Məhkəmə qərarları › İş №e-2(009)-964/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-964/2023

26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-964/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə 26 may 2023-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12,000 manat əsas, 1477,50 manat faiz borcunun və dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 22 yanvar 2020-ci il tarixli Kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2,500 manat məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu xx.xx.2020ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Nağd şəkildə isə 2000 manat boc vermişdir. xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə iddiaçı cavabdehə 7,500 manat məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu xx.xx.2021ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 2020-ci il və 18 mart 2020-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, O, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında, «Bilik açarı» adlı Tədris Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Vergi Orqanında vəzifə sahibi olmaqla, onun Tədris Mərkəzinə gəlib-getmiş, əvvəlcə vergi yoxlaması adı ilə, daha sonra tanışı vasitəsi ilə onunla tanış olmuş sahibkarlıq fəaliyyəti ilə maraqlanmış, daha sonra sahibkarlıq fəaliyyətini dəyişdirərək, Gözəllik Salonu yaradaraq daha dövriyyəli sahibkarlıq fəaliyyəti ilə məşğul olmağını və bu sahədə lazım olan miqdarda pul xərcləyəcəyini təklif etmiş, biz onunla birlikdə «Naz Beauty» adlı Gözəllik Salonu yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq. Gözəllik Salonunda onun həyat yoldaşı və qızı həmişə gələrdi, onlara pulsuz xidmət göstərilərdi. Daha sonra, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Əliyev X2 Salonuna lazım olan lazer aparatı almağı məsləhət etdi. Ona təklif etdi ki, Salonu lazım olan səviyyədə təmir etdirməyin xərci onun boynuna olsun, lazer aparatının alınmağı xərci onun, yəni İddiaçı boynuna olsun. Onlar razılaşdı, daha sonra İddiaçı lazer aparatı almaq üçün ona pul verdi, daha sonra onun həyat yoldaşı da Gözəllik Salonuna gəlib-getdiyi üçün, Şakirin lazer aparatına pul verdiyini və Gözəllik Salonuna şərik olduğunu bilməmək üçün Notarial qaydada mübahisələndirilən kredit müqavilələrini bağladı. O, normal işlə məşğul olduğu üçün notarial qaydada bağlanılan kredit müqaviləsinə etiraz etmədi. Onlar işlərini düzüb-qoşdu, salon fəaliyyətini davam etdirdikdə X3 adlı şəxs Salondan oğurluq etdi, həmin lazer aparatını və digər əmlakları dələduzluq yolu ilə mənimsədi. Onlar, o cümlədən o, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayət etdi. Hüquq mühafizə orqanları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, tədbir gördü. xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-773/2022 nömrəli hökmü ilə təqsirləndirilən şəxs cəzalandırıldı. Bu səbəblərə görə onların gözəllik salonları artıq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədi, ona görə ki, salonun avadanlıqları oğurlanmış, yararsız hala düşmüşdür. Göstərilən səbəblərə görə ilk iddia üzrə İddiaçı ondan kredit müqaviləsinə görə pul tələb etməsi əsassızdır, ən azı vicdansızlıqdır. Ona görə də ilk iddia üzrə iddia ərizəsinə qarşılıqlı iddia üzrə ərizə verərək kredit müqavilələrinin ləğv olunmasını məqsədə uyğun hesab edir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış və 6 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 18 mart 2020-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 7,500 manat məbləğində borc verir, borc alan isə həmin məbləği 18 mart 2021-ci il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış və 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 22 yanvar 2020-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 2,500 manat məbləğində borc verir, borc alan isə həmin məbləği 22 iyul 2020-ci il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 mart 2020-ci il və 22 yanvar 2020-ci il tarixli “Kredit Müqavilələrin”dən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan hər iki müqavilə üzrə ümumilikdə 10,000 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 8-ci bəndinin ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin: 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 10,000 manat məbləğində pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğ ondan tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin nağd formada iddiaçı tərəfindən cavabdehə verilmiş 2,000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassız sayılmalıdır. Belə ki, iddiaçı işin bu halını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin 1477,50 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 mart 2020-ci il və 22 yanvar 2020-ci il tarixli “Kredit Müqavilələrin” 3-cü bəndində qeyd edilmişdir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Beləliklə, tərəflər müqavilə bağlayarkən borcun faizsiz olaraq verilməsi barədə razılaşmışlar. Bu səbəbdən iddiaçı hazırda cavabdehdən faiz borcunu tələb etməkdə haqlı deyildir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: 19 may 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, o, “Naz Beauty” gözəllik salonunda dırnaq ustası kimi çalışmışdır. Onu işə Nəzakət xanım qəbul etmişdir. İddiaçı həftədə 2-3 dəfə salona gəlir və qeyd dəftərlərinə nəzarət edirdi. Nəzakət xanım ona Şakirin onun şəriki olduğunu demişdir. 19 may 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, o, salonda reklam işlərini görürdü. Reklam işləri təmir işləri ilə eyni vaxtda bitmişdir. İddiaçı salona gəlməmişdir. Reklam üçün ödənişi Nəzakət xanımdan, 1 dəfə isə salonda işləyən Güllü adlı işçidən almışdır. Nəzakət xanım ona Şakirlə şərik olduğunu bildirmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahidlərin ifadələri İddiaçı sözügedən kredit müqavilələri üzrə pul məbləğini Cavabdeh onunla birgə fəaliyyət göstərməsi üçün vermiş olduğunu sübut etmir. Belə ki, hətta tərəflərin kommersiya məqsədləri üçün birgə fəaliyyət göstərməsi öz təsdiqini tapdığı halda belə hazırki kredit müqavilələri üzrə pulun İddiaçı tərəfindən Cavabdeh həmin fəaliyyət məqsədilə verilməsi anlamına gəlmir. Şahid ifadələrində qeyd olunanlar tərəflərin birgə fəaliyyət göstərməsini və qarşılıqlı iddia üzrə iddiaçının ərizəsində qeyd etdiklərinin həqiqətə uyğun olduğunu təsdiq etdiyi halda belə, bu hal tərəflər arasında bağlanmış hazırki müqavilələrin ləğvi üçün əsas yaratmır. Belə ki, Mülki Məcəllənin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İstinad edilən hüquq normalarından aydın olur ki, müqavilə tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər və müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 432.3-cü maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, müqavilənin ləğvi ilə bağlı Cavabdeh tərəfindən İddiaçı təklif göndərildiyini təsdiq edə biləcək hər hansı bir dəlilə iş materiallarında rast gəlinmir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən yekun nəticəyə gəlir ki, müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, ilkin iddia tələbi qismən təmin olduğu, qarşılıqlı iddia tələbi təmin olunmadığı halda isə, ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130,5 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət büdcəsi onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 10,000 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar