oğlu Rüstəm xx.xx.2023-cü ildə Rusiya Federasiyasında vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzili onunla oğlu Vaqif Rustəmovun paylı mülkiyyətində olmuşdur. 2015-ci ildə qızı Gülnarə ona bildirmişdir ki, oğlu Vaqif mənzili satmaq istəyir. Ancaq həmin mənzil atasından qalan əmlak olduğundan, həmin mənzili onların ailəsinə məhz mərhum Heydər Əliyevin göstərişi ilə verildiyindən satılmasını istəmir. O, da həmin vaxt bir az xəstə olduğundan hesab etmişdir ki, o, öldükdən sonra ailəyə X8 Əliyev tərəfindən əri, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmova bağışlanmış həmin mənzili oğlu satsa, bunun qarşısını yeganə alacaq şəxs qızı Gülnarə ola bilər. Həmin vaxt qızına məhz bu səbəbdən öz payının yarısını bağışlamağa razılaşmışdır. Bu zaman onların arasında xx.xx.2015-ci ildə Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. O, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilini qızı Gülnarəyə bağışlayarkən güman etmirdi ki, qızı onu yaşayış yerindən məhrum qoyar. Hazırda İddiaçı onun yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilin hərracdan satılmasına dair iddia qaldırmışdır. Bundan əlavə olaraq cavabdeh İddiaçı ona məxsus Mingəcevir şəhərində olan 2 mənzilini onun iradəsi olmadan digər oğlu Rüstəm Rüstəmovun adına keçirmiş, onun ölümündən 1 gün sonra saxta yollarla öz adına keçirmişdir. Bununla bağlı məhkəmə mübahisəsi olmuş və məhkəmə həmin mənzillərini ona qaytarmamışdır. İddiaçı onun evlərini ələ keçirməklə əmlaksız qoymuş, hazırda isə yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilini satmaq istəyir.Həmin mənzil satılacağı təqdirdə o, yaşayış yerindən məhrum qalacaq. O, mənzil verilən bir gündən, 1981-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. 2015-ci ildə həmin mənzili İddiaçı bağışladığından İddiaçı münasibətdə onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Onun istifadə hüququ qeydə alınmadığından cavabdeh İddiaçı onun hüquqlarına istədiyi şəkildə müdaxilə edir. Göstərilənləri nəzərə alaraq müstəqil tələb irəli sürən 3-cü şəxs onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə istifadə hüququnun müəyyən edilməsi, mənzildən istifadə hüququnun əvəzi olaraq ona kompensasiya verilmədən həmin mənzilin hərraca çıxarılaraq satılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin, 18 saylı mənzilinə istifadə hüququnun müəyyən edilməsi, İddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs mübahisəli mənzili miras əmlakı kimi qəbul edib 2015-ci ildə övladlarına bağışlamışdır. Həmin bağışlama müqaviləsində hər hansı qeyri-şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən L.Rüstəmovanın daimi yaşayış yeri Mingəçevir şəhəri olmuşdur, bununla bağlı çıxarılan hökm və onun tərəfindən məhkəməyə verilən iddialarda da yaşayış yerinin Mingəçevir şəhəri olması qeyd edilmişdir. Digər tərəfdən qeydiyyatda olan şəxsin mövcudluğu mənzilin hərracdan satılmasına mane olan hal deyil. Ona görə də müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının rədd edlməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Lyubov Rüstəmova 1982-ci ildən mübahisəli mənzildə yaşayaraq qeydiyyata alınmışdır. Həmin mənzildə daimi olaraq yaşamışdır, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Mənzilin bağışlanması şəxsin evə istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz. L.Rüstəmovanın qızı Mingəçevirdə yaşamışdır. Mingəçevir şəhərinə gedib-gəlmişdir. Lakin daimi yaşayış yeri qeydiyyatda olduğu ünvan olmuşdur. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutlar isə hazırlıq iclasından sonra verildiyi üçün qiymətləndirilməməlidir. Ona görə qaldırılan iddianı əsaslı hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası isə qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş və X3 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X3 mülkiyyətində olan ünvan 3 evin 18 saylı mənzilinin ½ hissəsini İddiaçı bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 3 evin 18 saylı mənzilin hüquqi subyektləri İddiaçı və Cavabdehdur, mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 91,4 kv.m., yaşayış sahəsi 47.1 kv.m. təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı vəkili Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, bacısı İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, 18 saylı mənzil vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı məxsusdur. Rüstəmova X2 ilə ona verilmiş mülkiyyət hüququndan öz istədiyi kimi Cavabdeh hərəkətlər nəticəsində istifadə edə bilmir. Dəfələrlə bu barədə Cavabdehla danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də hazırda həmin mənzilə olan payın naturada bölünməsi, texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət olunacaqdır. Bildirir ki, tərəflərindən aparılan qiymətləndirmə nəticəsində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, 18 saylı mənzilin bazar dəyəri 400.000 manat dəyərləndirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, 18 saylı mənzilin yuxarıda göstərilən dəyərinin ½ hissəsinin, yəni 200.000 manat vəsaitin İddiaçı ödənilməsinə münasibət göstərilməsini xahiş etmişdir. İş üzrə X3 tərəfindən İddiaçı ünvanlanmış ərizənin surətindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilin ½ hissəsini aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Onun iradəsi və razılığı olmadan İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi, 14/1 saylı evin 16 və 17 saylı mənzillərini adından çıxararaq əvvəlcə oğlu Rüstəm Rüstəmovun adına, daha sonra isə onun adından ondan aldığı etibarnamə əsasında onun ölümündən sonra öz adına keçirməklə onu faktiki əmlaksız qoymuşdur. Bundan əlavə o, İddiaçı F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilinin ¼ hissəsini İddiaçı bağışladığını güman etmişdir. Ancaq İddiaçı onu həmin mənzildən də çıxarıb evi satmaq istəyərkən ona məlum olmuşdur ki, evin yarısının İddiaçı bağışlanmasını təklif etmişdir. Belə ki, həmin notarius məhz İddiaçı dostu idi. Digər tərəfdən hazırda ona məxsus bir neçə əmlaka dair sənədlərin əsillərini götürməklə ona verməkdən imtina etməklə onu əmlakdan məhrum qoymuşdur. Hazırda onun 81 yaşı var və o, İddiaçı təqsiri ucbatından ağır məhrumiyyətlərə düçar qalmışdır. Odur ki, Bakı şəhəri, F.Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilinin ½ hissəsinin İddiaçı bağışlanması müqaviləsinin razılıqla ləğv edilməsinə razılaşmasını təklif etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2183 saylı rəyinə əsasən ünvan 3 evin 18 saylı ünvanında yerləşən mənzilin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-212/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1072/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X1 cavabdeh İddiaçı qarşı Bakı şəhəri 9 saylı Notaria Kontorunda onunla İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-501 nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və İddiaçı adına qeydə alınmış xx.xx.2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddianı təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı 18 mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və İddiaçı adına qeydə alınmış xx.xx.2015-ci il tarixli ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1072/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin təmin olunması, iddiaçı X1 ünvan 4 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını cavabdeh İddiaçı bağışlamaqdan imtinasının qəbul edilməsi, X3 ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhərinin 9 saylı notariat kontorunda bağlanmış 4Ə-501 reyestr nömrəli reyestrdə qeydə alınmış ünvan 4 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı ünvan 4 ünvanında yerləşən mənzildə olan ½ payının xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın (reyestr qeydinin) ləğv edilməsi qət edilmişdir. İş üzrə 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müraciətinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli E-501 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin analoji bazar dəyəri 410.000 manat təşkil etmişdir. İş üzrə 4 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 Bakı şəhəri, F.Əmirov küçəsində yerləşən 1 saylı evin 18 saylı mənzilində xx.xx.1982-ci ildən qeydiyyatdadır. İş üzrə 4 saylı MKİS tərəfindən Vəkil2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1943-cü il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 18 nömrəli mənzilində xx.xx.1982-ci ildən qeydiyyatdadır və hal-hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Məhkəmə İddiaçı tərəfindən verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 evin 18 saylı mənzili üzərində tərəflərin ½ pay üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, paylı mülkiyyətində olan mübahisəli mənzil texniki pasport üzrə 3 yaşayış otağından ibarətdir. İddiaçının irəli sürdüyü iddia tələblərinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir və bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (İddiaçı 1/2 pay, Cavabdeh 1/2 pay) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin paylı mülkiyyətində olan əmlakın paylara uyğun bölünməsinin mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X5 qeyd edilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, - Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. - Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. - Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Qeyd edilən qərardadda göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qərardadda eyni zamanda göstərilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə iclasında paylı mülkiyyətçilərə məxsus mübahisəli mənzilin real bazar qiymətinin 410.000 manat olması müəyyən edilmişdir. Belə ki, Qiymətləndirmə Palatasının üzvü tərəfindən təqdim olunan mütəxəssis rəyində mübahisəli evin bazar qiymətinin həmin məbləğdə olması qeyd edilmişdir. Məhkəmə iclasında mübahisəli mənzilin yerləşdiyi ərazidə olan və həmin mənzilin real vəziyyətinə uyğun mənzillərin bazar qiymətini mütəxəssis rəyindəki məbləğə yaxın olması müəyyən edildiyindən məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, iddia tələbi təmin edilməli, əmlak ilkin satış qiyməti 410.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Məhkəmə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Müstəqil tələb irəli sürən 3-cü şəxs mübahisəli mənzildən qeydiyyatda olmasını, həmin mənzilin vərəsəlik yolu ilə onun paylı mülkiyyətində olmasını, mənzilin qızı cavabdeh İddiaçı bağışlanmasına baxmayaraq həmin mənzilə istifadə hüquqlarının olmasını əsas gətirərək həmin mənzilə istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, X3 mübahisəli mənzilin paylı mülkiyyətçisi olsa da, öz payını sonradan qızına bağışlamışdır və həmin mənzilə 1982-ci ildə qeydiyyatı mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, L.Rüstəmova mübahisəli mənzilin özünə məxsus payı (1/2) 2015-ci ildən bağışlama müqaviləsi əsasında cavabdeh İddiaçı mülkiyyətinə keçsə də, hazırkı vaxtadək həmin mənzildə yaşadığından, mülkiyyətçilər isə onun ailə üzvü olduğundan onun mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir. 3-cü şəxsin qeyd olunan mübahisəli mənzildə yaşaması məhkəmə iclasında tədqiq olunan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsnasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda göstərilmişidr ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, istifadə hüququ mülkiyyət hüququnun komponenti kimi çıxış etdiyindən mülkiyyətçinin əmlak üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, həmçinin istifadə hüququna da xitam verilməsinə səbəb olur. Lakin məhkəmə digər tərəfdən qeyd edir ki, bağışlama yolu ilə əmlakı övladının adına rəsmiləşdirməklə həmin əmlak üzərində öz mülkiyyət hüquqlarına xitam verildikdən sonra L.Rüstəmova ailə üzvü kimi həmin mənzildə yaşadığından onun mübahisəli mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxsin mübahisəli mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı iddiası əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə L.Rüstəmovanın iddia tələbinin İddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsi hissəsi üzrə qeyd edir ki, şəxsin paylı mülkiyyət hüququ üzrə digər şəxslərə məxsus əmlakda istifadə hüququnun mövcud olması, mülki qanunvericiliyin tələbləri baxımından əmlakın hərracdan satılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Bununla bağlı mülki qanunvericilikdə (AR MM 220-ci maddə) imperativ norma nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə həmin hissədə tələbi əsassız hesab edir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. ünvan 3 evin 18 saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülsün. Cavabdeh ekspertiza xərcinin əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pul tutulsun. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddiası qismən təmin edilsin. X1 Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin, 18 saylı mənzilinə istifadə hüququnun olması müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar