Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-655/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 21 may 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən 750000 (yeddi yüz əlli min) manat vəsaitin, 200000 (iki yüz min )manat kompensasiya məbləğinin, müqavilənin rəsmləşdirilməsi üzrə ödənilən 115 (yüz on beş) manat vəsaitin və iddia ərizəsinin verilməsinə ğörə ödənilən 1240,12 (min iki yüz qırx man 12 qəp.) manat dövlət rüsumunun müştərək qaydada cavabehlərdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh, satıcı kimi çıxış edən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 ilə 04 dekabr 2024-cü il tarixində Bakışəhəri 51 saylı notariat ofisində 3M-3399 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə görə tərəflər xx.xx.2025-ci il tarixə kimi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********92-12301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən “Satıcı” Cavabdeh2 MMC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsinin 0,77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduğundan sonra ******* ( bir milyon beş yüz qırx min) manata “Alıcı”-İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gələrək bu müqaviləni bağladılar. Müqavilənin 2-ci bəndinə görə satılacaq torpaq sahəsi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92-12301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən “Satıcı” Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Müqavilənin 3-cü bəndinə görə “Satıcı”-Cavabdeh2 MMC-nin torpaq sahəsini 1540000( bir milyon beş yüz qırx min) manata qiymətləndirir və gələcəkdə torpaq sahəsinin həmin qiymətə “Alıcı”- İddiaçı satmağı,“Alıcı”- İddiaçı isə torpaq sahəsini gələcəkdə 1540000( bir milyon beş yüz qırx min) manata almağı öhdəsinə götürür. “Alıcı”- İddiaçı satış məbləğindən 750000(yeddi yüz əlli min) manatını hazırda notariusun bankda açdığı depozit hesab vasitəsi ilə “Satıcı”- Cavabdeh2 MMC ödəyir. Tərəflər arasında hesablaşma qaydası: “Satıcı” bildirir ki, alıcı tərəfindən ödənilən 750000(yeddi yüz əlli min) manatı tam şəkildə "xxxx" ASC-in xx.xx.2024 il tarixli 15/00825 saylı məktubuna əsasən borclu olduğu bankın AZ82AİİB******************** saylı hesabına notariusun bankda açılan depozit vasitəsilə köçürməsini təmin etməyimizi xahiş etmişdir. Satış qiymətindən qalan 790000(yeddi yüz döxsan min) manatı isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlayarkən “Satıcı”-ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki,“Satıcı” müqavilə şərtlərinə əməletməsə,əmlakısatmaqdan imtina edərsə “Alıcı” tərəfdən “Satıcıya” ödənilən ilkin məbləği və əlavə olaraq 200000(iki yüz min) manat kompensasiya şəklində “Alıcı”-ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə görə müqavilənin rəsmləşdirilməsi üzrə xərclər “Alıcı”-İddiaçı tərəfindən ödənilir. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər-hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanıb 750000(yeddi yüz əlli min) manat vəsait "xxxx" ASC-in xx.xx.2024 il tarixli 15/00825 saylı məktubuna əsasən Cavabdeh2 MMC-nin borclu olduğu bankın AZ82AİİB******************** saylı hesabına notariusun bankda açılan depozit hesabı vasitəsilə köçürüləndən və əmlak ipotekadan azad olandan sonra Cavabdeh1 bildirdi ki, əsas alqısatqı müqaviləsiCavabdeh2 MMC ilə bağlansa 300 min manata yaxın vəsaiti o vergi kimi ödəməli olacaqdır, bu ona sərf etmir, ona görə vaxtilə şəxsi mülkiyyətində olan (və Cavabdeh2 MMC-yə bağışladığı) ünvan 2 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən ibarət əmlakı geri, öz adına qaytarıb çıxarışı alandan sonra ilkin alqı-satqı müqaviləsində göstərilən kimiCavabdeh2 MMC ilə deyil öz adından alqı-satqı müqaviləsi bağlaya bilər. Artıq aydın oldu ki, Cavabdeh1 mənialdadaraq oyuna gətirdi, 750000(yeddi yüz əlli min) manat vəsaitim əlimdən getdi, ilkin alqı-satqı müqaviləsində göstərilən əmlak artıq Cavabdeh2 MMC-nin yox Cavabdeh1 mülkiyyətində idi. Çarəm kəsildi bundan sonra baş verənlər Cavabdeh1 fırıldağına uyğun getməyə məhkum olundu. Cavabdeh1 bildirdi ki, mülkiyyətində olan 1.422550 ha torpaq sahəsindən 70-80 sot torpaq sahəsini satıb əldə edəcəyi vəsaitdən mənim 750000(yeddi yüz əlli min) manat vəsaitimi qaytara bilər təki müştəri gətirim ki həmin satışdan sonra pulumu qaytara bilsin daha s onra əyər istəsəm mənə qaytaracağı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat 750000(yeddi yüz əllimin) manata mənə 30-40 sot torpaq sahəsisata bilər. Cavabdeh1 mənə qurduğu oyundan ehtiyatlanan qardaşım vəd verdiyi 400 min manatı mənə borc verməkdən imtina etdiyindən və əldə az pulum olduğundan iki şəxsə müraciət edərək birgə torpaq sahəsi almağı təklif etdim. Beləliklə 13 dekabr 2024-cü il tarixində 4Ə-2632 reyestr nömrəli, AN-İ №1335570 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 1.42255 ha olan torpaq sahəsindən 1/3 hissə, 0,264277 ha X2, 1/3 hissə, 0,264276 ha Yusubov NofəlAbbas oğluna 1/3 hissə, 0, 264277 ha İddiaçı cəm şəkildə 1273000(bir milyon iki yüz yetmiş üç min) manat qiymətinə ala bildik. Əmlakın dəyəri notariat ofisinin depozit hesabına ödənildi və Cavabdeh1 həmin pulu depozit hesabından çıxardı lakin mənim 750000(yeddi yüz əlli min) manat pul vəsaitimi qaytarmadı. Onunla aparılan danışıqlar heç bir nəticə vermədi. Bu səbəbdən ilkin alqı-satqı müqaviləsinin 7-ci bəndinə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı oduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hesab edirəm ki, ilkin müqavilə üzrə öhdəliklər lazımınca icra edilmədiyinə görə cavabdehlər müqavilənin 4-cü bəndinə əsasən 750000(yeddi yüzəllimin) manat ödənilən ilkin məbləğini, 200000(iki yüz min )manat kompensasiya məbləğini və müqavilənin rəsmləşdirilməsi üzrə ödənilən 115(yüz on beş)manat məbləğini mənə ödəməlidirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehin nümayəndəsi və vəkili 30 aprel 2025-ci il tarixdə hazırlıq iclasında bildirmişdir ki, bundan əvvəl təqdim etdiyi 26 oktyabr 2024-cü il tarixli "Beh haqqında müqavilə" guya iddiaçı ilə cavabdeh arasında bağlanmışdır. Bu həqiqəti əks etdirmir. Belə ki, iddiaçının cavabdehlə beh haqqında müqaviləsi olmamış yalnız 04 dekabr 2024- cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Məlumata görə "Beh haqqında müqavilə"-nin tərəfi olan şəxs və ya şəxslər daha sonra cavabdehlə anlaşa bilməmişlər və bu səbəbdən behləri qaytarılandan sonra iddiaçı ilə xx.xx.2024-cü il tarixdə məlum ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Yəni ilkin alqı-satqı müqaviləsi bağlanandan əvvəl həmin "Beh haqqında müqavilə"lər artıq qüvvəsini itirmişdir ki cavabdeh iddiaçını öz məkrli planlarının qurbanına çevirməsinə nail olmuş və tərəflər ilkin alqısatqı müqaviləsini bağlamışlar. xx.xx.2024-cü il tarixli "xxxx"MMC ilə bağlanan İlkin alqı-satqımüqaviləsinə əsasən "xxxx"MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsini 0,77 ha torpaq sahəsini iddiaçıya satılması şərtləndirilmişdir. Lakin 13 dekabr 2024-cü il tarixli alqı satqı müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsinin 0,77 ha deyil 0.79 ha sahəsi (0,264277 ha+0,264276ha+0,264277ha) iddiaçı ilə digər iki şəxsin hər birinə 0,264277 ha yəni 26 sot olmaqla satılmışdır. Bu iki sot ona görə fərq etmişdir ki torpaq sahəsinin bölgü sxemini uyğunlaşdırmaq gərəkirmiş. Yəni satılmış ümumi 79 sot torpaq sahəsi alqı-satqı müqaviləsində cəm 1.422550 ha şəkildə deyil satılan 79 sot torpaq sahəsinin 1/3 hissəsi kimi göstərilmişdir. Ən əsası xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə görə iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilmiş 750000 manat vəsaiti Cavabdeh1 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanandan sonra əldə edəcəyi vəsaitdən geri qaytararaq ilkin alqı-satqı müqaviləsinə xitam veriləcəyini bildirsədə bu qaytarma məsələsini müxtəlif bəhanələrlə 26 dekabr 2024-cü il tarixə kimi uzatmışdır. 26 dekabr 2024-cü il tarixdə Cavabdeh1 ünvan 4 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən (bizə satdığı 79 sot torpaqdan sonra) qalan 63 sot torpaq sahəsi üçün yeni müştəriyə sotunu 30000 manata satılmasına razılıq əldə edib və ilkin olaraq 15 sotunu 30000 manata Araz Əliyev adlı şəxsə satmışdır, bu alqı-satqı elektron notariat sistemində öz əksini tapmışdır. Bundan sonra Cavabdeh1 mənə bildirmişdir ki torpağı bizə ucuz satdığına görə 750000 manatı qaytarmayacaq, sizlər məni aldataraq torpağı ucuz almısınız, sizdən 13 gün sonra torpağın sotunu 30 minə satdığıma görə sizə satdığım torpağı əinizdən geri alacam, nə 750000 manat, torpağı geri qaytarın. Daha sonra nümayəndəsi və vəkili Vəkil2la qızı X7 arasında hüquqi yardım müqaviləsi bağlatdıraraq özünü guya fəaliyyət qabiliyyəti olmayan şəxs etmək xülyası ilə Səbail Rayon Məhkəməsinə (iş № 2(009)- 400/2025) müraciət etdirmişdir, və həmin ərizə ilə yanaşı MTTT barədə ərizə ilə müraciət edərək aldığımız torpaq üzərinə qadağa qoydurmuşdur. Cavabdehin qızı Leyla Əhmədova bir neçə dəfə vasitəçi makler Əbil adlı şəxslə xəbər göndərirdi və məsələni sülh yolu ilə həll etmək istədiyini bildirirdi, sonuncu dəfə fevral ayının əvvəlində iddiaçıya xəbər göndərmişdir. Həmin qadağa 29 yanvar 2025-ci il tarixdə qüvvədən düşmüşdür və biz torpağı başqa birisinə dəyər dəyməsinə satdıq. Möhtərəm hakim! "xxxx" MMC xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əməl etməmiş və 750000 manat pul vəsaitimi ələ keçirəndən sonra faktiki olaraq dələduzluq əməli törətmişdir. Cavabdeh1 ilə bağlanmış 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə bağlanmış ilkin alqı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən tərəflər ünvan 4 ünvanında yerləşən 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manata İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlirlər. Müqavilənin 3-cü bəndində qeyd edilir ki, Cavabdeh2 MMC satılacaq torpaq sahəsini ******* manata qiymətləndirir və gələcəkdə həmin torpaq sahəsini həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə torpaq sahəsini gələcəkdə ******* manata almağı öhdəsinə götürür. İddiaçı satış məbləğindən 750000 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsilə Cavabdeh2 MMC-yə ödəyir. Satış qiymətindən qalan 790000 manatı isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndində qeyd edilir ki, tərəflər razılığa gəlirlər ki, satıcı müqavilə şərtlərinə əməl etməsə əmlakı satmaqdan imtina edərsə, Alıcı tərəfindən Satıcıya ödənilən ilkin məbləği və əlavə olaraq 200000 manat kompensasiya şəklində Alıcıya ödəməyi öhdəsinə götürür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1,422550 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 13 dekabr 2024-cü il tarixli Cavabdeh1 (Satıcı) ilə X5 (Alıcı), X8 (Alıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1,422550 ha torpaq sahəsiniin ümumilikdə ******* manat qiymətə müvafiq olaraq 1/3 hissələrdə (cəmi 0,79 ha) alıcıların mülkiyyətinə vermişdir. Həmin Müqavilədən görünür ki, alıcılar X5 və X8 torpaq sahəsinin 1/3 hissələrinin alqı-satqısı üçün ayrı-ayrılıqda 424333 manat, alıcı İddiaçı isə 424334 manat pul ödəmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin 1/3 hissəsi xx.xx.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 26 oktyabr 2024-cü il tarixli Beh haqqında müqaviləyə əsasən X8 (Beh verən) Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə ünvanında yerləşən 1.42255 ha torpaq sahəsinin 15 sotunu və o cümlədən qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin bağlanması üçün Cavabdeh1 (Beh alana) 25000 manat məbləğində beh verir. 26 oktyabr 2024-cü il tarixli Beh haqqında müqaviləyə əsasən X6 (Beh verən) Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 2290-cı məhəllə ünvanında yerləşən 1.42255 ha torpaq sahəsinin 18 sotunu və o cümlədən qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin bağlanması üçün Cavabdeh1 (Beh alana) 25000 manat məbləğində beh verir. 07 dekabr 2024-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış əmlak kompleksinin bağışlama müqaviləsinin ləğvinə dair müqaviləyə əsasən tərəflər Cavabdeh1 ünvan 6 ünvanında olan 3.02868 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5486.4 kv.m olan A, B, K, L sektorlarında, 4548,6 kv.m tikintialtı sahəsini və ümumi sahəsi 4970,6 kv.m əmlak kompleksini və 14225,5 kv.m torpaq sahəsini Cavabdeh2 MMC-yə hədiyyə etməsi ilə bağlı 04 may 2011-ci il tarixli müqavilənin xitamı ilə bağlı razılığa gəlirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manat İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişdirlər. Bundan sonra İddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış məbləğdən 750000 manat pul vəsaiti MMC-nin borcu üzrə bankın hesabına köçürülmüş və sözügedən əmlak ipoteka yüklülüyündən azad edilmişdir. Daha sonra İddiaçı razılığı ilə əmlak X4 mülkiyyətinə keçmiş və onun tərəfindən 13 dekabr 2024-cü il tarixdə müvafiq olaraq 1/3 hissələrdə X5, X8 və İddiaçı satılmışdır. X5 və X8 torpaq sahəsinin 1/3 hissələrinin alqı-satqısı üçün ayrı-ayrılıqda 424333 manat, İddiaçı isə 424334 manat pul ödəmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərin ilkin alqı-satqı müqaviləsi üzrə üzərlərinə götürmüş olduğu öhdəlikləri pozduğunu əsas gətirərək, ödəmiş olduğu 750000 manat pulun və eyni zamanda müqavilə ilə nəzərdə tutulmuş 200000 manat kompensasiyanın iddiaçının xeyrinə tutulmasını xahiş edir. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh1 pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən də görünür ki, həmin müqavilənin tərəfləri İddiaçı və Cavabdeh2 MMC-dir. Cavabdeh1 həmin müqavilənin bağlanmasında tərəf deyildir. Belə olan halda həmin müqavilə üzrə Cavabdeh1 heç bir öhdəliyi yaranmır. Belə ki, Cavabdeh1 04 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyin daşıyıcısı olmamaqla həmin müqavilə üzrə İddiaçı qarşısında heç bir məsuliyyət daşımır. Məhkəmə iddia tələbinin Cavabdeh2 MMC-dən pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. İşdə olan Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin 1.422550 ha torpaq sahəsindən 0.77 ha torpaq sahəsini ipoteka yüklülüyündən azad olunduqdan sonra ******* manat İddiaçı satılması və alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Tərəflər eyni zamanda razılaşmışdırlar ki, satılacaq torpaq sahəsi barəsində əmlak ipoteka yüklülüyündən azad edildikdən sonra ******* manat qiymətə Cavabdeh2 MMC ilə İddiaçı alqı-satqı bağlayacaqdırlar. İddiaçının özünün də ərizəsində təsdiq etdiyi kimi torpaq sahəsi yüklülükdən azad edildikdən sonra iddiaçının özünün də razılığı ilə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Başqa sözlə artıq Cavabdeh2 MMC-nin mülkiyyətindən çıxmışdır. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh1 sözügedən torpaq sahəsinin 15 və 18 sotlarının müvafiq olaraq X8 və X1 barədə 26 oktyabr 2024-cü il tarixdə həmin şəxslərlə beh müqaviləsi bağlamışdır. Göründüyü kimi beh müqaviləsi ilkin alqı-satqı müqaviləsindən daha öncə bağlanılmışdır. İddiaçı ərizəsində habelə qeyd edir ki, Cavabdeh1 ona bildirmişdir ki, 1.422550 ha torpaq sahəsindən 70-80 sot torpaq sahəsini satıb, onun 750.000 manat pulunu qaytaracaq. Halbuki işdən görünür ki, ilkin alqı-satqı müqaviləsində satılacaq əmlakın dəyəri ******* manat müəyyən edildiyi halda, həmin əmlak 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə 12730000 manat qiymətə iddiaçıya və digər alıcılara satılmışdır. Göründüyü kimi əmlak alıcıların xeyrinə olaraq daha aşağı qiymətə onlara satılmışdır ki, bu da həmin müqavilənin bağlanmasında satıcının maraqlarının üstün saxlanıldığı iddiasını təkzib edir. İddiaçı eyni zamanda ərizəsində qeyd edir ki, Cavabdeh1 əmlakı mülkiyyətinə keçirdikdən sonra iddiaçını aldatmış və onu başqa alıcılar da tapmağa məcbur etmişdir və bundan sonra o, özü X8 və X3 müraciət edərək, onunla birgə sözügedən torpaq sahəsini almağı təklif etmişdir. Halbuki işdən görünür ki, həmin şəxslər sözügedən əmlakın alqı-satqısına dair Cavabdeh1la İddiaçı daha öncə razılaşmış və bunun üçün beh də ödəmişlər. Bu səbəbdən iddiaçının istinad etdiyi bu əsaslar iş materialları ilə öz təsdiqini tapmır. Daha sonra iddiaçı ərizəsində qeyd edir ki, cavabdeh sözügedən əmlakı ilkin alqı-satqı müqaviləsi üzrə ona satmaqdan imtina etmiş, iddiaçı isə Cavabdeh1 onu aldatması nəticəsində məcbur qalaraq N.Yusubov və B.Əliyev ilə birlikdə sözügedən əmlakın alqısatqısını təşkil etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, ilk öncə işdə cavabdehin sözügedən əmlakı iddiaçıya satmaqdan imtina etməsini təsdiq edən sübutlara rast gəlinmir. Habelə iddiaçı sözügedən torpaq sahəsinin razılaşdırılmış hissəsinin ilkin alqı-satqı müqaviləsi ilə razılaşdırılmış şəkildə ona satılmadığını bildikdə 13 dekabr 2024cü il tarixli alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmək və MMC-dən ilkin alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməsini tələb etmək imkanına malik olmasına baxmayaraq, bunu etməmiş və digər alıcılarla birlikdə əmlakın alqı-satqısında iştirak etmiş və əmlakın 1/3 hissələrdə digər alıcılar tərəfindən də alınmasına razılıq vermişdir. Bundan başqa iddiaçı ilkin alqı-satqı müqaviləsini MMC ilə bağlamasına baxmayaraq özü də təsdiq etdiyi kimi əmlakın MMC-nin mülkiyyətindən Cavabdeh1 mülkiyyətinə keçirilməsinə razılıq verərək, əmlakla bağlı alqı-satqı əqdini artıq MMC ilə deyil, Cavabdeh1la bağlayacağının fərqində olmuşdur. Halbuki bu halda da sözügedən razılığı verməkdən imtina edərək, MMC-dən onunla əmlak barəsində alqı-satqı bağlamasını tələb edə bilərdi. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı ilkin alqı-satqı müqaviləsindən məlumatlı olduğu halda əmlakın MMC-nin mülkiyyətindən Cavabdeh1 mülkiyyətinə keçirilməsinə razılıq verməklə, habelə könüllü olaraq, mübahisəli əmlakı digər alıcılarla şərikli şəkildə qiymətini ödəyərək əldə etməklə, ilkin alqı-satqı müqaviləsinin şərtlərinin artıq tərəflər üçün əhəmiyyətini itirdiyinin fərqində olmuş və 13 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsini imzalamaqla ilkin alqı-satqı müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış öhdəlikləri qüvvədən salmışdır. AR Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin: 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-655/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-655/2025
21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver