Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-692/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi cəlb edilməklə) qarşı "reklam daşıyıcılarının sökülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi cəlb edilməklə) qarşı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvandakı əmlak kompleksi ilə ünvan 2 ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq evinin reklam daşıyıcılarının sökülməsi, əsas girişdə reklam daşıyıcılarının quraşdırılmasına icazə verilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən əmlak kompleksini alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin əmlak kompleksinə AR ƏMDK DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əvvəllər həmin ərazi “Şəfalı sü” Artoloji Mərkəz olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda həmin 2172.4 kv.m-dən ibarət daşınmaz əmlak kompleksi və 0.991490 ha torpaq sahəsi onun mülkiyyətindədir. Mülkiyyətində olan ünvan 1 ünvanda əmlak kompleksi ilə ünvan 2 ünvanda yerləşən “Şəfa” Balıq evinin hər iki tərəfə məxsus olan bir əsas girişi, əsas girişdən bir neçə metr sonra isə hər müəssisənin özünün ayrıca girişi var. O, həmin əmlak kompleksinə mülkiyyət hüququ əldə etdikdən sonra müəyyən etdi ki, ünvan 2 ünvanda yerləşən “Şəfa” Balıq evinin rəhbərliyi tərəfindən onun razılığı olmadan həm hər iki tərəfin ümumi girişi olan əsas girişə, həm də onun mülkiyyətində olan əmlak kompleksinin girişinin üzərinə özlərinin “Şəfa” Balıq evi reklam daşıyıcısı yerləşdirilmişdir. Qanunsuz olaraq onun mülkiyyətində olan əmlak kompleksinin girişinə və hər iki tərəfin ümumi girişi olan əsas girişə quraşdırılmış reklam daşıyıcılarının sökülməsi barədə “Şəfa” Balıq evinin rəhbərliyinə dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, reklam daşıyıcılarını özlərinə aid olan girişə köçürməkdən imtina etmişdir. Xəbərdarlıqların bir fayda vermədiyini gördükdən sonra məcbur qalıb “Şəfa” Balıq evinin qanunsuz olaraq yerləşdirdiy reklam lövhələrinin sökülməsi barədə aidiyyatı üzrə cavbdehə müraciət etdi. Şikayət ərizəmə əsasən ona məxsus olan əmlak kompleksinin girişindən “Şəfa” Balıq evinin yerləşdirdiyi reklam lövhəsi cavabdeh tərəfindən sökülmüş, lakin hər iki obyektin ümumi girişi olan əsas girişdəki reklam lövhəsi sökülməmişdir. Bundan sonra ikinci dəfə hər iki obyektin ümumi girişi olan əsas girişdəki reklam lövhəsinin də sökülməsi üçün müvafiq tədbirlər görülməsi barə cavabdeh təşkilata təkrarən şikayət ərizəsi ilə müraciət etdi. Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda “ünvan 1 ünvanda icazəsiz yerləşdirilmiş reklam daşıyıcısının söküldüyünü, ümumi girişdə yerləşdirilmiş reklam barəsində isə “Şəfa” Balıq evinin rəhbərliyinə xəbərdarlıq edildiyini, əsas girişin hər iki tərəfə məxsus olduğunu nəzərə alaraq həmin girişdə reklam daşıyıcısının yerləşdirilməsi yalnız hər iki tərəfin qarşılıqlı razılığı olarsa icazə verilə bilər” bildirilmişdir. ünvan 2 ünvandakı əmlak kompleksi (“Şəfa” balıq evi) əvvəl X4 adına 8 il bundan öncə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmiş, onun adına çıxarış verilmiş, daha sonra xx.xx.2019-cu il tarixdə isə "xxxx" MMC-nin adına rəsmiləşdirilərək çıxarış verilmişdir. Ərizəsində bu barədə yəni “Şəfa” balıq evinin reklam daşıyıcısının isə xx.xx.2014-cü il tarixdən bugünədək iddiaçının girişdə müvafiq icazələr alınmadan quraşdırıldığını qeyd etmişdi. Lakin ona ünvanlanmış cavab məktubundan da göründüyü kimi, cavabdeh təşkilat “Şəfa” balıq evinin rəhbərliyinə illərdir icazəsiz reklam yerləşdirdiyinə görə sadəcə xəbərdarlıq etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikasının İXM-nin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerbşdirilməsinə görə: fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunu aldıqdan sonra buna etiraz olaraq, əsas girişin hər iki tərəfə məxsus olduğunu, bu səbəbdən də əsas girişdə heç bir reklam daşıyıcısının yerləşdirliməsinə razılıq vermədiyini yazılı şəkildə cavabdehə bildirdi. Çünki “Şəfa” balıq evinə məxsus reklam daşıyıcısının yerləşdiyi girişin arxasında iki obyekt (“Şəfalı su” artroloji mərkəz və “Şəfa” balıq evi) yerləşir və bunun da onun mülkiyyətində olan “Şəfalı su” artroloji mərkəzin “Şəfa” balıq evinə məxsus olması mənasını verir. Bu isə “Reklam haqqında” AR Qanunun tələblərinə ziddir və “Şəfalı su” artroloji mərkəzin hüquqlarının pozulması deməkdir. “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Həmin Qanunun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Sadalanan normaların dispozisiyasından aydın olur ki, reklam daşıyıcıları digər sahibkarlıq subyektlərinin qanunla qorunan hüquqlarını pozmamalı və onların fəaliyyətinə xələl gətirməməlidir. Bir sözlə reklam daşıyıcıları birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində yerləşdirilməlidir. Bir neçə obyektin ümumi girişi olan girişlərdə isə digər sahibkarlıq subyektlərinin hüquqlarını pozmamalı və onların qarşılıqlı razılığı olduğu halda reklam daşıyıcısı yerləşdirilə bilər. Hansı ki, cavabdeh təşkilatın ona ünvanladaığı xx.xx.2022-ci il tarixli cavab məktubunda da “əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçririlə bilər” qeyd olunmuşdur. Lakin onun əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda sonradan cavabdeh təşkilat hansı əsaslarla “Şəfa” balıq evinin rəhbərliyinə reklam daşıyıcısının yerləşdirilməsinə icazə verməsi sual olaraq qalır. Sadalananlardan da göründüyü kimi qanunsuz yerləşdirilən reklam daşıyıcısının hər iki obyektə məxsus ümumi girişdən sökülməməsi onun hüquqlarını pozmaqla yanaşı “Haqsız rəqabət haqqında” AR Qanununun tələblərinə ziddir. Belə ki, həmin qanunun 9-cu maddəsinə əsasən haqsız rəqabətin formalarından biri də əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hər iki tətəfə məxsus olan girişin üzərindəki “Şəfa” balıq evi tərəfindən quraşdırılmış reklam daşıyıcı sökülməli və əsas girişdə reklam daşıyıcılarının quraşdlırılmasına icazə verilməsi cavabdehə qadağan edilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-692/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi cəlb edilməklə) qarşı "əsas girişdə reklam daşıyıcılarının quraşdlırılmasına icazə verilməsinin qadağan edilməsi” tələbinə dair iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddia ərizəsinə etirazını təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən görünür ki, mübahisə predmeti olan “Şəfa” Balıq evi məzmunlu reklam daşıyıcısı İdarə tərəfindən deyil, “Şəfa” Balıq evinin rəhbərliyi tərəfindən yerləşdirilmişdir. Yəni faktiki hərəkəti edən iddiaçıya məlum olduğu halda əsassız olaraq iddia tələbini İdarəyə yönəltmişdir. Beləliklə, qeyd olunan iddia ilə bağlı cavabdehin İdarə olması mümkünsüzdür. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.2.-ci bəndində tələb olunan sənədlərin siyahısında iddia ərizəsində qeyd olunan formada razılıq nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli, 1566 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət X1 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində (bundan sonra - müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmçinin “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-1-ci maddəsində bildirilir ki, açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2-ci maddəsində bildirilir ki, reklam yayıcısı, həmçinin: reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Qeyd olunan reklamın yerləşdiyi yerin xüsusi mülkiyyətdə olmadığını nəzərə aldıqda aidiyyəti üzrə həmin ünvanda reklam yerləşdirilməsi üçün hər hansı bir şəxsin razılığının alınması qanunda nəzərdə tutulmamışdır. Ona görə də, zəruri olan açıq məkanda reklam yayımlamaq üçün qanunamüvafiq qaydada müraciət edib icazənin alınmasıdır. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “əsas giriş” heç bir tərəfə məxsus deyil. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cı il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazədən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam idarəsi bu icazədə göstərilmiş şərtlərlə açıq məkanda reklam yerləşdirilməsinə icazə verir, icazə verilib **********, Qanuni nümayəndə, icazənin müddəti xx.xx.2022 il tarixdən xx.xx.2023-cü il tarixədək, yerləşdiyi ünvan və ya koordinat Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, Rİ-1/01- 03/828 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanında icazəsiz yerləşdirilmiş reklam daşıyıcısı onlar tərəfindən sökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, Rİ-1/xxxx/1091 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında icazəsiz yerləşdirilmiş reklam daşıyıcısı onlar tərəfindən sökülmüş, ümumi girişdə yerləşdirilmiş reklam barəsində “Şəfa” Balıq evinə xəbərdarlıq edilmişdir. İdarə tərəfindən aparılmış monitorinq nəticəsində həmin reklam daşıyıcısınin sökülərək qurğunun yarısı qədər ölçüdə vurulduğu aşkar edilmişdir. Əsas girişin hər iki tərəfə məxsus olduğunu nəzərə alaraq qarşılıqlı razılaşma əsasında həmin qurğuda hər ikisinin reklam yerləşdirilməsinə icazə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, Rİ-1/xxxx/1986 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanında “Şəfa" balıq evi tərəfindən icazəsiz yerləşdirilmiş reklam daşıyıcısı onlar tərəfindən sökülmüş, ümumi girişdə yeləşdirilmiş reklam daşıyıcısı barədə isə sahibkara xəbərdarlıq edilmişdir. Ümumi girişdə olan reklam qurğusunun üzərində qarşılıqlı razılıq əsasında hər iki obyektə məxsus reklam yerləşdirilə biləcəyi, belə razılıq olmadıqda isə, ümumi girişdə olan reklam qurğusunun üzərində digər obyektin fəaliyyətinə xələl gətirən reklam yerləşdirilməsinə icazə verilməyəcəyi bildirilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçi ilə «Şefa» balıq evi arasında ümumi girişdə reklam yerləşdirilməsi ilə əlaqədar razılıq əldə olunmamışdır. Razılıq əldə olunmadığı üçün "Şəfa" balıq evinin sahibkarı Qanuni nümayəndə özünə məxsus obyektin yerləşdiyi istiqamətdə girişin və obyektə gedən yolun sağ tərəfində reklam yerləşdirmiş və həmin reklamlar ərizəçinin fəaliyyət gösterəcəyi obyektə və həmin obyektə məxsus yerləşdiriləcək reklamlara heç bir maneəçilik törətməmişdir. Bildirir ki, hər bir sahibkarlıq subyektinin qanunla qadağan edilməyən qaydada öz əmtəəsini reklam etmək hüququ vardır. Ümumi istifadədə olan yolda reklam yerləşdirilməsinin müraciətdə qeyd olunan əsasla qadağan edilməsi qanunvericiliyin pozulması hesab edilir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi, hazırkı halda Qanuni nümayəndə reklam qanunvericiliyinin tələblərini pozmamış və qanunvericiliyə riayət etməklə reklam yerləşdirmişdir. Eyni qaydada ərizəçinin də açıq məkanda reklam yerləşdirmək və öz əmtəə nişanını reklam etmək hüququ vardır. Təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 24/2022 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor X2) ilə fiziki şəxs kimi fəaliyyət göstərən Qanuni nümayəndə (VÖEN **********) arasında ünvan 10 ünvanda yerləşən əmlakın ümumi sahəsindən 178,8 kv.m. sahənin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən “Şəfa” Balıq evinin rəhbərliyi tərəfindən iddiaçının razılığı olmadan həm hər iki tərəfin ümumi girişi olan əsas girişə, həm də iddiaçının mülkiyyətində olan əmlak kompleksinin girişinin üzərinə “Şəfa” Balıq evi reklam daşıyıcısı yerləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Həmin Qanunun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən haqsız rəqabətin formalarından biri də əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmasıdır. Yuxarıda qeyd olunan qanunun normalarının dispozisiyasından aydın olur ki, reklam daşıyıcıları digər sahibkarlıq subyektlərinin qanunla qorunan hüquqlarını pozmamalı və onların fəaliyyətinə xələl gətirməməlidir, əks təqdirdə müvafiq qurum reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçirilə biləcəyi halda, iddiaçının əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda, 3-cü şəxs olan “Şəfa” balıq evinin rəhbərliyi tərəfindən əsas girişdə reklam daşıyıcısı yerləşdirilmişdir və nəticədə reklam daşıyıcısının hər iki obyektə məxsus ümumi girişdən sökülməməsi iddiaçının hüquqlarını pozur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq evinin reklam daşıyıcılarının sökülməsi cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvandakı əmlak kompleksi ilə ünvan 2 ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq evinin reklam daşıyıcılarının sökülməsi cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsinə tapşırılsın. Cavabdeh Azərbaycan Respublikası X5 Bakı Şəhər Reklam İdarəsindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rusumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-692/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-692/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver