Məhkəmə qərarları › İş №e-2(009)-708/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-708/2022

09.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-708/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “protokolun etibarsız hesab edilməsi və qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı protokolun etibarsız hesab edilməsi və qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 21.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı “əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışdır və həmin mülki iş (2(009)-16/2022) Səbail Rayon Məhkəməsinin digər hakimi Rəna Qafarovanın icraatına daxil olmuşdur. 09.03.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin icraatında olan, bir-biri ilə əlaqəli olan Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatında olan 2(009)-16/2022 saylı mülki işlə, Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatında olan e-2(009)-708/2022 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Səbail Rayon Məhkəməsinin digər hakimi Rəna Qafarovanın icraatına eyni tələblə bağlı mülki iş daha öncə daxil olduğundan e-2(009)-708/2022 saylı mülki iş 2(009)-16/2022 saylı mülki işlə birləşdirilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəm tələblərin birləşdirilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 33-45, 263-264, 266- 268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “protokolun etibarsız hesab edilməsi və qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair e-2(009)-708/2022 saylı mülki işin Səbail Rayon Məhkəməsinin digər hakimi Rəna Qafarovanın icraatında olan iddiaçı Cavabdeh1 İddiaçı qarşı “əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair 2(009)-16/2022 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar