Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-870/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Azər Əliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 mart 2022-ci il tarixli qərarından görünür ki, hadisə "xxxx" MMC-nin işçiləri tərəfindən rəngləmə işləri aparılarkən törədilmişdir. Ona görə də hesab edir ki, hazırki iddia tələbinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aidiyyatı yoxdur. Həmçinin bildirir ki, "xxxx" MMC müstəqil hüquqi şəxsdir və onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi, ev 2-dir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin əsl cavabdeh “X1 Şəbəkəsi” ("xxxx") MMC ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilməlidir. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “X1 Şəbəkəsi” MMC-nin hüquqi ünvanı ünvan 4ə hesab edir ki, cavabdeh “X1 Şəbəkəsi” MMC-nin hüquqi ünvanı ünvan 5 iş aidiyyat qaydaları pozulmaqla icraata qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45 və 263-264cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Şəbəkəsi” ("xxxx") MMC-yə yə qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-870/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-870/2022
27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver