Məhkəmə qərarları › İş №e-2(009)-669/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-669/2022

25.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-669/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizəsi üzrə mülki işə 25 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 32,742 manat, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 250 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh stomotoloq-həkim Cavabdeh1 stomotoloq həkimi Rüstəmin vasitəçiliyi ilə anasının ağız boşluğunun implantasiyası ilə əlaqədar 2018-ci ildə tanımışdır. Bundan sonra stomotoloq V. Həsənovla onun ağız boşluğumdakı aşağı çənə boşluğunda olan polekistoz problemi ilə əlaqədar məsləhətləşməyə başlamışdır. Bu zaman ABŞ-da yaşadığından həkimə orada çəkilmiş rentgenin şəklini göndərmişdir. Həkimlə məsləhətləşərkən o, artıq onun bu problemlə çoxdan rastlaşdığını bilirdi. Ondan öncə başqa bir həkim tərəfindən müalicə aparılmadan ağız boşluğunda olan diş qapaqlarını dəyişdirmişdir. Cavabdeh1 ona məsləhəti bu oldu ki, dişlər sökülüb implant dişlərlə əvəz edilməlidir. Ona etibar etdiyindən, buna razılaşdı. Bundan sonra o həkim V. Həsənovla bir neçə ay ərzində Whatsapp proqramı vasitəsilə əməliyyatın necə və harada aparılması, eləcə də əməliyyatın qiyməti barədə yazışmalar aparmışlar. V. Həsənov ona V3 implantını məsləhət bildi və həmin implantın 1 ədədinin qiymətinin 1200 manat olduğunu qeyd etdi. İmplantın üstünə qoyulacaq metal keramikanın 1 ədədinin qiymətinin isə 300 manat olduğunu bildirdi. O Bakıya qayıtdıqdan sonra V. Həsənovla görüşdü və o, bildirdi ki, onun dişlərini narkoz altında çıxartmaq olmaz və alt çənə boşluğunun implantasiyasını narkozsuz etmək lazımdır. O həkimdən çox xahis etdi ki, əməliyyatı narkoz altında kecirsin, çünki bundan əvvəl kecirtdiyi stress ve agrılara artıq dözümü yox idi. Ancaq Cavabdeh1 ona əməliyyatın qəti şəkildə narkozsuz kecirilməli olduğunu bildirib, bütün alt cənəsinin dişlərini bir-bir narkozsuz, yalnız yerli keyləşdirici ile çəkdi. Əməliyyat (dişlərinin çəkilməsi) zamanı o ağrılardan məcburən ağlayırdı. Əməliyyat həkim V. Həsənovun diş kabinetində aparıldı və əməliyyat zamanı otaqda həkimin köməkçisi Elşən və tibb bacısı iştirak edirdi. Əməliyyat bitdikdən sonra həkim ona 2000 manat məbləğində pulu kassaya ödəməyi, qalan məbləği isə ona bilavasitə verməyini bildirdi. O, ona bilavasitə 7000 ABŞ dolları məbləğində pul verdi. Qalan 500 ABŞ dolları məbləğində pulu isə öz bank kartından onun kartına köçürməklə ödəmişdir. Beləliklə, ümumilikdə həkim Cavabdeh1 tərəfindən 15000 (on beş min) manat məbləğində pul verilmişdir. Əməliyyat nəticəsində ona 10 implant qoyuldu. Lakin qeyd etdiyi kimi ödədiyi yalnız 2000 manata dair ona kassa çeki təqdim edildi. Bir müddət sonra ABŞ-na qayıtdı. Bir neçə aydan sonra qoyulmuş implantlarda agrı hiss etməyə başlamış və məcburən həkimə müraciət etmişdir. Həkim agız bosluğunu gorən kimi bildirdi ki, implantasiya düzgün edilməyib. 2020-ci ilin mart ayının 2-də Bakıya qayıtdı. Həmin vaxt hamilə idi. X15 adlı stomotoloqa müraciət etdim. Həkim mənim 3D rentgenimə baxdıqdan sonra dedi ki, bu implantlar düzgün qoyulmayıb ve hamısı çəkilməli və təzəsi ilə dəyişdirilməlidir. O basqa həkimlərin də yanına getdi. Hamısı onu müayinə etdikdən sonra implantın düzgün qoyulmadığını və sökülməli olduqlarını bildirdilər. O bu barədə həkim V. Həsənova bildirdi və ödədiyi pulun ona qaytarılmasını xahiş etdi. Lakin o, ona hər hansı bir məbləğdə pul qaytarmadı. X5 hamilə olduğunu nəzərə alaraq, həmin vaxt yenidən əməliyyat etdirməməyini məsləhət gördü. İmplantlarda dözülməz ağrılarının olmasına baxmayaraq o məcbur olub ABŞ-na qayıtdı. Bakıya qayıtdıqdan sonra 25 iyun 2021-ci il tarixdə o “Dental Update” klinikasına müraciət etdi. Həmin klinikadakı həkim onun iplant etdirməzdən əvvəlki və implantdan sonrakı rentgenlərinə baxaraq, bildirdi ki, tez bir zamanda əməliyyat olunmalıdır. 29 iyun 2021-ci il tarixdə “Dental Update” Klinikasında yenidən implantasiya əməliyyatı olundu. Əməliyyat sedatasiya altında keçirildi. Ağız boşluğunda olan 9 implant çıxarıldı və yeni Ştrauman implantları ilə dəyişdirildi. Əməliyyat zamanı videoçəkiliş də aparıldı. Beləliklə qeyd olunanlardan da anlaşıldığı kimi Cavabdeh2 Klinikasının stomotoloq həkimi Cavabdeh1 düzgün aparılmayan əməliyyatı və səhvləri ucbatından o məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalaraq, ikinci dəfə implantasiya əməliyyatı keçirməli oldu. Bunun nəticəsində isə ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Odur ki, tərəfindən müvafiq şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edildi. Sonuncu dəfə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən araşdırma aparıldı və 08 dekabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildi. Bundan sonra tərəfindən 14 yanvar 2022-ci il tarixli Pretenziya ilə cavabdehlər Cavabdeh2 MMC-nə və həkim-stomotoloq Cavabdeh1 müraciət edilərək,ona qoyulmuş implant dişlərə görə həkim Cavabdeh1 ödədiyi 15.000 (on beş min) manat məbləğində pulun 5 gün ərzində ona qaytarılması təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirilmişdir. Cavabdehlər tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi qeyd etdiyi məbləğdə pul ödəməyinə baxmayaraq, cavabdehlərin həyata keçirdiyi tibbi əməliyyat və müalicə (dişlərinin çəkilməsi və implantların qoyulması) nəticəsində nəinki səhhəti bərpa olunmuş və o yaxşılaşmışdır, əksinə səhhəti daha da pisləşmiş və o məcbur olub, ikinci dəfə əməliyyata məruz qalaraq implant qoydurmuş və ona dəymiş maddi ziyan 15000 (on beş min) manatdan əlavə həm də aşağıdakılardan ibarətdir: 1. Dişlərinin düzəldilməsi üçün məcburən ABŞ-dan Azərbaycan Respublikasına gəlmək üçün təyyarə bilətinə çəkdiyi xərc: 2019-cu il üçün - 1296.03 ABŞ dolları;, 2020-ci il üçün - 846.69 ABŞ dolları; 2021-ci il üçün: 1200 ABŞ dolları olmaqla, ümumilikdə: 3342,72 ABŞ dolları X 1,7 = 5682 manat; 2. Dişlərinin yenidən düzəldlməsi üçün Bankdan götürdüyü 7000 ABŞ dolları müqabilində, məcburən faiz kimi ödədiyi 1600 ABŞ dolları X 1,7 = 2720 manat; 3. Cavabdehin qoyduğu implantların fəsadlar-qızartı, ağrı verməsi nəticəsində məcburən ABŞ-da getdiyi həkimlərə və rentgenlərə çəkdiyi xərclər- 1200 ABŞ dolları X 1,7 = 2040 manat; 4. Yeni implantlar qoyulmazdan əvvəl əkilmiş diş sümüyünə görə -1000 manat; 5. 2 dəfə aparılmış əməliyyat və sedatsiyaya görə -1000 manat; 6. İmplantların sökülməsi üçün – 1 implant üçün 200 manat, 9 X200 = 1800 manat; 7. Azərbaycanda dişlərinin həkimlər tərəfindən müayinə edilməsi və müvəqqəti dişlər üçün -2500 manat; 8. 2-ci dəfə implant qoyan həkimin pulu – 1000 manat; Ümumilikdə - 32742 (otuziki min yeddi yüz qırx iki) manat. Hesab edirə ki, göstərilən məbləğ, yəni 32742 (otuz iki min yeddi yüz qırx iki) manat cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 286/KEŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış stomatoloji prosedurdan sonrakı rentgenoqrammalara əsasən, mövcud implantların əksoriyyətində sümük əriməsinin və diş əti qüsurlarının olduğu müəyyən edilmişdir. İddiaçımn üzərində aparılmış 1-ci implantasiya əməliyyatı düzgün icra edilmədiyindən (implant ətrafı toxumalara verilən təzyiq, implantın ölçüsünün düzgün seçilməməsi, aseptika, antiseptika qaydalarma düzgün əməl olunmaması, əməliyyatdan sonra müvəqqəti qapaqların düzgün hazırlanmaması və s.), həm sümükdə, həm də diş ətində iltihabı proses yaranmış və bu da xəstənin üzərində 2-ci implantasiya əməliyyatının icrasına gətirib çıxartmışdır. İş üzrə keçirilmiş əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 525/KEŞ saylı rəyi ilə də xx.xx.2022-ci il tarixli, 286/KEŞ sayh rəylə müəyyən edilmiş hallar təkzib edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Aynur Əliyeva ifadə verərkən qoyulmuş implantların düzgün qoyulmadığını, belə ki, qoyulmuş implantların hər tərəfdən sümüklə əhatə olunmalı olduğunu, D. Seyidovaya qoyulmuş implantların qeyd olunan qaydaya uyğun olmadığını, 50, yaxud 60%-nin sümüyə yerləşdirildiyini, halbuki, implantların 100 faiz sümüyə yerləşdirilməli olduğunu, D. Seyidova ona müraciət edərkən qoyulmuş implantlardan 1 ədədinin artıq çıxarıldığını, 6 ədədinin sökülməli olduğunun gözlə göründüyünü, digər 3 implantın isə şübhəli olduğunu, 3d müayinədən sonra həmin 3 implantın da sökülməli olduğunu, bu səbəbdən də qoyulmuş 9 implantın onun tərəfindən çıxarılaraq, yeni implantla əvəz olunduğunu göstərmişdir. Həmçinin şahid A. Əliyeva bildirdi ki, qəbul olunmuş qayda belədir ki, əməliyyatdan əvvəl xəstə ilə həkim arasında bütün şərtlər razılaşdırılır və bu razılaşma müvafiq Müqavilədə öz əksini tapır. Onunla da İddiaçı arasında müvafiq Müqavilə bağlanılmış, daha sonra əməliyyat həyata keçirilmişdir. Lakin iş materiallarından da məlum olduğu kimi hazırkı halda Cavabdeh1 tərəfindən hər hansı bir müqavilə bağlanılmamışdır.Yeri gəlmişkən implantların qoyulmasından əvvəl xəstə ilə həkim arasında müqavilə bağlanılmalı olduğu ekspert Vüqar Qurbanov tərəfindən də təsdiq edilmişdir. Ekspert və şahid qismində dindirilmiş həkim A.Əliyeva həmçinin qeyd etdilər ki, qəbul olunmuş ümumi qayda budur ki, qoyulmuş implantlarda hər hansı bir problem yarandıqda, biz xəstənin seçimindən asılı olaraq ya qoyulmuş implantları yeni implantlarla əvəz edirik, ya da xəstənin verdiyi məbləği geri qaytarırıq ki, xəstə istədiyi yerdə yenidən implantlar qoydursun. Lakin həkim Cavabdeh1 tərəfindən göstərilən qaydalara da riayət edilməmişdir. Həmçinin implantların üzərinə qoyulmuş ilk konstruksiya da V. Həsənov tərəfindən qoyulmuş, həmin konstruksiya sonradan qırılmış, lakin Cavabdeh1 implantları, eləcə də konstruksiyanı yeniləməkdən imtina etdiyindən, D.Seydova məcburən başqa həkimə - Cavid Qurbanova müraciət etmişdir. C.Qurbanov D.Seydovaya implantların sökülməli olduğunu qeyd etmiş, lakin həmin vaxt İddiaçı hamilə olduğu üçün implantların sökülməsinin yolverilməz olduğunu qeyd edərək, məcburən implantların üzərinə metal konstruksiya quraşdırmışdır. Cavabdeh1 həmçinin sonradan implantlar qoyulmazdan əvvəl diş kanallarının müalicə edilməli olduğunu, lakin bunu etmədiyini də etiraf etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi-vəkili iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sonuncu ekspert rəyində həkimin və xəstəxanın səhvi olmadığı müəyyən edilmişdir. Eyni zamanda mütəxəssis də öz izahatında baş verən proseslərin həkim səhvi deyil, ağırlaşma olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Diana Ramazanovna ilkin olaraq Cavabdeh2 klinikasına 2018-ci il tarixdə müraciət edərkən həm sümükdə, həm də diş ətində iltihabi proseslər mövcud idi. Həkim Cavabdeh1 tərəfindən diş ətinin iltihablaşması barədə Diana Ramazanovnanı müalicə edib. Bu xəstəliklər Diana Ramazanovnaya məxsus olan xəstəlikdir, yəni onun fizioloji xüsusiyyətləridir, Ona görə də bu xəstəlik daha sonra özünü implantların iltihablaşmasında büruzə vermişdir. İşin hallarından da göründüyü kimi 2018-ci ildə əməliyyat olunduqdan sonra 2019-cu ildə təkrar Cavabdeh2 Klinikasında həkim Cavabdeh1 müraciət etmişdir. 1 (bir) implantdan problem olduğunu bildirmişdir. Həmin implant da təzə başqa implantla əvəzləşdirilmişdir. İddiaçı Cavabdeh2 klinikasında dişlərin iltihabı müalicəsi və implant əməliyyatı olunub. Dişin üzərinə metal keramik konstruksiya düzəlməyib. İddiaçı tərəfindən həkim Cavabdeh1 maddi vəziyyətinin yaxşı olmaması və maddi vəziyyəti yaxşılaşdıqdan sonra dişin üzərinə metal keramik konstruksiya etdirəcəyini bildirmişdir. Ekspertizanın nəticəsində isə qeyd edilmişdir ki, qapaqlar düzgün hazırlanmamışdır. Əməliyyatdan sonra D.Ramazanovna ölkə hüdudlarını tərk etmişdir. Həkim Cavabdeh1 tərəfindən qapaqlar hazırlanmamış və təkrar əməliyyat həkim Cavabdeh1 tərəfindən icra edilməmişdir. Bu isə ona əsas verir ki, qapaqların düzgün qoyulmaması və dişlərdə iltihab baş verməsi başqa həkim tərəfindən icra olunmasıdır. Həmçinin əgər ilmplantdan sonra diş ətində və digər yerlərdə iltihablaşma varıydısa da onun üzərinə daimi metal konstruksiya- yəni qapaqlar yığılması mümkün olmazdı. Dişlərin üzərinə hərhansı metal konstruksiyasının yığılması onu göstərir ki, hərhansı iltihablaşma mövcud deyildir. Bu isə iltihablaşmanın metal konstruksiyanın qoyulmasından sonra yaranması mümkünlüyünün göstəricisidir. 2019-cu il tarixdə həkim Cavabdeh1 tərəfindən Diana Ramazonovnaya implant xidmətləri göstərilmiş yeganə 1 implantda narahatçılıq olduğundan həmin implant digər implantla əvəzləşdirilmişdir. Əməliyyatdan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq D.Ramazanovnanın dişlərinə başqa həkimlər tərəfindən də müdaxilələr edilməsi danılmazdır. Belə ki, İddiaçı digər dişin üzərinə metal keramik konstruksiya düzəlməsini Cavabdeh1 bildirmiş, ödənişini isə sonra edəcəyini qeyd etdiyindən həkim tərəfindən bu əməliyyatın icra edilmədiyindən qeyd olunan müvəqqəti qapaqların düzgün qoyulmaması başqa həkimə müraciət etdiyini bildirmişdir. Tibbi protokollara əsasən Aseptika — orqanizmə və ya yaraya mikrobların düşməsinin qarşısını alan tədbirlər kompleksidir. İlkin müraciət əsasında Diana Ramazanovnaya Cavabdeh2 klinikasında həkim tərəfindən qeyd edilən tədbirlər kompleksi icra edilmiş və Antiseptika yarada, pataloji ocaqda və tam orqanizmdə mikrobların məhv edilməsi üçün tədbirlər kompleksini icra etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından, işin digər materiallarından aşkar surətdə göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" MMC-də çalışan stomotoloq-həkim Cavabdeh1 tərəfindən düzgün əməliyyat və müalicə aparılmaması nəticəsində sağlamlığına dəymiş ziyanın ödənilməsinə əsaslanmaqla, iddiasını əsaslandırdığı halların hüquqi tövsifi kimi Mülki Məcəllənin 21, 1112 və 1099-cu maddələrinə istinad etməklə mövcud iddia tələbini irəli sürmüşdür. İş materiallarında olan “Dental Update” klinikasının həkimi Aynur Əliyeva tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, ağız boşluğunda olan 9 implantdan 2-si konstruksiyanın çölündə qeyri-aktiv halda saxlanılmışdır. Rentgenoloji müayinə nəticəsində bütün implantların ətrafında rezorbsiya aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə pasient əməliyyata alındı. 9 implant çıxarıldı və alt çənəyə 6 implant yerləşdirildi. Məhkəmənin 04 noyabr 2022-ci il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirmişdir ki, İddiaçı aşağı çənəsindəki implantlar narahatlıq verdiyindən ona müraciət etmişdir. Çənəsində 9 implant var idi. Həmin implantlar stomatit bor vasitəsi ilə qısaldılmışdır. Bunlardan 7-də ortopedik konstruksiya var idi. Konstruksiyalarda yemək qalıntıları və kəskin qoxu var idi. Pasiyent 3D rentgen müayinəsindən keçdikdən sonra müayinə zamanı implantların sökülməsinə qərar verdi. Adətən implantların üzərinə müvəqqəti konstruksiyalar qoyulur. Ancaq İddiaçı ABŞ-a gedəcəyini bildirərək metal konstruksiya qoyulması barədə təkid etmişdir. X11 implantların sökülməsini təklif etsə də, pasiyent hamilə olduğundan bu mümkün olmamışdır. O, pasiyentə yenidən Cavabdeh1 müraciət etməsini məsləhət görsə də, pasiyent bundan imtina etmişdir. 08 dekabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "X1" klinikasının stomotoloq həkimi Cavabdeh1 ollu İddiaçı gostermiş olduğu tibbi xidmət müqabilinde ondan aldığı pulun 2000 manatını klinikanın kassasına medaxil etmiş, lakin sonradan əlavə olaraq ondan aldığı 7,500 ABŞ dolları məbləğində pula dair ona hər hansı qəbz verməmişdir. AR Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X10 xx.xx.2022-ci il tarixli rəyində qeyd olunur ki, İddiaçı çənəsinə həkim Cavabdeh1 tərəfindən qoyulmuş implantlarda hər hansı problemin əmələ gəlməsini kliniki olaraq görmək mümkün deyil. Çünki əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. İddiaçı çənəsinə “Medholding” klinikasında ortopedik konstruksiya düzəldilmiş, implantların bəzilərinin boyun hissələri yonulmuş, bəzi implantlar yonularkən kəsilmiş və implantlara konstruksiya düzəldilmişdir. Abatmentlərin standartına uyğun olmayan təzyiqlər verilmişdir. İddiaçı implantlarda kəskin ağrıların patogenik səbəbi haqqında fikir söylənilməsi mümkün deyil. Çəkilmiş rentgenoloji müayinələrdə çənəyə qoyulmuş İ-li implantlar ilə əlaqədar ağrı verə biləcək hər hansı bir patoloji proses müəyyən edilməmişdir. Məhkəmənin 04 noyabr 2022-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş mütəxəssis (eskpert rəyini tərtib etmiş) X8 bildirmişdir ki, rezeksiya edilən dişin sümüyü zəiflədiyindən daha sonra implantın düşməsinə səbəb ola bilər. İmplantlarda olan problemin Cavabdeh1 təqsiri ucbatından olub-olmamasını dəqiq deyə bilmir. İmplantın düşməsi normal haldır. Pasiyent vaxtında həkimə müraciət etsə idi, hazırki problemlər baş verməzdi. Əməliyyatdan 1 il sonra implantlar üzərinə ortopedik konstruksiya düzəldilmişdir ki, bu da implantlarda hər hansı bir problemin olmadığına dəlalət edir. Tərtib etdiyi rəyi təsdiqləyir və müdafiə edir. Göründüyü kimi, İddiaçı Cavabdeh2 MMC-də cavabdeh həkim Cavabdeh1 tərəfindən aparılan müalicə və cərrahi əməliyyat zamanı sağlamlığına zərər vurulması iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini zərər vuran şəxs daşıyır. İş materiallarında olan sənədlər və iddiaçı tərəfindən təqdim olunmuş sübutlar ilə isə cavabdehlər Cavabdeh2 MMC və həkim Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı hallar müəyyən olunmur. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar