Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-927/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC Sığorta Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC Sığorta Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək baş vermiş yol-nəqilyya hadisəsi nəticəsində avtomaşına dəymiş 9655 manat sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı cavabdeh sığorta təşkilatı tərəfindən ona sığorta ödənişinin imtina edilməsini qeyd etsə də, iddiaçının sığorta təşkilatına müraciəti barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı göründüyü kimi məhkəməyə qədər mübahisənin nizama salınması ilə bağlı tədbirlərin görülməsinə dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı qanunun yuxarıda göstərlən tələblərinə əsasən mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Yəni qanunun tələbinə əsasən sığorta hadisəsi nəticəsində avtomaşına vurulmuş ziyan müəyyən edilməli və həmin ziyanın ona ödənilməsi ilə əlaqədar iddiaçı sığorta təşkilatına müraciət etməli, sığorta təşkilatı onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə mübahisə ilə əlaqədar məhkəməyə müraciə olunmalı idi. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.4, 151.1 və 152.1.6 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC Sığorta Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-927/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-927/2024
01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver