Məhkəmə qərarları › İş №e-2(009)-70/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-70/2023

10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-70/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş zərərin əvəzi olaraq, 2365 manat vəsaitin və ödənilmiş 45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “Renault Megane” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və qohumu X4 tərəfindən etibarnamə ilə idarə edilir. xx.xx.2021-ci il tarixdə, saat 14:20 radələrində X4 N.Vəzirov küçəsi ilə hərəkət edən zaman Mərdanov qardaşları ilə hərəkət edən cavabdeh Dursunova məxsus olan “Toyota Prius” markalı, 10TJ764 dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək qəza törətmişdir. Həmin vaxt “Toyota Prius” markalı, ** TJ *** dövlət nömrə nişanlı avtomobil yol vərəqəsi ilə Cavabdeh1 Nurməmməd (Nurəməd) oğlu tərəfindən idarə edilmişdir. Nəsimi RPİ-də aparılan təhqiqat zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verilmiş, Cavabdeh1 Nurməmməd (Nurəməd) oğlunun inzibati xəta törətdiyi sübuta yetirilərək, adıçəkilən şəxs cərimə edilmişdir. Bu haqda müvafiq qərar hazırki ərizəyə əlavə edilir. Bundan sonra ona məxsus avtomobilə dəymiş zərərin miqdarının müəyyən edilməsi üçün Renault avtomobillərinə servis xidməti göstərən “BəylərliServis”-ə müraciət edilmiş və avtomobilə dəymiş zərərin miqdarı 2365 manat müəyyən edilmişdir. Bundan sonra inzibati xəta törətmiş şəxs öz sığorta şirkətinə müraciət etmiş, lakin müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi qəzadan 1 neçə saat sonra icbari sığorta edilmişdir. Bu səbəbdən də sığorta şirkəti tərəfindən ödəniş edilməsindən imtina edilmişdir. Odur ki, dəymiş zərər ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Renault Megane» minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Toyota Prius» minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 1017 saylı raportundan görünür ki, xx.xx.2021ci il tarixdə saat 14:30-da X4, M.Qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində Reno markalı, ** MV *** və Toyota markalı ** TJ *** avtomobillər toqquşmuşdur. İş materiallarında olan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verdiyi izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə yol vərəqəsi ilə idarə etdiyi Toyota Prius markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan vaxt Nəsimi rayonu N.Vəzirov küçəsinin kəsişməsinə daxil olanda stop nişanın tələbinə uyğun olaraq saxlamaq üçün əyləcə basanda tormoz tutmadığı üçün Nəsimi rayonu, N.Vəzirov küçəsində hərəkətdə olan X3 etibarnamə ilə idarə etdiyi Renault Megane markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X4 xəsarət almışdır. İş materiallarında olan AE 820769 sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarında olan Kazımlı Company MMC tərəfindən Toyota Prius markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Cavabdeh1 avtomobili idarə etmək üçün yol vərəqi verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 349 nömrəli rəyindən görünür ki, «Renault Megane» minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2265 manat hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/2585 nömrəli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Renault Megane” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2135 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci - 50 (əlli) manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan “Renault Megane” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən yol vərəqi əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Renault Megane” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan avtomaşına 2365 manat ziyan vurulmuşdur. Həmin ziyanı yolnəqliyyat hadisəsini törətmiş şəxsdən və mülkiyyətçidən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vurulmuş ziyanın məbləğinin 2365 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/2585 nömrəli rəyindən görünür ki, rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Renault Megane” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2135 manat manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/2585 nömrəli rəyinə əsasən 2008-ci il buraxılışlı “Renault Megane” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 2135 manat məbləğində müəyyən edildiyindən, bu hissədə əsaslı hesab edilə bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi olan “Toyota Prius” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçi Cavabdeh2 yol-nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh1 avtomaşına hüquqi zidd yiyələnməsində Cavabdeh2 təqsiri müəyyən edilmədiyi üçün, o hazırki tələb üzrə cavabdehlik daşıya bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə 51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 41.35 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 50 (əlli) manatın 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi 2135 (iki min yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumunun 41.35 (qırx bir manat otuz beş qəpik) manat məbləğində pul tutulsun. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci - 50 (əlli) manatın 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar