Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-728/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1373C ünvanda (yeni qaydalarla: ünvan 2 92) yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh, işçilərinin, onunla bağlı olan digər şəxslərin çıxarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 manat maddi, 5000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən tutulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-728/2024 saylı qərardadı ilə həmin iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək hazırda mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1373C ünvanda (yeni qaydalarla: ünvan 2 92) yerləşən torpaq sahəsi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsində Cavabdeh tərəfindən iddia qaldırılmış və mülki iş Yasamal rayon Məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Hesab edir ki, həmin mülki işlər bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməlidir. Bu səbəbdən məhkəmədən mülki işin iddiaçı Cavabdeh Yasamal rayon Məhkəməsində qaldırdığı və hakim A.Sultanova-Məmmədovanın icraatında olan mülki işlə birləşdirilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçənın nümayəndəsi həmçinin hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsi və mülki işin Yasamal rayon Məhkəməsində baxılan 2(004)-878/2024 saylı mülki işlə birləşdirilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlıməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-878/2024 saylı mülki işlə birlikdə bir icraatda birləşdirilərək baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X1 cavabdehlər M.İ.Hüseynova, F.F.Axundova və İ.İ.Quliyevaya qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1373C ünvanda yerləşən bağ sahəsinin satılmasına dair bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehlərin adına verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsinin geri qaytarılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi A.Sultanova-Məmmədovanın icraatına xx.xx.2023-cü il tarixdə verilmiş, hakim tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş, mülki işin 2024-cü ilə keçid nömrəsi 2(004)- 878/2024 kimi qeydiyyata alınmış, həmin mülki işin növbəti hazırlıq iclası xx.xx.2024-cü il tarixən təyin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı X1 həmin mülki iş üzrə iddia tələbinin həçminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həcmi artırılmış tələblərdən biri hazırki mülki iş üzrə iddiaçı X2 qarşı yönələrək hazırki iddia tələbinin predmeti olan və hazırda İddiaçı mülkiyyətində olan bağ sahəsinin İddiaçı satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hazırki mülki iş üzrə iddia tələbinin əsasını iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1373C ünvanda (yeni qaydalarla: ünvan 2 92) yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mövcud olması təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddia ərizəsində tələblərdən biri hazırki iş üzrə iddiaçıya qarşı yönəlmiş və hazırki mülki işin mübahisə predmeti olan daşınmaz əmlakla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə əlaqədardır. Yəni, hazırki iddia tələbinin əsasını təşkil edən hal başqa məhkəmə icraatında olan baxılan işdə mübahisələndirilmişdir. Həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqədar olduğundan onların bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Həm Səbail rayon Məhkəməsinin icraatında, həm Samux rayon məhkəməsinin icraatında olan mülki işlər üzrə tərəflər eyni olmaqla mübahisə predmeti də eynidir. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, hər iki mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş ilkin olaraq icraata götürülmüş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədovanın icraatında olan 2(004)878/2024 saylı mülki işlə birləşdirilməlidir. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan, həmçinin AR MPM-nin 258-ci madəsinə əsasən isə iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normalara əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, icraatın dayandırılması barədə ərizənin təmin edilməməsi və bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsindən cavabdehin çıxarılması tələblərinə dair 2(009)-728/2024 saylı mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədovanın icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı qaldırdığı 2(004)-878/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-728/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-728/2024
29.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver