Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-948/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - cavabehlər Cavabdeh1, Səbail rayon MKTB və DƏDRX-ə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair mülki işə 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1, Səbail rayon MTKB-nə və DƏDRX-ə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi, Səbail rayonu, ünvan 3 saylı binanın çardağında yerləşən 102 kv.m hissənin boşaldılması və iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən, İddiaçı Bakı şəhəri,Səbail rayonu, ünvan 3,mənzil 66/67 də ailə üzvlərimlə birlikdə qeydiyyatda olmaqla yaşayıram. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətimdədir. Həmin mənzil üzərindəki çardaqdakı 102 kv.mlik sahə təsərrüfat məqsədi ilə Cavabdeh2 başçısının xx.xx.2001-ci il tarixli 534 saylı Sərəncamı ilə istifadəmə verilmişdir. Belə ki, Səbail rayon ünvan 3 saylı binanın 65\66/67 saylı mənzillərinin üstündəki çardaq hissəsində 1999-cu ildə yanğın baş vermişdir.(Səbail rayon, DYTX-nin xx.xx.1999-cu il tarixli aktı) Yanğın nəticəsində qeyri yaşayış sahəsi yarasız hala düsdüyündən sahədən istifadə edən Respublika Seysmoloji Xidməti Mərkəzi 08.2001-ci il tarixli, 320 saylı maliyyə imkanı olmadığından sahədən imtina etmiş və yerli icra hakimiyyətinin sərəncamına verilmişdir.Bundan sonra Səbail rayon, MKTB-nin xx.xx.2001-ci il tarixli, 437 saylı və Respublika Seysmoloji Xidməti Mərkəzinin xx.xx.2001ci tarixli razlıq məktublarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı xx.xx.2001-ci il tarixli məktubu ilə Cavabdeh2 Başçısına Səbail rayon ünvan 3 saylı binanın 65\66/67 saylı mənzillərinin üstündəki 102 kv.m çardaq hissəsinin mənim istifadəmə verilməsinə etiraz etməmişdir. Bundan sonra mənimlə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında Qeyri-yaşayış sahələrindən X8 Haqqında müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən nəzərdə tutulan aylıq istismar yığımı tərəfimdən mütəmadi olaraq vaxtlı- vaxtında ödənilmişdir.Həmçinin 102 kv.m sahənin saxlanılması, mühafizəsi və həmin sahdədə yaxşılaşdırma işlərinin aparılması şəxsi vəsaitim hesabına həyata keçirilmişdir. Bundan sonra AR Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat Dövlət rüsumunun ödənilməsi haqqında məlumat İdarəsi mənim müraciətim əsasında mübahisəli sahənin mənə məxsus Səbail rayonu, ünvan 3,mənzil 66/67 X5 Özəlləşdirilmiş Mənzilin Texniki Pasportuna əlavə etmişdir. Lakin 2024-ci ildə mənə məlum olmuşdur ki, Səbail rayon ünvan 3 saylı binanın çardağın da yerləşən 258,70 kv.m-lik qeyri yaşayış sahəsi, o cümələdən mənim istifadəmdə olan 102 kv.m-lik sahə Cavabdeh1 tərəfindən özələşdirilmişdir.Belə ki, xx.xx.2023 qeydiyyat tarixli, ********** saylı çıxarış iş materiallarına əlavə edilir. Bununlada mənim özəlləşdirməkdə üstünlük hüququm pozulmuşdur.Mübahisəli sahə özələşdirilən zaman mülkiyyətçi olaraq mənim satılan əmlakın alınmasında üstünlük hüququma riayət edilməmiş və sahə Cavabdeh1 satılmışdır. Mübahisəli sahənin cavabdehin istifadəsində olmaqla təmir işləri aparır və təmir nəticəsində mənim mənzilimdə xeyli miqdarda ziyan görmüşdür. Buna baxmayaraq cavabdehlərin günahı üzündən sahədən üzərindəkisahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarımı həyata keçirə bilmirəm. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi, həmin çıxarışa əsas olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Səbail rayonu, ünvan 3 saylı binanın çardağında yerləşən 102 kv.m sahənin Cavabdeh1 və digərləri tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazında qeyd etmişdir ki, İddiaçı iddia tələbini əsaslandırarkən göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu ünvan 3, mənzil 66\67-də yaşayır, mənzilin üstündə olan çardaqda 102 kv metr sahə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixli "Qeyri-yaşayış sahələrindən X8 haqqında" Müqavilə bağlanmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ünvan 1-də 258,7 kv metr qeyri-yaşayış sahəsi (çardağ hissəsi) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdən alarkən İddiaçı alqı-satqıda iştirak etməyə üstünlük hüququ nəzərə alınmamış, buna görə "çıxarış etibarsız hesab edilməli" tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbləri əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** qeydiyyat nömrəsi olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 258,7 kvadrat metr sahəsi olan daşınmaz əmlak vətəndaş X2 xüsusi mülkiyyətində olmuşdur. 14 fevral 2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X6 ünvan 1 ünvanda yerləşən 258,7 kvadrat metr sahəsi olan daşınmaz əmlakı Cavabdeh1 satmışdır. Alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış Cavabdeh1 verilmiş və ünvan 1 ünvanda yerləşən 258,7 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********39-05101-083001 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət reyestrinə qeydiyyata alınmışdır. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (çardaq, mansart) 2001-ci ildə dövlət mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakının icarəyəvermə səlahiyyəti dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə həvalə edilmişdir. İddiaçı mənzilinin üstündə olan 102 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi (çardaq) dövlətin mülkiyyətində olduğuna görə daşınmaz dövlət əmlakının icrayəvermə səlahiyyəti olan, dövlət əmlakının sərəncamçısı - Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən İddiaçı icarəyə verilməmişdir. İddiaçı Dövlət Əmlak Komitəsi ilə mübahisəli dövlət əmlakına dair icarə müqaviləsi olmadığına görə həmin qeyri-yaşayış sahəsinin alınmasında İddiaçı üstünlük hüququ yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmişlər, lakin onlar məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: ÖM Seriyalı 189771 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizam küçəsi 50 saylı evin 66/67 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. 03 yanvar 2004-cü il tarixli 215 saylı Qeyri-yaşayış sahələrindən X8 haqqında Müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 102 kv.m olan qeyriyaşayış sahəsi X7 istifadəsinə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 258.7 kv/m olan qeyr-yaşayış sahəsi X2 xüsusi mülkiyyətində olmuşdur. 14 fevral 2023-cü il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X6 ona məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 258.7 kv/m olan qeyr-yaşayış sahəsini 370,000 manat qiymətinə alıcı Cavabdeh1 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 258.7 kv/m olan qeyr-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizam küçəsi 50 saylı evin 66/67 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. 03 yanvar 2004-cü il tarixli 215 saylı Qeyri-yaşayış sahələrindən X8 haqqında Müqavilə ilə həmin yaşayış sahəsinin üzərində yerləşən qeyr-yaşayış sahəsi X7 istifadəsinə vermişdir. Sözügedən əmlak 14 fevral 2023-cü il tarixdə X6 tərəfindən Cavabdeh1 satılmışdır. Hazırda iddiaçı sözügedən müqavilənin və onun əsasında verilən Çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlaka dair notariat kontorunda alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin əşyanın həbsdə və yüklü olması ilə bağlı hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli əşya üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Mübahisəli əmlaka dair notariat kontorunda alq-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əşyanın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bundan başqa müqavilə bağlanarkən satıcının alıcı və yaxud müqavilənin bağlanmasında maraqlı ola biləcək qeyri bir şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək halların mövcudluğu məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının iddia ərizəsində əmlakın alınmasında onun üstünlük hüququnun pozulmasına münasibətdə qeyd edir ki, sözügedən əmlak dövlət mülkiyyətində olan əmlak olmuş və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən X1. İddiaçının sözügedən əmlakı almaqda o zaman üstünlük hüququ ola bilərdi ki, iddiaçı ilə icarəyə verən qismində çıxış edən dövlət orqanı arasında sözügdən əmlak barəsində İcarə müqaviləsi bağlanmış olardı. Lakin iş materiallarından da görünür ki, iddiaçı ilə əmlakın həmin dövrdəki mülkiyyətçisi olmuş dövlət orqanı arasında belə bir müqavilə mövcud olmamışdır. Belə olan halda iddiaçının sözügedən əmlakın satışı zamanı üstünlük hüququ kimi imtiyazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Alqı-satqı Müqaviləsi” qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Belə olan halda həmin müqavilə əsasında Cavabdeh1 adına əldə edilmiş Çıxarış da etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının: 2-ci bəndinə əsasən yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə aiddir. 4.2-ci bəndinə əsasən qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. 4.2.1-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2-ci bəndinə əsasən icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Dövlət Xidməti tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. AR Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1, Səbail rayon MKTB və DƏDRX-ə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-948/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-948/2024
06.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver