Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-804/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi İsmayılov Kənan Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 62980 manat pulun və ödənilmiş 278,94 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin əvvəllərində Nahid adlı tanışı ona Sabunçu rayonu Pirşağı qəsəbəsində 1.2 ha torpaq sahəsi göstərərək, sahibi Cavabdeh2lə tanış etmiş, sonra o, Nahid və Nofəl Pirşağıda görüşərkən sonuncu bu torpağın hansı hissəsini istəsə, Arif adlı tanışı vasitəsi ilə Nahidin adına sənədləşdirəcəyini vəd etmiş, o da inanaraq 20 sot almaq istədiyini bildirdikdə, Nofəl ondan torpaq sahəsinin kadastrını, həm də sotunu dəqiqləşdirmək məqsədi ilə ilkin olaraq 1000 manat pul almışdır. Bir neçə gündən sonra Nofəl, Arif adlı həmkarlar ittifaqının müdirinə ilkin sənədləşməyə başlaması üçün verəcəyi adı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində ondan 6000 manat pul almış, 2020-cı ilin martın 4-də sənəd hazır olacağını vəd etmişdi. Bundan əlavə, təxminən, 2020-ci ilin fevral ayının əvvəllərində, Nofəl onu özünün böyük fermasına aparmış, orada ona 3 ha ölçüdə ayrıca torpaq sahəsi olduğunu bildirib, telefonundakı torpaq sənədlərinin fotoşəkillərini ona göstərərək, bu sənədlərin həmin torpağa və başqa torpaqlarına aid olduğu sənədləri də özəlləşməyə təqdim etdiyini bildirmiş və ondan 10.000 manat pul istəmişdir ki, bu torpağı özəlləşdirsin, sonra o bu torpaq sahəsinin istədiyi qədərinin 1 sotunun qiyməti 1500 manatdan ödəyərək ala və bu zaman əvvəl verdiyi 10.000 manat da ilkin ödəniş kimi nəzərə alınar. O da razılaşaraq, 2020-ci il fevral ayında Mehdiabad qəsəbəsində Nofələ 10000 manat vermiş, həmin ilin may ayına kimi gözləmiş, lakin Nofəl ona torpaq sahəsinə görə heç bir sənəd verməmişdir. 2020-ci ilin fevral ayının sonlarında o, Pirşağıda yerləşən torpaq sahəsinin sənədinin hazır olması ilə bağlı vaxtın azalmasına 6-7 gün qalmış sənədi çıxarmaq üçün Nofələ 10000 manat vermiş, 3 gündən sonra isə Nofəl Pirşağıdakı torpağın çəkilişində bir az problem yarandığını bildirərək, yenidən çəkiliş aparılması üçün ondan 500 manat pul almış və mart ayının 4-də torpağın sənədini təqdim edəcəyini vəd etmişdir. Lakin həmin vaxtdan xeyli vaxt keçsə də, Nofəlin sənəd gətirmədiyini görüb sənədi tələb etməyə başlamış, növbəti dəfə görüşərkən, Nofəl ona bir torpaq sənədi göstərmiş və bir daha söz vermişdir ki, ona göstərdiyi Pirşağıdakı torpaq sahəsinin sənədini tezliklə bu sənəd kimi hazırladıb verəcəkdir. Belə ki, o, Nofələ Pirşağı qəsəbəsində olan 87 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün ilk öncə 6000 manatı 2020-ci ilin fevral ayında Nahidin iştirakı ilə Nofəlin yaşadığı Mehdiabad qəsəbəsində vermişdir. Bundan başqa, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün əlavə olaraq 500 və 1300 manatı isə 2020-ci ilin mart ayında yenə də Nofəlin evində vermişdir. Bundan başqa, o, Nofələ Nahidin iştiakı ilə Fatmayı kəndində olan 50 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün ilk olaraq 10000 manatı 2020-ci ilin fevral ayında Nofəlin yaşadığı evdə vermişdir. Bundan başqa, Nahid, Nofəl və o bir yerdə olan zaman Nofəl və Nahid daş karxanası açıb işlətmək fikirləri olduqlarını deyib birlikdə torpaq sahəsi almağı təklif edərək ondan 20.000 manat pul istəmişlər. O özünün Abşeron rayonunda Güzdək qəsəbəsində daş karxanası olduğunu deyərək, əvvəlcə bu təklifi rədd etsə də, onlar müxtəlif vədlər verərək onu razı salmış və Nofələ 20000 manat deyil, 12000 manat verərək qalanını karxananın torpağının sənədləri hazır olduqdan sonra verəcəyini bildirmişdir. Bundan başqa, Nofəl ondan daş karxanasının yerini ölçmək adı ilə ilk dəfə 2600 manat pul almışdır. Qeyd edir ki, Nofəl alıb bu pulları 2020-ci ilin Novruz Bayramından sonra aprelin 7-si ya 8-i idi, Güzdək bələdiyyəsinin sədri Həsən müəllim ona zəng edib dedi ki, bunlar deyəsən dələduzdurlar. O nəyə görə belə düşündüyünü ondan soruşdu, o dedi Nofəl onun yanına gəlib ona təklif etdi kı, 1000 manat pul versin ki, Abbas müəllimə denən ölçüb biçmişik, narahat olma yer sənindi. Əlavə elədi ki, o da onu çox istəyir və o işə getməz. Bildirmək istəyir ki, əvvəlcə Xəzər Rayon Polis İdarəsinə müraciət etdi. 13 dekabr 2021-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, Cavabdeh2 2019-cu ilin ortalarından 2020-ci ilin sonlannadək olan müddət ərzində İddiaçı Abşeron rayonu Fatmayı qəsəbəsinin ərazisində Bələdiyyə mülkiyyətinə məxsus 0.051 ha və Bakı şəhəri, Sabunçu rayonun Pirşağı qəsəbəsinin ərazisində 0,085 ha ölçüdə torpaq sahələrinin özünə məxsus olduğu barədə yalan məlmat verməklə bu torpaq sahələrini onun adına sənədləşdirəcəyini, Bakı şəhəri Abşeron rayonu Daş Güzdək qəsəbəsinin ərazisindən 0.015 ha torpaq sahəsində özü ilə müştərək şəkildə işlədəcəkləri karxananı quraşdıracağını vəd edərək ondan ümumilikdə 34500 manat nağd pulunu almış, etdiyi vədlərinə inandırmaqda davam edib, İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsindəki həmin torpaq sahəsində 60000 manat dəyərində tikinti-quraşdırma işlərini aparmağa sövq elməklə əhatə olunan vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı Bah oğlunun ümumilikdə 94.500 manat dəyərində külli miqdarda əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirərək dələduzluq etmişdir. 20 aprel 2022-ci il tarixdə Xəzər rayon prokurorunun müavini ədliyyə müşaviri Zaur Ağakişiyev cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bildirir ki, Bakı səhəri, Abşeron ravonu, Fatmayı qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən torpaq sahəsinin hasarlanması üçün və 2 fərqli yarımtikilinin tikilməsi üçün xərclənən vəsait: bünövrənin qazılması 620 manat, armatur 4320 manat, beton 10350 manat, betonlama işləri 4030 manat, mişar daşı 17550 manat, sement 2450 manat, qum 1800 manat, hörgü işləri (2 daş) 10540 manat, hörgü işləri (1 daş) 420 manat, qapı 400 manat, əlavə və digər xərcləri nəzərə almaqla ümumilikdə 62980 manat təşkil edir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 və Cavabdeh1 62.980 manat pulun və ödənilmiş 278.94 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 62980 manat pulun və ödənilmiş 278,94 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Şəmsəddin oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunanlar tamamilə yalan və iftiradır. İddiaçı hətta Xəzər rayon Polis İdarəsinə guya ona qarşı dələduzluq etmələri barədə, buna görə də onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün müraciət etmişdir. Xəzər rayon Polis İdarəsində iddiaçının ərizəsi əsasında ətraflı araşdırma aparılmış, ərizədə götərilənlər öz təsdiqini tapmadığına görə 20 aprel 2022-ci il tarixdə Xəzər rayon prokurorunun müavini Zaur Ağakişiyev cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. İdidaçı onlar barəsində yalan məlumatlar verməklə həm onun, həm də hüquq mühaafizə orqanlarının vaxtını alır. Hesab edir ki, iddia ərizəsi əsassız olduğundan, orda əks olunanlar həqiqətə uyğun olmadığından rədd edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılar görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Legitim Qiymətləndirmə və Consultınc MMC-nin xx.xx.2022-ci il tarixli, 010/2022 nömrəli rəyindən görünür ki, bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Abşeron rayonu, Fatmayı qəsəbəsi, 2 nömrəli savxoz ərazisində yerləşən torpaq sahəsinin hasarlanması üçün və 2 fərqli yarımtikilinin tikilməsi üçün xərclənən vəsaitin ümumi dəyəri 62.980 (altmış iki min doqquz yüz səksən) manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorunun müavini Zaur Ağakişiyevin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatına xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməklə, onun iş üzrə mülki iddiaçı kimi tanınaraq Cavabdeh2 qarşı iddiasının təmin olunması məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh2 göstərmişdir ki, İddiaçı tanışı Cavabdeh1 vasitəsi ilə 2019-cu ildən tanımış, münasibətiləri yaxşı olmuş, ədavətləri olmamışdır. 2019-cu il tarixdə Nahiddən 10000 manat borc istəyərkən, sonuncu İddiaçı həmin məbləğdə pulu alıb ona vermişdir. Bundan bir müddət sonra onlar üçü birlikdə Abbasın Abşeron rayonu Güzdək qəsəbəsində olan daş karxanasına gedərkən, Abbas ona özünün karxanasının yanında boş karxana sahəsi olduğunu deyərək, bu sahəni şərikli alıb işlətməyi təklif etmişdir. O, karxana işindən başı çıxmadığını deyib, razılıq verməsə də, sonradan torpağın alınması üçün pulun yarısını Abbas verməsi, sənədlərin alınmasını özü həll edəcəyi, karxananı isə Abbas işlətməsi şərti ilə razılaşmışlar. Beləliklə, 2020-ci ilun mart ayında Abbas Nahidin vasitəsi ilə ona karxananın torpağının sənədini düzəltməsi məqsədi ilə 12.000 manat pul göndərmişdir. Bundan təxminən 2-3 gün sonra Abbas ona pula ehtiyacı olduğundan karxana işindən imtina etdiyini deyərək, pulunu geri istəmişdir. O da həmin pulun 9000 manatını özünün yaşadığı Mehdiabad qəsəbəsində yerləşən evinin qarısında Nahidin yanında, 3000 manatı 2-3 gün sonra Nahidin iştirakı ilə Abbasın özünün yaşadığı Mərkəzi Poçtun yaxınlığında olan evinin qarşısında qaytarmışdır. Bundan başqa, o, Nahid və Abbas hər zaman bir yerdə olanda Abbas özünə bağ evi almaq istədiyini demiş, buna görə növbəti görüşlərinin birində o, Abbasa özünün Fatmayı qəsəbəsində Nahidə pay verdiyi 25 sot torpaq sahəsini yanından ona da 15-20 sot torpaq sahəsi pay verəcəyini bildirəndən bir neçə gün sonra, Abbas və Nahidlə bilrikdə Fatmayi qəəbəsinə gəlib torpaq sahələrinə baxmışlar. Bu zaman o, Abbasa pay verdiyi topaq sahəsinin sənədlərini yaxın gələcəkə hazırlayacağını desə də, Abbas sənədlərə ehtiyacı olmadığını deyib, özünün vəsaiti ilə torpaq sahələrinin ikisini mişar daşından ümumi hasarladacağını deyərək, 15 gün ərzində 40 sot torpq sahəsini hasara almışdır. Beləliklə də, 25 sot torpaq sahəsini Abbasa pay verərək ondan pul almamış, buna baxmayaraq, Abbas ondan bu torpaq sahəsinin sənədlərini istəməyə başlamışdır. Halbuk o, torpağı Abbasa pay verəndə torpağın sənədlərinin hazır olmadığını, gələcəkdə əldə olunacağını bildirmişdir. Bundan sonra Abbas ondan inciyərək, Nahidin vasitəsi ilə ona verdiyi 10000 manat borcunu tələb etmişdir. Həmin pulun da 4000 manatını qardaşı Röyala vermiş, qalan 6000 manatın əvəzinə isə o, Abşeron rayonu Mehdiabad qəsəbəsində çıxarışla tanışı Ələkbər İbişovun adına olan torpaq sahəsini Abbasın oğlunun adınma rəsmiləşdirməklə qaytarmışdır. Bundan başqa Pirşağı qəsəbəsində olan özünü adma müvafiq müqavilə ilə icaryə götürdüyü 85 sot torpaq sahəsi Abbasa göstərib demişdir, yerin çıxarışını almaq üçün ilk öncə pul xərcləmək lazımdır. Abbas onunla razılaşıb əvvəlcə ona 6000 manat pulu borc olaraq vermiş və lakin həmin pulu Abbasa qaytarmışdır. Qeyd olunan qərardaddan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 göstərmişdir ki, Cavabdeh2 təxminən 2017-ci il tarixdən tanıyır və Nofəl ona Abşeron rayounda başqa yerlərdə hektarlarla topaq sahələri olduğunu və satmaq istədiyini bildirmişdir. 2019-cu ildə qohumu İddiaçı özünə bağ evi tkmək üçün torpaq sahəsi axtararkən, o, Abbası Nofəl ilə tanış etmişdir. İlk öncə X2 qəsəbəsində 1 hektardan çox torpaq sahəsinin olmasını deyərək, yay aylarında onları “Qızılqum” sonatoriyası adlanan həmin torpaq sahəsinə aparmış, ümumilikdə 85 sot olduğunu, 20 sotunun sənədi olduğunu, həmin 85 sota ümumi olaraq həmkarların sənədini çıxartdıra biləcəyini demişdir. Abbas və o, topaq sahəsini bəyənsələr də, qiymət barədə razılaşma olmamışdır. Onlar oradan qayıdandan sonra Nofəl həmin yerin 85 sotunun tam sənədləşdirilməsindən ötrü onlardan ilkin olaraq 6000 manat pul istəmiş və demişdir ki, həmkarlar işçisi olan Arif adlı şəxslə danışmış, sənədi hazırlayacaq. Bundan sonra Abbas Nofələ ilk olaraq onun yanında Mehdiabad qəsəbəsində 6000 manat pul vermişdir ki, torpaq sahəsinin sənədləşməsinə başlasın. Həmin torpaq sahəsinin sənədləşməsi onun adına olacaqmış və sonra o həmin torpaq sahəsini Abbasın adına keçirəcəkmiş. Abbas 6000 manat pulu Nofələ verdikdən sonra Nofəl onun yanında Abbasdan hissə-hissə olmaqla torpaq sahəsinin sənədləşdirilməsi üçün əlavə 2500 manat pul almışdır. Bundan başqa, Cavabdeh2 Fatmayi qəsəbəsi ikinci savxoz deyilən ərazidə təxminən 9 hektar yeri ona və Abbasa göstərib demişdir ki, həmin yer özünə məxsusdur, hal-hazırda sənədlər Bələdiyyədən çıxaraq Abşeron rayon icra hakimiyyətinə təstiq olunması üçün verilmişdir. Abbas həmintorpaq sahəsinə baxıb bəyənmiş və almaq istəmişdir. Bundan sonra o və Abbas Nofəldən torpaq sahəsinə aid hər hansısa bir sənəd tələb edəndə, Nofəl mobil telefonunda torpaq sənədlərinin fotoşəkillərini göstərib həmin yerin sənədi olmasını və hazırda isə çıxarış alınması üçün verdiyini söyləmişdir. Lakin fotoşəkillərdəki sənədlərin özlərinə göstərilən torpağın sənədləri olub-olmadığını bilməmişdir. Sonra isə 2020-ci ilin fevral ayında Nofəl başqa adama borcu qaytarmaq üçün Abbasdan 10.000 manat pul istəyib almışdır. Onlar belə razılaşmışlar ki, bu pul gələcəkdə, yəni sənədləri hazır olandan sonra Nofəlin Abbasa satacağı Fatmaiyədəki torpaq sahəsinə görə ilkin ödənş kim qəbul edilər. Abbas da həmin pulu Nofələ sonuncunun özünü yaşadığı Fatmayi qəsəbəsindki evinə vermiş ödəniş olduğu üçün Fatmayidəki həmin yeri hasarlamaq istədiyini bildirmişdir. Həmin zaman o, Nofələ bildirmişdir ki, onun özünə də borcu olduğundan bu yerdən də ona da bir hissə versin. Nofəl də, ona 25 sot torpaq sahəsi verəcəyini vəd etmişdir. Abbas özünün torpaq sahəsi ilə birlikdə onun da torpağını hasarlayacağını Nofələ bildirmişdir. Bundan sonra Nofəl göstərilən torpaq sahəsinin 51 sotunu ölçüb dirəklər basdıraraq nişan qoymuş və onları əmin etmişdir ki, bu sahəni hasarlaya bilərlər, həmin yerə başqa heç kim gəlib gedə bilməz. Lakin onlar bir neçə gündən sonra hasarlama işləri apararkən oraya yerli icra hakimiyyətinin, eləcə də, əmlak komitəsindən nümayəndələr gəlib tikintinin qanunsuz olduğunu bildirmişlər. Onlar bu barədə Nofələ məlumat verəndən sonra Nofəl özü oraya gələrək tikintini saxlayan nümayəndələrə ərazinin tam şəkildə özünə məxsus olduğunu və sənədlər də, İcra Hakimiyyətində hazırlandığını bildirmişdir. Bundan sonra Abbas tikintini dayandırıb Nofəldən sənədi tələb etmiş, Nofəl isə 3 gün içində sənədi verəcəyini vəd etmişdir. Lakin buna baxmayaraq, Nofəl həmin yerin sənədini verməmişdir. Sonradan isə onlara məlum olmuşdur ki, həmin yerə aid Nofəldə heç bir sənəd yoxdur, başqasının yerini Abbasa və ona təklif etmişdir. İddiaçı də həmin torpaq sahəsini 60000 manatdan çox pul xərcləyərək hasarlamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Cavabdeh2 2019-cu ilin ortalarından 2020-ci ilin sonlarınadək olan müddət ərzində İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsinin ərazisində Bələdiyyə mülkiyyətinə məxsus 0,051 ha torpaq sahələrinin özünə məxsus olduğu barədə yalan məlmat verməklə bu torpaq sahələrini onun adına sənədləşdirəcəyini vəd edərək, İddiaçı Abşeron rayonu Fatmayi qəsəbəsindəki həmin torpaq sahəsində tikinti-quraşdırma işlərini aparmağa sövq etmişdir. Bundan sonra, həmin yerə gələn yerli icra hakimiyyətinin və əmlak komitəsinin nümayəndələri iddiaçı tərəfindən aparılan tikintilərin qanunsuz olduğunu bildirmişlər. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 10/5251 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Fatmayı qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən torpaq sahəsinin hasarlanması və 2 fərqli yarımtikilinin tikilməsi üçün xərclənən vəsaitin mövcud orta bazar qiymətlərinə uyğun təqribən 40510 manat məbləğində olduğu müəyyən olunur. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, Abşeron rayonu, Fatmayı qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən torpaq sahəsinin hasarlanması və 2 fərqli yarımtikilinin tikilməsi üçün xərclənən 40510 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 40510 manat pul tutularaq İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmənin keçirdiyi ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 40510 (qırx min beş yüz on) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 40510 (qırx min beş yüz on) manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-804/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-804/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver