Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-688/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bank "xxxx" ASC-yə, "xxxx" MMC-yə, ünvan 7iat Ofisinə, Səbail rayon icra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bank "xxxx" ASC-yə, "xxxx" MMC-yə, ünvan 7iat Ofisinə, Səbail rayon icra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Cavabdeh2 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı1 və İddiaçı2 öhdəliyi müəyyən edən xx.xx.2020-ci il tarixli RPZ-00009-05/20A saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19.368,29 manat əsas borc, 0 manat faiz borcu, 968,41 manat dəbbə pulu, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20361,70 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə icra sənədi verilmişdir. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməlidir. Bu məlumatlar ümumilikdə Səbail rayon icra şöbəsi tərəfindən göndərilən məktubla onlara məlum olmuşdur. İlkin olaraq hesab edirlər ki, icra qeydi əsasında müəyyən edilmiş məbləğ həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfindən qeyd olunandan çox yüksək məbləğdə borc ödənilmişdir. Bu və faiz borcunun 0 olması hesab edir ki, borc məbləğinin bütövlükdə faiz borcuna silinməsi formasında aparılmışdır ki, bu da iddiaçıların hüquqlarının kobud pozuntusudur. Hərracla bağlı isə ümumiyyətlə məlumat mövcud deyildir ki, ipoteka predmetinin ilkin satış qiyməti, hərracların keçirilmə qaydası barədə heç bir məlumatları yoxdur. Yeganə olaraq hərracın cavabdeh "xxxx" MMC tərəfindən keçirilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Cavabdeh2 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi və onun hüquqi nəticələri ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar ünvan 7iat Ofisinin 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilərək onun hüquqi nəticələrinin, yəni Bank "xxxx" ASC və "xxxx" MMC arasında imzalanmış Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilə dair hərracın yekunlarına dair ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün həracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Vəkil idda tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçılar hazırda da həmin evdə yaşayırlar, onların başqa yaşayış yeri yoxdur. 21.000 manata görə iddiaçıların mənzildən çıxarılması ədalətsizlikdir. Vətəndaşların vəziyyətini ağırlaşdıran hallara yol verilməməlidir. Bank iddiaçılarla müvafiq razılığa gəlməli idi, lakin belə bir hal onlar tərəfindən olmamışdır. Ekspert rəyi ilə də razı deyil. Edilmiş ödənişlər nəzərə alınmamışdır. Borcun 21.000 manat təşkil etməsi əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər ünvan 7iat ofisinin və "xxxx" MMC-nin nümayəndəri məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlanmış məktublarda işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Bank "xxxx" ASC-nin, Səbail rayon İcra şöbəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə «Borc verən» qismində Bank "xxxx" ASC-nin “Promo” filialı ilə digər tərəfdən «Borc alan» qismində İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00009-05/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı1 36 ay müddətinə, illik 16%-lə, 28.517 manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində Bank "xxxx" ASC-nin “Promo” filialı ilə “İpoteka qoyan” qismində İddiaçı2 və “Borcalan” qisminjə İddiaçı1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli RPZQ-00009-05/20A saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00009-05/20A saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinə tutma yönəldiləcəyi halda tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili xx.xx.2020-ci il tarixli, RPZ-00009-05/20A nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə ipoteka müqaviləsi üzrə Bankı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bank "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00009-05/20A saylı kredit müqaviləsinə əsasən İddiaçı1 28.517 manat məbləğində kredit verilmişdir. İddiaçı1 indiyədək banka cəmi 7.700 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixə banka olan əsas borc məbləği 19.368,29 manat, ümumi faiz borcu 0 manat, dəbbə borcu 968,4145 manat, cəmi borc 21.336,7045 manat təşkil etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş sənədlərdən görünür ki, - ünvan 7iat ofisinin 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən öhdəliyi müəyyən edən Bank "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli RPZ-00009-05/20A saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19.368,29 manat əsas borc, 0,00 manat faiz borcu, 968,41 manat dəbbə borcu, tələbkar tərəfindən ödənilmiş 24 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 20.361,70 manat təşkil edən pul məbləği İddiaçı1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı və tutma İddiaçı2 məxsus olan və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməlidir. - "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, QXM 3525 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh2 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi ilə əlaqədar, Səbail rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarı və 119044/2023- 16-25/360 saylı, xx.xx.2023-cü il tarixli müraciətinə əsasən təqdim etdiyi sənədlər və qiymətləndirmə obyektinə aid məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 7 ünvanında yerləşən 24 saylı mənzilin bazar dəyərinə uyğun qiymətləndirilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə obyekti, qiymətləndirməli aparılması qaydası və qiymətləndirilməsi yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumat bu rəyin ayrılmaz hissəsi olan hesabatda göstərilmişdir. Apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 7 ünvanında yerləşən 24 saylı mənzilin bazar qiyməti 75.000 manat müəyyən edilmidir. - Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə, İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 119044/2023-16-25 nömrəli məktubun surətinə əsasən Cavabdeh2 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı1 və İddiaçı2 öhdəliyi müəyyən edən xx.xx.2020-ci il tarixli RPZ-00009-05/20A saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19368,29 manat əsas borc, 0,00 manat faiz borcu, 968,41 manat dəbbə pulu, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləoində dövlət rüsumu olmaqla, cəmi 20.361,70 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclulara göndərilmişdir. İcra sənədində qeyd olunan tələb könüllü icra müddəti ərzində borclular tərəfindən təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq icra sənədi üzrə borclu İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi,ev 7 ünvanında yerləşən 24 saylı mənzilin satışının təmin olunması xahiş olunur. Göstərilən əmlakın bazar dəyəri 75.000 manat müəyyən edilmişdir; - "xxxx" MMC tərəfindən sifarişçi Səbail rayon icra şöbəsinə, borclular İddiaçı1 və İddiaçı2, tələbkar Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 247/23 saylı hərrac bildirişin surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin 119044/2023-16-25 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilin ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir; - “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 247/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Q. Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilin 75.000 manata açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2023-cü il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir; - "xxxx" MMC tərəfindən sifarişçi Səbail rayon icra şöbəsinə, borclular İddiaçı1 və və İddiaçı2, tələbkar Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 247/23 saylı hərrac bildirişin surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin 119044/2023-16-25 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilin satış qiyməti 63.750 manata hərraca çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir; - “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 247/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Q. Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilin 63.750 manata açıq hərraca çıxarıldığı, əmlakın xx.xx.2023-cü il tarixdə keçirilən ilkin hərracı baş tutmamasını, təkrar hərracın xx.xx.2023-cü il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir; - "xxxx" MMC tərəfindən tərəfindən İddiaçı2, İddiaçı1, Bank "xxxx" ASC-yə ünvanlanmış bildirişlərin çatdırılması barədə surətli poçt qəbzlərindən görünür ki, göndərilmiş bildirişlər ünvan üzrə çatdırılmışdır; - “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 247/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilin açıq hərraca çıxarılması barədə elan verilmişdir; - "xxxx" MMC tərəfindən tərtib edilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 247/23 No-li protokolun surətinə əsasən ünvan 7iat ofisinin 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon icra şöbəsinin 119044/2023-16-25 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun icrasına əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün hərracda 47.812,50 manata ipotekasaxlayan Bank "xxxx" ASC-yə satılmışdır; - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin surətinə əsasən ünvan 7iat ofisinin 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili 47.812,50 manata ipotekasaxlayan Bank "xxxx" ASC-yə satılmışdır; İş üzrə Bank "xxxx" ASC tərəfindən Səbail rayon İcra Şöbəsinə, surəti İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 7iat ofisinin icra qeydi üzrə verilmiş icra sənədinə əsasən cavabdeh İddiaçı1 cəmi 20.361,700 manat məbləğində borc və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bank "xxxx" ASC-nə ödənilməli və tutulma cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 7, 24 saylı mənzilə yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalıdır. Cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 7, 24 saylı mənzil Bank "xxxx" ASC-nin balansına götürülmüşdür. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDKRX tərəfindən xx.xx.2023-cü il tarixində Bank "xxxx" ASC-nin mülkiyyətinin təsdiq edən çıxarış əldə edilmişdir. Odur ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 7, 24 saylı mənzilin boşaldılaraq Bank "xxxx" ASC-yə təhvil verilməsi ilə bağlı icra tədbirlərinin götürülməsi xahiş olunur. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili tam mülkiyyət hüququ əsasında Bank "xxxx" ASCnin adına qeydiyyatdan alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3255 saylı rəyinə əsasən təyin tədqiqat hisəssində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, RPZ-0000-905/20A saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı1 xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-yə olan borcu ümumilikdə 21.963,67 manat, o cümlədən əsas borcu üzrə 20.720,45 manat faiz borcu üzrə 1.243,23 manat müəyyən edilmişdir. Bildirilir ki, bank tərəfindən xx.xx.2020-ci il tarixli, RPZ-0000- 905/20A saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bank "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı1 36 ay müddətinə, illik 16% dərəcəsi olmaqla, 28.517 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi Bank, borcalan İddiaçı1 və ipotekaqoyan İddiaçı2 arasında xx.xx.2020ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit götürən şəxs bank qarşısında olan öhdəliyi vaxtında icra etmədiyi üçün bank müqavilə üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədi ilə 28 saylı notariat ofisinə müraciət etmiş, bankın müraciəti əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında həmin ofisin xüsusi notariusu E.Kərimov tərəfindən icra qeydi tərtib edilərək icra olunması üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmiş, sonra ipoteka predmetinin hərracdan satışının həyata keçirilməsi məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmiş, həmin hərrac mərkəzi tərəfindən Mülki Məcəllənin və “İpoteka haqqında” AR Qanunun tələblərinə uyğun tədbirlər görülərək hərrac keçirilmiş, təkrar hərracın baş tutmaması səbəbi ilə əmlak tələbkara təklif edilmiş, tələbkarla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmışdır. Hazırda mübahisəli mənzil bankın mülkiyyətindədir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, icra qeydi əsasında müəyyən edilmiş məbləğ həqiqəti əks etdirmir. İddiaçı tərəfindən qeyd olunandan çox yüksək məbləğdə borc ödənilmişdir. Kredit götürən şəxsin bank qarşısında öhdəliyi və borcu düzgün müəyyən edilməmiş, bu da onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Hərracla bağlı isə ümumiyyətlə məlumat mövcud deyil, ipoteka predmetinin ilkin satış qiyməti, hərracların keçirilmə qaydası barədə heç bir məlumatları yoxdur. Bu səbəbdən iddiaçılar ünvan 7iat Ofisinin 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilərək onun hüquqi nəticələrinin, yəni Bank "xxxx" ASC və "xxxx" MMC arasında imzalanmış hərracın yekunlarına dair ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün həracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə icra qeydinin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “İpoteka haqqında” Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Göstərilən Qanunun 36.3-1-ci maddəsinə əsasə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə;https://e-qanun.az/framework/9902 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. “İpoteka haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Göstərilən Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Eyni Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın» 161-ci maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Təlimatın 161-ci bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göstərilən Təlimatın 165-ci bəndinə əsasən öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır. Həmin Təlimatın 169-1-ci maddəsinə əsasən 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi kredit müqaviləsi üzrə yüksək məbləğdə borcun ödənilməsinə, ödənilmiş borc məbləğinin bütövlükdə faiz borcuna silinməsi onların hüquqlarının kobud pozulmasına, hərracla bağlı onların məlumatlarının olmamasına istinad edərək, icra qeydinin ləğv edilməsini və onun hüquqi nəticələrinin, yəni hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 xx.xx.2023-cü il tarixə banka 20.720,45 manat əsas borc, 1.243,23 manat faiz borcu, cəmi 21.963,67 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların kredit müqaviləsi üzrə edilən ödənişlərin nəzərə alınmadan icra qeydində tutulması müəyyən edilən məbləğin real olmaması barədə dəlilləri təyin edilmiş mühasibatlıq ekspertizası ilə təkzib olunduğundan, həmin dəlillərlə icra qeydinin ləğv edilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin Bank "xxxx" ASC və "xxxx" MMC arasında imzalanmış hərracın yekunlarına dair ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün hərracın yekunları barədə protokolun etibarsız hesab edilməli olması barədə dəlillərinə - hərracın keçirilməsi barədə iddiaçıların məlumatsız olmaları və bununla bağlı onlara məlumat verilməməsinə dair dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən hərrac təşkilatçısı maraqlı tərəfləri keçirilən hərracın vaxtı və yeri barədə məlumatlandırmaqla özünün rəsmi internet saytında elan dərc etdirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən müvafiq hərrac bildirişləri həm tələbkar, həm də borcluların ünvanları üzrə rəsmi qaydada göndərilmiş, eyni zamanda bununla bağlı müvafiq mediada elan dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçılar hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsələr də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə məhkəmə iclasında iddiaçıların hərracın keçirilməsi barədə bildirişlərin onlara təqdim edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən iddiaçılara bildirişlərin göndərilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən həyata keçirildiyindən, hərracın və onun nəticələrinin (yekun protokolun və alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlı iddiaçıların gətirdiyi dəlillər əsassız hesab edilməli və bu səbəbdən həmin hissədə də iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçılara aid edilməli və iddiaçılardan müştərək qaydada keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bank "xxxx" ASC-yə, "xxxx" MMC-yə, ünvan 7iat Ofisinə, Səbail rayon icra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 7iat Ofisinin 8İ-2406 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilərək onun hüquqi nəticələrinin, yəni Bank "xxxx" ASC və "xxxx" MMC arasında imzalanmış Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilə dair hərracın yekunlarına dair ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün həracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İddiaçı2 və İddiaçı1 müştərək qaydada keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-688/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-688/2024
19.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver