Məhkəmə qərarları › İş №e-2(009)-637/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-637/2023

20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-637/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı icra hərəkətlərinin mümkünsüz olması və Səbail rayon İcra şöbəsi tərəfindən icra hərəkətsizliyinin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı icra hərəkətlərinin mümkünsüz olması və Səbail rayon İcra şöbəsi tərəfindən bu hərəkətsizliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iddia ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd edir ki, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olubolmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması, mülki işin davamı olaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı məsələyə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. İcra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkət və ya hərəkətsizliyə dair şikayətə iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə 2 kodu verilir) baxılmasına yol verilmir. Beləliklə hakim hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərinin mübahisələndirilməsinə iddia icraatı qaydasında baxılmasına yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Hakim qeyd edir ki, iddiaçıya mövcud məsələ ilə bağlı qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 153.2.1-ci maddəsi rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı icra hərəkətlərinin mümkünsüz olması və Səbail rayon İcra şöbəsi tərəfindən icra hərəkətsizliyin aradan qaldırılması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya mövcud məsələ ilə bağlı qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar