Məhkəmə qərarları › İş №e-2(009)-879/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-879/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-879/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh "xxxx" Şirkətinin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X1 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, eyni tələb üzrə daha əvvəl Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ilə müddət bərpa ərizəsi təmin edilərək icraat bərpa edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5352/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, hazırda icraatda olan iş üzrə eyni tərəflər arasında eyni xarakterli daha əvvəl icraata qəbul edilmiş iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Mülki Prosessual Məcəllənin 259.0.4.-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə baxılmamış saxlanılır. Odur ki, göstərilən səbəbdən hazırkı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin nümayəndələri X4 və X5 mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxış mərhələsində olduğunu nəzərə alaraq mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməklə prosessual müddətin İddiaçı üçün bərpa edilməsi, şikayətin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü tarixli, 2(006)-1832/2024 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır. Qərardadın əsaslarına görə, əvvəl verilən iddianın imtinası halları artıq aradan qalxdığından, cavabdeh ləğv prosesində olmaqla, onun ləğvedisisi təyin edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ləğv edilməklə məhkəmə hazırlıq iclası təyin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin qəraradaddan şikayət verərək, qərardadın prosessual müddətin bərpasına dair hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2024-ci il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. - 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)- 1832/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını, başqa sözlə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilməsini və iddiaçının müraciət tarixinin 2024-cü ilin fevral ayına təsadüf etməsini, hazırki iddia ilə isə məhkəməyə 19 mart 2024-cü il tarixində müraciət edilməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı “sığorta ödənişi” tələbinə dair hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar