Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-714/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi L.Ə.Tarverdiyevanın iştirakları ilə İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X5rşı yalnış ifadənin təkzib olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X5rşı yalnış ifadənin təkzib olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildə Qoruqda mənzil almışdır. Üç ay onu təmir etmiş, sonra Qoruq gəlib mənzilin faktiki sxemini "xxxx" MMC hüquq firmasına xx.xx.2021-ci il tarixli sorğuya cavabına uyğun qanuna uyğunluğun yoxlayıb təsdiq etmişdir. Daha sonra ondan xəbərsiz digər şəxslərə mənzilinin istifadə sahələrinə dair aktlar və məktublar vermişdir (xx.xx.2021-ci il tarixli). Bu aktın sonuncu abzasında “ünvanın həyətində hər bir mənzilin, o cümlədən 9A mənzilin də ayrıca sanitar qovşağı olduqda, mənzil daxilində istifadədə olan sanitar qovşağı və mətbəx texniki sənədlərdə öz əksini tapmamışdır və onların istismarı üçün çəkilmiş kommunikasiya xətləri texniki normativlərə cavab vermir”. Bu ifadə guya onun öz mənzilində hansısa qanun pozduğunu, oğurluq etdiyini üzə çıxarmış kimi onun şərəf və ləyaqətinə təhqirdir. Bu akta əsasən Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul olunmuş, buna əsasən mənzilinin daxilindəui kommunikasiya xətləri və sanitar qovşağı sökülmüş, foto müqayisə ilə birinci mərtəbədə yerləşən 1 kv.m.ayaqyoluna köçürülmüşdür. Mətbəx iflic vəziyyətdədir, bu səbəbdən mətbəx sahəsinin mənzilində inzibati vahid olaraq salınması üçün Bakı İnzibati Məhkəməsində iş baxışdadır. Bu prosseslər bitər-bitməz bu dəfə də Qoruq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli mövqeylərindən sonra indi də 9A mənzilinin həyətdə yerləşən 1 kv.m. sanitar qovşağının (bu əsasla mənzil daxili qovşaq sökülmüşdür) əslində guya ümumi sahə olduğunu rəsmi mövqeyində yanlış olaraq bildirməyə məcbur edilmişdir. Bu səbəbdən o, Qoruğa 9A mənzili sahələrinin real hüquqi vəziyyətə dair müraciətinə Qoruq xx.xx.2023-cü il tarixli cavabında “Ünvanda sahələrin real hüquqi vəziyyətinə dair Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinə ünvanlanan xx.xx.2023cü il daxilolma tarixi, A-82 daxilolma nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar mühəndislər tərəfindən ünvanda araşdırma işləri aparılmış və bildiririk ki, binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanitar-qovşaq (hamam), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşaq (tualet), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşağının sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın surətindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir. Qeyd: məlumat üçün bildiririk ki, ümumi həyətdə qeyd olunan sanitar qovşağın sahəsi 1,0 kv.m. olan bir ədədi sizə məxsus M.Mənsur ev 94, mənzil 94A ünvanın texniki pasportunda öz əksini tapmışdır. Qeydiyyat nömrəsi: 11 16058226 xx.xx.2016-cı il” bildirmişdir. Hazırda bu cavabı verən şəxs vəzifəsini dəyişmişdir. Lakin onun mülkiyyətində olan 1 kv.m. sahənin binanın ümumi istifadə sahələrinə aid edilən ifadəsi onun mülkiyyətçi hüquqlarını şübhə altına alır. Bu sahələrdən yalnız sanitar-qovşaq (hamam) otağı 94A mənzilinin bir hissəsidir (bu sahə isə vətəndaş Süleymanova Ziba tərəfindən məhkəmədə mübahisələndirir), yerdə qalan 1 kv.m. və 1.2 kv.m. sahə sonradan 9A mənzilinin istifadəsi üçün inşa olunması Qoruq İdarəsinin 184 saylı xx.xx.2002-ci il tarixli məktubu ilə təsdiqini tapır. O, 9A mənzilini Mehman həkimdən alanda və Mehman həkim bu evi Samirdən alanda 1 kv.m. ayaqyolu Cavabdeh MİS rəisinin imzası ilə AR SSR Bakı Xalq Deputatları Komitəsinin Şəhərsalma, Memarlıq və Arxitektura İdarəsinin cavabdehdə X1 mbhürü ilə təsdiqini tapmaqla 9A mənzilinə verilmiş texniki pasport əvəzləyici sxem əsas götürülüb. 94 həyətinin köhnə foto şəkillərindən həyətdə 1 kvadrat və 1.2 kvadrat sahələrinin sonradan inşa olunduğu hələlik yerinin boş olduğu aydın görünür. Köhnə sahib Mehman həkimin “Azərsu” və “Azəriqaz” ilə 1997-ci ildən müqaviləsinin olması, bu sahənin ayrıca mülkiyyətçi abonent tərəfindən istifadə olduğunu təsdiqləyir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94 ona məxsus mənzil 9A-ya daxil 1 kv.m.əmlaka dair verilmiş xx.xx.2023-cü il tarixli, V-01/05/168 saylı cavab məktubunda Qoruq adından (Mənzil Kommunal və Təmir Xidməti tərəfindən) yanlış verilmiş “binanın ümumi istifadə sahələrinə aid edilən” ifadələri məhkəmə qaydasında təkzib edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, o, hesab edir ki, cavabdeh tərəfindən ona ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda ona mülkiyyət hüququ üzrə məxsus olan və texniki pasportunda əks olunan 1 kv.m. sahəli sanitar qovşaq ümumi istifadədədir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh Mənzil Kommunal və Təmir Xidmətinin V- 01/05/168 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9A ünvanında mühəndislər tərəfindən araşdırma aparılmış və binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanitar-qovşaq (hamam), işlək vəziyyətdə olan 1 ədəd sanitar qovşağın sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın surətindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, ümumi həyətdə qeyd olunan sanitar qovşağının sahəsi 1,0 kv.m.olan bir ədədi iddiaçıya məxsus M.Mənsur ev 94,mənzil 9A ünvanının texniki pasportunda öz əksini tapmışdır. Yəni iddiaçının sorğusuna əsasən verilən məktubda onun texniki pasportunda əks olunan 1 kv.m. sahəli sanitari qovşağın ümumi istifadədə olması qeyd olunmamışdır. Ona görə də qaldırılan iddianı əsaslı hesab etmir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Texniki nəzarət şöbəsinin müdiri Bəxtiyar Quliyev, mühəndisi Vahid Mirzəyev və iş icraçısı Bayram Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, tərəflərdən xx.xx.2021-ci il tarixdə M.Mənsur 94 mənzil 12 ünvanında yaşayan sakin X3 tərəfindən MKTX-ə daxil olmuş 07 yanvar V-6 saylı müraciətinə əsasən sözügedən mənzilin tavanına baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: -M.Mənsur 94 ünvanı Yerli əhəmiyyətli tarixi abidədir. İnventar nömrəsi 2545-dir, 1850-ci ildə inşa edilmişdir. Yaşayış binasıdır. -Tərəflərindən sözügedən M.Mənsur 94 mənzil 12 ünvanında baxış keçirilmiş və mənzilə tavanlardan su sızması halları və alçipan örtüyünün nəmlikdən qabarması müşahidə olunmuşdur. -Bununla əlaqədar M.Mənsur 94 mənzil 9a ünvanında araşdırmalar aparılmış və həqiqətən suyun sanitar qovşaq və mətbəxin kanalizasiya xətlərinin nasazlığı səbəbindən baş verməsi təsdiq olunmuşdur. - Araşdırmalar zamanı M.Mənsur 94 mənzil 12 ünvanının mülkiyyətçisi X4 tərəfindən onun mənzilinə M.Mənsur 94 mənzil 9a ünvanından su sızması halları 2017-2018 illərdə də baş verməsi müəyyənləşdirildi. Belə ki, su sızmaları ilə əlaqədar Yahyayev Rəşadın həmin illərdə müraciətləri əsasında Mənzil kommunal və təmir xidmətinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılmış və müvafiq qaydada xəbərdarlıq olunmaqla aktlaşdırılmışdır. - Eyni zamanda M.Mənsur 94 mənzil 9a ünvanında tərəflərindən mənzilin texniki pasporta uyğunluğu da araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ünvanın həyətində hər bir mənzilin, o cümlədən 9a mənzilin də ayrıca sanitar qovşağı olduqda, mənzil daxilində istifadədə olan sanitar qovşağı və mətbəx texniki sənədlərdə öz əksini tapmamışdır və onların istismarı üçün çəkilmiş kommunikasiya xətləri texniki normativlərə cavab vermir. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən "xxxx" Hüquq Firmasına ünvanlanmış ünvan 1xemindən görünür ki, mənzil 2 mərtəbədən ibarətdir, ümumi sahəsi 38,03 kv.m., yaşayış sahəsi 26,26 kv.m. təşkil edir, 2-ci mərtəbədə 17.04 kv.m. və 9,22 kv.m. olan 2 yaşayış sahəsi, 8,94 kv.m. olan dəhliz-mətbəx, 1,83 kv.m. olan sanitar qovşağı, 1-ci mərtəbədə 1 kv.m. olan ayaqyolu yerləşir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin, ümumi sahəsi 38,3 kv.m. olan 9a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin 9a saylı mənzili 1 və 2 mərtəbədən ibarətdir, ümumi sahəsi 38,03 kv.m., yaşayış sahəsi 26,26 kv.m. təşkil edir, 17,0 kv.m. olan yaşayış otağından, 8,9 kv.m. olan dəhlizdən, 1,8 kv.m. olan sanitar qovşağından, 9,2 kv.m. olan yaşayış otağından, 1,0 kv.m. olan sanitar qovşağından ibarətdir. İş üzrə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, V-01/05/168 saylı məktubun surətindən görünür ki, ünvanda sahələrin real hüquqi vəziyyətinə dair Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinə ünvanlanan xx.xx.2023-cü il daxilolma tarixi, A-82 daxilolma nömrəli müraciətinə baxılmışdır. Müraciəti ilə əlaqədar mühəndislər tərəfindən ünvanda araşdırma işləri aparılmış və bildirirlər ki, binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanitar-qovşaq (hamam), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşaq (tualet), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşaqının sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın surətindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir. Qeyd: məlumat üçün bildirirlər ki, ümumi həyətdə qeyd olunan sanitar qovşağın sahəsi 1.0 kv.m. olan bir ədədi İddiaçı məxsus M.Mənsur ev 94, mənzil 9A ünvanın texniki pasportunda öz əksini tapmışdır. Qeydiyyat nömrəsi: **********, xx.xx.2016-cı il. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin 94a saylı mənzili 2016-cı ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının texniki pasportunda sahəsi 1 kv.m. olan sanitar qovşağın 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməsi qeyd edilmiş, həmin sanitar qovşaq M.Mənsur küçəsində yerləşən 94 saylı evin ümumi istifadədə olan həyətin girişinin sağında yerləşir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh təşkilatın ona ünvanlandığı xx.xx.2023-cü il tarixli cavab məktubunda onun mülkiyyətində olan 1 kv.metr sahənin “binanın ümumi istifadə sahəsinə aid edilən” ifadəsi onun mülkiyyətçi hüquqlarını şübhə altına alır. Bu sahələrdən yalnız sanitar-qovşaq 94 binasının bir hissəsidir. O, hesab etmişdir ki, “binanın ümumi istifadə sahəsinə aid edilən” ifadəsi onun şərəf və ləyaqətinə təhqirdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94 ona məxsus mənzil 9A-ya daxil 1 kv.m.əmlaka dair verilmiş xx.xx.2023-cü il tarixli, V-01/05/168 saylı cavab məktubunda Qoruq adından (Mənzil Kommunal və Təmir Xidməti tərəfindən) yanlış verilmiş “binanın ümumi istifadə sahələrinə aid edilən” ifadələri məhkəmə qaydasında təkzib edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, yalnız reyestrdə qeydiyyata alındığı andan sonra şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaranmış olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus mənzilin texniki pasportunda əks olunan 1 kv.m. sahəli sanitar qovşağın “ümumi istifadə sahələrinə aid edilən” girişdən sağda yerləşməsi barədə ona verilən cavab onun mülkiyyət hüququnu şübhə altına alınması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi qanunvericilik daşınmaz əmlakın şəxsin mülkiyyətində olmasını reyestrdə qeydiyyatda alındığı vaxtdan yaranmasını müəyyən etdiyi kimi, mülkiyyətində olan daşınmaz əmlakın texniki göstəricilərinin texniki pasportda əks olunmasını da müəyyən edir. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktub iddiaçının texniki pasportunda əks olunan sahəsi 1 kv.m. olan sanitar qovşağın ümumi istifadədə olan həyətdə yerləşməsi barədədir. Yəni həmin məlumat reallığı əks etdirir, həmin məlumatın məhkəmə qaydasında təkzib edilməsi barədə tələb əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Göstərilən Məcəllənin 36.4.2-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə hüququ yoxdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilən məlumatlar həqiqəti əks etdirdiyindən və mülkiyyətçi kimi iddiaçının hər hansı hüquq və mənafeyinə toxunmadığından və onu pozmadığından, iddiaçının şərəf və ləyaqətinə toxunan məlumatlar kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X5rşı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94 ona məxsus mənzil 9A-ya daxil 1 kv.m.əmlaka dair verilmiş xx.xx.2023-cü il tarixli, V-01/05/168 saylı cavab məktubunda Qoruq adından (Mənzil Kommunal və Təmir Xidməti tərəfindən) yanlış verilmiş “binanın ümumi istifadə sahələrinə aid edilən” ifadələri məhkəmə qaydasında təkzib edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-714/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-714/2025
11.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver