Məhkəmə qərarları › İş №e-2(009)-752/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-752/2023

06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-752/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndələri və vəkilləri Vəkil1 və T.A.Xanəliyevin, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçılar X19 və onun həyat yoldaşı Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 539A saylı bağ evində yaşayaraq bağın saxlanmasna, qulluq edilməsinə işinə baxmış və bu işin görülməsi üçün xidmət haqqı almışlar. İddiaçı2 ailəsi ilə bağ sahibi olan Bağırovlar ailəsi arasında uzun illər ərzində biri-birinə inam və hörmət üzərində qurulan səmimi münasibətləri olmuşdur. Həmin ərazidə Maraqlı şəxs mərhum atası və həyat yoldaşından qalan bağ sahəsinin faktiki ərazisi 0,5 hektardan çox olmuş və bu bağa uzun illər ərzində onlar tərəfindən qulluq göstərilməklə daş hasara alınmış, darvaza qapı qoyulmuşdur. X4 dünyaca məşhur alim, dünya yarımkeçirici elektronikasın banilərindən biri, elektronika sahəsində yaddaş elementləri, lazer, çip texnologiyası, alternativ energetika, foto element və sair müasir innovativ elm sahələri üzrə 1000 çox elmi məqalənin və dünyanın bir çox aparıcı ölkələrində 400 yaxın patent almış ixtiraların müəllifi olmaqla uzun illər Azərbaycan Respublikasının (Azərbaycan SSR) X6 vəzifəsində çalışmışdır. Eyni zamanda, Maraqlı şəxs həyat yoldaşı Toğrul Bağırov 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləmişdir. 1997-ci ildən X33 Akademiyasının müxbir üzvü olmaqla, BMT-nin X22 üzrə baş eksperti, Bakı Nobel İrsi Fondunun sədri olmuş, İsveç Krallığı tərəfindən “X43” ordeni və Fransa Respublikasının Prezidenti tərəfindən “Fəxri Legion” ali ordeni ilə təltif edilmiş tanınmış Azərbaycanlı alimdir. Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti tanınmış Azərbaycanlı alim Toğrul Bağırovun vəfatından kədərləndiyini bildirərək, ailəsinə dərin hüznlə başsağlığı vermişdir. Hazırki mübahisəli bağ sahəsi Maraqlı şəxs atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla, sonradan onun istifadəsinə keçmişdir. Bağ sahəsinin yaşayış yeri olan hissəsi Maraqlı şəxs tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, Bağırovlar ailəsinin yaşayış yeri olan sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan 543 saylı 0,10 ha bağ sahəsi və 543A saylı 0,09 ha bağ sahəsi də olmuşdur. X24 543 saylı 0,10 ha bağ sahəsini və 543a saylı 0,09 ha bağ sahəsini həyat yoldaşı Maraqlı şəxs adına dövlət qeydiyyatına aldırmaq istədikdə, həmin vaxt Maraqlı şəxs Azərbaycan Respublikasından kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır. Belə ki, X16 əmək fəaliyyəti və faktiki olaraq yaşayış yeri Rusiya Federasiyasının Moskva şəhərində olduğu üçün onun həyat yoldaşı Maraqlı şəxs isə vaxtının çox hissəsini Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasında və ya qızının təhsil aldığı İsveçrədə keçirmişdir. xx.xx.2019-cu il tarixdə X9 şəhərində vəfat etmişdir. Əldə edilmiş materiallar, səs yazısı və ifadələr əsasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X16 vəfatından sonra yaranmış vəziyyətdən suiistifadə edən mərhum Toğrul Bağırovun qardaşı oğlu Cavabdeh iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 yaxınlaşaraq bu bağ sahələrinin Maraqlı şəxs istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmalı olduğunu və heç nədən narahat olmamaqlarını bildirmişdir. Bundan sonra cavabdeh iddiaçılardan öz adına etibarnamələr almış və həmin torpaq sahələrini digər şəxslərə sataraq, alqı-satqıdan əldə etdiyi pulları mənimsəmiş və bununla da iddiaçılara külli miqdarda zərər vurmuşdur. Maraqlı şəxs 2021-ci ilin may ayında Mərdəkan qəsəbəsində qonşuluqda yaşayan xalası qızı Ülviyyə Mikayılova ilə söhbət zamanı sonuncu ona mübahisəli bağ sahəsində ev inşa edildiyini ondan soruşmuşdur. Maraqlı şəxs ona bu barədə heç bir məlumatının olmadığını və hansı halda kimlərin orada ev tikdirdiklərini aydınlaşdıracağını bildirmiş, sonra işlərində ona kömək edən X10 və X25 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. Onlar xx.xx.2021-ci il tarixdə birlikdə olarkən zəng edərək Cavabdeh və İddiaçı2 torpaqlarla bağlı məsələni soruşmuşlar. X24 xx.xx.2019-cu ildə Moskva şəhərində vəfat etdiyi halda, Cavabdeh yalan danışmaqla bağ sahəsinin Toğrul muəllim tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini söyləmişdir. İddiaçı2 isə zəng zamanı bildirmişdir ki, “həri, xəbəri var, Rüfət o vaxt gəldi, Rüfət gəldi-getdi, kiminlə razılaşdırdırmışdır ki? Sualına bilmirəm, Vallah, 7-8 ay olar da Rüfət gəlmişdi, dedi Sevinc xanım bilir, … hamısı bilir…” cavabı vermişdir. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, Cavabdeh xx.xx.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq, guya torpaqları 2019-cu ildə vəfat etmiş mərhum əmisi Toğrul Bağırov tərəfindən özgəninkiləşdirdiyini deməklə, onları da aldatmağa cəhd etmişdir. Bu zəngə aid olan danışıqlar X10 məxsus olan “Samsung Galaxy J6” markalı mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edilməsi üçün “X15” MMC-nə təqdim edilmişdir. “X15” MMC-nin 594 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizası növündə mütəxəssis rəyində səsin və şifahi nitqin tədqiqinə dair mütəxəssis rəyində danışıqların mətnləri qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, Cavabdeh iddiaçlar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 guya Maraqlı şəxs mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui-istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər şəxslərə satmışdır. Belə ki, Bakı şəhəri 5 saylı Notariat ofisi xx.xx.2021-ci il tarixli, 943 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-103 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-104 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsi X20 36.500 manat və 543a saylı 0,09 ha bağ sahəsini X20 33.000 manata satmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2672 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-42 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-43 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha torpaq sahəsi X26 tərəfindən X12 70.000 manata və 543a saylı 0,09 ha bağ sahəsini 60.000 manata satmışdır. Notariat işinin materiallarından aydın olur ki, X12 xx.xx.2021-ci il tarixdə X26 tərəfindən 543 və 543A nömrəli bağ sahələrinin müvafiq olaraq 0,10 və 0,09 ha satıldıqdan sonra Maraqlı şəxs faktiki olaraq sahibliyində və istifadəsində olan, həmçinin ümumi hasar daxilində olan qalan ərazi, yəni 0,245 ha bağ sahəsi, qanunsuz olaraq, onların adına özəlləşdirilmiş və X12 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və daşınmaz əmlakın reyestr nömrəsi **********64 olan Çıxarış verilmişdir. X7 tərəfindən Maraqlı şəxs, faktiki olaraq, sahibliyində və istifadəsində və ümumi hasar daxilində olan, 0,245 ha bağ torpaq sahəsi də, qanunsuz olaraq X17 tərəfindən zəbt edilmiş və özəlləşdirilmişdir. “X15” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 593 nömrəli Hesabatında (543) qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 1 ünvanda yerləşən 0,3350 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin qiyməti 14501 manat müəyyən edilmişdir. “X15” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 593 nömrəli Hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2 ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin qiyməti 14800 manat müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin bazar dəyərindən qat-qat aşağı qiymətə satılıb-alınması, Sevinc Bağırovlar ailəsi tərəfindən hasara alınmış 0,250 ha yaxın torpaq sahəsinin qanunsuz və əsassız olaraq (ilkin hüquqmüəyyənedici sənədlər olmadan) mülkiyyət hüququ əldə edilməsi cavabdehin digər şəxslərlə əlbirliyinin və aralarında qanunsuz sövdəşmələrin olması anlamına gəlir. Mübahisəli torpaq sahəsinə dair müvafiq əqdlərin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə onların tələbləri təmin edilməmiş və əqdlərin etibarlığı məhkəmə tərəfindən də tanınmışdır. Halbuki, həmin işin faktiki hallarından görünür ki, Cavabdeh iddiaçılar Elçin və Samidə Əliyevlərə yaxınlaşaraq, rəsmiyyətdə onların mülkiyyətlərində olan, lakin faktiki olaraq hazırki işdə maraqlı şəxs olmaqla, torpaq sahəsinin əsl sahibi olan Maraqlı şəxs tərəfindən satmaq istəməsinə dair yalan məlumat verməklə, onları aldadıb xx.xx.2020-ci il tarixdə etibarnamə almışdır. İddiaçılar Cavabdeh Maraqlı şəxs ilə qohum olmasına, eləcə də əvvəllərdə bu torpaq sahələrinin sənədləşdirməsi və sair işlərdə mərhum Toğrul Bağırova köməklik etməsindən onun sözünə inanmaqla, bu etibarnamələri cavabdehə vermişlər və bu etibarnamələri Maraqlı şəxs maraq və mənafelərinin təmin edilməsi üçün təqdim etdiklərini düşünmüşlər. Onların Cavabdeh tərəfindən aldadılaraq etibarnamə verdiklərinə dair işin mühüm halını yalnız xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən məsələ soruşulduqdan sonra anlamışlar. İşin bu halı məhkəmədə iddiaçıların izahatı, şahidlərin ifadəsi və sair sübutlarla tam təsdiq olunduğu halda, məhkəmə ümumiyyətlə aldadılma təsiri ilə əqd bağlanması məsələsini araşdırıb maddi hüquq normasını tətbiq etməli olduğu halda, aldatma faktına heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işdə maraqlı şəxs olan Maraqlı şəxs bu torpaqlara dair hüququnun olmasını ehtimal olsa da, sonda iddiaçıların hüquqların pozulması ilə bağlı müdafiə müddətinin artıq xx.xx.2021-ci il tarixdə, yəni 1 ildən sonra keçdiyi qənaətinə gələrək iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə işdə maraqlı şəxs olan Maraqlı şəxs bu torpaqlara dair subyektiv hüququnun olmadığı qənaətinə gəlməklə aldatma faktını araşdırmaqdan belə imtina etməklə, əqdin həqiqiliyini tanımışdır. Baxmayaraq ki, işin çox mühüm faktiki hallarından, yəni onların izahatı, şahidlərin ifadəsi, telefon danışıqları və ekspert rəylərindən görünür ki, Cavabdeh iddiaçılar Elçin və Samidə Əliyevlərdən torpaq sahəsinin əsl sahibi olan Maraqlı şəxs tərəfindən satmaq istəməsinə dair yalan məlumat verməklə onları aldadıb, xx.xx.2020-ci il tarixdə etibarnamələrin alınmasına nail olmuşdur. Həmin vaxt onların artıq Maraqlı şəxs aid bağa qulluq etməməyi, başqa yerdə yaşadıqları, Maraqlı şəxs aid telefon nömrəsinin onlarda olmamağı (Maraqlı şəxs çox vaxt Azərbaycan kənarda yaşaması faktı onlara məlum idi və mülki iş materiallarına əlavə edilmiş ümumvətəndaş (xarici) pasportda olan Azərbaycan Respublikası sərhəd hüdudlarına giriş-çıxış qeydləri ilə təsdiq edilir), Bağırovlar ailəsinin başçısı Toğrul Bağırovun vəfat etməsi səbəblərdən bunu dəqiqləşdirmək imkanları olmamışdır. Digər bir tərəfdən Covid-19 pandemiyası ilə əlaqədar təhlükəsi virusun yayılmasının qarşısı alınması üçün Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə onlar bir-biri ilə ünsiyyətdə olmaq imkanına malik olmadıqları halda hüquqlarının pozulduğunu necə bilərdilər və ya bilməli idilər? Digər tərəfdən iddiaçılar Elçin və Samidə Əliyevlər etibarnamə verərkən aldadılmamışdırlarsa, onda nə üçün mülkiyyətlərində olan torpaq sahələri üçün Cavabdeh etibarnamə verməli idilər, nə üçün torpaq sahələri satıldıqdan sonra onlar əldə olunan pul vəsaitini cavabdehdən tələb etməmişlər, Cavabdeh bu pul vəsaitini onlara verməmişdir (pulun verilməsinə dair heç bir təsdiqedici sənəd yoxdur), nə üçün torpaq tez-tələsik dəyərindən aşağı qiymətə satılmışdır. İşin həqiqi və mühüm hallarına aid olan bu məsələlər məhkəmə tərəfindən aparılsa da, düzgün hüquqi qiymətini almamışdır. Məhkəmənin bu mövqeyindən sonra artıq onlar işin digər hüquqi hallarını nəzərə alaraq, cavabdehin etibarnamə almaqla tapşırıq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyin yerinə yetirilməməyi əsası ilə hazırkı iddia tələbinin verilməsi zərurəti yaranmışdır. xx.xx.2020-ci il tarixli Ə4-103 nömrəli notariat işinin surətindən göründüyü kimi, Cavabdeh **********1 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 hektar bağ sahəsi onun tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli, 017037 nömrəli etibarnamə əsasında cavabdeh tərəfindən X20 36.500 manata satmış (Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2672 nömrəli məktubunun və həmin məktuba notariat qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-43 nömrəli notariat işindən göründüyü kimi, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543a saylı 0,09 ha bağ sahəsi X26 tərəfindən X12 60.000 manata satmışdır. X17 da sonradan həmin sahənin bir hissəsini başqa şəxslərə satmışdır), lakin tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğu halda həmin məbləği iddiaçıya hazırki vaxta kimi verməmişdir. Bundan başqa, cavabdeh, vəkalət alan şəxs kimi, tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verən iddiaçının haqlı mənafelərini müdafiə etməklə, torpaq sahəsini real bazar qiymətinə satmalı olduğu halda, bunu etməyərək, iddiaçıya 96.700 manat məbləğində maddi ziyan da vurmuşdur. Belə ki, “X15” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 3 ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin bazar qiyməti 14.800 manat müəyyən edilmişdir. Nəticədə cavabdeh İddiaçı2 aid torpaq sahəsini ən azı 133.200 manat satmalı olduğu halda, bunu etməyərək və ya yayılmış acı təcrübəyə uyğun olmaqla edərək, alqı-satqının davamını notariat orqanından kənarda tamamlamaqla, torpaq sahəsinin satışını 36.500 manat qeydiyyata almaqla, iddiaçıya yuxarıda qeyd edilən 96.700 manat maddi ziyanı da vurmuşdur. xx.xx.2020-ci il tarixli, Ə4-104 nömrəli (22 vərəqdə) notariat işinin surətindən göründüyü kimi, Cavabdeh **********6 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsi onun tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli, 017036 nömrəli etibarnamə əsasında cavabdeh tərəfindən X20 33.000 manata satmış (Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2672 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-42 nömrəli notariat işindən göründüyü kimi, Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0,10 ha bağ sahəsi X26 tərəfindən X12 70.000 manata satmışdır), lakin cavabdeh tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğu halda həmin məbləği iddiaçıya bu günə kimi verməmişdir. Bundan başqa, cavabdeh, vəkalət alan şəxs kimi, tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verən iddiaçının haqlı mənafelərini müdafiə etməklə, torpaq sahəsini bazar qiymətinə satmalı olduğu halda bunu etməyərək, iddiaçıya 112.100 manat məbləğində maddi ziyan da vurmuşdur. Belə ki, “X15” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 4 ünvanda yerləşən 0,3350 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat müəyyən edilmişdir. Yəni alqı-satqı predmeti olmuş 0.01 ha torpaq sahəsinin qiyməti 14.501 manat müəyyən edilmişdir. Nəticədə cavabdeh İddiaçı1 aid torpaq sahəsini 0,10 ha ən azı 145.100 manat satmalı olduğu halda, bunu etməyərək torpaq sahəsini 33.000 manat satmaqla iddiaçıya yuxarıda qeyd edilən 112.100 manat maddi ziyan da vurmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 ha hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunan 36.500 manat və tapşırığı vicdanla icra etməyərək dəyən zərər qismində 96.700 manat, ümumilikdə 133.200 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı2 verilməsi, İddiaçı1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4-104 nömrəli alqısatqının icrası nəticəsində əldə olunan 33.000 manat və tapşırığı vicdanlı icra etməyərək dəyən zərər qismində 112.100 manat, ümumilikdə 145.100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, torpaq sahələri Maraqlı şəxs məxsusdur. Sevinc xanımın həyat yoldaşı Toğrul müəllim onlara çox kömək etmişdir, hətta maşın da almışdır. Sevinc xanım Azərbaycanın hüdudlarından kənarda olduğu üçün və torpaq sahəsi çox olduğu üçün onun bir hissəsi onun adına, digəri həyat yoldaşı Samidənin adına, üçüncü hissəsi isə Toğrul müəllimin sürücüsü Namiqin adına rəsmiləşdirilmişdir. Rüfət Toğrul müəllimin yanına gəlib-gedirdi, onun işlərini və tapşırıqlarını yerinə yetirirdi. Ailənin yaxın üzvü idi. Torpaq sahələrinin satılması ilə bağlı Rüfət etibarnamə verilməsini istəmiş və bildirmişdir ki, Sevinc xanımın məlumatı var. Sevinc xanımın əlaqə nömrəsi onda olmadığı üçün o, bunu ondan soruşa bilməmişdir. Satış pulunu alıb Sevinc xanıma verəcəkdir. Ortada xəyanət olub. Pul Sevinc xanıma verilməyib. O, torpağın satılmasını Sevinc xanımdan eşitmişdir. Torpaq Rüfətə məxsus olmayıb. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdikləri ehtimal xarakterlidir, heç bir sübuta söykənmir. Qaldırılan iddianı isə əsaslığını təsdiq edən kifayət qədər sübutlar var. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili X13 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, torpaq sahələri üzərində mülkiyyət hüquqları iddiaçılara məxsus olub. Həmin torpaq sahələrinin satışından əldə olunan pul vəsaiti mülkiyyətçilərə verilməyib, dəyərindən kifayət qədər aşağı satılıb, eyni zamanda mülkiyyətçilərə bununla bağlı da zərər yetirilib. Bu halları təsdiq edən kifayət qədər sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisəli torpaq sahələri nümayəndəsi olduğu şəxsə məxsus olub. Belə ki, 3-cü şəxs qismində keçən Maraqlı şəxs həyat yoldaşı mərhum Toğrul Bağırov Cavabdeh əmisi olmuş, özünə məxsus torpaq sahəsi yaxınlığında torpaq əldə etməsini ona tövsiyə etmiş, bu məqsədlə Cavabdeh 3 müxtəlif sahəli torpaq sahəsi əldə etmiş, özü Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olduğu üçün sahəsi 0,245 ha olan 541 saylı bağ sahəsini qardaşı Fuad Bağırovun adına,sahəsi 0,09 ha olan 543a saylı bağ sahəsini iddiaçılardan İddiaçı2, sahəsi 0,10 ha olan 543 saylı bağ sahəsini İddiaçı1 adına rəsmiləşdirmişdir. Hər üç bağ sahəsi bir hasarın daxilindədir, iddiaçılar da iddia ərizəsində bunu qeyd etmişlər. İddiaçıların adına bağ sahələrinin rəsmiləşdirilməsini əmisi Toğrul Bağırov məsləhət görmüş, həmin şəxslərin onun bağ sahəsinə qulluq etməsini və etibarlı olmalarını bildirmişdir. Bağ sahələrinin cavabdehə məxsus olması hələ 2006-cı ildən iddiaçılar tərəfindən cavabdehin adına daşınmaz əmlakla əlaqədar bütün hüquqların həyata keçirilməsinə dair verilmiş etibarnamələr, vahid hasar daxilində olan 541 saylı bağ sahəsinin qardaşı Fuadın adına olması, eyni zamanda iddiaçılar tərəfindən təkrar 2016 və 2021-ci illərdə cavabdehin adına təkrar verilmiş etibarnamələr təsdiq edir. Əgər cavabdehin iddiaçıların iddia etdiyi kimi torpaq sahələri faktiki Maraqlı şəxs məxsus olardısa, cavabdeh həmin əmlakı da onun faktiki sahibinə qaytarardı. Belə ki, əmisi Toğrulun ailəsinə bir neçə restoran, daşınmaz əmlak, “Bentli” markalı bahalı avtomaşın məxsus olduğu üçün həmin əmlakları onlara qaytarmışdır. Cavabdeh özünə məxsus olan torpaq sahəsini satdığı üçün satışdan əldə edilən pul vəsaitini də özü götürmüş, onu heç kimə verməli deyildir. Yalnız körpünün altında uzun müddət bağ sahəsinə baxdığı və əziyyət çəkdiyi üçün 5000 manatı İddiaçı2 vermişdir. İddiaçılar torpağın real bazar qiymətindən aşağı satılmasını da bildirir. Qeyd edir ki, cavabdeh tərəfindən torpaq sahələri satılarkən, həmin sahələr baxımsız vəziyyətdə olmuş, bağlara gedən yol mövcud olmamış, torpaq sahələri real bazar qiymətinə satılmış, əgər satış qiyməti reallığı əks etdirməsə idi, notariat orqanı alqı-satqını rəsmiləşdirə bilməzdir. Nümayəndə həmçinn göstərmişdir ki, İddiaçı2 də məhkəmə iclasında torpağın onlara məxsus olmamasını bildirmişdir, lakin torpağın faktiki sahibi Cavabdehdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-104 nömrəli, xx.xx.2020-ci il tarixli notariat işinin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 12 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 mülkiyyətindədir; - Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı1 tərəfindən ünvan 12 ünvanında yerləşən 0,10 ha bağ sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s.,Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibarnamə verilmişdir; - İddiaçı2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən və “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, o, arvadı İddiaçı1 məxsus olan ünvan 12 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına etiraz etmir; - İş üzrə satıcı İddiaçı1 (etibarnaməyə əsasən Cavabdeh imza etmiş) və alıcı X26 tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, onlar, İddiaçı1 məxsus olan ünvan 12 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin 36.500 manata satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi alıcı öz üzərinə götürmüşdür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Satıcı həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Həmin məbləğdən 600 manat vergi tutulmasına razıdır; - Bakı şəhəri 5 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı1 (etibarnaməyə əsasən Cavabdeh imza etmiş) mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha torpaq sahəsini X20 36.500 manata satmışdır. İş üzrə Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-103 nömrəli, xx.xx.2020-ci il tarixli notariat işinin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 13 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətindədir; - Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı2 tərəfindən ünvan 13 ünvanında yerləşən 0,09 ha bağ sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s.,Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibarnamə verilmişdir; - İddiaçı1 tərəfindən notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən və “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, o, əri İddiaçı2 məxsus olan ünvan 13 ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin satılmasına etiraz etmir; - İş üzrə satıcı İddiaçı2 (etibarnamə üzrə Cavabdeh imza etmiş) və alıcı X26 tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, onlar,İddiaçı2a məxsus olan ünvan 13 ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin 33.000 manata satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi alıcı öz üzərinə götürmüşdür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Satıcı həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Həmin məbləğdən 540 manat vergi tutulmasına razıdır; - Bakı şəhəri 5 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı2 (etibarnaməyə əsasən Cavabdeh imza etmişdir) mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha torpaq sahəsini X20 33.000 manata satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 13 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X18 mülkiyyətindədir. İş üzrə X27 tərəfindən notarial qaydada yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, əri X20 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 13 (qeydiyyat nömrəsi: **********) ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin satılmasına etiraz etmir. İş üzrə satıcı X26 və alıcı X17 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onlar, X20 məxsus olan ünvan 13 ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissəsi, 0,09 ha) 60.000 manata satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi alıcı öz üzərinə götürmüşdür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Satıcı həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. İş üzrə Bakı şəhəri 9 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X26 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha torpaq sahəsini X12 60.000 manata satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 12 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X18 mülkiyyətindədir. İş üzrə X27 tərəfindən notarial qaydada yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, əri X20 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 12 (qeydiyyat nömrəsi: **********) ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına etiraz etmir. İş üzrə satıcı X26 və alıcı X17 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onlar, X20 məxsus olan ünvan 12 ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissəsi, 0,1 ha) 70.000 manata satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi alıcı öz üzərinə götürmüşdür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Satıcı həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. İş üzrə Bakı şəhəri 9 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X26 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha torpaq sahəsini X12 70.000 manata satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 12 ünvanında yerləşən 0,3350 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 mülkiyyətindədir. İş üzrə X21 tərəfindən notarial qaydada yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş arvadı X14 məxsus olan ünvan 12 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. İş üzrə Bakı şəhəri 9 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X17 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 0,335 ha torpaq sahəsinin 0,087 ha torpaq sahəsini X5 34.000 manata satmışdır. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-692/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Maraqlı şəxs, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh, X20, X12, X5, Fərhad-zadə Emir Rövşən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə "alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5177/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-692/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Maraqlı şəxs sifarişi ilə Azərbaycan Respublikası “X15” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 0,3350 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat, 0,01 ha torpaq sahəsinin qiyməti 14.501 manat müəyyən edilmişdir. İş üzrə Maraqlı şəxs sifarişi ilə Azərbaycan Respublikası “X15” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir. İş üzrə “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Vəkil1 sifarişi ilə Azərbaycan Respublikası “X15” MMC tərəfindən verilmiş 594 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən təqdim olunmuş 1 ədəd “Samsung Galaxy J6” markalı mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramında olan xx.xx.2021-ci il tarixdə qeydə alınan səs yazılarında qeydə alınan danışıqların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. İş üzrə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə ********************1 No ilə qeyd edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Hümbətov və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,10 hektar torpaq sahəsi olan 543 saylı bağ sahəsi xx.xx.2001-ci il tarixli, 9245 saylı icarə müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə İddiaçı1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-104 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 543 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə X18 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,09 hektar torpaq sahəsi olan 543a saylı bağ sahəsi xx.xx.2001-ci il tarixli 24495 saylı icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2016-cı il tarixdə İddiaçı2 adına dövlət reyestrində qeydiyata alınmış, 4Ə-103 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X18 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Mərdəkan qəsəbəsi, 0,10 hektar torpaq sahəsi olan 543 saylı bağ sahəsi, 0,09 hektar torpaq sahəsi olan 543a saylı bağ sahəsi və 0,245 hektar torpaq sahəsi olan 541 saylı bağ sahəsi Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında xx.xx.2021-ci il tarixdə ümumi sahəsi 0,335 hektar olan 543 saylı bağ sahəsi kimi xx.xx.2021-ci il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bağ sahəsinin 0,087 ha hissəsi alqı-satqı müqaviləsi əsasında 543T saylı bağ sahəsi kimi xx.xx.2021-ci il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə etibarnamə verməklə mülkiyyətlərində olan torpaq sahələrinə dair bütün hüquqi hərəkətləri etməsi, o cümlədən torpaq sahələri üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, müqavilələr bağlaması, adlarından imza etməsi, digər hərəkətlər etməsi üçün səlahiyyətləri Cavabdeh etibar etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi 33.000 manata və İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi 36.500 manata X3, alqı-satqı müqavilələri bağlanılarkən satıcıların (iddiaçıların) adlarından etibarnamə əsasında Cavabdeh çıxış etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında X26 özünə məxsus olan ünvan 13 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi 60.000 manata və ünvan 12 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi 70.000 manata X2, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Səbinə Zeynalova ünvan 12 ünvanında yerləşən 0,335 ha olan torpaq sahəsinin 0,087 ha torpaq sahəsi X8 34.000 manata satmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmşdir ki, iddiaçılar mülkiyyətlərində olduğu daşınmaz əmlakların etibar etdikləri şəxs tərəfindən özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaları təmin olunmamışdır. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh onlara bağ sahələrinin həmin daşınmaz əmlakların faktiki sahibi olan Maraqlı şəxs istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və heç nədən narahat olmamaqlarını bildirmiş, bundan sonra onlar həmin əmlaklarla bağlı etibarnamə vermişlər. Cavabdeh tərəfindən onlara məxsus bağ sahələrinin aldatma yolu ilə dəyərindən aşağı qiymətlə özgəninkiləşdirmişdir. Cavabdeh həmin bağ sahələrini digər şəxsə satdıqdan sonra bu alqı-satqılardan əldə etdiyi pul vəsaitini hazırki vaxta qədər onlara verməyərək, eləcə də bir tərəfdən torpaq sahəsini onların maraqlarına zidd olaraq bazar dəyərindən aşağı qiymətə satmaqla onlara xüsusilə külli miqdarda da zərər vurmuşdur. Bu səbəbdən iddiaçılar İddiaçı2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 ha hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli alqı-satqısının icrası nəticəsində əldə olunan 36.500 manat və tapşırığı vicdanla icra etməyərək dəyən zərər qismində 96.700 manat, ümumilikdə 133.200 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı2 verilməsi, İddiaçı1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixli, Ə4-104 nömrəli alqı-satqının icrası nəticəsində əldə olunan 33.000 manat və tapşırığı vicdanlı icra etməyərək dəyən zərər qismində 112.100 manat, ümumilikdə 145.100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ilk növdəbə cavabdehin nümayəndəsinin və vəkilinin alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinin cavabdehə məxsus olması və bu səbəbdən onun satışından əldə olunan pul vəsaitinin formal mülkiyyət hüququ rəsmiləşdirilmiş iddiaçılara verməli olmaması barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat, xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisəli torpaq sahələri üzərində cavabdehin hər hansı əmlak (əşya) hüququ mövcud olmadığından, həmin əmlaklar üzərində mülkiyyət hüququ olan iddiaçılar tərəfindən verilmiş tapşırıq əsasında daşınmaz əmlakların özgəninikiləşdirilməsi ilə bağlı əldə olunan pul vəsaitinin həmin mülkiyyətçilərə verilməli olmaması barədə cavabdehin nümayəndəsinin gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair onların adından çıxış etməyə səlahiyyət verən etibarnamə əldə edərək həmin əmlakların alqı-satqısını həyata keçirmiş, bununla da mülkiyyətçilər tərəfindən ona tapşırılan vəzifəni icra etmişdir. Tərəflər arasında bununla bağlı yazılı müqavilə bağlanmamış, tapşırıq şifahi qaydada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2). Həmin Məcəllənin 778.1-ci mddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Göstərilən Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə qeyd edir ki, şərh olunan maddədə nəzərdə tutulduğu kimi tapşırıq müqaviləsinə əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Yəni bu müqavilə bir şəxsin digər şəxs tərəfindən təmsil edilməsi haqqında iki tərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Bu müqavilənin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Hər bir müqavilə kimi tapşırıq müqaviləsinin də məzmununu tərəflərin hüquq və vəzifələri təşkil edir. Tapşırıq müqaviləsindən tapşırığın məzmunu, onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirmə səlahiyyətləri göstərilməlidir. Müqavilədə tapşırığın məzmunu bir başa nəzərdə tutulmadığından, o, bağlanan əqdləri və ya göstərilən xidmətlərin xarakterinə əsasən müəyyən edilir. Belə halda üçüncü şəxslər haqqında nümayəndəyə aid olan müddəalar qüvvədə olur. Bu qaydalar Mülki Məcəllənin 359-366-cı maddələrində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə qeyd edir ki, tapşırığın icrasının nəticələri tapşırığı vermiş şəxsə mənsubdur. Buna görə də vəkalət alan tapşırığın icrası nəticəsində əldə etdiklərinin hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçılar tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən, bu hal cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclasında etiraf olunduğundan və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbi alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin tapşırığın vicdanla yerinə yetirilmədiyinə görə dəymiş zərərin ödənilməsi hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələblər əsassızdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçılar cavabdeh tərəfindən mülkiyyətlərində olan daşınmaz əmlakların bazar dəyərindən kifayət qədər aşağı həddə satılma səbəbindən onlara maddi ziyan vurulmasını əsas gətirərək real satış qiyməti ilə real bazar qiyməti arasında olan fərqi də cavabdehdən tutulmasını məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən maddələrinin məzmunundan belə məlum olur ki, vəkalət alan tapşırığı vicdanla həyata keçirməlidir. Öhdəliyin vicdanla həyata keçirməsi dedikdə Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öhdəliyin şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq surətdə əməl edilməklə icrası anlaşılır. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə dəymiş zərər üçün o, məsuliyyət daşıyır. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Şəxsə zərər vurulması bir qayda olaraq hüquq pozuntusu (delikt) nəticəsində baş verir. Hüquqazidd hərəkətlərə yol vermiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Şəxsin hüquqazidd hərəkətlər onun üçün öhdəliklər yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Yuxarıda qeyd edildiyi kimi, iddiaçılarla cavabdeh arasında onlara məxsus əmlakın özgəninkiləşdirilməsinə dair verilən tapşırıq müqaviləsi şifahi bağlanılmış və iddiaçılar tərəfindən belə müqavilə bağlanarkən əmlakın konkret hansı məbləğdə satılması barədə göstəriş verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Yəni onlar tərəfindən belə bir tapşırıq verilərkən əmlakın real bazar dəyərindən aşağı qiymətə satılmalı olmamasına dair göstərişin verilməsi də öz təsdiqini məhkəmə iclasında tapmamışdır. Belə bir halın gələcəkdə mövcudluğunun istisna edilməsi yalnız o halda imperativ ola bilərdi ki, tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsi yazılı formada tərtib edilsin və qeyd edilən hal şərt kimi həmin müqavilədə göstərilsin. Məhkəmə eyni zamanda qeyd edir ki, tapşırıq müqaviləsi üzrə tapşırıq verən şəxs həmin müqavilə şərtlərinə və qanunun tələblərinə müvafiq olaraq icra edilməsində maraqlı olmalıdırlar. Beləliklə məhkəmə iclasında vəkalət verənlər tərəfindən vəkalət alana daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dəyəri ilə bağlı konkret tapşırığın verilməsi öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia tələbi satış qiyməti ilə real bazar qiyməti arasında yaranmış fərqin cavabdehdən tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «İddiaçı1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı2 xeyrinə İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı1 xeyrinə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar