Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-838/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «icra ödənişi və icra hərəkətləri ilə əlaqədar çəkilən hərrac xərci üzrə pul» tələbinə dair iddiası üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 6.693,75 manat məbləğində icra ödənişi, 4.781,24 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 124,42 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(012)-3312/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “ipoteka krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 102.463,38 manat məbləğində əsas borc, 7.925,92 manat məbləğində faiz borcu, cəmi 110.389,30 manat məbləğində kredit borcu iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə verilməsi, tələbin Cavabdeh oğiuna məxsus ünvan 1 ünvanında 0.0210 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 141 kv.m olan 44 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 110389,30 manat məbləğdə ödənişin və ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Abşeron Rayon icra və Probasiya şöbəsinin xx/xx-62041-4 N saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Cavabdeh məxsus olan əmlak hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqnda” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Məhkəmə qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus ev "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq. İpoteka saxlayan Bank VTB (Azərbaycan) ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 107/23 nömrəli hesab-fakturasında Cavabdeh məxsus evin açıq hərracdan satılması ilə əlaqədar 4051,90 manat məbləğində xidmət haqqı və 729.34 manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. 13 iyun 2023-cü il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2023-cü il tarixli № 107/23 hesab-fakturaya əsasən hərrac xidmətinin dəyəri olaraq 4051,90 manat manat məbləğində ödənilmişdir.13 iyun 2023-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, “Bank VTB (Azərbaycan)" ASC tərəfindən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya EBDH №462988 əsasən 729.34 manat məbləğində ƏDV ödənilmişdir. 13 iyun 2023-cü il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 6.693,75 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 4.781,24 manat məbləğində hərracın keçirilməsi xərci və 6.693,75 manat məbləğində icra ödənişi əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əıaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. “İcra haqqında” Qanununun aidiyyatı normalarının tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün əyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçıASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 107/23 nömrəli, 05 iyun 2023-cü il tarixli yekun protokoldan görünür ki, ilkin satış qiyməti 150000 manat olan Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ağakişiyev küçəsində 0,0210 ha torpaq sahəsində yerləşən ü/s 141 kv.m.olan 44 nömrəli fərdi yaşayış evi ipoteka saxlayan İddiaçı ASC tərəfindən 95625 manata almışdır. İş materiallarında olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Abşeron Rayon icra və Probasiya şöbəsinin hesabına Cavabdeh icra sənədi üzrə 7 faiz ödəniş üzrə 6693,75 manat köçürülmüşdür. İş materiallarında olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən hərrac xidməti olaraq "xxxx" MMC-nin bank hesabına 4051,90 manat ödəniş köçürülmüşdür. İş materiallarında olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 729,34 manat ƏDV ödənilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, Cavabdeh tərəfindən tələbkar İddiaçı ASC-yə maddi zərər vurulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər daxildir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, iddia tələbi əsaslıdır və iddiaçının cavabdehin əvəzinə ödədiyi icra xərcləri cavabdehdən iddiaçının xeyrinə tutülmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 124,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 6693,75 manat məbləğində icra ödənişi, 4781,24 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər və ödənilmiş 124,42 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 6693,75 (altı min altı yüz doxsan üç manat yetmiş beş qəpik) manat məbləğində icra ödənişi, 4781,24 (dörd min yeddi yüz səksən bir manat iyirmi dörd qəpik) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər və ödənilmiş 124,42 (yüz iyirmi dörd manat qırx iki qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-838/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-838/2024
06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver