Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-913/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 Babaəli oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 qarşı inventarların təhvil verilməsi və pul tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 qarşı inventarların təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, onun mərhum əri X5 mülkiyyətində olan “OAZİS” restoranının fəaliyyətinə xitam verdikdən sonra həmin restoranın inventarlarını (Kondisioner şkaf - 2 ədəd, Uşaq oyun aparatı - 3 ədəd, Zum uşaq - 1 ədəd, Usaq sürüşkəni - 1 ədəd, Royal piano - 2 ədəd; Dekor tunba Royal - 2 ədəd, Reception mebeli - 1 ədəd, Qirmizi Divan (koja) - 31 ədəd, Dekor (Banbuk) - 4 ədəd, Dekor Çapar - 5 ədəd, Divan (qirmızı parça) - 3 ədəd, Giriş qapı üçün qapı feni - 1 ədəd, Kreslo (qırmızı koja Rubin zal) - 31 ədəd, Dekor dipçək gül - 5 ədəd, Parça stul (ağ mirvari) -273 ədəd, Arka Gül - 2 ədəd, Fontan motoru - 2 ədəd, Stol süfrəsi - 85 ədəd, Skayner (səhnədə) - 25 ədəd, Skayner Robot - 2 ədəd, Lazer aparatı - 2 ədəd, Dörd nəfərlik stol -123 ədəd, Qaz peçi (4 göz) - 2 ədəd, Duxovka -1 ədəd, Fritor aparatı - 2 ədəd, Mətbəx stolu - 2 ədəd, Soyuducu şkaf - 2 ədəd, Mikrodalğalı soba - 1 ədəd, Kolbasa kəsən -1 ədəd, Mikser -1 ədəd, Lülə şişi -100 ədəd; Tikə şişi - 100 ədəd; Pitiminutka - 2 ədəd; Sac qabı - 40 ədəd; Buz Aparatı -1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl - 300 ədəd; Bıçaq - 300 ədəd; Salfetka qabı - 20 ədəd; Duz istiot qabı - 15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Qirmızı daroşka (xalça) - 1 ədəd; Paltaryuyan -1 ədəd; Ət maşını -1 ədəd; Sredni qabı -178 ədəd; Salat qabı - 400 ədəd; Cörək qabı - 30 ədəd; Padnos - 20 ədəd; Seyf - 1 ədəd; Divan (parça koricneviy) - 4 ədəd; Kassa nömresi - 150 ədəd; Kserekopiya aparatı -1 ədəd; Korolevskiy stol - 2 ədəd; Kofe aparatı -1 ədəd; Kassa stolu - ədəd; Stul koja -163 ədəd; Stul üçün çexol -160 ədəd; Reklam Oazis - 4 ədəd; Kreslo-1 ədəd; Printer aparatı - 1 ədəd; Kompüter - 2 ədəd; Royal stulu - 2 ədəd; Show zalın qabaq stolu - 25 ədəd; Qaz peçi - 2 ədəd; Vıterok - 1 ədəd; Soyuducu - 2 ədəd; Stellaj- 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası -1 ədəd; Su motoru (yeka) - 1 ədəd; Qidrofor - 3 ədəd; Ariston - 2 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı-1 kulok; Rəngli süfrə - 59 ədəd; Milli süfrə - 33 ədəd; Qırmızı divan - 25 ədəd) 01 oktyabr 2019-cu ildən qarşılıqlı razılıq əsasında cavabdehlər Cavabdeh1 firması və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh2 istifadələrinə aylıq istifadə haqqı 5 (beş) min manat olmaqla vermişdir. 12 Noyabr 2021-ci il tarixdə əri Mirtalib Əmişov vəfat etmişdir. Vəfat etdiyi günə qədər cavabdehlər tərəfindən inventarlardan istifadəyə görə haqq ödənilmişdir. Lakin həmin vaxtdan hal-hazıra kimi inventarlar cavabdehlər tərəfindən ünvan 1 ünvanda fəaliyyət göstərən Cavabdeh1 Firmasının “Bakı Gecələri” restoranında istifadə olunmasına və gəlir əldə edilməsinə baxmayaraq, istifadə haqqı olaraq razılaşdırılmış 5 (beş) min manat ödənilmir. Qeyd olunanlarla bağlı inventarların yararlı vəziyyətdə qaytarılmasının və 6 (altı) ay üçün 30 (otuz) min manat istifadə haqqının ödənilməsini özündə ehtiva edən pretenziyalar cavabdehlərə göndərilmişdir, lakin hal-hazıradək nə inventarlar, nə də ki, istifadə haqqı ona təhvil verilməmşdir. Yuxarıda göstərilənlərə əsasən qolunan inventarların cavabdehlərdən alınıb ona verilməsi, 30000 manat istifadə haqının, ödənilmiş dövlət rüsumuna görə 180 manatın, hüquqi yardıma görə ödədiyi 1010 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddianın dəyişdirilməyinə dair ərizə ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, məhkəm prosesi gedən dövrdə cavabdehlər iddia ərizəsində göstərilmiş inventarların bir hissəni geri qaytarmışlar. Lakin qalan inventarları qərəzli şəkildə qaytarmaq istəmirlər, hətta həmin inventarlardan istifadə onlara və üçüncü şəxslərə qadağan edilməsinə baxmayaraq, onlardan istifadə edərək gəlir əldə edirlər. Qaytarılan əmlaklarla bağlı tərəflər arasında təhvil-təslim aktları imzalanmışdır. Həmin aktlarda konkret və birmənalı şəkildə göstərilib ki, cavabdehlər digər əmlakları təhvil verməkdən imtina edirlər.Göstərilənlərə əsasən aşağıdakı inventarların: Reception mebeli - 1 ədəd; Qirmizi Divan (Rubin zal koja) - 19 ədəd; Qirmizi Kreslo (koja Rubin zal) - 9 ədəd; Dekor dipçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 211 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 1 ədəd; Stol süfrəsi (ağ) - 85 ədəd; Skayner (səhnədə) - 21 ədəd; Lazer aparatı - 2 ədəd; Sarı işıq (asılan) - 40 ədəd; Dörd nəfərlik stol - 60 ədəd; Qaz peçi (4 göz) - 1 ədəd; Mətbəx stolu (dəmir) - 2 ədəd; Soyuducu şkaf - 2 ədəd; Mikser - 1 ədəd; Lülə şişi (uzun) - 100 ədəd; Tikə şişi (uzun) - 100 ədəd; Saç qabı (qara rəngdə)- 40 ədəd; Buz Aparatı (böyük) - 1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl (Güral Porselen) - 300 ədəd; Bıçaq (Güral Porselen) - 300 ədəd; Salfetka qabı (Güral Porselen) - 20 ədəd; Duz istiot qabı (Güral Porselen) -15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Oirmızı daroşka (xalça) - 1 ədəd; Ət maşını - 1 ədəd; Sredni qabı (Güral Porselen) - 178 ədəd; Salat qabı (Güral Porselen) - 400 ədəd; Çörək qabı (taxta) - 30 ədəd; Padnos (dəmir) - 20 ədəd; Divan (parça koricneviy) - 1 ədəd; Divan (koja koricneviy) - 18 ədəd; Kassa nömrəsi (qırmızı) - 150 ədəd; Kserekopiya aparatı (HP) - 1 ədəd; Kofe aparatı (böyük) - 1 ədəd; Kassa stolu (qırmızı) - 1 ədəd; Stul üçün çexol - 160 ədəd; Reklam Oazis - 1 ədəd; Kreslo- 1 ədəd; Printer aparatı (HP) - 1 ədəd; Kompüter (qara HP) - 2 ədəd; Show zalın qabaq stolu (6-8 nəfərlik) - 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu -1 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası - 1 ədəd; Su motoru (yekə) - 1 ədəd; Qidrofor - 1 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı (metallik) - 50 ədəd (30 böyük, 20 balaca); Rəngli süfrə (qırmızı, ağ, mavi və sarı) - 59 ədəd; Milli süfrə - 33 ədəd; Arakəsmə açılış lenti - 8 ədəd cavabdehlər Cəmilə” Firması və Cavabdeh2 alınıb ona verilməsi, 30000 manat istifadə haqının, ödənilmiş dövlət rüsumuna görə 180 manatın, hüquqi yardıma görə ödədiyi 1010 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirdi ki, “Oazis” restoranı iddiaçının mərhum əri X4 məxsus olub. Restoran onun mülkiyyətində olan zaman Cavabdeh2 da mərhum ərinin yanında həm mühafizəçi, həm də administrator vəzifəsində çalışmışdır. İddiaçının mərhum ərinin müıkiyyətində olan “Oazis” restoranının fəaliyyətinə xitam verildikdn sonra həmin restoranın iddia ərizəsində sadalanan inventarları 1 oktyabr 2019-cu ildə qarşılıqlı razılıq əsasında cavabdehlər Cavabdeh1 Firması və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan Cavabdeh2 istifadələrinə istifadə haqqı aylıq 5000 manata verilmişdir. İddiaçını əri X5 və cavabdehlər arasında icarə müqaviləsi şifahi bağlanmışdır. 12 noyabr 2021-ci ildə iddiaçının həyat yoldaşı vəfat etmişdir. Vəfat etdiyi günə kimi cavabdehlər tərəfindən aylıq istifadə haqqı ödənilmişdir. Lakin həmin vaxtdan hal-hazıra kimi həmin inventarlar Cavabdeh1 Firmasının “Bakı Gecələri” restoranında istifadə olunmasına və gəlir əldə edilməsinə baxmayaraq, istifadə haqqı olaraq razılaşdırılmış 5000 manat ödənilmir. Məhkəmədə iddia qaldırdıqdan və iddia tələbində göstərilən əmlaklar üzərinə həbs qoyulduqdan sonra cavabdehlər həmin əmlakların çox hissəsini iddiaçıya qaytarmış və bu barədə təhvil-təslim aktları tərtib olunmuşdur. Həmin aktlarda qalan əmlakların məhkəmə qətnaməsindən sonra qaytarılacağı göstərilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 Babaəli oğlu iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, “Oazis” restoranı ilə “Cəmilə Firması” arasında əlaqə yoxdur. Həmçinin əşyaların iddiaçıya məxsus olması barədə hər hansısa sübut iş materiallarına əlavə olunmayıb. Hətta iddiaçının mərhum əri ilə “Cəmilə Firması”nın arasında icarə müqaviləsi də bağlanmayıbdır. Məhkəmə iş materiallarını araşdırarkən təqdim olunan sübutları araşdırmalı və onlara qiymət verməlidir. Lakin heç bir sübut yoxdur. Hazırki işə baxılarkən müvəqqəti təminat tədbiri kimi iddia ərizəsində göstərilən inventarların guya iddiaçıya məxsus olması əsası ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və onlardan istifadə cavabdehlərə qadağan olunmuşdur. İddiaçı həmin qərardaddan istifadə edərək, icra məmuru ilə birlikdə yük maşınları da götürərək, “Yeni Oazis” restoranına gedib, həmin əmlakların bir hissəsini götürmüşlər. Halbuki qərardadda əmlakın geri qaytarılması barədə hər hansısa göstəriş yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçının mərhum həyat yoldaşı X5 “Oazis” restoranın direktoru olub. O, X3 yanında 2004-cü ildən 2019-cu ilə kimi fasilələrlə işləmişdir. Orada o həm administrator, həm Mirtalibin mühafizəçisi olmuşdur. 2004-cü ildən 2013-cü ilə kimi Mirtalibin yanında olmuşdur. Daha sonra o, “Oazis” restoranından çıxıb, Xalça restoranında işləmişdir. 2016-cı ildə yenidən Mirtalibin yanına qayıtmışdır. 2018-ci ildə yenidən işdən çıxmışdır. 2019-cu ildə "Oazis" restoranı söküldü və Mirtalib “Bakı Gecələri” restoranını icarəyə götürdü. Bu zaman Mirtalib onunla əlaqə saxlayaraq yenidən restorana qayıtmağını istədi və o da qayıtdı. Onun VÖEN-i olduğu üçün Cavabdeh1 firması ilə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi o bağlamışdır. Aylıq 2000 manat icarə haqqı Mirtalibdən alınıb Cəmilə Firmasına ödənilməli idi. Müqavilə 5 illik müddətə bağlandı. Lakin daha sonra Mirtalib xəstəliklə əlaqədar ölkə xaricinə getdi və orada rəhmətə getdi. İcarə haqqından sadəcə 2-3 aylıq ödənilib, qalan icarə haqqı hələ də ödənilməyib. Qaldı ki, əşyaların “Oazis” restoranından götürülüb, “Bakı Gecələri” restoranına gətirmələrindən xəbəri yoxdur. Çünki həmin vaxt o başqa işdə işləyirdi. O hal-hazırda “Bakı Gecələri” restoranının yerində yaradılmış “Yeni Oazis”də işləyir. Əmlaklar qaytarılan zaman“Cəmilə Firmasının direktoru Səbzəliyev Əliağa onu çağıraraq, təhvil-təslim aktlarına imza etməyini xahiş etdi. O da etiraz etməyərək, bütün aktlara imza etdi. Lakin həmin əmlakların mərhum Mirtalibə məxsus olması barədə məlumatı yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə da eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, köhnə “Oazis” restoranında 2004-2005-ci ildən 2019-cu ilin sentyabr ayına kimi inzibatçı, yəni administrator vəzifəsində çalışmışdır. Cavabdeh2 də administrator olubdur. Köhnə “Oazis” restoranında bir neçə dənə administrator olubdur. Cavabdeh2 əvvəl mühafizəçi olub, sonra inzibatçı olubdur. 2019-cu ildə “Oazis” restoranı söküldü və mərhum Mirtalıb müəllim “Bakı Gecələri” restoranını arendaya götürdü və köhnə “Oazis” restoranının əmlakları “Bakı Gecələri” restoranına aparıldı. Aparılmasında məqsəd isə onların orada həmin əmlaklardan istifadə etmələri oldu. Əmlaklar “Bakı Gecələri” restoranına aparılan zaman təhvil-təslim aktı olmayıb, çünki həmin əmlakdan onlar istifadə edəcəkdi, yəni başqasına təhvil verilmirdi. İddia ərizəsində olan əmlaklar köhnə “Oazis” restoranının əmlakları olubdur və yük taksisiylə daşınmışdır. Mərhum Mirtalıb müəllim vəfat etdikdən sonra əmlaklardan “Bakı Gecələri” restoranın əvəzində olan “Yeni Oazis” restoranı istifadə edir. Əmlaklar Cavabdeh1 Firmasından götürülən zaman o da iştirak etdi. Əmlaklar qaytarılan zaman təhvil-təslim aktında imza çəkmyib, çünki həmin yerdə indi işləmir. Sadəcə əmlakları tanımaq üçün oraya çağırılmışdır. Həmin əmlakları əzbər tanıyır. Əmlakların bir qismi qaytarılıb, bir qismi Cavabdeh1 Fimasında qalıbdır. Lakin icarə haqqından məlumatı olmayıb, çünki həmin proseslərdə iştirak etməmişdir. Köhnə “Oazis” restoranının əmlakları çoxdan alınmışdır, əmlakların qaimələrinin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, köhnə “Oazis” restoranında 2004-2011-ci illər və 2017-2020-ci illərdə mühasib vəzifəsində çalışıb. Cavabdeh2 də administrator olub, amma daha çox müdir vəzifəsində işləyib. Şahid2 tanıyır və o da orada işləyib. 2019-cu ildə “Oazis” restoranı söküldü və mərhum Mirtalıb müəllim “Bakı Gecələri” restoranını arendaya götürdü və köhnə “Oazis” restoranının əmlakları “Bakı Gecələri” restoranına aparıldı. Əmlakların aparılmasını Cavabdeh2 görübdür, əmlakların siyahısını Şahid2 tərtib edibdir. Aparılmasında məqsəd isə onların orada həmin əmlaklardan istifadə etməyi oldu. Əmlaklar “Bakı Gecələri” restoranına aparılanda təhviltəslim aktı olmayıb, lakin “Bakı Gecələri” restoranına məxsus olan əmlaklar da orada olduğu üçün həm o əmlaklar, həm də köhnə “Oazis” restoranından oraya gətirilən əmlakların siyahısı tərtib olundu ki, onlar qarışmasınlar. İddia ərizəsində olan əmlaklar köhnə “Oazis” restoranının əmlakları olubdur. Mərhum Mirtalıb müəllim “Bakı Gecələri” restoranını icarəyə götürdüyü üçün icarə haqqı ödədiyini bilirdi, amma nə qədər olmağı barədə məlumatı yoxdur. Lakin daha sonra pandemiya düşdüyü üçün restoran bağlandı və Mirtalıb müəllim həmin əmlakları cavabdehlərə verdi ki, işləyib borcları bağlasınlar. Mərhum Mirtalıb müəllim vəfat etdikdən sonra əmlakları Cavabdeh1 Firmasından götürülən zaman o da orada iştirak etdi. Əvvəlcə əmlakları vermədilər. Daha sonra götürməyə gedən zaman əmlakların bir qismini geri qaytardılar. Qalan əmlaklar orada qaldı. Əmlakların istifadəsinə görə icarə haqqından məlumatı yoxdur. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, köhnə “Oazis” restoranında 2012-ci ilin yanvar ayının 21-dən 2021-ci ilin may ayının 9-na kimi administrator vəzifəsində işləmişdir. Köhnə “Oazis” restoranında 4-5 nəfər administrator olubdur. Şahid2 da administrator işləyib. Bütün administratorların Cavabdeh2 tabeçiliyi olubdur, çünki Cavabdeh2 müdir olubdur. Cavabdeh2 əvvəl mühafizəçi olub, sonra müdir olub. 2019-cu ildə “Oazis” restoranı söküldü və restoranın əmlakları “Bakı Gecələri” restoranına aparıldı. Əmlaklar aparılan zaman şəxsən özü iştirak etmişdir. Əmlaklar aparılan zaman təhvil-təslim aktı olmayıbdır, belə ki, əmlaklardan köhnə “Oazis” restoranının işçiləri istifadə etməliydi. İcarə müqaviləsindən də, icarə müqaviləsinə görə icarə haqqından xəbəri yoxdur. Həm köhnə “Oazis” restoranında, həm də “Bakı Gecələri” restoranında VÖEN Cavabdeh2 aid olub. 2020-ci ilin fevralın 5-də restoranda zəhərlənmə qeydə alındı. 2020-ci ilin sentyabr ayının 25-i işə başladılar, sentyabr ayının 27-də müharibəyə görə iş dayandı və 2021-ci ilin fevral ayında iş yenidən başladı. 2021-ci ilin may ayında o, işdən çıxdı. Əmlaklar geri qaytarılan zaman orada o da iştirak etmişdir. Əşyaların bir qismi qaytarılıb. Əşyalar qaytarılan zaman onu dəvət etmələrinin səbəbi o idi ki, köhnə “Oazis” restoranının əmlaklarını əzbər tanıyırdı. Əmlakların istifadəsinə görə icarə haqqından məlumatı yoxdur. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, köhnə “Oazis” restoranında əvvələ ofisiant vəzifəsində, daha sonra sürücü vəzifəsində işləmişdir, həmçinin restoranın bazarlığına baxmışdır. Şahid2 administrator, Cavabdeh2 isə baş administrator işləyibdir. Onun administratora tabeçiliyi var idi. Bütün administratorlara Mirtalıb rəhbərlik edirdi. O olmayanda isə Cavabdeh2 rəhbərlik edirdi. Cavabdeh2 mühafizəçi işləməyini görməmişdir. 2019-cu ildə “Oazis” restoranı söküldü və restoranın bütün əmlakları “Bakı Gecələri” restoranına aparıldı. Təhvil-təslim aktı olmayıbdır. Mərhum Mirtalıb ilə Cavabdeh1 Fimasının arasında müqavilə var idi. Həmin müqaviləni görməmişdir, lakin eşitmişdir. Əmlakları qaytarılan zaman ilkin olaraq vermədilər, daha sonra bir qismi qaytarıldı. Əmlaklar götürülən zaman o iştirak etmişdir. Mirtalıb xaricdə olan zaman əmlaklardan istifadəyə görə 5000-6000 aylıq haqq verilməli idi. Həmin haqqdan isə 1-2 aylıq verilib, qalanı ödənilməyib. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan icarəyə verən Cavabdeh1 firmasının direktoru X2 və icarəyə götürən fiziki şəxs Cavabdeh2 arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 3 ünvanda yerləşən tam sahəsi 445 kv.m olan icarə obyektini hər ay 2000 manat icarə haqqı ödənilməklə 5 (beş) il müddətinə icarəyə götürənə icarəyə verir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı 07 yanvar 2016-cı ildə nikah bağlamışlar. İş materiallarında olan AZ-229888 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 noyabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 44 saylı Notariat ofisinin 665 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, mərhum X3 miras payını arvadı İddiaçı qəbul edib və o, birinci növbədə vərəsədir. İş materiallarında olan tələbkar İddiaçı nümaynədəsi Şahid1, borclular Cavabdeh2 və Cavabdeh1 firmasının direktoru X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhviltəslim aktından görünür ki, Səbail rayon Məhkəməsinin MTT(009)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında nəzərdə tutulmuş aşağıdakı əmlaklar: 1. Stul koja - 262 ədəd, 2. Uşaq oyun aparatı - 3 ədəd, 3. Divan (qırmızı parça) - 3 ədəd könüllü şəkildə borclular tərəfindən tələbkara təhvil verildi. Qərardadda göstərilmiş digər əmlaklar təhvil verilmədi. Borclular bunu qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmaması ilə əlaqələndirdilər və həmin əmlakların təhvil verilməsindən imtina etdilər. İş materiallarında olan tələbkar İddiaçı nümaynədəsi Şahid1, borclular Cavabdeh2 və Cavabdeh1 firmasının direktoru X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhviltəslim aktından görünür ki, Səbail rayon Məhkəməsinin MTT(009)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında nəzərdə tutulmuş aşağıdakı əmlaklar: 1. Divan qırmızıqara - 35 ədəd ədəd, 2. Qırmızı kreslo - 22 ədəd , 3. Korolevskiy - 3 ədəd, 4. Koja köhnə - 4 ədəd, 5. Parça stol - 62 ədəd, 6. Qaz peçi dörd göz - 1 ədəd, 7. Qabaq stol - 62 ədəd, 8. Pitminutka - 2 ədəd, 9. Kolbasa kəsən - 1 ədəd, 10. Ariston - 2 ədəd, 11. Samavar - 2 ədəd, 12. Soyuducu - 1 ədəd, 13. Bambuk Aksessuar - 4 ədəd, 14. Dekor Çapar - 5 ədəd,
15. Firi Aparatı - 2 ədəd, 16. Kondisioner şkaf - 2 ədəd, 17. Qapı feni - 1 ədəd, 18. Royal Piano - 2 ədəd, 19. Dekor tumba Royal - 2 ədəd, 20. X8 - 1 ədəd könüllü şəkildə borclular tərəfindən tələbkara təhvil verildi. Qərardadda göstərilmiş digər əmlaklar təhvil verilmədi. Bunun səbəbi təhvil-təslimin xx.xx.2022-ci il tarixə salınması oldu. İş materiallarında olan tələbkar İddiaçı nümaynədəsi Şahid1, borclular Cavabdeh2 və Cavabdeh1 firmasının direktoru X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhviltəslim aktından görünür ki, Səbail rayon Məhkəməsinin MTT(009)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında nəzərdə tutulmuş aşağıdakı əmlaklar: 1. Koya oturacağı - 25 ədəd, 2. Karalevskiy stol - 1 ədəd, 3. Rubin zal qabaq stollar - 14 ədəd, 4. Jarovka - 1 ədəd, 5. Skayner - 2 ədəd, 6. Seyf - 1 ədəd, 7. Divan parça - 3 ədəd, 8. Jurnalni (Dolçe) - 1 ədəd, 9. Qabaq stol - 1 ədəd, 10. Mikrodalğa - 1 ədəd, 11. Mator Gidrofor - 2 ədəd, 12. Su motor (Fontan) -1 ədəd, 13. Skayner – 4 ədəd, 14. Paltaryuyan - 1 ədəd, 15. Reklam bar - 3 ədəd könüllü şəkildə borclular tərəfindən tələbkara təhvil verildi. Qərardadda göstərilmiş digər əmlaklar təhvil verilmədi. Borclular bunu qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmaması ilə əlaqələndirdilər və həmin əmlakların təhvil verilməsindən imtina etdilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçının mərhum əri X3 mülkiyyətində olan “OAZİS” restoranının 2019-cu ilin sentyabr ayında fəaliyyətinə xitam verildikdən və həmin restoran söküldükdən sonra həmin restoranın inventarları X3 tapşırığına əsasən fiziki şəxs Cavabdeh2 ilə Cavabdeh1 firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə icarəyə götürülmüş ünvan 3 ünvanda yerləşən və Cavabdeh1 firmasına məxsus olan “Bakı gecələri” restoranına aparılmış, orada istifadə olunmuş və hal-hazırda da cavabdehlər tərəfindən istifadə olunmaqdadır. xx.xx.2021-ci ildə vəfat etmiş X3 miras payı onun birinci növbədə vərəsəsi olan arvadı, hazırki mülki iş üzrə İddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Cavabdeh1 firmasına məxsus olan “Bakı gecələri” restoranında olan iddiaçının əri mərhum X4 məxsus əmlakların bir hissəsi könüllü şəkildə cavabdehlər tərəfindən İddiaçı təhvil verilmişdir. Lakin cavabdehlər qalan əmlakları qaytarmaqdan imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsilə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məslələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia tələbi inventarların qaytarılması hissəsində əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə iddianın inventarlardan istifadəyə görə 30000 manat məbləğində vəsatin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. ndə iddia tələbi əsassızdır və təmin olunmamalıdır, belə ki, iddiaçı tərəfindən tələbin həmin hissəsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbin qeyd olunan hissəsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İddiaçının, hüquqi yardım xidməti üçün vəkilə ödənilən 1010 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardım xidməti üçün vəkilə ödənilən 1010 manat məbləğin tutulması hissəsində tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 ünvan 3 ünvanında Cavabdeh1 firmasına məxsus “Bakı Gecələri” restoranında yerləşən İddiaçı məxsus olan aşağıdakı inventarlar: Reception mebeli - 1 ədəd; Qirmizi Divan (Rubin zal koja) - 19 ədəd; Qirmizi Kreslo (koja Rubin zal) - 9 ədəd; Dekor dipçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 211 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 1 ədəd; Stol süfrəsi (ağ) - 85 ədəd; Skayner (səhnədə) - 21 ədəd; Lazer aparatı - 2 ədəd; Sarı işıq (asılan) - 40 ədəd; Dörd nəfərlik stol - 60 ədəd; Qaz peçi (4 göz) - 1 ədəd; Mətbəx stolu (dəmir) - 2 ədəd; Soyuducu şkaf - 2 ədəd; Mikser - 1 ədəd; Lülə şişi (uzun) - 100 ədəd; Tikə şişi (uzun) - 100 ədəd; Saç qabı (qara rəngdə)- 40 ədəd; Buz Aparatı (böyük) - 1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl (Güral Porselen) - 300 ədəd; Bıçaq (Güral Porselen) - 300 ədəd; Salfetka qabı (Güral Porselen) - 20 ədəd; Duz istiot qabı (Güral Porselen) -15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Oirmızı daroşka (xalça) - 1 ədəd; Ət maşını - 1 ədəd; Sredni qabı (Güral Porselen) - 178 ədəd; Salat qabı (Güral Porselen) - 400 ədəd; Çörək qabı (taxta) - 30 ədəd; Padnos (dəmir) - 20 ədəd; Divan (parça koricneviy) - 1 ədəd; Divan (koja koricneviy) - 18 ədəd; Kassa nömrəsi (qırmızı) - 150 ədəd; Kserekopiya aparatı (HP) - 1 ədəd; Kofe aparatı (böyük) - 1 ədəd; Kassa stolu (qırmızı) - 1 ədəd; Stul üçün çexol - 160 ədəd; Reklam Oazis - 1 ədəd; Kreslo- 1 ədəd; Printer aparatı (HP) - 1 ədəd; Kompüter (qara HP) - 2 ədəd; Show zalın qabaq stolu (6-8 nəfərlik) - 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu -1 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası - 1 ədəd; Su motoru (yekə) - 1 ədəd; Qidrofor - 1 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı (metallik) - 50 ədəd (30 böyük, 20 balaca); Rəngli süfrə (qırmızı, ağ, mavi və sarı) - 59 ədəd; Milli süfrə - 33 ədəd; Arakəsmə açılış lenti - 8 ədəd, hüquqi yardıma görə 400 (dörd yüz) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Mədinə Bağırova