Məhkəmə qərarları › İş №e-2(009)-973/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-973/2022

14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-973/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh X13, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X34, X35 və X24 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X44, X34, X35 və X36 qarşı “28 saylı notariat ofisinin vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə 29 mart 2022-ci il tarixli qərarın ləğv edilməsi, X9 miras əmlakından qanuni vərəsə kimi X37 və İddiaçı ½ hissədə, X24 ½ hissədə payının müəyyən edilməsi, cavabdehlər X19 və X14 həmin miras əmlakdan payın müəyyən edilməsindən imtina edilməsi, miras əmlakın saxlanılması üçün çəkdikləri 10000 manat xərcin ½ hissəsinin X20 tutularaq iddiaçılara verilməsi” barədə iddia ərizələri üzrə, qarşılıqlı iddia üzrə iddiaçılar X34, X35 və X24 cavabdehlər İddiaçı və X21 qarşı “X9 miras əmlakına daxil olan ünvan 1 ünvanda yerləşən mənzilə, ünvan 5ında yerləşən mənzilə, “HUNDAY ACCENT” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə və "xxxx"da saxlanılan 26740 manat pula X2 Gülnaz Cəfər qızı, X24 hər birinin 1/3 hissədə miras payının müəyyən edilməsi və hər birinə müəyyən edilmiş 1/3 miras pay üzrə vərəsəlik hüququnun tanınması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X38 qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat Oofisinin xüsusi notariusu X25 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Şəmkir rayonu 1 saylı notariat ofisinin notariusu X10 ərizə ilə müraciət etmiş, lakin müvafiq əmlakların Bakı şəhərində olması ilə əlaqədar bu ərizə geri qaytarılmışdır. Bununla bağlı o, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X38 ərizə ilə müraciət etsə də, vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas göstərilərək vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərar ona verilmişdir. Lakin o, xx.xx.2021-ci il tarixdə müraciət etdiyi üçün qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddəti ötürmüş hesab edilməməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X37 cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X44, X45, X35 və X22 qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X25 ona və İddiaçı vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, mərhum X9 miras əmlakından qanuni vərəsə kimi onun və İddiaçı ½ hissədə, cavabdeh X24 ½ hissədə payının müəyyən edilməsi, cavabdehlər X35 və X22 həmin miras əmlakdan pay müəyyən edilməsindən imtina edilməsi vəzifəsinin cavabdeh 28 saylı Notariat Ofisinin üzərinə qoyulmasını, mərhum X9 miras əmlanın saxlanması üçün çəkilən 10000 manat xərcin ½ hissəsinin X20 alınaraq ona və İddiaçı verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bacısı İddiaçı cavabdehlər 28 saylı notariat ofisinin xüsusi notariusu X44, X45, X35, X22 qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. İddia verilən zaman Bakı şəhərində olmaması ilə əlaqədar işə qoşula bilməmişdir. X5 xx.xx.2022-ci il tarixdə uzun sürən xəstəlik səbəbilə vəfat etmiş və ölümünədək mərhuma o və bacısı İddiaçı baxaraq bütün əmlaklarını idarə etmişdir. Onun nə əri, nə övladları olub, bacı-qardaşları isə Rusiya Federasiyasında yaşayıblar. İddiaçı ilə birlikdə xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Şəmkir rayonu 1 saylı notariat ofisinin notariusu X10 ərizə ilə müraciət etmiş, lakin müvafiq əmlakların Bakı şəhərində olması ilə əlaqədar bu ərizə geri qaytarılmışdır. Bununla bağlı onlar Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X38 ərizə ilə müraciət etsələr də, vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas göstərilərək vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərar onlara verilmişdir. İddiaçı cavabdehə ünvanlanan sorğuya cavabı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Daxil olmuş məktuba qoşma edilmiş sənədlərlə müəyyən olunur ki, mərhumun bacısı X34 xx.xx.2022-ci il, digər bacısı X35 xx.xx.2021-ci il tarixdə və qardaşı X45 haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notarius ofisinə müraciət etmişlər. Həmçinin həmin sənədlərlə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə X3 Kamilə Şiraslan qızına etibarnamə vermiş, sonuncu da xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notariat ofisinə müraciət etmişlər. Lakin etibarnamədə mirası qəbul etmə və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları göstərilməmişdir. Mərhumun xx.xx.2021-ci il tarixdə öldüyünü də nəzərə aldıqda o, mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. Eyni zamanda həmin sənədlərdə xx.xx.2021-ci il tarixdə X15 da vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı 21 saylı notarius ofisinə müraciət etməsi göstərilsə də, belə bir ərizə yoxdur. Şəxs yalnız xx.xx.2021-ci il tarixdə 28 saylı notarius ofisinə müraciət etmişdir. Bunlar da nəzərə alındıqda o da mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. X37 və bacısı iddiaçı mərhumun sağlığından onun əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər. Mərhuma məxsus bütün əmlakın sənədləri də onlardadır və kommunal xərcləri qarşılayırlar. İddiaçı dəqiqləşmə ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X25 ona və X21 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, mərhum X9 miras əmlakından qanuni vərəsə kimi onun və X13 ½ hissədə, cavabdeh X24 ½ hissədə payının müəyyən edilməsi, cavabdehlər X35 və X22 həmin miras əmlakdan pay müəyyən edilməsindən imtina edilməsi vəzifəsinin cavabdeh 28 saylı notariat ofisinin üzərinə qoyulmasını, mərhum X9 miras əmlakının saxlanması üçün çəkilən 10000 manat xərcin ½ hissəsinin X20 alınaraq ona və X21 verilməsini xahiş etmişdir. Dəqiqləşmə ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh 28 saylı notarius ofisinin xüsusi notariusu X38 qarşı iddia qaldıraraq onun vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtinası barədə xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. X5 xx.xx.2022-ci il tarixdə uzun sürən xəstəlik səbəbilə vəfat etmiş və ölümünədək məhuma iddiaçı və onun bacısı X37 baxaraq bütün əmlaklarını idarə etmişlər. Onun nə əri, nə övladları olub, bacı-qardaşları isə Rusiya Federasiyasında yaşayıblar. İddiaçı xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Şəmkir rayonu 1 saylı notarius ofisinin notariusu X10 ərizə ilə müraciət etmiş, lakin müvafiq əmlakların Bakı şəhərində olması ilə əlaqədar bu ərizə geri qaytarılmışdır. Bununla bağlı o, Bakı şəhəri 28 saylı notarius ofisinin xüsusi notariusu X38 ərizə ilə müraciət etsə də, vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas göstərilərək vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərar ona verilmişdir. İddiaçı cavabdehə ünvanlanan sorğuya cavabı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Daxil olmuş məktuba qoşma edilmiş sənədlərlə müəyyən olunur ki, mərhumun bacısı X34 xx.xx.2022-ci il, digər bacısı X35 xx.xx.2021-ci il tarixdə və qardaşı X45 xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notarius ofisinə müraciət etmişlər. Həmçinin həmin sənədlərlə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə X3 Kamilə Şiraslan qızına etibarnamə vermiş, sonuncu da xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı ərizə ilə 28 saylı notarius ofisinə müraciət etmişlər. Lakin etibarnamədə mirası qəbul etmə və vərəsəlik hüququ haqqında şəhadətnamə alma hüquqları göstərilməmişdir. Mərhumun xx.xx.2021-ci il tarixdə öldüyünü də nəzərə aldıqda o, mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. Eyni zamanda həmin sənədlərdə xx.xx.2021-ci il tarixdə X15 da vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı 21 saylı notarius ofisinə müraciət etməsi göstərilsə də, belə bir ərizə yoxdur. Şəxs yalnız xx.xx.2021-ci il tarixdə 28 saylı notarius ofisinə müraciət etmişdir. Bunlar da nəzərə alındıqda o da mülki qanunvericilikdə nəzərdə tutulmuş son müddəti buraxmışdır. İddiaçı və bacısı X37 mərhumun sağlığından onun əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər. Mərhuma məxsus bütün əmlakın sənədləri də onlardadır və kommunal xərcləri qarşılayırlar. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia ərizəsi və ona dair sənədlər geri qaytarılmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş dəqiqləşdirmə ərizəsi geri qaytarılmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə X37 tərəfindən şikayət verilmiş, şikayət ərizəsi əsassız hesab olunduğundan təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən şikayət verilmiş, şikayət ərizəsi əsassız hesab olunduğundan təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X37 tərəfindən verilmiş şikayətləri qismən təmin etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-973/2022 saylı qərardadının ləğv edilməsini və dəqiqləşmə ilə bağlı ərizəyə yenidən münasibət bildirilməsi üçün mülki iş materiallarının Səbail Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X35, X45, X34 cəlb edilməklə cavabdeh Bakı şəhəri 28 saylı notarius ofisinə (X38) qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə hazırlıq iclasında baxılmış, İddiaçı dəqiqləşmə ərizəsi və X13 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunma barədə ərizəsi icraata götürülmüşdür. Sədrlik edən tərəflərin işlə tanış olması üçün hazırlıq iclasını təxirə salaraq xx.xx.2022-ci il tarixə təyin etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, İddiaçı və onun bacısı X1 Cəfərova Mahizər xanımın yanında olmuşlar, həmişə qayğısına qalmışlar. Xəstələndiyi gündən bəri, həmçinin vəfat edən zaman və dəfn xərclərini də onlar qarşılamışlar. Bununla bağlı bütün maddi və mənəvi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. 28 saylı notariat ofisinin hərəkətləri qanunsuzdur. Bu qərar ləğv edilməlidir. İddia ərizəsində göstərilən 10.000 manat məbləğ ümumi qiymətləndirilmiş, yəni Aynurə və bacısının çəkdiyi xəstəxana, dəfn xərcləridir. Səbail rayon Məhkəməsində X34 “müddətin üzürlü hesab edilməsi” tələbi ilə bağlı iddia qaldırmışdır. Bu iddia ilə bağlı çıxarılan məhkəmə qərarından X37 apellyasiya şikayəti vermişdir və iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarında olan etibarnamədən görünür ki, xx.xx.2021ci ildə X3 Kamilə Şiraslan qızına etibarnamə verib. Etibarnamədə hansı hüquq və vəzifələr göstərilmişdirsə, o hüquqlar əsasında hərəkət etmək olar. Orada göstərilən hüquq və vəzifələrdən heç kəs sui-istifadə edə bilməz. xx.xx.2022-ci ildə Nümayəndə 28 saylı notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət edib. Həmin etibarnamədə mirası qəbul etmə, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları göstərilməyib. Əgər bu hüquqlar yoxdursa, ərizə ilə müraciət etmək qanunsuzdur. İş materiallarında iki ədəd etibarnamə vardır. Onlardan birini C.Knyaz qızı Kamilə xanıma, digərini Gülnaz xanım vəkil Q.Kamiləyə vermişdir. C.Knyaza miras əmlakdan pay verilməsinə etiraz etmirlər. Lakin Gülnaz xanıma pay ayrılmasına etiraz edirlər. Çünki onun verdiyi etibarnamədə “notarial kontorda mənim maraqlarımı təmsil etmək” qeyd edilmişdir. Maraqları təmsil etməklə imza və digər səlahiyyətlərin verilməsi ayrı hüquqlardır. Bu səbəbdən vəkilin hərəkətləri düzgün deyil və Gülnaz xanıma pay ayrılmamalıdır. Bu arqumenti əsas götürüb Gülnaz xanımın miras əmlakda payının olmaması qənaətinə gəlmək olar. Mənzər xanıma isə payın ayrılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndə və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçılar Cəfərov Knyazın notariusa müraciət etməsi ilə bağlı sənəd təqdim etmişlər və həmin sənəddən görünür ki, o vaxtında müraciət etmişdir. Qanun üzrə vərəsələr miras əmlakın açıldığı yer üzrə məhkəməyə müraciət etməlidirlər. Əvvəl Şəmkir rayon Notariat Ofisinə müraciət edilsə də ərizə geri qaytarılmışdır. Çünki miras əmlak Bakı şəhərində yerləşir. 6 ay ərzində vərəsəliyin qəbulu haqqında ərizə verildikdə vərəsəlik qəbul edilmiş sayılır. Lakin onlar vaxtında müraciət etməmişlər. 28 saylı notariat ofisinə vərəsəliklə əlaqədar müraciət etmişlər, lakin 28 saylı notariat ofisi imtina etmişdir. Hesab edir ki, imtina etməkdə haqlıdır, çünki müddət ötmüşdür. Buna görə də 28 saylı notariat ofisinin verdiyi qərar ləğv edilə bilməz. Mirasın açıldığı gündən onun faktiki qəbul edilməsinin sübut edilməsi üçün şahidlər vardır. Ümumiyyətlə Mahizər xanım işdə olan sənədlərdən də göründüyü kimi imkanlı xanım olmuşdur. Mahizər xanımı xəstəliklə əlaqədar olaraq vəziyyəti pisləşdiyi üçün təcili olaraq Şəmkirə xəstəxanaya aparmışlar. Şübhəlidir ki, nə üçün Bakıdakı xəstəxanalara deyil, Şəmkirə aparmışlar. Mövcud məlumata əsasən onkoloji xəstə olmuş və əməliyyatdan sonra vəfat etmişdir. İddiaçı və bacısı sübut etsin ki, Mahizər xanımın xəstəxana xərclərini özləri çəkmişlər. Hesab edir ki, çəkilən xərclər hamısı Mahizər xanımın öz pulu ilə olmuşdur. Vərəsəliyi faktiki olaraq qəbul etdiklərini deyirlər, lakin bunu sübut edəcək sənəd göstərməmişlər. İddiaçının nümayəndə və vəkilinin qeyd etdiyi eitbarnamədə notariusa müraciət etmək hüququ ümumi qaydada göstərilmişdir. Əgər bu düzgün olmasa idi, notariat tərəfindən ərizə qaytarılardı. Ərizəni vaxtında vermişlər. Mənzər xanım və digərləri qanuni vərəsədirlər, lakin onlara imkan verməyiblər ki, əmlakı qəbul edib idarə etsinlər. Gülnaz xanıma verilən etibarnamədə bütün hüquqlar aydın şəkildə göstərilmişdir. Mənzər xanıma münasibətdə bütün sənədlər vaxtında təqdim edilmişdir. Qardaşı Knyaz da bacısının yanında olmuşdur. Hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Bütün deyilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X35 bildirmişdir ki, gəlib bacıları Mahizər xanımı görmüşlər və 3 gündən sonra o, vəfat etmişdir. Bacısı imkanlı olmuşdur və hamısına köməklik etmişdir. Kirayə verilən evə gedib, evə dair Çıxarışı göstərib bacısının evi olduğunu bildirmiş və kirayəçilərdən çıxmağı xahiş etmişlər. Aynurə və bacısı Mahizər xanıma ziyan vurmuşlar, qızıllarını satmışlar. Məhkəmə iclasında iştirak edən Hüseynova Arzu bildirmişdir ki, o bacısı ilə hər zaman xalasının yanında olmuşlar, onun qayğısına qalmışlar. Xalaları Mənzər və Gülnaz, dayısı Knyaz heç vaxt bacılarının yanında olmamışlar. Mahizər xanım onkoloji xəstə olmuş, Gəncəyə əməliyyata aparılmış və Şəmkirə gətirdikdən sonra vəfat etmişdir. Xalasının kirayə verilən evində yaşayan insanları da məcburi şəkildə evdən çıxarıblar. Deyilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X27 bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. Aynurə xanım ilə Şəmkirdə qonşudurlar. Uşaqlıqdan onların yanında böyümüşlər. Ataanaları da onlarla yaşayıblar. Ailənin hamısını tanıyır. Mahizər xanım Aynurəni uşaqlıqdan saxlamışdır. Mahizər xanım tibb bacısı işləmiş, sonradan Qazaxdan olan şəxslə ailə qurmuş, övladı olsa da vəfat etmişdir. Mahizər xanımın bacı-qardaşları, ata-anası ondan imtina etmişdirlər. Yalnız Aynurə və Arzu xanımın anaları Tahirə xanım ona sahib çıxmış, evlərində yer vermişlər. Mahizər xanım ya Aynurun, ya da bacının evində qalardı. Ölümündən sonra ondan bacı-qardaşlarının mirasdan pay istəməkləri düzgün deyil. Çünki sağlığında onu qovmuş, imtina etmişlər. Mahizər xanım xəstə idi, Gəncə şəhərində xəstəxanada əməliyyat olmuş və orada vəfat etmişdir. Aynurə xanım xalasının meyitini Şəmkirə gətirtmişdir. Arzu xanım da həmin vaxt Türkiyədə idi, buna baxmayaraq o, xalasına görə 1500 manat xərc çəkib gəlmişdir. Amma bacı-qardaşlarından heç biri gəlməmişdir. Mahizər xanımın xəstəxana, dəfn xərclərini Aynurə və bacısı Arzu xanım çəkmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh X35 nümayəndənin dediklərinə əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı bacısını vurduğundan bacısında xərçəng xəstəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən şahid X23 bildirmişdir ki, kirayəçidir. ünvan 5ında kirayə qalmışdır. Kirayə müqaviləsini Mahizər xanımla bağlamışdır. O, vəfat edəndən sonra həmin mənzilə görə kirayə müqaviləsini Aynurə xanımla bağlamışdır. 200 manat kirayə haqqı ödəyirdi. Məhkəmə iclasında iştirak edən şahid X28 bildirmişdir ki, Şəmkir şəhərində Mahizər xanımın dəfn mərasimi gedən zaman evdə usta işləmişdir. 4 gün usta işləyib. İş gününün 2-ci günü Mahizər xanım rəhmətə getmişdir. Dəfndə 7 nəfər- özü, taksi sürücüsü, iş yoldaşı, qonşu Mikayıl adlı şəxs və digər şəxslər iştirak ediblər. Bacı-qardaşlarından heç kim dəfn mərasimində iştirak etməmişdir. Gəncədə rəhmətə getmiş, Şəmkirdə dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X42 bildirmişdir ki, Mahizər xanımla yaxın qonşu olmuşlar. Mahizər xanım mehriban, səmimi, çox imkanlı idi, qızılı çox sevərdi, çoxlu zinət əşyaları taxardı. Maşını var idi. Həmin maşını özü sürürdü. Mahizər xanım işləmirdi. Əvvəllər tibb bacısı olub. Mahizər xanım evdə pul saxlamırdı. Pul vəsaitini “Unibank” KByə qoymuşdur. Heç vaxt xəstə olmayıb, həmişə ayaqüstə olub. Bildiyinə görə Türkiyəyə getmişdir. Mart-aprel ayı olardı ki, rəhmətə getmişdir. Səhər işə gedib axsam gəldiyindən Mahizər xanımı çox görmürdü. Mahizər xanımı ancaq paltar sərəndə görürdü. Onun vəfat etməsini anası demişdir. Rəhmətə gedənədək həmin mənzildə tək yaşayırdı. Onun yanında bacı-qardaşlarını görmüşdür. Arzu xanımı tanımır. O, vəfat edəndən sonra o qalan evin qapısında çoxlu çantalar var idi. İndi hal-hazırda həmin evdə Mahizər xanımın bacı-qardaşları yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh 28 saylı notariat ofisinin xüsusi notariusu X44 məhkəmə iclasına gəlməmiş, xx.xx.2021-ci il tarixli məktubla işə onun iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəcinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 04 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X26 03 sentyabr 1949-cu ildə Şəmkir rayonunda anadan olmuşdur. Ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan X7 Epikrizindən görünür ki, X26 xx.xx.2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayəti ilə daxil olmuşdur. Kesin Tanı (C54) uşaqlıq cisminin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 185490 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 11 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 290 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 145095 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi ev 27, mənzil 15 X9 adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 X9 adına xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın icarə müqaviləsinin surətindən görünür ki, Əsgərova Mahizər ünvan 1 ünvanında yerləşən mənzili Nağıyeva İradəyə 350 manata icarəyə vermişdir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X9 adına Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 46, mənzil 19 və Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi 27, mənzil 15 qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindədir. İş materiallarında olan DİN-nin BDYPİ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Balami Dadaşov küçəsi 27, mənzil 15 qeydiyyatda olan xx.xx.1951-ci il təvəllüdlü X9 adına xx.xx.2014-cü il tarixdən “HYUNDAİ ACCENT” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı, 465737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 03 mart 1960-cı ildə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. Ata qrafasında X46, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 938141 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 20 dekabr 1954-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X46, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 16 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, X45 12 sentyabr 1961-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X46, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 10 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X39 05 may 1952-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X46, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin 04 noyabr 2021-ci il tarixli arayışından görünür ki, X47 22 mart 2008-ci ildə vəfat etmişdir. Ölüm haqqında 29 mart 2008-ci ildə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 068441 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 06 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 302 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 186572 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X30, ana qrafasında X29 qeyd edilmişdir. İş materiallarında olan İV-РУ seriyalı, 454695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X30, ana qrafasında X29 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı və X37 mirasın qəbul edilməsi ilə bağlı Şəmkir rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan X26 ilə əlaqədar Bakı şəhəri 28 saylı notariat ofisində açılmış vərəsəlik işinin surətindən görünür ki, İddiaçı, X35, X45, X34 və İddiaçı ərizəsi ilə Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. İş materiallarında olan 1993 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə X15 nümayəndəsi tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. X9 doğumu haqqında heç bir məlumat əldə edilə bilmədiyindən vərəsəlik işi açılmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 63AA6926419 etibarnamədən görünür ki, X3 Kamilə Şiraslan qızına onun adından məhkəmələrdə və digər orqanlarda mülki, inzibati və cinayət işlərinin aparılması səlahiyyəti vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 18AБ ******* saylı etibarnamədən görünür ki, X6 Nurlanə Knyaz qızına onun adından vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 435536 saylı etibarnamədən görünür ki, X4 Kamilə Şiraslan qızına onun adından vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət vermişdir. İş materiallarında olan 28 saylı Notariat ofisinin notariusu Elmar Kərimovun qəbul etdiyi 29 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, müddət ötürüldüyünə görə İddiaçı və X21 vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili X40 400 manata icarəyə vermişdir. İş materiallarında olan Şəmkir şəhər Mənzil İstismar Kontorunun 67 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanda yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə X5 vəfat edərkən onun dəfn xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 568759 nömrəli mədaxil qəbzindən görünür ki, 6700 manat ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X26 11 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətində ünvan 1 ünvanda yerləşən mənzil, ünvan 5ında yerləşən mənzil, “HYUNDAİ ACCENT” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. X9 birinci növbə vərəsəsi yoxdur. X8, X34 adında bacıları və X45 adında qardaşı var. Mərhumun bacısı X34, digər bacısı X35 və qardaşı X45 uzun müddətdir ki, xaricdə yaşayırlar. Digər bacısı X29 06 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Onun iki övladı-İddiaçı və İddiaçı vardır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Rusiya Federasiyasının eyni notariat orqanı tərəfindən X14 və X24 adından etibarnamə verilmişdir. X24 adından verilmiş etibarnamədə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət verildiyi qeyd edilmiş, X14 adından verilmiş etibarnamədə isə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün səlahiyyət verildiyi qeyd edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ünvan 1 X40 400 manata icarəyə vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X5 vəfat edərkən onun dəfn xərci üçün 6700 manat ödəmişdir. Bu iş materiallarında olan qəbzdən aydın şəkildə görünür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X37 mirasın qəbul edilməsi ilə bağlı Şəmkir rayonu 1 saylı notariat ofisinə xx.xx.2021-ci il tarixdə bacısı İddiaçı ilə birlikdə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X35 nümayəndəsi tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X45 nümayəndəsi tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 28 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən, konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Plenumun qərarına əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Belə ki, Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı mirası faktiki olaraq qəbul etdiyindən, İddiaçı vərəsəlik hüququ tanınmalı və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə 29 mart 2022-ci il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 mirasa payı müəyyən edilməlidir. Çünki o, mirasın qəbul edilməsi ilə bağlı Şəmkir rayonu 1 saylı notariat ofisinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X14 adından verilmiş etibarnamədə miras əmlakı qəbul etmək qeyd edilmədiyindən mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmiş kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyanın vəfatından sonra miras əmlak onun birinci növbə vərəsələrindən yalnız iddiaçı faktiki qəbul etmişdir. Digər vərəsələr mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdirlər. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mərhumun bacısı X34, digər bacısı X35 və qardaşı X45 uzun müddətdir ki, xaricdə yaşayırlar. Göründüyü kimi X34 mirası əmlakı faktiki olaraq da qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə işdə olan sübutlara hərtərəfli, tam və obyektiv qiymət verərək belə qənaətə gəlir ki, mirasın qəbul edilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı X34 tərəfindən müddət buraxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutarın tədqiqi əsasında müəyyən edilmişdir ki, X14 nümayəndə və vəkili Q.Kamilə mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra 11 yanvar 2022-ci il tarixdə 28 saylı Notariat Ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etmişdir. Bununla yanaşı X14 verdiyi etibarnamədə belə bir səlahiyyət müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X24 müddəti ötürmədən-25 sentyabr 2021-ci il tarixdə miras əmlakı qəbul etmək səlahiyyəti verdiyi etibarnaməsi əsasında qızı tərəfindən ərizə ilə müraciət edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X26 müddəti ötürmədən-xx.xx.2021-ci il tarixdə vərəsəlik işinin açılması ilə bağlı miras əmlakı qəbul etmək səlahiyyəti verdiyi etibarnamə əsasında nümayəndəsi tərəfindən Bakı şəhəri 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin miras əmlakın saxlanılması üçün çəkdikləri 10000 manat xərcin ½ hissəsinin X20 tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, çəkilən xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdirlər. Dəfn xərcləri isə yalnız İddiaçı tərəfindən çəkildiyindən məhkəmə hesab edir ki, həmin xərclər miras paya uyğun olaraq vərəsələrdən tutularaq İddiaçı ödənilməlidir. Tələb qalan hissədə sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, miras qoyan X9 miras əmlaklarına 1/3 hissədə X24, 1/3 hissədə X15, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X13 payı müəyyən edildiyindən dəfn xərcləri vərəsələrin paylarına uyğun tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə X18 məxsus olan 26.740 manat pul "xxxx" QSC-yə qoyulmuşdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçılar bununla bağlı hər hansı sübut təqdim etmədiklərindən qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilməli, miras əmlaklarda 1/6 (1/3 yarısı) hissədə payı müəyyən edilməli, onun tərəfindən çəkilmiş 6700 manatın 2233 manatı (1/3) X20, 2233 manatı (1/3) X11, 1116.5 manatı (1/6) X12 tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddiası qismən təmin edilməli və 28 saylı Notariat ofisinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, miras əmlaklarına 1/6 (1/3 yarısı) hissədə payı müəyyən edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən edilməli, miras qoyan X9 miras əmlaklarına 1/3 hissədə X24, 1/3 hissədə X15, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X13 payı müəyyən edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilsin. 28 saylı Notariat ofisinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Miras qoyan X9 miras əmlaklarına 1/6 (1/3 yarısı) hissədə İddiaçı payı müəyyən edilsin. İddiaçı tərəfindən çəkilmiş xərc-6700 manatın 2233 manatı (1/3) X20, 2233 manatı (1/3) X11 və 1116.5 manatı (1/6) X12 tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı X20, 40 manatı X11 tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddiası qismən təmin edilsin. 28 saylı Notariat ofisinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Miras qoyan X9 miras əmlaklarına 1/6 (1/3 yarısı) hissədə payı müəyyən edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı X20, 40 manatı X11 tutularaq X21 ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Miras qoyan X9 miras əmlaklarına 1/3 hissədə X24, 1/3 hissədə X15, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X13 payı müəyyən edilsin. Qarşılıqlı iddia üzrə X35 tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı İddiaçı, 40 manatı X12 tutularaq X19 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar