Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-916/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 59 saylı evin 8 saylı mənzilin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 28 fevral 2015-ci il tarixdə Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 59 saylı binanın, 8 nömrəli mənzil vərəsəlik əsasında onun xüsusi mülkiyyətinə verilmişdir. Hal hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin əmlak onun xüsusi mülkiyyətindədir. Lakin tərəfindən aşkar olunmuşdur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 ona məxsus olan Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 59 saylı binanın 8 nömrəli mənzilində qeydiyyatındadırlar. Qeyd etmək istəyir ki, bundan öncə həmin mənzil onun mərhum anası X1 xüsusi mülkiyyətində olubdur və cavabdehlərin heç birisi bu mənzildə heç vaxt yaşamayıblar. Cavabdehlərin həmin mənzildə heç vaxt yaşamadıqları barədə əlavə bir sübutu Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı MKİS tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli 31 nömrəli arayışdır. Bundan başqa onun xüsusi mülkiyyətində olan mənzildə uzaq qohumu Şahid 2008-ci il tarixdən başlayaraq halhazıradək yaşayır. Həmin şəxs təsdiqləyə bilər ki, cavabdehlər heç vaxt həmin mənzildə yaşamayıblar. 02 may 2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 59 saylı binanın 8 nömrəli mənzilinə istifadə hüquqların itirilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Şahid qıızı ifadəsində bildirmişdir ki, iddiaçının anası X2 onun atasının dayısı qızı olub və Gültəkin xanım rəhmətə gedib. O, Gültəkin xanımın sağlığında onun razılığı ilə qohum kimi 15 ildir ki, həmin mənzildə yaşayır. Gültəkin xanım bağda qalırdı və arada gəlib onunla birlikdə həmin mənzildə də qalırdı. Ondan başqa həmin mənzildə heç kim yaşamayıb və hal-hazırda da o, həmin mənzildə tək yaşayır. Cavabdehləri o həmin mənzildə heç vaxt görməyib və mənzildə onlara aid heç bir əmlak yoxdur. Məhkəmə işə baxıb, iddiaçının izahatını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* No-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 59, mənzil 8 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 31 nömrəli arayışından görünür ki, xx.xx.2015-ci ildə DƏDRX tərəfindən verilən ********** saylı çıxarışa əsasən Səbail rayonu, M.Hüseyn küçəsi, 59 saylı evin 8 saylı mənzili vətəndaş İddiaçı xüsusi mülkiyyətindəir. Lakin ona məxsus olan mənzildə qeydiyyatda olan sakinlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 yuxarıda göstərilən ünvanda qeydiyyatda olmalarına baxmayaraq, onlar bu ünvanda uzun illərdir ki, yaşamırlar. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 59, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseynı küçəsi, ev 59, 8 saylı mənzil iddiaçının mərhum anası X1 xüsusi mülkiyyətində olmuş, 28 fevral 2015-ci ildən isə həmin əmlak iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehlər isə mübahisəli mənzildə yaşamamışlar. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 59 saylı evin 8 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab olunsun. Həmin qətnamə cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 59 saylı evin 8 saylı mənzilində qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-916/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-916/2024
06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver