Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-630/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məlumatlarının silinməsi, öhdəlikdən artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Standard QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, hərracın nəticəsinə görə öhdəlikdən artıq ödənilmiş 7678 (yeddi min altı yüz yetmiş səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2- 670/2007-ci il saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bank Standard QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 56072 manat məbləğində pul iddiaçının xeyrinə tutulmuş və həmin məbləğdə pul vəsaitinin ödənilməsi üçün tutma İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış, icraya yönləndirilmiş və Abşeron Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2008ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2008-ci ildə müvafiq hərrac keçirilmiş, əmlak 100000 manat məbləğində qiymətləndirilmiş, 63750 manata satılmışdır. Göründüyü kimi bank qarşısında olan öhdəlik artıqlaması ilə ödənilməsinə baxmayaraq, bugünki gündə o, gecikməsi olan problemli kreditorlar siyahısındadır. Cavabdehə bank qarşısında öhdəliyinin olmaması ilə bağlı arayış verilməsi barədə müraciət etsə də, xx.xx.2023-cü il tarixli cavab məktubunda sözügedən məhkəmə qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesaba heç bir ödəniş mədaxil edilməmişdir. Görünür cavabdeh Fondun bütün bu proseslərdən xəbəri yoxdur, yəni ləğv edilmiş bank hərracın nəticəsinə dair qərarı, əmlakın satılmasına dair yekun sənədləşməni cavabdehə göndərməmiş, ya da, bütün bu proseslərdən xəbəri olduğu halda qəsdən bilərəkdən təhrif olunmuş formada hazırki cavabı vermişlər. Heç bir borcunun olmamasına baxmayaraq, hazırda adının hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. Mülki Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.1.3-cü maddəsinə görə mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi mülki qanunvericiliyin əsas prinsiplərindədir. Onu da qeyd edir ki, qanunla öhdəlikdən artıq ödənilmiş pul geri qaytarılmalı olduğu halda 7678 (yeddi min altı yüz yetmiş səkkiz) manat artıq pul ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə görə bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Lakin sözügedən məbləğ fərqi ona qaytarılmamış və nəticədə bu bankın əsassız varlanmasına gətirib çıxarmışdır. Göründüyü kimi bankla olan kredit münasibətlərinin faktiki olaraq qurbanına çevrilmişdir. Həm mülkiyyətindən, həm pulundan məhrum olmuşdur. Bu azmış kimi bugünki gündə belə heç bir aktiv öhdəliyi olmadığı halda adı problemli kreditorlar siyahısında, mərkəzi kreditor reystrində qalmışdır. Bu davranış, hərəkətsizlik onun mülkiyyət hüququnu, azad sahibkarlıq hüququnu kobud şəkildə pozmaqda davam edir. O həmin münasibətlər nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, ona məxsus ipoteka qoyulmuş torpaq sahəsinin hərracdan cavabdeh banka 63750 manata satılması barədə ona Əmanətlərin Sığortalanması Fondunun keçmiş işçisi tərəfindən 2019-cu ildə telefonla bildirilmiş, lakin bu barədə hər hansı sənəd ona təqdim edilməmişdir. Sonradan səhhətində baş vermiş problemlərlə, xəstəliyi ilə əlaqədar olaraq torpağın hərracdan satılması və neçəyə satılması məsələsi ilə maraqlana bilməmişdir. Ona görə də, torpağın satılması ilə bağlı hər hansı sənədi hal-hazırda məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də, xüsusi qərardad çıxarılması barədə vəsatət verərək bildirmişdir ki, torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi, ümumiyyətlə icra işinin nəticələrinə dair sənədlər nə Abşeron rayon İcra şöbəsində, nə arxivdə, nə də ki, cavabdehdə yoxdur. Bununla bağlı aidiyyəti qur umlara həm iddiaçı, həm də məhkəmə tərəfindən sorğu verilsə də, hər hansı cavabın, məlumatın əldə edilməsi mümkün olmamışdır. Belə hörünür ki, iddiaçı icra şöbəsinin və cavabdeh bankın qanunsuz əməllərinin qurbanına çevrilmişdir. Necə ola bilər ki, məhkəmə qərarı icraya yönləndirilsin, müvafiq icraata başlamaq haqqında qərar qəbul edilsin, lakin icra işinin nəticəsinə dair digər sənədlər (hərracın nəticələri, icraata xitam verilməsinə dair qərar) məlumatlar olmasın? Tələbkar bankda və icra şöbəsində hər hansı sənədin, məlumstın olmaması sonuncular tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı ciddi şübhələr doğurur. Çünki belə çıxır ki, öz qanunsuz əməllərini ört-basdır etmək üçün vəzifə səlahiyyətlərindən suiistifadə edərək təqsirkar şəxslər tərəfindən ya sənədlər məhv edilmiş, ya da bilərəkdən gizlədilməklə sübutlar saxtalaşdırılmışdır. Hamının bildiyi kimi bunlar cinayət əməlləridir. 2008-ci ildən qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması və ya icra olunmasına dair məlumatın, yaxud icrasının nəticələrinin mövcud olmaması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə qərarlarının icrası daməhkəmə müdafiə hüququnun tərkib hissəsi olmaqla, qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan qərarın icra olunmaması məhkəmə qətnaməsini xəyali hala çevirir. Göründüyü kimi, iddiaçı, bankla, icra şöbəsi ilə olan kredit münasibətlərinin faktiki olaraq qurbanına çevrilmiş, həm mülkiyyətindən, həm pulundan məhrum olmuşdur. Nəticədə bu qanunsuz davranış, hərəkətsizlik şəxsin mülkiyyət hüququnu, azad sahibkarlıq hüququnu kobud şəkildə pozmaqda davam edir. Şəxs həmin münasibətlər nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən də aidiyyatı təqsirkar şəxslər sözügedən əməllərinə görə, məhkəmə qərarının icra olunmaması ilə bağlı qanunamüvafiq qaydada məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Odur ki, hazırki iş üzrə cinayətin əlamətləri aşkar olduğundan, həmin halların araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün iş üzrə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı ilə QSC "xxxx" KB arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı Kredit müqaviləsinə əsasən İddiaçı 52.500 (əlli iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Borclu bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-670/2007 saylı məhkəmə qətnaməsi ilə İddiaçı QSC "xxxx" KB-nin xeyrinə 56072,89 manat borcun və 19,80 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan və bank qarşısında ipoteka ilə yüklü etmişdir Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi qət edilmişdir. Fondda olan məlumatlara əsasən sözügedən məhkəmə qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixindən 21 11.2023-cü il tarixinədək hesaba hec bir ödəniş mədaxil edilməmişdir. Hərracla bağlı Fondda hər hansı sənəd müəyyən edilməmişdir. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********3549 nömrəli məktubdan görünür ki, İddiaçı ilə QSC "xxxx" KB arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı Kredit müqaviləsinə əsasən 52.500 (əlli iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Borclu bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-670/2007 saylı məhkəmə qətnaməsi ilə İddiaçı QSC "xxxx" KB-nin xeyrinə 56.072,89 (əlli altı min yetmiş iki manat 89 qəpik) manat borcun və 19,80 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsinə əsasən xx.xx.2007ci il tarixindən 21 11.2023-cü il tarixinədək hesaba hec bir ödəniş mədaxil edilməmişdir.Qeyd olunan borc məbləğinin ödənilməsi Sizə tövsiyyə olunur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2-670/2007 saylı, 14 dekabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" QSC kommersiya bankının iddiasının təmin edilməsi, "xxxx" kommersiya bankı ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı kredit borcu, borc faizləri və cərimə qismində "xxxx" QSC kommersiya bankının xeyrinə 56072 (əlli altı min yetmiş iki manat 89 qəpik) manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı tərəfindən "xxxx" QSC kommersiya bankının xeyrinə 56072 manat (əlli altı min yetmiş iki manat 89 qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi üçün tutmanın İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin satışından əldə ediləcək pul vəsaiti borcların ödənilməsi üçün kifayət etmədiyi halda, həmin məbləğin qalan hissəsinin İddiaçı məxsus olan digər əmlaklara yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində ümumi sahəsi 0,50 ha. olan kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 23 yanvar 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi cavabdeh İddiaçı özünə məxsus ollan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 hektar torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı X3 icraata başlama hıqqında 26 fevral 2008-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2-670/2007 saylı, 14 dekabr 2007-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılması, borclu İddiaçı 5 (beş) gün müddətinə icranı könüllü təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Təqdim olunmuş Abşeron rayon İcra və Probasiya şöbəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 17/75-414/2024-k nömrəli cavab məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2-670/2007 saylı icra sənədi üzrə icraata sabiq icra məmuru Rasim Əliyev tərəfindən xx.xx.2009-cu il tarixdə “İcra haqqında” AR Qanununun 20.1.5 maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan icra sənədi icra məmuru tərəfindən arxivə təhvil verilməmiş və bu səbəbdən icra işi arxiv materiallarında aşkar olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ilə QSC "xxxx" KB arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı Kredit müqaviləsinə əsasən 52500 manat məbləğində kredit verilmiş, tərflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən kredit kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi İddiaçı özünə məxsus ollan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 hektar torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Borclu bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-670/2007 saylı məhkəmə qətnaməsi ilə İddiaçı QSC "xxxx" KB-nin xeyrinə 56072,89 manat borcun və 19,80 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,50 hektar torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə tərəfindən sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı X3 26 fevral 2008-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2-670/2007 saylı, 14 dekabr 2007-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və həmin məhkəmə icraçısının xx.xx.2009-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 20.1.5 maddəsinə əsasən icra sənədinin tam icra olunması əsası ilə xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2- 670/2007 saylı, 14 dekabr 2007-ci il tarixli icra vərəqəsi üzrə icraata onun tam icra olunası əsası ilə xitam verildiyi halda, iddiaçının adı mərkəzi kreditor reyestrində problemli kreditorlar siyahısında qalmışdır. İddiaçının heç bir borcunun olmamasına baxmayaraq, hazırda adının hələ də problemli kreditorlar siyahısında olması səbəbindən, o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.1.3-cü maddəsinə görə mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi mülki qanunvericiliyin əsas prinsiplərindədir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, iddia tələbi Bank Standard QSC KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticəsinə görə öhdəlikdən artıq ödənilmiş 7678 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması hissəsində aşağıdakılara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, hərracın nəticəsinə görə öhdəlikdən artıq ödənilmiş 7678 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması hissəsində iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. QSC "xxxx" Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə borc məlumatlarının Mərkəzi Kredit Reyestrindən silinməsi öhdəliyi cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-630/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-630/2024
12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver