Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-826/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Əlı̇ yev Salam Alıxan oğlunun, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahı̇ movnanın (video zəng vasitəsilə) iştirakı ilə, İddiaçı Əlı̇ yev Salam Alıxan oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahı̇ movnaya qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əlı̇ yev Salam Alıxan oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahı̇ movnaya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 11500 (on bir min beş yüz) manat məbləğində borc pul, iddianın verilməsinə görə ödənilmiş və əlavə olaraq 183,74 (bir yüz səksən üç manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat, 2021ci il 16 oktyabrdan 2025-ci ilin yanvar ayına qədər hesablanmış 14547,06 (on dörd min beş yüz qırx yeddi manat altı qəpik) manat əldən çıxmış fayda, 5000 (beş min) manat məbləğində dəymiş mənəvi zərər cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixində ərizə ilə İddiaçı 11500 (on bir min beş yüz) manat borcu olduğunu etiraf etmiş və xx.xx.2024-cü il tarixinədək ödəməyi öz öhdəliyinə götürmüşdür. Həmin müddət keçmişdir, hazırki dövrədək ödəniş olunmamışdır. Yuxarıda göstərilən halların hər biri səs yazıları və watsap yazışmaları ilə təsdiq olunur. Həmin vaxtın üstündən xeyli uzun vaxt keçməsinə baxmayaraq cavabdehlər heç bir halda ondan aldıqları pulu qaytarmaq fikrində deyillər. Bu səbəbdən də ondan alınan pulu məhkəmə qaydasında tələb etmək zərurəti yaranmışdır. Baxmayaraq ki, dəfələrlə borcunu qaytaracağını bildirmişdilər, lakin indiyə qədər borcu ödəməyiblər. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində borc pul, məhkəməyə iddia verilməsi məqsədilə tərəflərindən ödənilmiş 183 manat 74 qəpik (bir yüz səksən üç manat yetmiş dörd qəpik) dövlət rüsumu, məhkəmədə hüquqlarının müdafiəsi məqsədilə vəkilə ödənilmiş 200 (iki yüz) manat, 5000 (beş min) manat məbləğində dəymiş mənəvi zərər, 2021-ci il 16 oktyabrdan 2025-ci ilin yanvar ayına qədər hesablanmış 14547,06 (on dörd min beş yüz qırx yeddi manat altı qəpik) manat əldən çıxmış fayda ümumilikdə cavabdehlərdən tutularaq məhkəmə qaydasında ona qaytarılmalıdır. O, qarsılıqlı razılaşmaya əsasən, borcun 2024cü ilin oktyabr ayına qədər tam ödənilməli olduğunu bildirir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə müraciət etməyinə baxmayaraq, borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdilər. Hazırkı dövrə qədər cavabdehlər borcun ödənilməsindən imtina edirlər. Bu məsələ ilə bağlı qanuni tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev Salam Alıxan oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 ilə ya kafedə, ya ofisində görüşmüşlər. Belə razılıqları olub ki, o, onların vergi borcunu ödəyir, daha sonra birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlar. O, vergi borcunu ödəmişdir, lakin sonradan pul ona qaytarılmamış və birlikdə işləmək baş tutmamışdır. İddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Atalay bildirmişdir ki, müəyyən müddətdə Qarabağ zonasında işləri olcaq, bu səbəbdən həmin dövr ərzində məhkəməyə müraciət etməmişlər. Vergi ödənişlərini iddiaçı öz kart hesabı ilə etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə yazışmaları o, aparmış, arvadının bu barədə məlumatı olmamışdır. İddiaçı onun yerinə vergi ödənişi etməmişdir. İddiaçı onun əvəzinə şirkətin fəaliyyətini dayandırmalı idi, lakin etməmişdir. Bu səbəbdən ona vergi ilə bağlı cərimələr hesablanmışdır. Ona sənədlərini qaytarmaq üçün hədəqorxu ilə ərizəni imzalatmışlar, vergi borcunun məbləğini artıq göstərməklə onu qorxutmuşlar. O da sənədi imzalamışdır. Vergi borcunu ödədikdən sonra onunla ortaq-şərik olması barədə məlumat səhvdir. İddiaçının onların əvəzinə ödədiyi pulu öz ofisində iddiaçıya əlbəəl o vermiş, vergisini ödəmişdir. Ofisi Babək 34 ünvanında yerləşirdi. Hazırda iddiaçı əsassız olaraq pulu ondan tələb edir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İbrahı̇ movna iddia tələbinə etiraz edərək bildirdi ki, məsələdən xəbəri olmamış, etibarnamə ilə işləri ərinə həvalə etmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Cavabdeh1 tərəfindən yazılmış 09 mart 2024-cü il tarixli qeyddən görünür ki, o, Əlı̇ yev Salam Alıxan oğluna iş qarşılığında 11500 manat borcludur və 10 yanvar 2024-cü il tarixdə ödəməyi qəbul edir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – Milli Gəlirlər Departamentinin hesabına Cavabdeh2 adından 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 118 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 20 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 1570 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 2190 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 3250 manat məbləğində ödəniş həyata keçirilmişdir. 12 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 2025 manat məbləğində ödəniş həyata keçirilmişdir. 16 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 365 manat məbləğində ödəniş həyata keçirilmişdir. 16 oktyabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Dövlət Vergi Xidməti – DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına Cavabdeh2 adından 20 manat məbləğində ödəniş həyata keçirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 12-16 oktyabr 2021-ci il tarixli qəbzlərə əsasən Dövlət Vergi Xidmətinin hesabına Cavabdeh2 adından cəmi 11558 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı Əlı̇ yev Salam Alıxan oğlu Cavabdeh2 Dövlət Vergi Xidmətinə olan vergi borcunu ödəmədiyi üçün cavabdehi məlumatlandırmaqla onun əvəzinə borcu ödəmişdir. 2021-ci ildə sonuncunun Dövlət Vergi Xidmətinin hesabına 11558 manat ödəniş etməsinə baxmayaraq cavabdehin bu məbləği qaytarmamağını iddia edir. Məhkəmə daha sonra iddia tələbi üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinə olan borc üzrə ödəniş 12-16 oktyabr 2021-ci il tarixində (Dövlət Vergi Xidmətinin hesabına) Əlı̇ yev Salam Alıxan oğlu tərəfindən həyata keçirilmişdir. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız sayır. Belə ki, cavabdeh tərəf iddiaya etirazı əsaslandırdığı halları təsdiq edən heç bir sübut növü məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 iddiaçıya borcu ödəməsi üçün pulu öz ofisində iddiaçıya verməsini qeyd etsə də bununıa bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçının Cavabdeh2 vergi borcunu ödəməsinə baxmayaraq sonuncunun həmin məbləği qaytarmamasını onun iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirir və iddianı əsaslı hesab edir. Məhkəmə iddianın Cavabdeh1 qarşı olan hissəsinin təmin edilməsini mümkün hesab etmir. Belə ki, iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin hesabına ödənilmiş məbləğlər Cavabdeh2 hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərlə müəyyən edilir ki, onun tərəfindən Cavabdeh2 hesabına 11558 manat ödənilmişdir, lakin iddiaçı iddiasında ona 11500 manat qaytarılmasını tələb edir. Odur ki, iddia MPM-nin 218.3-cü maddəsi nəzərə alınmaqla iddia tələbi həcmində təmin edilməlidir. Məhkəmə, iddiaçı “2021-ci il 16 oktyabrdan 2025-ci ilin yanvar ayına qədər hesablanmış 14547,06 (on dörd min beş yüz qırx yeddi manat altı qəpik) manat əldən çıxmış fayda, 5000 (beş min) manat məbləğində dəymiş mənəvi zərər cavabdehlərdən tutulması” hissəsində təsdiqedici sübutlar təqdim etmədiyindən iddianın həmin hissələrdə rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İbrahı̇ movnadan 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti, 100 (bir yüz) manat hüquqi xidmət xərci və ödənilmiş dövlət rüsumunun 124 (bir yüz iyirmi dörd) manat hissəsi tutularaq iddiaçı Əlı̇ yev Salam Alıxan oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İbrahı̇ movnadan 11500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti, 100 (bir yüz) manat hüquqi xidmət xərci və ödənilmiş dövlət rüsumunun 124 (bir yüz iyirmi dörd) manat hissəsi tutularaq iddiaçı Əlı̇ yev Salam Alıxan oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-826/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-826/2025
11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver