Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-647/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X2 arasında nikahın pozulması və s. Tələbə dair mediasiya prosesinin və xx.xx.2024-cü il tarixli mediasiya arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş İddiaçı və X2 arasında olan nikahın pozulması və s. tələbə dair mediasiya prosesi İddiaçı hüquqularının pozulması ilə keçirilmişdir. Belə ki, o, mediasiya iclası barədə rəsmi məlumatlandırılmamışdır. Bakı 9 saylı Mediasiya Təşkilatıtərəfindən tərtib olunan ilkin mediasiya sessiyası barədə bildirişdə İddiaçı əlaqə nömrəsi yanlış qeyd olunmuş, bu səbəbdən iddiaçının mediasiya proseslərindən xəbəri olmamışdır. İddiaçı telefon nömrəsi ***-***-**-** olmasına baxmayaraq, bildirişdə əlaqə nömrəsi ***-***-**-** Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: olaraq yanlış şəkildə qeyd olunmuşdur. Həmçinin mediasiyanın keçirilməsinə dair bildiriş İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir ki, bu ünvan hazırda movcud deyil. Həmin bina sökülüb və orada ümumiyyətlə yaşayış yoxdur. X2 həmin ünvanın söküldüyünü bildiyi halda bu ünvanı qeyd etməsi və İddiaçı əlaqə nömrəsinin səhv qeyd olunması iddiaçının bilərəkdən mediasiyadan kənar qalmasına gətirib çıxarmışdır. İddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, X1 müraciəti əsasında nikahın pozulması və s. tələbi üzrə İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X1 İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış 27 may 2016-cı il tarixli nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədəvə ya mülki məhkəmə icraatı qaydasındabaxılmalı deyildirsə, həmin iş üzrə icraata xitam verir. Bu eynilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın da hüquqi əsası kimi çıxış edir. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, məhkəmələr MPM-ə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüququ və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində mediasiya təşkilatının mediasiya sessiyası barəsində onu lazimi qaydada məlumatlandırmamasına əsaslanır və bu səbəbdən mediasiya təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışın etibarsız hesab edilməsini xahiş edir. İş materiallarından görünür ki, E.Vəliyeva mediasiya təşkilatının sözügedən arayışını əldə etdikdən sonra həmin tələblə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-4013/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə iddiaçının nümayəndəsi-vəkili həmin məhkəmə iclasında iştirak etmiş və izahatlar vermişdir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının hazırda mübahisələndirdiyi arayış öz-özlüyündə artıq mahiyyətini itirmişdir. Belə ki, həmin arayışda qeyd olunan tələb üzrə hər iki tərəfin iştirakı ilə məhkəmə iclası keçirilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışının etibarlılığının mübahisələndirilməsi məhkəmə baxışının predmeti ola bilməz və bu səbəbdən də hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatına qarşı «arayışın etibarsızlığı» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-647/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-647/2025
26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver