Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-933/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı - cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi İdarəsinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində 10 may 2023-cü il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi İdarəsinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 170, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi İdarəsinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-933/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-933/2023
10.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver