Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-913/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə özünə telefon almaq məqsədilə “World Telecom” mağazasında olmuşdur. “İphone 15 Pro Max 256 Natural” model mobil telefonunu kreditlə almaq qərara gəlmişdir. Onunla "xxxx" MMC arasında müqavilə bağlanaraq ilkin ödəniş cədvəli təsdiq edilmişdir. Həmin sənədə əsasən müqavilə qiyməti 3529, ilkin ödəniş 500 manat, aylıq ödənişlər 253 manat qeyd edilmişdir. İlkin ödəniş olaraq 500 manatı ödəməklə telefonu əldə etmişdir. Ödəniş qrafikinə ilk iki ay ödəniş etmişdir. Daha sonra cavabdehin təklifi ilə telefonu ona satmaq qərarına gəlmişdir. Telefonu ona təhvil vermişdir. Razılaşmasına əsasən cavabdeh ona 600 manat ödəniş etmişdir və xx.xx.2024-cü il tarixdən etibarən şirkətə olan kredit borcuna ödəyəcəyinə razılaşmışlar. Belə ki, cavabdeh ccəmi 2 ay üçün kredit ödənişi 506 manat ona ödəmişdir. Daha sonra ödənişləri dayandırmışdır. Belə olan təqdirdə telefonu ondan geri istədikdə verməkdən imtina etmişdir. Hətta onun təklifi üzrə telefonu ona qaytarmaq şərti ilə o, cavabdehə 450 manat geri ödəniş etmişdir. Lakin cavabdeh yenə onun telefonunu qaytarmamışdır. Bundan sonra məcbur olaraq onun barəsində Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə şikayət etmişdir. Şikayətinin araşdırılması zamanı cavabdeh bölməyə çağırılmış, izahatı alınmış, onun telefonunu ələ keçirdiyini, pulunu vermədiyini etiraf etmişdir. 8-ci Polis Bölməsi ona şikayətinin mülki məsələ ilə bağlı olduğunu bildirərək mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirmişdir. Halhazırda 2025-ci ildən etibarən şirkayətə kredit borcu ödənilməmiş, üzərinə gecikmə faizi də hesablanmaqla Şirkətə 1278 manat borcu yaranmışdır. Həmin borc məbləği və əvvəllər telefon üçün ödədiyi məbləğlər daxil olmaqla cavabdeh ona 2000 manat məbləğində pul ödəməlidir. Cavabdehin onu aldatması qanunsuz hərəkətləri nəticəsində dərin sarsıntılı və iztirab keçirərək mənəvi ziyana məruz qalmışdır. Ona dəymiş ziyanın kompensasiyası olaraq 500 manat məbləğ, eləcə də hüquqi yardım xərci olan 80 manat və ödədiyi dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı telefonunu ələ keçirərək ona vurduğu maddi ziyana görə 2000 manat məbləğin, mənəvi ziyana görə 500 manat, hüquqi yardım xərcinə görə 80 manat və 45,80 manat məbləğində dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, “World Telecom”dan aldığı telefonun qiyməti 3529 manat olmuş, ilkin olaraq onun tərəfindən 500 manat, sonra 2 ay ərzində cəmi 500 manat ödəniş edilmişdir. Cavabdehə ikinci əl kimi telefonu 3200 manata satılmasına razılaşmışlar, razılaşdırılmış məbləğin 700 manatını cavabdeh ona, 2500 manatını isə “World Telecom”a ödəməli idi. Lakin cavabdeh ona yalnız 600 manat ödəmişdir, 2 ayda cəmi 500 manat “World Telecom”a ödəniş etmişdir. O, sonradan aldadıldığını hiss edib 450 manatı cavabdehə qaytarmış və telefonu geri istəmişdir. Onu məhkəməyə verməmək üçün özü də 3 ay cəmi 750 manat “World Telecom”a ödəniş etmişdir. Cavabdeh 2 dəfə 100 bir, 150 manat bir ona pul ödəmişdir. “World Telecom”a borc 1300 manat təşkil edir, 700 manat da etdiyi ödənişə görə cəmi 2000 manat tələb edir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh düzgün danışmır, onunla telefonun 3200 manata satılması barədə razılıq olmuşdur. Həmin telefon 2200 manata satıla bilməzdir, onun aylıq ödənişləri kifayət qədər yüksək idi. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Süsən onun tanışıdır, həqiqətən onunla ona məxsus “İphone 15 Pro Max 256 Natural” markalı mobil telefonu ikinci əl kimi 2200 manata razılaşaraq almış, Süsənə 600 manat pul vermiş, sonradan Süsən ona 450 manat qaytarmışdır, 1150 manat da telefon ödənişini həyata keçirmişdir. Süsənə razılaşdırılmış məbləğdən ödənilməyən 900 manat borcu qalmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, R0107848 saylı əşyanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 3.529 manat dəyərində olan “iPhone 15 Pro Max 256” markalı mobil telefonu nisyə alqısatqı şərtləri əsasında vermiş, İddiaçı aldığı telefona görə 500 manat məbləğində ilkin ödəniş etmiş və borclu olduğu qalıq 3029 manat məbləğində pulu müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, R0107848G saylı girov müqaviləsinə əsasən girov saxlayanda girov qoyan arasında bağlanmış xx.xx.2024-cü il tarixli R0107848 No-li hissə-hissə şərtləri ilə alqı-satqı müqaviləsinə əsasən “iPhone 15 Pro Max 256” markalı mobil telefonu 3529 manat məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə İddiaçı ona təhvil verilmiş, həmin əmlak özündə saxlamaq şərti ilə girov qoymuşdur. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası DİN-nin “102” zəng xidmətinə verdiyi məlumat araşdırılmış, şikayətində qeyd etdiyi xüsusat mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Vatsap” yazışmalardan görünür ki, World Telecomun hüquq şöbəsi tərəfindən müştəri İddiaçı xəbərnamə ünvanlanmış, məhsulun qaytarılması və yaxud 1333 manat borcun ödənilməsini tələb olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əşyanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC iddiaçıya 12 ay müddətinə 3.529 manat dəyərində olan “iPhone 15 Pro Max 256” markalı mobil telefonu nisyə alqısatqı şərtləri əsasında vermiş, iddiaçı aldığı telefona görə 500 manat məbləğində ilkin ödəniş etmiş və borclu olduğu qalıq 3029 manat (ayda 253 manat) məbləğində pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli girov müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı telefonun 3529 manat məbləğində dəyərinin ödənilməsini təmin etmək məqsədilə iddiaçı həmin telefonu özündə saxlamaq şərti ilə girov qoymuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ödəniş qrafikinə ilk iki ay ödəniş etmişdir. Daha sonra cavabdehin təklifi ilə telefonu ona satmaq qərarına gəlmiş və telefonu ona təhvil vermişdir. Razılaşmasına əsasən cavabdeh ona 600 manat ödəniş etmişdir və xx.xx.2024-cü il tarixdən etibarən şirkətə olan kredit borcuna ödəyəcəyinə razılaşmışlar. Cavabdeh cəmi 2 ay üçün kredit ödənişi 506 manat ona ödəmişdir. Daha sonra ödənişləri dayandırmışdır. Belə olan təqdirdə telefonu ondan geri istədikdə verməkdən imtina etmişdir. Hətta onun təklifi üzrə telefonu ona qaytarmaq şərti ilə o, cavabdehə 450 manat geri ödəniş etmişdir. Lakin cavabdeh yenə onun telefonunu qaytarmamışdır. Bundan sonra məcbur olaraq onun barəsində Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə şikayət etmişdir. Şikayətinin araşdırılması zamanı cavabdeh bölməyə çağırılmış, izahatı alınmış, onun telefonunu ələ keçirdiyini, pulunu vermədiyini etiraf etmişdir. 8-ci Polis Bölməsi ona şikayətinin mülki məsələ ilə bağlı olduğunu bildirərək mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirmişdir. Hal-hazırda 2025-ci ildən etibarən şirkətə kredit borcu ödənilməmiş, üzərinə gecikmə faizi də hesablanmaqla Şirkətə 1278 manat borcu yaranmışdır. Həmin borc məbləği və əvvəllər telefon üçün ödədiyi məbləğlər daxil olmaqla cavabdeh ona 2000 manat məbləğində pul ödəməlidir. Cavabdehin onu aldatması qanunsuz hərəkətləri nəticəsində dərin sarsıntılı və iztirab keçirərək mənəvi ziyana məruz qalmışdır. Bu səbəbdən iddiaçı telefonunu ələ keçirərək ona vurduğu maddi ziyana görə 2000 manat məbləğin, mənəvi ziyana görə 500 manat, hüquqi yardım xərcinə görə 80 manat və 45,80 manat məbləğində dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının aldığı mobil telefonun cavabdehə təhvil verilib, bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya ilkin olaraq ödənişin həyata keçirilməsi və telefona görə qalmış borcla bağlı aylıq ödənişlərin edilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edilmiş, həmin orqan tərəfindən isə ərizəçinin müraciətində qeyd edilən xüsusiyyət mülki xarakterli olduğu üçün ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında cavabdeh razılaşdırılmış məbləğin 2200 manat, iddiaçı isə 3200 manat olmasını bildirmiş, məhkəmə telefonun əldə edilməsindən qısa müddət keçməsini, telefonun dəyərdən cavabdehin qeyd etdiyi həddə aşağı düşmə ehtimalının məntiqli olmamasını nəzərə alaraq hesab edir ki, razılaşdırılmış məbləğin iddiaçının qeyd etdiyi həddə olması qəbul edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya yalnız 600 manat məbləğində ilkin ödəniş edilsə də, həmin məbləğin 450 manatı iddiaçı tərəfindən cavabdehə qaytarılmış, cavabdeh tərəfindən telefona görə edilmiş ödəniş qəbzlərindən isə belə məlum olur ki, cavabdeh cəmi telefona görə 1150 manat ödəniş həyata keçirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında razılaşdırılmış məbləğin ödənilməmiş hissəsi 1900 manat təşkil edir və borc da həmin həddədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia maddi ziyanın tutulması hissəsində qismən əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 1900 manat məbləğində pul tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 500 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (39 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə 80 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 80 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1900 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 manat, cəmi 1939 (bir min doqquz yüz otuz doqquz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-913/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-913/2025
30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver