Məhkəmə qərarları › İş №e-2(009)-584/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-584/2024

31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-584/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Y.E.Yavərzadənin iştirakları ilə İddiaçı Cavabdeh MMM-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMM-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etməklə onun təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına barışıq sazişini təsdiq edilmə əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili X1 barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına barışıq sazişini təsdiq edilmə əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 31 may 2024-cü il tarixli barışıq sazişinə əsasən:

1. Cavabdeh MMM xx.xx.2024-cü il tarixdə İddiaçı 10 000 (on min) manat məbləğində kompensasiya ödəyir, İddiaçı isə Cavabdeh MMM-nə qarşı olan bütün iddia və tələblərdən imtina edir.

2. X5in 1-ci bəndində qeyd edilən məbləğin İddiaçı ödənilməsi, onun Cavabdeh MMM-nə qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

3. İddiaçı və Cavabdeh MMM öhdəsinə götürür ki, bu Barışıq Sazişi imzalandıqdan sonra hazırki məhkəmə mübahisəsinin predmeti olan hadisələr, iddia tələbləri, mübahisənin detalları ilə bağlı məlumatları heç kəsə açıqlamadan tam məxfi saxlayacaq, eyni zamanda həkim X2 və Cavabdeh MMM barəsində heç bir işgüzar nüfuza xələl gətirəcək məlumatlar yaymayacaqdır.

4. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

5. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

6. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

7. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

8. X5 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMM-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:

1. Cavabdeh MMM xx.xx.2024-cü il tarixdə İddiaçı 10 000 (on min) manat məbləğində kompensasiya ödəyir, İddiaçı isə Cavabdeh MMM-nə qarşı olan bütün iddia və tələblərdən imtina edir.

2. X5in 1-ci bəndində qeyd edilən məbləğin İddiaçı ödənilməsi, onun Cavabdeh MMM-nə qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

3. İddiaçı və Cavabdeh MMM öhdəsinə götürür ki, bu Barışıq Sazişi imzalandıqdan sonra hazırki məhkəmə mübahisəsinin predmeti olan hadisələr, iddia tələbləri, mübahisənin detalları ilə bağlı məlumatları heç kəsə açıqlamadan tam məxfi saxlayacaq, eyni zamanda həkim X2 və Cavabdeh MMM barəsində heç bir işgüzar nüfuza xələl gətirəcək məlumatlar yaymayacaqdır. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar