Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-899/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 məhkəməyə təqdim edib, Azərbaycan Respublikası MPM-nin 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər: Mübahisənin predmeti 1.1 e-2(009)-899/2025 nömrəli iş üzrə mübahisənin predmetini ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payının naturada bölünməsi təşkil edir. Sazişin şərtləri və Tərəflərin öhdəlikləri 2.1 Tərəflər təsdiq edir ki, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsi üzərində müəssisənin yerləşməsi və digər səbəblərdən bu sahənin naturada bölünməsi Tərəflərin hazırkı mənafeyinə uyğun deyildir. 2.2 İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən şərtin ödənilməsi müqabilində payın naturada bölünməsi tələbindən imtina edir. 2.3 Tərəflər ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin üçüncü şəxsə satılmasını və əldə edilən məbləğin 50%-nin iddiaçıya, digər 50%-nin isə cavabdehə verilməsinə razılaşırlar. 2.4 Tərəflər əmlakın satışı məqsədi ilə mümkün bütün səyləri göstərəcəklərinə, bununla bağlı vicdanla davranacaqlarına zəmanət verirlər 2.5 Tərəflər Sazişin 1-ci bəndində qeyd olunan iddia tələbi ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə Tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz 2.6 Tərəflər arasında bu Saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur 2.7 Saziş, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri Tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür 2.8 Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onlann həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər Sazişin şərtlərinin icra edilməsi qaydası 3.1 Saziş üzrə şərtlərin qəbul edilməsinə dair Tərəflər məhkəməyə müraciət edəcək və Sazişin şərtləri ilə razı olmasına dair izahat təqdim edəcəklər 3.2 Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı Saziş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)-899/2025 nömrəli mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Xüsusi qeydlər 4.1 Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi Sazişin təsdiq edilməsi üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsininə təqdim edilir. 4.2 Tərəflər bəyan edirlər ki, Sazişin şərtləri, bağlanması qaydası onların könüllü iradəsini əks etdirilir 4.3 Tərəflər bəyan edirlər ki, Sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu Tərəflərə izah edilmişdir 4.4 Tərəflər bəyan edirlər ki, Sazişin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və aydındır 4.5 Tərəflər bəyan edirlər ki, Sazişin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, AR MPM-nin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2 261.0, 261.0.5, 262, 263-264.266-268 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin: Mübahisənin predmeti 1.1 e-2(009)-899/2025 nömrəli iş üzrə mübahisənin predmetini ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payının naturada bölünməsi təşkil edir. Sazişin şərtləri və Tərəflərin öhdəlikləri 2.1 Tərəflər təsdiq edir ki, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsi üzərində müəssisənin yerləşməsi və digər səbəblərdən bu sahənin naturada bölünməsi Tərəflərin hazırkı mənafeyinə uyğun deyildir. 2.2 İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən şərtin ödənilməsi müqabilində payın naturada bölünməsi tələbindən imtina edir. 2.3 Tərəflər ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin üçüncü şəxsə satılmasını və əldə edilən məbləğin 50%-nin iddiaçıya, digər 50%-nin isə cavabdehə verilməsinə razılaşırlar. 2.4 Tərəflər əmlakın satışı məqsədi ilə mümkün bütün səyləri göstərəcəklərinə, bununla bağlı vicdanla davranacaqlarına zəmanət verirlər 2.5 Tərəflər Sazişin 1-ci bəndində qeyd olunan iddia tələbi ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə Tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz 2.6 Tərəflər arasında bu Saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur 2.7 Saziş, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri Tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür 2.8 Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onlann həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər Sazişin şərtlərinin icra edilməsi qaydası 3.1 Saziş üzrə şərtlərin qəbul edilməsinə dair Tərəflər məhkəməyə müraciət edəcək və Sazişin şərtləri ilə razı olmasına dair izahat təqdim edəcəklər 3.2 Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı Saziş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)-899/2025 nömrəli mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Xüsusi qeydlər 4.1 Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi Sazişin təsdiq edilməsi üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsininə təqdim edilir. 4.2 Tərəflər bəyan edirlər ki, Sazişin şərtləri, bağlanması qaydası onların könüllü iradəsini əks etdirilir 4.3 Tərəflər bəyan edirlər ki, Sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu Tərəflərə izah edilmişdir 4.4 Tərəflər bəyan edirlər ki, Sazişin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və aydındır 4.5 Tərəflər bəyan edirlər ki, Sazişin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir. İddiaçı – Cavabdeh qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə 2(009)-899/2025 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-899/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-899/2025
23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver